~ 46 ~
261). Yüksək
idraka çatma, özünü dərketmə kontekstində xeyir və
Ģər eyni dərəcədə lazımlı, biri o birisiz mövcud ola bilməyən, «bir
ağanın iki fərqli qulu» kimi fəaliyyət göstərən, lakin son nəticədə
vahid məqsədə qulluq edən «nökərlərdir». Xeyir-Ģər binarlığının
fəlsəfi mənalandırılması onun zahiri aləmdə bir-birinə zidd,
qarĢıdurma mövqeyinin dərki yox, dərin idraki qatda bir-birini
tamamlayan, böyük qələbəyə aparan iki əks qüvvənin vəhdəti
həqiqətinin dərkidir. Mifoloji təfəkkürdə bu duallığın məhz son
nəticəyə xidmət etməsi üçün uzun və mürəkkəb mübarizə yolu
emosional – obrazlı Ģəkildə təzahür edir. Sonrakı dövrlərin bədii-
yazılı nümunələrində, o cümlədən, müasir ədəbiyyatda xeyir-Ģər
problemi aktuallığını itirmir. Bu fakt ona dəlalət edir ki, insan
cəmiyyəti bütün dövrlərdə özünün ən böyük problemini həll edə
bilməmiĢ, indi də bu fundamental problem Yer planetinin
«məskunudur».
Analitik psixologiyanın görkəmli nümayəndəsi Karl Qustav
Yunq Ģəri insan təbiətinin keyfiyyəti kimi dəyərləndirərək onu
xeyirin tam hüquqlu rəqibi adlandırır. O, belə yazır: ‖Müasir
insanın qədim və antik dövr insanlarına nəzərən daha böyük Ģər
iĢlərə qabil olduğunu söyləmək düzgün deyil. O, sadəcə, Ģər iĢlərə
meylliyi ilə onları həyata keçirməkdə daha effektli vasitələrə
sahibdir. O, Ģüurunun hüdudlarını daha çox geniĢləndirib və
diferensiasiya edibdir, onun mənəviyyatı isə hələ də sabit nöqtədə
dayanaraq qalıb və bu, müasir dövrün ən böyük problemidir‖ (10,
119). Xeyi – Ģər duallığı, hər Ģeydən əvvəl, insan mənəviyyatının
problemidir.
Ġnsan varlığında Ģər, təbiətdə mövcud olan Ģər qüvvələr
mifoloji simvolikanın baza elementlərinin denotatını təĢkil edir və
―mifoloji simvolika arxaik sinkretizmin baĢlıca Ģərti olduğu kimi
sonrakı dövrlərin ənənəvi söz sənətində də təsvir sisteminin
əsasını, milli ədəbiyyatın özülünü təĢkil etmiĢdir‖ (8, 269).
Yunqun qeyri-Ģüuri ilə bağladığı və arxetiplər adlandırdığı obraz-
lar mifik təfəkkürə aid olan arxaik simvolların mənalandırılması
iĢində böyük sıçrayıĢ etdi. O, göstərdi ki, arxetiplər sadəcə
təfəkkürün sabitləĢmiĢ Ģablonları deyil, onlar instinkt kimi özünü
impulslar formasında spontan biruzə verən dinamik hadisələrdir
(11, 76). Obyektiv psixiki reallıq olan qeyri-Ģüurinin özünün
üslubu, obrazlar və simvollardan ibarət universal dili var ki,
bunlar arxetiplər dünyasını yaradır. Arxetiplər həyatın hissələri-
dir, canlı insanların emosiyaları ilə qırılmaz əlaqədə olan
obrazlarıdır (11, 96). Ġnsanların həyatı idrak səviyyələri və düĢün-