MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

 
~ 80 ~ 
mizcə,  ali  məqsədlərindən  biri,  bəlkə  də,  birincisi  insan  əməllə-
rinin  ilahi  qanunlarla  tənzimlənməsidir  və  ya  tənzimlənməsinə 
nail olmaqdır. 
Xalq  arasında  və  ədəbi-estetik  irsimizdə  iĢlənən  ―xeyir 
əməl‖,  ―bəd  əməl‖,  əməlisaleh‖,  ―alimi-biəməl‖  ifadələri  yox 
yerdən  yaranmamıĢ,  islam  düĢüncəsi  ilə  xalqın  çox  qədim  tarixi 
köklərə  malik  etnik-mədəni  düĢüncə  tipinin  qovuĢmasından  for-
malaĢmıĢdır. O düĢüncə tipinin ki, səadətə, xoĢbəxtliyə, gözəlliyə 
çatmağın  yolunu  xeyir  əməllərdə,  xeyirxah  iĢlərdə  görürdü. 
Ġslamın təsiri nəticəsində ―xeyir əməl‖ anlayıĢı sonradan həm də 
―savab əməl‖ Ģəklində qavranıldı. Ġslam təsəvvürlərinə görə, insan 
dünya evindən axirətə köçdükdə özü ilə  yalnız əməllərini aparır. 
Hər  bir  Ģəxs  öz  əməllərinə  görə  fərdi  məsuliyyət  daĢıyır.  Haqq 
divanının  sorğu-sualı  da  əslində  insan  oğlunun  xeyir  əməllərin, 
yoxsa  pis  (Ģər)  əməllərin  sahibi  olduğunu,  dünyadakı  həyatında 
hansı  əməllərinin  üstünlük  təĢkil  etdiyini  müəyyənləĢdirməkdən 
ibarətdir.  Ġlahi  məqamda  xeyir  əməl  sahibini  mükafat,  pis  əməl 
sahibini cəza gözləyir. 
  ―Qurani-Kərim‖də buyurulur: 
―Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz an-
caq  etdiyiniz  əməllərin  cəzasını  çəkəcəksiniz!‖  (―Yasin‖  surəsi; 
54-cü ayə; 9-440). 
―Heç  bir  günahkar  baĢqasının  günahını  daĢımaz  [Hərə  öz 
günahına cavabdehdir]‖ (―Zumər‖ surəsi; 7-ci ayədən; 9, 463). 
Biz  yuxarıda  Qiyamət  günü  insanların  əməllərinə  görə 
sorğu-suala  tutulması  (mühakimə  olunması)  haqqında  Quran 
hökmlərinin  Bəhlul  Danəndə  lətifələrində  inikası  məsələsinə 
toxunmuĢduq. Burada isə diqqəti hər kəsin öz əməlinə görə fərdi 
cavabdehliyi məsələsinə yönəltmək istəyirik. 
―Bəhlul nə üçün gülürmüĢ‖, ―Nə əkərsən, onu da biçərsən‖, 
―Rəhmətlik  və  nəhmətlik‖  kimi  lətifələr  qeyd  etdiyimiz  məsələ 
baxımından maraq doğurur. ―Bəhlul nə üçün gülürmüĢ‖ lətifəsinə 
diqqət yetirək. 
  Deyilənə görə, Bəhlul heç gülməzmiĢ. Xəlifə hər yerə car 
çəkdirir  ki,  kim  Bəhlulun  güldüyü  xəbərini  gətirsə,  ona  böyük 
bəxĢiĢ verəcək. 
Bəhlul  bir  gün  qəssab  dükanının  qarĢısından  keçirmiĢ. 
Görür  ki,  kəsilmiĢ  heyvan  Ģaqqalarını  qarmaqlara  keçirib  ayaq-
larından  asıblar.  Bərkdən  qəhqəhə  çəkir.  Qəssab  Bəhlulun  gü-
lməsi  xəbərini  xəlifəyə  çatdırır.  Xəlifə  qəssabı  qiymətli  peĢkəĢ-


 
~ 81 ~ 
lərlə  yola salır, sonra Bəhlulu saraya  çağıtdırır və ondan soruĢur 
ki, sən heç gülməzdin, indi isə birdən-birə nə oldu ki, gülübsən? 
―Bəhlul cavab verir: 
–  QardaĢ,  mən  sənin  pis  əməllərinə  dözə  bilməyib,  baĢ 
götürüb  bərri-biyabanı,  Ģəhərləri,  kəndləri  gəzirdim,  hey  fikir-
ləĢirdim  ki,  qardaĢın  olduğum  üçün  görəsən  məndən  də  əvəz 
çıxacaqlarmı?..  Qəssab  dükanının  qabağından  keçəndə  gördüm 
hər  heyvanı  öz  ayağından  asıblar.  Nəticə  çıxartdım  ki,  demək, 
sənin cəzanı yalnız sənə verəcəklər. Odur ki, özüm barədə arxayın 
olub güldüm‖ (1, 10-11). 
Zahirən  Bəhlulun  gülməməsinin,  yəni  kədərinin,  dərdinin 
səbəbi  onun  qardaĢı  xəlifənin  xalqa  qarĢı  zülmü  və  haqsız 
əməlləri  ilə  əlaqəlidir.  Bəhlul  ehtiyatlanır  ki,  qardaĢının  əməllə-
rinə  görə  o  da  cəzalana  bilər  (Burada  təkcə  onun  gülməməsinin 
deyil,  bütövlükdə  ―divanə‖liyinin  –  baĢ  götürüb  çöllərə  düĢmə-
sinin  səbəbi  də  xəlifənin  zülmü  ilə  əlaqələndirilir;  divanəliyin, 
dərviĢliyin əsl səbəbləri, mistik kökləri cari həyatla bağlı hadisə-
lərlə,  cəmiyyət  qayğıları  ilə  əvəzlənir,  mistikanın  folklorda 
həyatiləĢməsi kimi xalq yaradıcılıq prosesi baĢ verir). Əslində isə 
lətifənin  əsasında  duran  qəm,  kədər  –  qəhqəhə,  gülüĢ  qarĢıdur-
ması  pis  əməl  sahibi  olan  ―qafil‖ləri  tənqid  və  təshih  etməyə, 
qəflətdən  oyandırmağa,  zülmdən  çəkindirməyə,  haqq-ədalətə 
dəvət etməyə xidmət edir. Lətifədə kəsilib-soyulmuĢ heyvanın öz 
ayağından asılması kimi çox sadə və təbii bir hadisənin müĢahidə-
sindən  doğan  məntiqi  nəticə  islamın  müqəddəs  kitabında  buyu-
rulan  ilahi  kəlamları  (―Siz  ancaq  etdiyiniz  əməllərin  cəzasını 
çəkəcəksininz!  Heç  bir  günahkar  baĢqasının  günahını  daĢımaz‖) 
bir daha təsdiq etmiĢ  olur.  Lətifənin tənqid hədəfi (hədəfləri) is-
lam  dünyagörüĢü  mövqeyindən  xəbərdar  edilir,  pis  əməllərdən 
çəkindirilir.  
Konkret  lətifələr  əsasında  göstərməyə  çalıĢdıq  ki,  Bəhlul 
Danəndə  obrazı  Ġslama,  təsəvvüfə  bağlı  olan;  Qiyamət  gününə, 
Haqq  divanına,  axirət  həyatına,  dünyadakı  əməllərə  görə 
cavabdehliyin zərurətinə inanan; inandıqlarını orta əsrlər ġərqinin 
dəli görünüĢlü aqil obrazlarına xas tipoloji keyfiyyətlərlə, düĢün-
dürücü  gülüĢ  yaradan  situasiya  və  sözlərlə  özünəməxsus  tərzdə 
sosiuma çatdıran bir lətifə qəhrəmanıdır. 
Mistik filosof olan Bəhlul Danəndənin düĢüncələrinin, hərə-
kətlərinin, bütün səciyyəsi ilə obrazın özünün dini-mistik yönü ilə 
bərabər, həm də ciddi dünyəvi yönü vardır. Əslində Bəhlul bütün 
fəaliyyəti ilə cəmiyyət həyatında pozulmuĢ nizamın, haqq-ədalətə 


 
~ 82 ~ 
söykənən  harmoniyanın  bərpasına,  yəni  insanların  daha  gözəl 
yaĢamasına  çalıĢır.  Onun  ―axirət‖,  ―Qiyamət‖,  ―qəbir  evinin 
əzabı‖ kimi islami təsəvvürlərə üz tutması lətifələrdə vasitə, üsul 
təsiri bağıĢlayır.  Bu dünyanı  düzəltmək, insanları  pis  əməllərdən 
çəkindirmək,  həyatı  gözəlləĢdirmək  üçün  bir  vasitə!  Ġlahi  xəbər-
darlıqlarla insanları zülmdən, haqsızlıqdan, ədalətsizlikdən, nəfs-
girlikdən  çəkindirən  çağırıĢlar  əslində  gündəlik  həyatın  ġərdən 
Xeyirə  doğru  dəyiĢdirilməsi  kimi  estetik  idealın  gerçəkləĢdiril-
məsinə xidmət edir. 
Bəhlul  Danəndə  lətifələrindəki  ibrətamiz  fəlsəfi  gülüĢün 
gücü onun həyatiliyindədir! 
Xalq  sufizmini  sufi  təriqətçiliyinin  ehkam  və  qəliblərindən 
uzaqlaĢdıran,  fərqləndirən  əsas  keyfiyyət  onun  folklorda  qərar-
laĢaraq,  məqsəddən  vasitəyə  çevrilməsində,  folklorun  xəlqiliyi, 
həyatsevərliyi ilə qaynayıb-qarıĢmasındadır.  
 
Ədəbiyyat: 
 
1.
 
Bəhlul  Danəndə  lətifələri.  (Toplayanı  və  tərtib  edəni: 
N.Seyidov), B.: AzərnəĢr, 1988 
2.
 
Bəydili  (Məmmədov)  C.  Türk  mifoloji  sözlüyü.  Bakı:  Elm, 
2003 
3.
 
Fərzəliyev T. Azərbaycan xalq lətifələri. Bakı: Elm, 1971 
4.
 
Fərzəliyev  T.  Lətifələr.  //  Azərbaycan  ədəbiyyatı  tarixi.  6 
cilddə, I cild, Bakı: Elm, 2004, səh.241-248 
5.
 
Füzuli M. Əsərləri. 6 cilddə, II cild, Bakı: ġərq-Qərb, 2005 
6.
 
Kazımoğlu M. GülüĢün arxaik kökləri. Bakı: Elm, 2005 
7.
 
Kazımoğlu M. Xalq gülüĢünün poetikası. Bakı: Elm, 2006 
8.
 
Kazımoğlu  M.  Lətifələrdə  poetika  və  genezis  məsələsi.  // 
Azərbaycan  Ģifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər.XVIII 
kitab, Bakı: Səda, 2005, səh. 88-96 
9.
 
Qurani-Kərim.  (Ərəb  dilindən  tərcümə  edənlər:  Z.Bünyadov, 
V.Məmmədəliyev), Bakı: AzərnəĢr, 1992 
10.
 
Qurani-Kərimin  Azərbaycan  dilinə  tərcümə  və  Ģərhi. 
(Ərəbcədən tərcümənin və Ģərhlərin müəllifi: Ayətullah Mirzə 
Əli  MeĢkini  Ərdəbili),  Bakı:  Nurlar  NəĢriyyat  Poliqrafiya 
Mərkəzi, 2006 
11.
 
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə, Bakı: Elm, 
2006 
12.
 
Nəsimi Ġ. SeçilmiĢ əsərləri. B.: Azərbaycan Dövlət NəĢriyyatı, 
1973 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə