MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə75/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   71   72   73   74   75   76   77   78   ...   113

 
~ 223 ~ 
well  as  A.Nabiyev,  M.Seyidov,  M.Yarahmedov.  The  author  also 
thoroughly  explains  the  reason  enough  low  level  of  the  edition 
and the transfers of fairy tales published in SMOMPK. In the pre-
sent research originals of the fairy tales published in the specified 
collection are compared to the samples printed during later times. 
 
 


 
~ 224 ~ 
   CAVADOVA RƏNA  
BDU 
 
AZƏRBAYCANDA CƏRƏYAN EDƏN ĠCTĠMAĠ-
SĠYASĠ PROBLEMLƏRLƏ VƏ ġƏXSĠYYƏTLƏRLƏ 
BAĞLI ġEĠRLƏRĠN TƏHLĠLĠ  
(Q.Qasimzadənin yaradıcılığı əsasında) 
 
Açar sözlər: xalq, xoşbəxtlik, millət, vətənin firavanlığı, 
 şair, social-siyasi mövqe 
 
Q.Qasımzadə  yaradıcılığı  üzərində  müĢahidələr  göstərir  ki, 
Ģair  ölkədə  baĢ  verən  hadisələrə  fəal  vətəndaĢ  mövqeyindən 
yanaĢmıĢ  və  bir  Ģair  kimi  onlara  poetik  münasibətini  ifadə 
etmiĢdir (1-69 və b). Bu mənada ədibin bir Ģəxsiyyət kimi dövrün 
hadisələrinə  münasibəti  yaradıcıdır  və  özündə  yüksək  vətən-
pərvərlik  hissləri,  vətəndaĢlıq  mövqeyini  birləĢdirir.  Azərbay-
canın görkəmli Ģəxsiyyətlərindən biri olan Q.Qasımzadənin ədəbi 
yaradıcılığı  bu  mənada  təqdirə  layiqdir.  Onun  Azərbaycanın 
quruculuğu haqqında, vətəninin hər bir qarıĢ torpağının zənginliyi 
haqqında  yazmıĢ  olduğu  dəyərli  ədəbi  nümunələri  bizə  bunu 
deməyə  imkan  yaradır  ki,  Ģair  vətəni  üçün,  xalqının,  millətinin 
xoĢbəxt  gələcəyi  üçün  əlindən  gələni  əsirgəməmiĢdir.  Bu  müna-
sibət özünü onun bir çox əsərlərində olduğu kimi, ―Bizim kənd‖, 
―Bizim  dağlar‖,  ―BənövĢə  yarpağı‖  kitablarında  toplanmıĢ  Ģeir-
lərində  də  özünü  aydın  Ģəkildə  göstərir.  ġair  Azərbaycanda 
cərəyan  edən  ictimai-siyasi  problemlərə  öz  münasibətini  bildir-
məklə  yanaĢı,  əmək  və  incəsənət  adamlarının  sosial  məiĢət 
qayğılarını, onların həyat tərzini iĢıqlandırmağa da yaradıcılığında 
geniĢ yer ayırır: 
Deyir: ―Gurla, dəli topum, gurladıqca sən, 
 Soraq gəlir mənə susan nəğmələrimdən‖ (1, 18). 
Göründüyü  kimi,  sənət  adamlarının  da  arzu  və  ümidlərini 
qələmə  alan  Ģair  yaĢamasını  diqqətimizə  çatdırır.  ġair  qeyd  edir 
ki,  ölkədə  baĢ  verən  siyasi  problemlər,  birbaĢa  olaraq  insanların 
məiĢətinə,  həyatına  bir  rahatsızlıq  qatır  və  onların  həyat,  yaĢam 
tərzini dəyiĢir.  
Q.Qasımzadə  bu  tipli  motivlərlə  yaradıcılığını  daha  da 
zənginləĢdirmiĢ  və  Ģeirlərini  dövrün  bədii  salnaməsinə  çevirə 
bilmiĢdir.  YaĢadılması  lazım  olan  tarixi  hadisə  və  Ģəxsiyyətləri 
əsərləri  vasitəsilə  gələcək  nəsillərə  çatdırmaq  üçün  uğurlu 


 
~ 225 ~ 
addımlar atmıĢdır. A.ViĢnevskinin obrazını ―Mühəndisin arzusu‖ 
Ģeirində  yaradır  və  bura  bizim  milli  qəhrəmanlarımızı  da  əlavə 
edir: 
Bu uca dağları seyr etdikcə mən,  
Gözümün önündə Nəbi dayanır.  
Ona məskən olmuĢ üstü duman, çən 
Qartal yuvası tək görünən kaha.  
Nəbinin ayağı çəkilən gündən
 ġahin qanad çalmır burda bir daha (1, 43). 
 
Təbiidir ki, Azərbaycanda cərəyan edən hadisələr məhz ağır 
müharibə  illərinə  və  müharibədən  sonrakı  illərə  təsadüf  edir. 
BirbaĢa bütün bu olanlar həmin zamanın vurduğu ağrı və acıların 
sağalmaz  yaralarından  bəhrələnirdi.  Ġnsanların  ağır  həyat  tərzi, 
iqtisadiyyatın  yenidən  bərpa  olunması,  cəmiyyətin  gərgin  iĢ 
fəaliyyəti və. s  
ġairin axtarıĢları müasirliyi və aktuallığı baxımından diqqəti 
cəlb  edir.  Onun  ―Gözlərin  sevinci‖,  ―Gəncənin  yanında‖, 
―Gördüm‖, ―Həyat səhnələri‖, ―Hamı‖ ―Sənsiz‖ oxuyur‖, ―Ulduz-
lara  gedən  yol‖,  ―Müəllim‖,  ―Səndən  öyrənib‖,  ―Oğulsan  ya 
babasan‖,  ―BDU  haqqında  söz‖,  ―Qadan  alım‖,  ―Ata‖,  ―Vurğun 
öldü deməyin‖, ―Muğan qızları‖, ―Nəzakət  Nəzərli‖, ―Qızqayıtın 
qızıyam‖,  ―Dağlar  oğlu‖,  ―Sevil‖,  ―HəmiĢə  qəlbimdəsən‖, 
―Həkim xəstələndi‖ və s. Ģeirləri dövrün ölkədəki gerçəkliklərini, 
tarixi  hadisələrini  və  tarixi  Ģəxsiyyətlərini  bədii  Ģəkildə  təqdim 
edir.  ġairin  ―BənövĢə  yarpağı‖  kitabındakı  Ģeirlərində  vətəndaĢ 
Ģairin mənəvi ucalığı daha aydın Ģəkildə görünür. Burada görürük 
ki, Ģair dövrün tarixi-bədii mənzərəsini canlandıra bilir. ―Vətənin 
bir  parçası‖,  ―Dənizdə  bahar‖,  ―Sehrli  torpaq‖,  ―BənövĢə 
yarpağı‖,  ―Tufan‖,  ―Yazdı  öz  qanı  ilə‖,  ―Göy  göl  lövhələri‖, 
―Gecə‖,  ―Papiros  kötüyü‖,  ―Qınamasın  gələcək  nəsillər  bizi‖, 
―Gözəlliyin  tarixi‖,  ―Hücumdan  əvvəl‖,  ―Ġmzalar‖,  ―Neyin 
əfsanəsi‖,  ―GünəĢ‖,  ―Uzaqdan  gələn  səs‖,  ―Azərbaycan‖,  ―Ġki 
lövhə‖,  ―Qırqovulun  qiyməti‖,  ―Ġgidə  bax,  igidə‖,  ―YaĢasın 
günəĢ‖ və s. (1-69 və b.) kimi əsərlərində ölkə içindəki hadisələr 
və  Ģəxsiyyətlərlə  bağlı  nümunələrə  rast  gəlinir.  Bu  özünü  onun 
―Vətənin bir parçası‖ Ģeirində də göstərir: 
 
Ucaltdıqca hey ucalır, 
Ulduzlarla bir yanır o, 
Vətənin bir parçasıdır, 


 
~ 226 ~ 
Kainatı dolanır o! (2, 6). 
 
ġair haqlı olaraq qeyd edir ki, vətənin bir parçası olan insan 
bütün  bu  hadisələri  öz  dünyasından  keçirib  yaĢamaqla  ümumi 
sosial harmoniyaya təkan vermiĢ olur. 
Beləliklə,  ədibin  geniĢ  diapazona  malik  olan  yaradıcılıq 
dünyası  həm  də  onunla  səciyyələnir  ki,  Ģairin  bütün  hadisələrə 
münasibətində  dərin  və  tükənməyən  bir  nikbinlik  vardır.  Bu 
nikbinlik vətən sevgisi ilə birlikdə Ģeirlərdə öz əksini tapır: 
 
Vurğun öldü deməyin
Ġllər, bir an dönün geri,  
Yenə qulaq asaq ona,  
Min fərəhlə qoy yığılaq 
Biz Natəvan klubuna.  
 
Əsərlərindəki müsbət qəhrəmanlarının fədakarlığı ilə yadda 
qalan  obrazları  özünün  dolğunluğu  və  sadəliyi  ilə  diqqəti  çəkir. 
ġair  tarixi  hadisələri  və  tarixdən  aldığı  Ģəxsiyyətləri  əsərdə 
mürəkkəbləĢdirmir, onları aydın bir Ģəkildə təqdim edir.  
ġair göstərir ki, zaman ədalətli hakimdir. Hər Ģeyin hökmü-
nü o verir. Hökmdarlar, xaqanlar, Ģahlar gəlib

getmiĢ, amma on-
ların adları əbədiləĢməmiĢdir. Amma böyük Ģəxsiyyətlərin, sənət-
karların  adları  əbədi  qalır.  O,  bunu  məzar  motivi  ilə  məna-
landırmıĢdır.  ġairə  görə  tarixdə  yer  tutmaq  yüksək  mövqe  və 
mənsəblə deyil, insanlıq üçün görülən iĢlərdədir. Ġnsanlıq naminə 
iĢ görənlərin yeri xalqın könül dünyasıdır. Belə bir dünyaya malik 
olan  insanlar  əbədi  yaĢayarlar.  ġair  belə  xidməti  olan  insanların 
xatırlanmasını  özünə  mənəvi  borc  bilir.  ―Müəllim‖  adlı  Ģeirində 
oxuyuruq: 
Öyrətdi sonra da müəllim bizə,  
Yerlərin, göylərin çətin sirrini.  
Qatdı Ģərbət kimi o dilimizə 
Vaqifin, Sabirin Ģeirlərini.  
 
ġairin  əsərlərində  daĢlaĢan,  heykəlləĢən  tariximizin  səhifə-
ləri  açıq-aydın  oxunur.  Burada  böyük  mütəfəkkirlərin  fikir  dün-
yasının  zənginliyini  görürük.  Məhz  elə  bu  səbəbdəndir  ki,  ədib 
Azərbaycan  tarixində  baĢ  verən  hadisələri  motivləndirmiĢ, 
bəĢəriyyəti həmiĢə narahatçılıqda saxlayan müharibə xofunu, dəh-
Ģətlərini lənətləmiĢdir: 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə