“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
liyev-R-hman

 
 


56 
III FƏSİL. HAZIR MƏHSUL İSTEHSALI VƏ SATIŞI İLƏ ƏLAQƏDAR 
ƏMƏLİYYATLARIN TƏHLİLİ VƏ AUDİTİ 
 
3.1. Məhsul istehsalı və satışının təhlili. 
 
Hər bir istehsal müəssisəsi öz fəaliyyətini sərbəst olaraq planlaşdırır. Bu 
zaman məhsul satışı uyğun bağlanmış ticarət müqavilələri və mal-material təchi-
zatcılıarı ilə bağlanmış müqavilələrin şərtlərinə əsaslanır, eləcə də istehsal edilən 
məhsul, iş və xidmətinə olan bazar tələbini əzərə alaraq gələcək inkişafı istiqa-
mətini müəyyən edir. İstehsalçı müəssisə öz fəaliyyətində məhsul istehlahçılarının 
məhsulun keyfiyətinə aid tələblərini mütləq nəzərə almalıdır. Bu baxımdan istehsal 
müəssisələrinin fəaliyyətinin təhlili məhsul istehsalı uyğun göstəricilərin 
öyrənilməsindən başlanır. Müvafiq təhlil prosesi növbəti mərhələri əhatə edir: 

Məhsulun istehsalının təhlili. 
Məhsul istehsalının həcmi natural, şərtı-natural 
və dəyər ifadəsində əks etdirilə bilər. 
İstehsal həcminin təhlili əsasən əmtəəlik məhsul, ümumi məhsul və satılmış 
(realizasıya) məhsul həcminin öyrənilməsini əhatə edir. 
Ümumi məhsul – bütöv iş və xidmətlərinin dəyərini əhatə edir. Bura həmcinin 
müqayisəli qiymətlərlə əks etdirilmiş bitməmiş istehsalın da dəyəri daxil edirlir. 
İstehsal proqramının hazırlanması və 
icrasının təhlili
1.1.Məhsul həcminin təhlili;
1.2 Məhsul çeşidinin təhlili;
1.3.Məhsulun strukturunun təhlili;
2. Məhsulun keyfiyyətinin təhlili;
3. İstehsal ahənginin təhlili;
4. Müqavilə şərtlərinin və məhsul 
satışının icrasının təhlili


57 
Əmtəəlik məhsul – müəssisədə öz istehsal prosesini tam bitirmiş
qablaşdırılmış və istehlakçılara göndərilmək üçün hazır olan məhsul nəzərdə 
tutulur. Əmtəəlik məhsulun həcmi növbəti qaydada hesablanılır: 
Əmtəlik məhsul = hazır məhsulun dəyəri + yarımfabrikatların dəyəri + kənar 
istehsal məqsədi ilə hazırlanmış məhsulların dəyəri. Bu gösətricinin həcmi ümumi 
məhsul dəyərindən müəssisə daxili istifadə edilən məhsulun və bitməmiş istehsalın 
dəyəri çıxılmaqla da müəyyən edilir. 
Satılmış məhsul – istehlakçılara göndərilmiş, dəyəri ödənilmiş və satılmış 
məhsulun ümumi dəyəri kimi başa düşülür. 
Təhlil prosesində istehsal planını icrası yoxlanılır, ötən illlərlə müqayisədə 
istehsal həcmində baş vermiş dəyişikliklər qiymətləndirilir. İstehsal həcminin təhlil 
prosesi ümumi və əmtəəlik məhsulun dinamikasının, onların artım tempi 
əmsallarının və artım həcminin öyrənilməsindən başlanır. Dinamikanın təhlili həm 
cari və həm də müqayisəli qiymətlərdə aparılır. Müqayisəli qiymət qismində 
müvafiq hesabat dövrünün (rüb, yarımil, il) müvafiq ayında mövcud olan qiymətlər 
nəzərdə tutulur. Müvafiq hesablamalar növbəti cədvəldə öz əksini tapır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə