GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   2   3   4   5   6   7   8   9   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 

sında  formalaşdırmaq  olar.  Belə  olan  halda,  tat  dilinə  mənsub 
olan  beş  ləhcənin  leksikası  üzrə  materiallar  toplamaq  lazım 
gəlir.  
Tat dili qismən yazısı olan dil kimi qiymətləndirilir. Yazı 
yəhudi tatlarının dilində qeydə alınır. Dağ yəhudilərinin tatları 
üçün  müxtəlif  dövrlərdə  müxtəlif  qrafik  sistemlərdən  istifadə 
olunmuşdur.  Birinci  tat  əlifbası  rus  inqilabından  əvvəl  (XX 
əsrin  əvvəlləri)  yəhudi  dilinin  qrafik  sistemi  üzrə  bu  dilin  səs 
sisteminə  uyğunlaşdırılmış  şəkildə  hazırlanmışdır.  XX  əsrin 
birinci  onilliyində  bu  əlifba  əsasında  ivritdən  tərcümələr  nəşr 
edilmişdir.  Ötən  əsrin  20-ci  illərində  yəhudi  tat  dilində 
müxtəlif dərsliklər və əlifbalar nəşr olunmuşdur. 1928-1938-ci 
illərdə  dağ  yəhudiləri  latın  əsaslı  əlifbadan  istifadə  etmişlər. 
1938-ci  ildə  bu  əlifba  da  dəyişdirilmiş  və  rus  qrafikalı 
əlifbadan  istifadə  olunmağa  başlanmışdır.  Yazının  yəhudi  tat 
dilinə  aid  olmasına  baxmayaraq,  yəhudi  tat  dili  ilə  tat  dilinin 
yaxınlığı  ümumi  sözlərin  bir  hissəsini  qeydə  almağa  imkan 
yaratmışdır. Azərbaycan tatlarının dilinin lüğət tərkibi, əsasən, 
bu  dilin  ləhcə  və  şivələri  əsasında  aparılmış  tədqiqat 
prosesində  toplanmış  materialları  əhatə  edir.  Bu  tipli  işlər 
haqqında  yuxarıda  tat  dilinin  tədqiqat  tarixindən  bəhs 
edilərkən məlumat verilmişdir.   
Azərbaycan  tatlarının  ləhcə  və  şivələrinin  leksikası  üzrə 
aparılmış  tədqiqatlarda  ləhcələrin  lüğət  tərkibini  təşkil  edən 
sözlər  mənşəcə  üç  əsas  qrupa  bölünür:  1)  ümumiran  mənşəli 
sözlər;  2)  spesifik  leksika;  3)  alınma  sözlər.  Tədqiqatçılar 
«ümumiran  mənşəli  sözlər»  və  «spesifik  sözlər»  anlayışlarını 
təyin  etmədən  birbaşa  bu  qruplara  daxil  olan  sözlərdən  bəhs 
edirlər.  Bu  qruplar  haqqında  verilmiş  məlumatlardan,  sözlərin 
təhlilindən aydın olur ki, ümumiran mənşəli sözlər əksər və ya 
bir  çox  İran  dillərinin  lüğət  tərkibində  yer  tutan  leksik 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
10 
vahidləri  əhatə  edir.  Buna  münasibətdə  mübahisəli  qalan 
məsələlərdən  biri  budur  ki,  sözün  ümumiran  mənşəli  hesab 
edilməsi  üçün  onun  İran  dillərindən  təqribən  neçəsində 
işlənməsi  haqqında  dəqiq  məlumat  yoxdur.  Terminologiyada 
beynəlmiləl  terminin  müəyyənləşdirilməsi  zamanı  terminin  ən 
azı  üç  müxtəlifsistemli  dildə  işlənməsi  meyarı  isə  cəlb  edilir. 
Əlbəttə,  burada  həm  say,  həm  də  dillərin  müxtəlifsistemli 
olması  əhəmiyyət  kəsb  edir.  İran  dilləri  isə  eyni  sistemə 
malikdir.  Əgər  üç  müxtəlif  İran  dili  meyarı  qəbul  edilərsə, 
onda  sözün  ümumiran  mənşəli  olması  üçün  meyar  təkcə  sayla 
məhdudlaşır.  Bu  isə,  təbii  ki,  məqbul  sayıla  bilməz.  Biz  hesab 
edirik  ki,  bu  məsələnin  həllində  dilin  tarixi  leksikologiyası  ilə 
bağlı  faktlara  istinad  etməklə,  sözün  etimoloji  təhlili  əsas  ola 
bilər.  Etimoloji  təhlil  prosesində  sözün  digər  İran  dillərində 
istər  fonetik  cildinə,  istərsə  semantikasına  görə  variantları 
araşıdırılır.  Belə  variantların  varlığı  sözün  ümumiran  mənşəli 
olmasını  müəyyənləşdirməyə  imkan  verir.  Məlumdur  ki, 
«coğrafi  ayrılma  şəraitində  inkişaf  edən  dil  qohum  dillərlə 
müqayisədə  yalnız  ona  mənsub  olan  əlamətlərin  məcmusunu 
təqdim  edir.  Həmin  dil  öz  növbəsində  bölünməyə  məruz 
qalanda,  ondan  əmələ  gələn  ayrı-ayrı  dialektlər  əlamətlərinin 
ümumiliyi sayəsində, onları başqa ərazinin dialektləri ilə deyil, 
öz  aralarında  bağlayan  daha  sıx  qohumluğa  şəhadət  verir. 
Onlar,  doğrudan  da,  ümumi  gövdədən  ayrılmış  xüsusi  budaq 
yaradırlar»  (19,  343-344).  Azərbaycanda  yaşayan  tatların  dili 
həm qohum dillərdən, həm bu dildə danışıb, Azərbaycanda ya-
şamayan tatların dilindən,  həm  də  respublikada  yaşayan  başqa 
tatların  dillərindən  təcrid  olunmuş  şəkildə  inkişaf  edir.  Ona 
görə  də  tat  dilinin  lüğət  tərkibindəki  ümumiran  mənşəli  sözlər 
tarixən bu dildə istifadə olunmuş ümumiran mənşəli sözlər ola 
bilər.  Yəni,  həmin  sözlər  qədim  tarixi  ilə  seçilən  sözlər  qru-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
11 
punu əhatə etmiş olacaqdır. 
Tat dili ilə Azərbaycan dili arasında əlaqələr böyük tarixə 
malikdir.  Azərbaycan  dili  ilə  sıx  əlaqələr  tat  dilinin  leksik 
fonduna  əsaslı  təsir  göstərmişdir.  Nəticədə,  Azərbaycan  tat-
larının dilində alınmalarla  yanaşı, külli miqdarda hibrid sözlər 
meydana  gəlmişdir.  Hibrid  sözlər  tərkib  hissələri  mənşəcə 
müxtəlif  dillərdən  olan  sözlərdir.  Belə  sözlər  dilin  özündə 
yarana  bildiyi  kimi,  başqa  dil  vasitəsi  ilə  hazır  şəkildə  alına 
bilir. Qeyd olunan cəhət nəzərə alınarsa, Azərbaycan tatlarının 
dilində  Azərbaycan  və  tat  mənşəli  ünsürlərdən,  morfemlərdən 
təşkil  olunmuş,  eləcə  də,  Azərbaycan  dili  vasitəsi  ilə  alınmış 
hibrid  sözləri  ayırmaq  mümkündür.  Azərbaycan  dilinin  vasitə-
çiliyi  ilə  alınmış  hibrid  sözlərin  tərkibində  Azərbaycan  dilinin 
və  başqa  dillərin  (ərəb,  fars,  rus,  Avropa  mənşəli  başqa  dil) 
ünsürlərinin işlənməsi özünü göstərir.   
Beləliklə,  Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibini  üç 
əsas  qrupa  bölmək  olar:  1)  mənşəcə  dilin  öz  sözləri;  2)  alın-
malar;  3)  hibrid  sözlər.  Hər  qrupu  yarımqruplara  ayırmaq 
imkanı  var.  Mənşəcə  dilin  özünə  məxsus  sözlər  qrupunu 
ləhcələr üzrə də bölmək olar. Burada ümumiran mənşəli sözlər 
və tat dili sözləri yarımqruplarını ayırmaq da özünü doğruldur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  tatlarının  dilinin 
bəzi  şivələrində  ümumiran  mənşəli  sözlər  çoxdur.  Məsələn, 
Lahıc  ləhcəsinin  leksik  tərkibini,  əsasən,  ümumiran  mənşəli 
sözlər  təşkil  edir.  Qeyd  etməliyik  ki,  həmin  leksik  vahidlərin 
müəyyən  qisminə  tat  dilinin  digər  ləhcələrində  də  rast  gəlmək 
olur.  
Dillər  arasındakı  əlaqələr  ilk  növbədə,  dilin  lüğət  tərki-
binə  daxil  olan  vahidlərdə  özünü  göstərir.  Əlaqələr  prosesində 
dil başqa dildən söz alır və yaxud ona söz verir. Lakin sözalma 
və  sözvermə  bir  dil  üçün  eyni  tərtibli  dil  hadisəsi  deyil.  Bu 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə