MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə6/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   2   3   4   5   6   7   8   9   ...   113

 
~ 20 ~ 
aid"  («О  доставлении  въ  управление  Округа  гг.  учителями  и 
другими  служащими  въ  учебныхъ  заведениях  сведений, 
касающихся разных местностей Кавказа») adlanan 37 səhifəlik 
bu geniĢ proqramın əvvəlində ümumi göstəriĢlərlə yanaĢı, istifadə 
edilə biləcək təcrübi və elmi kitabların adları da tövsiyə edilmiĢ-
dir. 
Proqramın  həmin  buraxılıĢda  təkrar  nəĢr  edilməsinin  əsas 
məqsədi  yenicə  dərs  deməyə  baĢlamıĢ  cavan  müəllim  və  müda-
vimlərə  folklor  materiallarını  toplamaq  iĢində  kömək  etmək 
məqsədi  güdmüĢdür.  Lakin  bu  proqrama  əlavə  olaraq  "Rəvayət, 
nağıl,  mövhumat  adətləri  və  ənənələrinin  öyrənilməsi  üzrə  bəzi 
suallar"  adlı  yeni  göstəriĢlər  də  dərc  edilmiĢdir.  Bu  Qafqazın 
yaĢayıĢ sahələrində yayılmıĢ folklor nümunələrini toplamaq üçün 
əsas Proqrama əlavə olaraq dərc olunan göstəriĢlərdir. 
Qafqaz Tədrisi Ġdarəsi xalq yaradıcılığı nümunələrini topla-
nılması  məsələsinə  böyük  əhəmiyyət  verərək  bu  problemə  aid 
olan  bütün  məsələləri  nəzərə  almıĢ,  təbiət  hadisələrinə,  heyvan-
lara,  müxtəlif  mərasim  və  bayramlara  həsr  olunmuĢ  folklor 
nümunələrinin  Məcmuənin  səhifələrində  dərc  olunmasına  Ģərait 
yaratmıĢdır. 
Əvvəla, onu qeyd edək ki, bu Proqram, əvvəlki Ġlk proqram 
mətnindən  istifadə  yolu  ilə  yenidən  iĢlənmiĢ,  bitkin,  tamam-
lanmıĢ,  heç  bir  əlavəsi  olmayan,  bir-birini  tamamlayan  vahid 
mətndən  ibarətdir.  "Qafqazın  müxtəlif  sahələrinə  aid  məlumat-
ların  yazılması  üçün  zəruri  proqram"  («Программа  сведений 
необходимыхъ  для  описания  разныхъ  местностей  Кавказа») 
baĢlığı altında yazılan proqramda aĢağıdakı mövzularda məlumat-
ları  necə  və  hansı  ardıcıllıqla  toplamaq  tələb  olunur:  1)  Kəndin, 
aulun,  Ģəhərin haqqında  ətraflı tarixi,  arxeoloji,  etnoqrafik məlu-
mat; 2) Kəndin, aulun, Ģəhərin yerləĢdiyi məkan, quruluĢu, tikili-
ləri, arxitekturası barədə məlumat; 3) Yerin coğrafi quruluĢu, əra-
zisi,  çayı,  meĢəsi,  suyu  və  s.;  4)  Ġqlimi,  abi-havası;  5)  Yerin  və 
ətraf  mühitin  geoloji  xüsusiyyəti;  6)  Təbii  və  mədəni  bitkilərin 
növ və cinsləri; 7) VəhĢi və ev heyvanları; 8) Əhalinin milliyyəti, 
dini,  məĢğuliyyəti,  sənəti,  ictimai  təbəqəsi,  cinslərin  sayı  və 
s.(verilmiĢ cədvəllər üzrə təsviri); 9) Fiziki və əxlaqi-mənəvi ink-
iĢaf  (kiĢilərin  və  qadınların  fiziki  quruluĢları,  görkəmləri,  xarak-
terləri,  ailənin  quruluĢu,  Ģəxsiyyətə  münasibət,  dili,  yazısı, 
mədəniyyəti  -  əfsanələr,  rəvayətlər  ənənələr,  nağıllar,  mövhumi 
görüĢlər,  inanclar,  tarixi  və  məiĢət  mahnıları,  nəğmələri,  solo  və 
xorla  ifalar,  mifologiya,  atalar  sözləri  və  məsələlər,  qədim  dini 


 
~ 21 ~ 
sitayiĢlər  və  inanclarla,  bütpərəstliklə,  yaxud  xristianlıqla  (bura 
əlavə  et:  islamla  -S.O.)  əlaqədar  yaranan  əfsanə  və  rəvayətlər, 
mövhumat və inanclar, əhalinin əqli fəaliyyəti, din, təriqət, Ģəriət 
baĢçıları,  xeyriyyəçilik  iĢləri  və  formaları  və  s.)  haqqında  mə-
lumat toplamaq; 10) KiĢilərin, qadınların həyat tərzi (buraya ev və 
ictimai  fəaliyyət,  ailə  üzvləri  arası  münasibətlər,  yaĢayıĢ, 
təsərrüfat və ictimai mənzillərin quruluĢu, kiĢi, qadın və uĢaq gey-
imləri  və  mətbəx  mədəniyyəti,  xörəklərin  növləri,  evlənmə,  toy, 
doğum,  dəfn  və  digər  hadisələrlə  əlaqədar  mərasimlər,  ayinlər, 
ənənələr,  adətlər,  yerli  və  milli  adət  və  ənənələr  -  məsələn,  qız 
qaçırma və qan düĢmənçiliyi kimi, maddi dolanıĢıq səviyyəsi, gi-
giyena  və  sanitar  səviyyə,  xəstəlikləri  müalicə  üsulları  -  xalq 
təbabəti, türkəçarə, falçılıq, inanca və dərman bitkilərinə, həkim-
lərə  münasibət,  əhalinin  fəaliyyəti  -  bağçılıq,  heyvandarlıq, 
quĢçuluq, balıqcılıq, arıçılıq, ov, ticarət, gəmiçilik, peĢələr və s.); 
11)  Tərbiyə  üsulları  və  vasitələri,  məktəbdarlıq,  maarifçilik, 
oğlanların və qızların tərbiyəsinə münasibət, dini və dünyəvi təh-
sil və s.; 12) Ġdarəçilik və inzibati quruluĢ... 
Proqramın  bu  hissəsinə  əlavə  edilən  qeyddə  (примечание) 
imkan  daxilində  tövsiyə  edilir  ki,  Ģəhərin,  kəndin,  aulun  geniĢ 
planını,  Ģəkillərini,  quruluĢunu,  abidələrin,  kiĢi  və  qadınların, 
ümumiyyətlə təsviri verilən hər bir maraqlı Ģeyin Ģəkillərini, qraf-
ik təsvirlərini, fotolarını, tarixi əĢyaların, əlyazmalarının əsillərini 
və  ya  surətlərini  əldə  edib  göndərsinlər.  Həmçinin,  mahnı  mət-
nilərini  orijinalda  və  rus  dilinə  tərcüməsini,  imkan  daxilində  on-
ların  ifa  notlarını,  əfsanələri,  nağılları,  atalar  sözlərini  orijinalda 
və  rus  dilinə  tərcümədə  mərkəzə  göndərilməsi  xahiĢ  edilir  (2,1-
24).  
Proqrama  əlavə  edilən  və  əsasən  Rusiya  Ġmperator  Coğra-
fiya Cəmiyyətinin üzvü Q.Ġ.Potanin tərəfindən hazırlanmıĢ, Top-
lunun  2-ci  buraxılıĢında  nəĢr  edilmiĢ  və  indiki  halda  müəyyən 
əlavələrlə  zənginləĢdirilmiĢ  "Rəvayət,  nağıl,  mövhumat  adətləri 
və ənənələrin öyrənilməsi üzrə bəzi suallar" («Несколько вопро-
совъ по изучению поверий, сказаний, суверныхъ обычаевъ и 
обрядов»)  məqaləsi  "Ġnanclar  və  mövhumi  rəvayətlər"  («По-
верья»),  "Adlar"  («Названия»),  "Nağıl,  rəvayət  və  əfsanələr" 
(«Сказания  и  поверья»),  "Mərasim  və  adət-ənənələr"  («Об-
ряды»)  baĢlıqları  altında  dörd  hissəyə  bölünür,  hər  hissə  də  öz 
növbəsində tematikaya görə yarımsərlövhələrə ayrılır. Burada bir 
məsələni qeyd edək ki, təqdim olunan mətnin özündə də, folklor-
istik anlayıĢ və terminlər çox vaxt bir-birini əvəzlədiyindən biz də 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə