80
Müxtəlif borulardan hazırlanmış qapalı horizontal drenaj
daha geniş tətbiq olunur. Drenlərin dərinliyi qurutma normasından
və s. amillərdən asılı olaraq, 1 m-dən 1,6-1,8 m-ə qədər dəyişir,
sıxlığı isə müxtəlif qəbul edilir.
Bərk qruntlarda qurutmanın effektivliyini artırmaq üçün
kombinə olunmuş drenaj tətbiq olunur.
Mütləq qiyməti daimi və ya dövri olaraq, çay, göl və dəniz
səviyyəsindən aşağı olan, bilavasitə onlara yaxın (qonşu) yerləşən
adalarda, çaylaq yamaclarında, dənizkənarı düzənlərdə mexaniki
qurutma üsulu tətbiq olunur. Belə qurutma sistemləri polder
adlanır.
P older - sahilin ətrafı torpaq bəndlə bərkidilərək quru-
dulan və becərilən alçaq sahəsidir. Polderlər adətən bataq-
lıqlaşmış dəniz sahillərinin alçaq sahələrində, daha çox dəniz
səviyyəsindən aşağıda dənizkənarı ovalıqlarda, çay və göllərin
çaylaq (subasar) hissələrində, dəniz sularından azad olmuş və
s. sahələrdə yerləşdirilir, dənizdən və ətrafdakı su hövzələrin-
dən val, torpaq bəndlər və digər hidrotexniki qurğularla dəniz
və çay suları ilə subasmadan mühafizə olunur. Polderlərdə qrunt
suyu səviyyəsi drenaj və daha çox isə mexaniki suçəkmə va-
sitəsilə tənzimlənir. Polderlər adi becərilən torpaqlardan daha
yüksək məhsuldarlığı ilə fərqlənir.
Əhatəedici bəndlər subasmaya məruz qalmayan (qış pol-
deri) və ya yalnız yaz daşqın suları ilə subasmaya məruz qa-
lan (yay polderi) ola bilər. Qış polderləri uzunmüddətli subas-
maya davam gətirməyən yaşayış məntəqələrinin və ya zəngin
əkin sahələrinin bəndlərlə bərkidilmiş ərazilərində tətbiq olu-
nur. Yay polderlərində daşqın suları ilə subasma zamanı torğaq
nəmlənir və gübrələnir; onlardan çəmənlik və otlaq sahəsi kimi
istifadə olunur (şək. 25).
Torpaq bəndlərin ölçüsü (hündürlüyü və s.) çayda, göldə
və s. -də su səviyyəsindən asılı olaraq seçilir. Mühafizə olunan
ərazidə qurutma şəbəkəsi qurulur ki, həmin şəbəkədən də su
polderin daha alçaq hissələrində, torpaq bəndlərin yanında ma-
81
gistral kanalların başlanğıcında qurulmuş nasos stansiyaları va-
sitəsilə dənizə, çaya və s. atılır. Nadir hallarda, əgər suyun yük-
sək səyiyyəsi qısa müddət ərzində müşahidə olunursa, suyun
yerüstü su hövzələrinə aparılması kanalların başlanğıcında qurul-
muş avtomatik suburaxıcılar vasitəsilə özüaxar olaraq təmin olu-
nur.
Polder sisteminin səmərəli konstruksiyası və ölçüləri
texniki-iqtisadi hesablamalarla təyin edilir.
Polder sistemi əsasən Şimal dənizi sahillərində (Nider-
land, Danimarka, Almaniya), o cümlədən Polşa, Yaponiya, ABŞ-
nın Atlantik okeanı sahillərinin bəzi sahələrində, Qara dəniz
sahillərində, Odessa yaxınlığında (Ukrayna, Kuqurlu, Kotlabux
gölləri) yaradılmışdır. Ən iri polderlər Niderlandda yerləşir.
Hələ qədim dövrlərdən polderlərin kifayət qədər böyük sayı
indiki Kalininqrad vilayətində (Polesski, Slavski rayonları)
mövcuddur. Polderlər həmçinin Litva, Latviya (Kurzeme) və
qismən Estoniyada mövcuddur.
Niderlandda polderin üç tipini ayırırlar:
1) Droogmakerij (azərbaycan dilində tələffüzdə: “ druqmey-
kec”) (niderland dilindən tərcümədə: droog - quru və maken -
etmək) - keçmiş göl, körfəz və digər su hövzələrinin yerində
yaradılmış polder;
2 )Indijking (azərbaycan dilində tələffüzdə:“ indickinq”)
(niderland dilindən tərcümədə: in - içərisində və dijk - torpaq
bənd) - dövrü olaraq subasmaya məruz qalan ərazidə, məsələn
çay, körfəz çəmənliklərində və ya az sulu dövrdə dənizin
sudan azad olmuş dibində yaradılmış polder;
3) Ontginning
(azərbaycan dilində tələffüzdə: “ ontcininq”)
(niderland dilindən tərcümədə: ontginnen — torpağı mənimsə-
mək, kənd təsərrüfatı üçün istifadəyə hazırlamaq) - bataqlıq ye-
rində yaradılmış polder.
82
a
b
83
c
d
Şəkil 25 (a,b,c,d). Polderlər.
84
1.15.Azərbaycanda suvarma sahələrinin, irriqasiya
qurğularının və kollektor-drenaj sistemlərinin müasir
vəziyyəti (2010-2014-cü illər)
Bu dövrdə Tərtərçay üzərində 143 min 500 ha sahəni suvara
biləcək, həcmi 550 mln. m
3
olan Sərsəng su anbarı, Tərtərçay və
Turağaçay üzərində olan, həcmi 5,86 mln. m
3
Madagiz su anbarı,
mənbəyi Madagiz su anbarı olan tam beton örtüklü, uzunluğu 70,2
km, sərfi 50 m
3
/san Sağ sahil və uzunluğu 22,4 km, sərfi 20,5
m
3
/san olan Sol sahil Tərtərçay magistral kanalları, Naxçıvan MR-
da Arpaçay üzərində həcmi 150 mln.m
3
olan Arpaçay su anbarı və
magistral kanallar: Naxçıvan çayından qidalanan 12,7 mln.m
3
həcmli Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su
anbarı, Lənkəran rayonunda həcmi 52 mln. m
3
olan Yuxarı
Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli
nasos stansiyası, o cümlədən digər obyektlər tikilib istismara ve-
rilmişdir.
1971-1975-ci illərdə 24 min hektar sahədə yeni suvarılan
torpaqlar istifadəyə verilmişdir. 157 min hektar sahədə suvarılan
torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektarda
torpaqlar yuyulmuş, 111 min hektar sahədə suvarma şəbəkələri
qurulmuş, 134 min hektar sahədə hamarlama işləri aparılmış, 249
min hektar sahədə qış otlaqlarına su çəkilmişdir.
Araz çayı üzərində həcmi 1350 mln.m
3
olan Naxçıvan su
anbarı tikilmiş, 400 min hektar sahəni suvaran Mil-Muğan hid-
roqovşağı, tam sərfi 80 m
3
/san, uzunluğu 71 km olan Baş Mil ka-
nalı, Naxçıvanda 6 min hektar sahəni suvara bilən Qaraçuq və
Arpaçay nasos stansiyaları tikilib istismara verilmişdir.
İndi respublikada ümumi su tutumu 21,5 mlrd.km
3
olan 135
su anbarı, 16,8 min km uzunluqda suvarma kanalı, 7,2 min km
uzunluqda kollektor-drenaj şəbəkəsi, 29 min müxtəlif hidrotexniki
qurğu, 850 nasos stansiyası, 6 min subartezian quyusu, 1,7 min
km seldən və daşqınlardan mühafizə bəndi istismar olunur. Onla-
rın sırasında Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları,
Dostları ilə paylaş: |