Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

80 
Müxtəlif  borulardan  hazırlanmış  qapalı  horizontal  drenaj 
daha geniş tətbiq olunur. Drenlərin dərinliyi qurutma normasından 
və  s.  amillərdən asılı  olaraq,  1  m-dən    1,6-1,8  m-ə  qədər  dəyişir, 
sıxlığı isə müxtəlif qəbul  edilir. 
Bərk  qruntlarda  qurutmanın  effektivliyini  artırmaq  üçün 
kombinə olunmuş drenaj tətbiq olunur. 
Mütləq qiyməti  daimi və ya dövri olaraq, çay, göl və dəniz 
səviyyəsindən aşağı olan, bilavasitə onlara yaxın (qonşu) yerləşən 
adalarda,  çaylaq  yamaclarında,  dənizkənarı  düzənlərdə  mexaniki 
qurutma  üsulu  tətbiq  olunur.  Belə  qurutma  sistemləri  polder 
adlanır.  
Polder    -    sahilin  ətrafı torpaq  bəndlə  bərkidilərək  quru-
dulan    və    becərilən    alçaq    sahəsidir.    Polderlər    adətən    bataq-
lıqlaşmış  dəniz  sahillərinin  alçaq  sahələrində,  daha  çox  dəniz  
səviyyəsindən  aşağıda dənizkənarı  ovalıqlarda,  çay  və  göllərin  
çaylaq  (subasar)  hissələrində, dəniz  sularından  azad olmuş  və 
s. sahələrdə  yerləşdirilir,  dənizdən  və  ətrafdakı su hövzələrin-
dən  val,  torpaq  bəndlər  və  digər  hidrotexniki  qurğularla  dəniz  
və çay suları ilə subasmadan  mühafizə  olunur. Polderlərdə  qrunt  
suyu  səviyyəsi  drenaj  və daha  çox  isə  mexaniki  suçəkmə  va-
sitəsilə  tənzimlənir.  Polderlər  adi  becərilən  torpaqlardan  daha 
yüksək  məhsuldarlığı  ilə  fərqlənir. 
Əhatəedici bəndlər  subasmaya  məruz  qalmayan   (qış  pol-
deri)  və  ya yalnız  yaz  daşqın  suları  ilə  subasmaya  məruz  qa-
lan (yay  polderi) ola  bilər. Qış  polderləri   uzunmüddətli  subas-
maya    davam    gətirməyən  yaşayış    məntəqələrinin  və    ya  zəngin 
əkin  sahələrinin  bəndlərlə  bərkidilmiş  ərazilərində  tətbiq  olu-
nur. Yay polderlərində  daşqın  suları ilə  subasma  zamanı  torğaq  
nəmlənir  və  gübrələnir; onlardan  çəmənlik və otlaq  sahəsi  kimi  
istifadə olunur  (şək. 25). 
Torpaq  bəndlərin  ölçüsü  (hündürlüyü  və  s.) çayda,  göldə  
və  s. -də  su  səviyyəsindən  asılı  olaraq seçilir. Mühafizə  olunan  
ərazidə  qurutma  şəbəkəsi  qurulur  ki,  həmin  şəbəkədən  də  su 
polderin daha  alçaq  hissələrində,  torpaq  bəndlərin  yanında  ma-


81 
gistral  kanalların  başlanğıcında qurulmuş  nasos  stansiyaları  va-
sitəsilə dənizə, çaya  və s. atılır. Nadir  hallarda,  əgər  suyun  yük-
sək  səyiyyəsi  qısa  müddət  ərzində  müşahidə  olunursa,  suyun 
yerüstü su hövzələrinə aparılması  kanalların başlanğıcında  qurul-
muş avtomatik suburaxıcılar  vasitəsilə  özüaxar olaraq təmin  olu-
nur.   
Polder    sisteminin    səmərəli    konstruksiyası    və    ölçüləri  
texniki-iqtisadi  hesablamalarla  təyin  edilir. 
Polder  sistemi  əsasən  Şimal  dənizi  sahillərində  (Nider-
land, Danimarka, Almaniya), o cümlədən  Polşa, Yaponiya,  ABŞ-
nın  Atlantik  okeanı  sahillərinin  bəzi  sahələrində,  Qara  dəniz  
sahillərində,  Odessa  yaxınlığında  (Ukrayna,  Kuqurlu, Kotlabux  
gölləri)    yaradılmışdır.    Ən  iri    polderlər    Niderlandda    yerləşir. 
Hələ  qədim  dövrlərdən    polderlərin    kifayət    qədər    böyük    sayı  
indiki    Kalininqrad    vilayətində    (Polesski,    Slavski    rayonları)  
mövcuddur.  Polderlər  həmçinin  Litva,  Latviya  (Kurzeme)  və  
qismən  Estoniyada  mövcuddur. 
Niderlandda  polderin  üç  tipini  ayırırlar: 
1) Droogmakerij (azərbaycan dilində  tələffüzdə: “druqmey-
kec”) (niderland dilindən tərcümədə: droog - quru    və   maken -
etmək) -  keçmiş  göl, körfəz  və  digər  su  hövzələrinin  yerində 
yaradılmış  polder;   
2)Indijking  (azərbaycan  dilində  tələffüzdə:“indickinq”)
(niderland  dilindən  tərcümədə:   in -  içərisində    və       dijk - torpaq  
bənd) -  dövrü  olaraq  subasmaya  məruz  qalan  ərazidə,  məsələn  
çay,    körfəz    çəmənliklərində  və  ya    az    sulu    dövrdə    dənizin  
sudan  azad  olmuş  dibində yaradılmış  polder;  
3)Ontginning 
 
(azərbaycan  dilində  tələffüzdə:  “ontcininq”)
(niderland  dilindən  tərcümədə:     ontginnen —  torpağı  mənimsə-
mək, kənd  təsərrüfatı  üçün  istifadəyə  hazırlamaq) - bataqlıq  ye-
rində  yaradılmış  polder.  


82 
a
b


83 
c
d
Şəkil 25  (a,b,c,d). Polderlər. 


84 
1.15.Azərbaycanda suvarma sahələrinin, irriqasiya 
qurğularının və kollektor-drenaj sistemlərinin müasir 
vəziyyəti (2010-2014-cü illər) 
Bu dövrdə Tərtərçay üzərində 143 min 500 ha sahəni suvara 
biləcək, həcmi 550 mln. m
3
 olan Sərsəng su anbarı, Tərtərçay  və 
Turağaçay üzərində olan, həcmi 5,86 mln. m
3
 Madagiz su anbarı, 
mənbəyi Madagiz su anbarı olan tam beton örtüklü, uzunluğu 70,2 
km,  sərfi  50  m
3
/san  Sağ  sahil  və  uzunluğu  22,4  km,  sərfi  20,5 
m
3
/san olan Sol sahil Tərtərçay magistral kanalları, Naxçıvan MR-
da Arpaçay üzərində həcmi 150 mln.m
3
 olan Arpaçay su anbarı və 
magistral  kanallar:  Naxçıvan  çayından  qidalanan  12,7  mln.m
3
 
həcmli  Sirab  su  anbarı,  Füzuli  rayonunda  Aşağı  Köndələnçay  su 
anbarı,  Lənkəran  rayonunda  həcmi  52  mln.  m
3
  olan  Yuxarı 
Xanbulançay  su  anbarı  kompleksi,  Tovuz  rayonunda  3  pilləli 
nasos stansiyası, o cümlədən digər obyektlər tikilib istismara ve-
rilmişdir.  
1971-1975-ci  illərdə  24  min  hektar  sahədə  yeni  suvarılan 
torpaqlar  istifadəyə  verilmişdir.  157  min  hektar  sahədə  suvarılan 
torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektarda 
torpaqlar  yuyulmuş,  111  min  hektar  sahədə  suvarma  şəbəkələri 
qurulmuş, 134 min hektar sahədə hamarlama işləri aparılmış, 249 
min hektar sahədə qış otlaqlarına su çəkilmişdir. 
Araz  çayı  üzərində  həcmi  1350  mln.m
3
  olan  Naxçıvan  su 
anbarı  tikilmiş,  400  min  hektar  sahəni  suvaran  Mil-Muğan  hid-
roqovşağı, tam  sərfi 80 m
3
/san, uzunluğu 71 km olan Baş Mil ka-
nalı,  Naxçıvanda  6  min  hektar  sahəni  suvara  bilən  Qaraçuq  və 
Arpaçay nasos stansiyaları tikilib istismara verilmişdir. 
İndi respublikada ümumi su tutumu 21,5 mlrd.km
3
 olan 135 
su  anbarı,  16,8  min  km  uzunluqda  suvarma  kanalı,  7,2  min  km 
uzunluqda kollektor-drenaj şəbəkəsi, 29 min müxtəlif hidrotexniki 
qurğu,  850  nasos  stansiyası,  6  min  subartezian  quyusu,  1,7  min 
km seldən və daşqınlardan mühafizə bəndi istismar olunur. Onla-
rın sırasında Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə