~ 65 ~
səviyyədə tədqiq edən, dəyərli faktlar üzə çıxaran ilk ədə-
biyyatĢünaslardan biridir.
Nizami Gəncəvi xalq kəlamlarından, atalar sözü və zərb
məsəllərdən çox geniĢ Ģəkildə yaradıcılığında yararlanmıĢdır. ġair
bəzən atalar sözlərini olduğu kimi iĢlətmiĢ, bəzən məzmunun
saxlamıĢ, fikrini ifadə etmək üçün həmin atalar sözündəki ideyanı
əsas götürərək öz bədii fikrini qüvvətli ifadə etməyə nail
olmuĢdur. H. Araslı «Nizami və Azərbaycan xalq ədəbiyyatı» adlı
məqaləsində yazır: «Nizami yaradıcılığının qüdrətini Azərbaycan
mədəniyyətinin inkiĢafı ilə izah edərkən, bu qüdrətin əsas
təməlini təĢkil edən zəngin və qüdrətli Ģifahi xalq yaradıcılığını
xatırdan çıxarmaq olmaz. Çünki bütün ġərq Ģairlərindən, xalq
həyatına və xalq məiĢətinə yaxınlığı və bağlılığı ilə fərqlənib,
Azərbaycan xalqının milli xüsusiyyətlərilə ayrılmaz dərəcədə
əlaqədar olan Nizami, zəngin Ģifahi xalq ədəbiyyatı ilə tərbiyə-
lənib, öz yaradıcılığını da ondan bacarıqla istifadə yolu ilə
rövnəqləndirmiĢdir» (1, 9).
Milli köklərə, milli adət-ənənələrə bağlı sənətkar xalq düha-
sından su içib. Tədqiqatçılar fikirlərində haqlıdır ki, «Uzaqgörən
ağıllı nə gözəl demiĢdir: «Dil ətdən, qılınc dəmirdən», bu sözlər
qızıl su ilə yazılmalıdır: «Dəvə sahibi nə əkibsə, dəvəçi də elə onu
biçəcək», «Qeybdən mənə xəlvətcə bir səs gəldi: «Borcu o qədər
al ki, onu verə biləsən», «Məgər o yolun xidmətçisindən eĢitmədi
ki, «Kim quyu qazsa, özü quyuya düĢər», «Deyənlərin Ģahı belə
məsəl çəkdi ki, axtaranlar taparlar» və s. Bizcə, «Uzaqgörən
ağıllı», «Bu sözlər qızıl su ilə yazılmalıdır», «Qeybdən mənə
xəlvətcə bir səs gəldi», «O yolun xidmətçisi» «Deyənlərin Ģahı
belə məsəl çəkdi» və s. bu və ya bunun kimi onlarca cümlələr tam
mənası ilə xalqdan alındığına açıq-aydın iĢarədir» (2-284).
C. Xəndan Nizaminin poemalarının dili, bədii xüsusiyyətləri
haqqında danıĢır, nümunə olaraq «ġərəfnamə»nin bədii dəyərini
araĢdırır, burada Ģairin xalq yaradıcılığından «geniĢ və səmərəli»
istifadə etməklə bu mövzunun «ayrıca tədqiqə layiq» olduğunu
vurğulamaqla yanaĢı, Ģairin xalq poeziyasından istifadə etməklə
yaratdığı dəyərli «aforizmlər, dillərdə əzbər olası ifadələr»
üzərində xüsusi olaraq dayanır. «ġərəfnamə» bölməsinin əvvəlin-
də «Xızırın Nizamiyə təlimi» hissəsində «səvab etmək üçün
vasitəçi olmalısan ki, nə ĢiĢ yansın, nə kabab» misralarında
insanın hər bir iĢə ehtiyatla, ədalətlə yanaĢma fikri təbliğ olunur.
NüĢabənin tərifi zamanı Ģair onun cəsarətini, ağlını, qabiliyyətini,
Ģücaətini xalqdan gəlmə ifadələrlə yüksəklərə qaldırır, «Aslanın
~ 66 ~
erkəyi, diĢisi olmaz» atalar sözüylə NüĢabənin cəsurluğu, qorx-
mazlığı, mərdliyi fikrini daha da qüvvətləndirmiĢ olur.
ġair «ġərəfnamə»də xalqın müdrik kəlamlarına arxalanaraq
«səbir, qıfıllar açmaq üçün açardır// səbir edəni heç kəs peĢiman
görməyib!», «Ovda səbirsiz olan Ģəxsin, oxu niĢanədən (hədəf-
dən) uzaq düĢər» və s. kimi səbirli olmağı tövsiyə edən nəsihətləri
müasir tədqiqatçıların, nizamiĢünasların tədqiqatlarında geniĢ
Ģərhini və təhlil-tədqiqini tapıb. C.Xəndan hələ keçən əsrin ilk
onilliklərində Nizaminin yaradıcılığına rövnəq verən, onun əsər-
lərinin bədii təsir gücünü artıran bu keyfiyyətləri görür, tədqiqatçı
kimi dəyərli fikirlərini söyləyir.«Ortada nə kabab yansın, nə də
ĢiĢ», «hər vaxtsız banlayan xoruzun gərək, durmadan baĢını
bıçaqla kəsmək», «el ilə qara gün bayramdır, toydur», «aslanın
erkəyi, diĢisi olmaz», «hər bir yerin dovĢanını, yenə də o yerin
tazısı tutar» və s. Bu aforizmlərdə nəsihət, xalq hikməti, dərin
fəlsəfi, ictimai fikirlər, həyati təcrübədən alınan nəticələr ifadə
olunmuĢdur» (3, 150).
«Hər vaxtsız banlayan xoruzun gərək, durmadan baĢını
bıçaqla kəsmək» ifadəsi «Vaxtsız banlayan xoruzun baĢını kəsər-
lər» atalar sözünə bənzəyir. Tədqiqatçılar bu ifadədən Ģairin dönə-
dönə yararlandığını bildirirlər. «ġərəfnamə»də:
Vaxtsız (yersiz) banlayan xoruzun,
BaĢını səhər tezdən kəsmək lazımdır!
«Xosrov və ġirin» poemasında:
Əgər vaxtsız sürsən, pusqunda durarlar,
Vaxtsız banlasan, baĢını kəsərlər.
«Göründüyü kimi, Ģair çalıĢmıĢdır ki, xalqın sınaqdan
keçirmiĢ olduğu bu atalar sözünün məzmunun saxlasın və buna
nail olmuĢdur» (2-273-274).
C.Xəndanın qısa da olsa söylədiyi dəyərli tədqiqatlar sonra-
lar Nizami yaradıcılığında folklor, xalq yaradıcılığı məsələlərinin
geniĢ Ģəkildə təhlil və tədqiqatına yol açmıĢ, bu sahədə onlarla
dəyərli fikirləri özündə ehtiva edən namizədlik, doktorluq iĢləri
yazılmıĢdır.
Tədqiqatçı T.Xalisbəyli fikirlərində haqlıdır ki, Nizami
«əsərlərinin zinəti saydığımız atalar sözləri və zərb məsəllərə hər
an rast gəlmək olur. ġair belə nümunələri gəliĢi gözəl olmaq üçün
seçmir, iĢlənmə məqamına, yerinə, amalına, məqsədinə müvafiq
~ 67 ~
yerdə iĢlədir» (2-275). ġairin «inci dənələri kimi» əsərin müxtəlif
yerlərinə «səpələnmiĢ» aforizmlərinə diqqət yetirir:
Qızıl öz vəznini versə arpaya,
Qızıl qiymətiylə çıxar ortaya.
Ümidin sönməsin dünya olsa dar,
Hər qara buluddan ağ yağıĢ yağar.
Kəhrəba olsa da əqrəb quyruğu,
Yenə də əqrəbdir, zəhərlidir bu.
Ġskəndər gülərək söylədi cavab:
Gizlində qalmağı sevməz afitab!
Dövran acizlərə olsa mehriban,
QarıĢqa oxuyar ilana meydan.
Nizaminin folklorla bağlılığı, əsərlərində xalq yaradıcılığın-
dan yaradıcı Ģəkildə yararlanması, mənsub olduğu xalqın mədə-
niyyəti, adət-ənənəsi, etnoqrafiyası, mifologiyası, folkloru haq-
qında tədqiqatçılar C.Xəndanın öz zamanında M.Əlizadə («Niza-
mi yaradıcılığında Azərbaycan folklorunun təsiri. «Ədəbiyyat»
qəzeti, 24 iyun, 1938, №29), M.Ələkbərov («Nizami Gəncəvi və
Azərbaycan xalq yaradıcılığı», «Azərbaycan məktəbi» jurnalı,
Bakı. 1938), H.Araslı («Nizamidə xalq sözləri və xalq ifadələri».
SSRĠ EA Azərbaycan filialı xəbərləri, 1942, №8, H.Araslı. Niza-
mi Gəncəvi. AzərnəĢr. Bakı. 1947), Ə.Axundov (Nizami Gəncəvi
və xalq yaradıcılığı. Azərbaycan. SSR EA xəbərləri. Bakı, 1954,
№2) maraqlı, dəyərli araĢdırmalar aparmıĢ, müasir dövrümüzdə
nizamiĢünaslar bu tədqiqatların elmi-nəzəri dəyərlərinə əsaslana-
raq araĢdırmalarını, tədqiqatlarını daha da geniĢləndirir.
Nizaminin xalq yaradıcılığı – folklorla bağlılığının sonralar
bu mövzuda xüsusilə R.Azadənin «Nizami Gəncəvi (həyatı və
sənəti)» monoqrafiyasında geniĢ təhlil və tədqiqatı diqqətə-
layiqdir. «Nizami və folklor», «Nizami sənətinin Ģifahi qaynaq-
ları», «Xalq Ģeirinə Nizami təsiri» kimi hissələrdə Ģairin yara-
dıcılıqla bəhrələndiyi türk-ġərq folklor qaynaqları araĢdırılır. Tağı
Xalisbəylinin «Nizami Gəncəvi və Azərbaycan qaynaqları»
əsərində Ģairin yaradıcılığının folklorla bağlılığı geniĢ araĢ-
dırılmıĢdır. C.Xəndan bu zəngin mövzuların Ģairin yaradıcılığında
geniĢ Ģəkildə olduğunu görmüĢ, ilk tədqiqatçı kimi Nizami və
folklor məsələsinin araĢdırılmasını lazım olan problemlərdən biri
kimi alimlərin qarĢısına qoymuĢdur. Hələ keçən əsrin ilk illərində
«Nizami və folklor» məsələsi haqqında maraqlı faktlar C.Xəndan
Dostları ilə paylaş: |