Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə2/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74


 
Meliorasiya  –  torpaqların  süni  surətdə  yaxşılaşdırılmasını  - 
nəmlik  çox  olan  sahələrdə  süni  drenajın,  nəmlik  çatışmayan 
sahələrdə  isə  suvarmanın    tətbiqi  ilə  torpaqların  normal    su-duz 
rejiminin təmin edilməsini, bunun əsasında isə məhsuldarlığınının 
artırılmasını nəzərdə tutur.  
Torpaqların meliorasiyası problemi  uzun illər bir çox ölkə-
lərin  xalqlarının  və  hökümətinin  diqqət  mərkəzində  olmuşdur. 
Hazırda yer kürəsində bir  çox arid zonaların iri əraziləri suvarma 
meliorasiyasının  tətbiqi ilə bataqlıqlaşmaya və şorlaşmaya məruz 
qalmışdır.  Bu  ölkələrdə  kənd təsərrüfatı  sahələrinin  kifayət  qədər 
böyük  ərazisi  qeyri-qənaətbəxş  meliorativ  vəziyyətinə  görə  öz 
münbitliyini itirmişdir. 
Suvarma  meliorasiyası  ilə  əlaqədar  meydana  çıxan  şoran-
laşma  və  bataqlıqlaşma  prosesləri  yalnız  Orta  Asiya  və  Zaqaf-
qaziyada  deyil,  həmçinin  Afrika,  Ərəbistan,  Latın  Amerikası, 
Avstraliyada, o cümlədən digər ölkələrdə də məlumdur. 
1920-ci  ilə  qədər  torpaqların  şorlaşması  və  bataqlıqlaş-
masında qrunt sularının əhəmiyyətli rolu haqqında melioratorların 
təsəvvürü yox idi. 30-cü illərdə məlum oldu  ki, qrunt sularının üst 
layları  bu  proseslərə  bilavasitə  təsir  edir  və    artıq  40-cı  illərdə 
müəyyən edildi ki, qrunt sularının yalnız üst layları deyil, həm də 
200  m-dən  böyük  qalınlığa  malik  horizontlar  da  torpaqların 
şorlaşması prosesinə təsir edir. Lakin əsas həlledici  rol drenajsız 
suvarma  sahələrində  yatım  dərinliyi  az  (1,5-2  m)  olan  yüksək 
minerallaşmaya  malik  qrunt  sularına  məxsusdur.  Əgər  belə 
ərazilərdə  minerallaşmış  qrunt  sularının  səviyyəsi  süni  drenajla 
aşağı  salınmamışdırsa,  onda  bu  suların  buxarlanması  həm  tor-
paqda,  həm  də  qrunt  sularında,  suvarmanın  və  drenajın  inten-
sivliyindən  asılı  olaraq,  duz  toplanması  prosesi  ilə  müşayiət 
olunur. 
Torpaqların  suvarılması  hələ  mədəniyyətimizin  əvvəllərin-
dən  tətbiq  olunmuşdur.  Bunu  çox  əsrlər  əvvəl  Orta    Asiya,  Za-
qafqaziya,  Hindistan,  Misir,  İraq,  İtaliya,  Çin,  Əlcəzair,  Tunis, 



 
İspaniya, Meksika, Peru,  ABŞ  və s. ölkələrdə tikilmiş və indiyə-
dək qorunub saxlanılan suvarma sistemlərinin qalıqları təsdiq edir. 
Hələ  eramızın  əvvəllərində  Kür – Araz  ovalığında  yaşa-
yan əhalinin sosial-iqtisadi  həyatında   suvarma  əkinçiliyi aparıcı 
rol  oynamışdır.  VI-VII  əsrlərdə  tikilmiş   Kavurarx,   Hacı  Hü-
seynarx,  Daşçayarx  kanalları  ölkəmizin  ərazisində  hələ  qədim  
zamanlardan    irriqasiya    işlərinin    aparılmasından    xəbər    verir.  
Mil düzənliyində  inşa  edilmiş  iri  suvarma  kanalının  qalıqları  
hələ  də  qalmaqdadır. 
Məlum olduğu kimi, XIX  əsrin  əvvəllərində  müharibədən 
sonra  Rusiya  ilə   İran  arasında  bağlanmış   Gülüstan  müqavi-
ləsinə əsasən Şimali Azərbaycan  Çar   hakimiyyətinin  əlinə  keç-
di, II  Nikolay  Rusiyanın bir  qrup kəndlilərini əkinçiliyi  və  hey-
vandarlığı  inkişaf  etdirmək  üçün  qida  maddələri  ilə  zəngin  və  
münbit    torpaqlara    malik    Muğan    düzənliyinə    sürgün    etdi.  
Kənd  təsərrüfatı  ilə  məşğul  olan  bu  köçəri  insanlar  münbit  
torpaqlarda   1-3  il  ərzində  suvarma  işi   aparmış, lakin  torpaq-
larda    şorlaşma    prosesi    intensivləşdiyinə    görə    (ərazinin    təbii  
drenləşmə  dərəcəsinin  praktiki  olaraq  sıfra  bərabər  olması  sə-
bəbindən) başqa  yerlərə  kösürülmüş  və  yeni  yaşayış  sahələrin-
də  suvarmanın  tətbiqi  ilə  kənd  təsərrüfatının  inkişafı   ilə  məş-
ğul olmuşlar.  O  zamanlar  bu  insanların  drenaj  haqqında  məlu-
matı  yox idi  və  yüksək  minerallaşmaya  malik  qrunt sularının  
səviyyəsinin   aşağı  salınması  yollarını  tapa  bilmirdilər. 
Beləliklə, respublikanın düzən  ərazilərində  suvarılan  sahə-
lərdə    torpaqların    şorlaşması    prosesi    sürətlə    inkişaf    edirdi.  
Güclü  şorlaşmaya  məruz  qalan  torpaqlar  Muğan – Salyan və  
Cənub  –  Şərqi    Şirvan    düzənliklərində   daha    geniş    yayılmışdı. 
Bu rayonlarda  əsasən  dəniz  və  kontinental  mənşəli  çöküntülər  
intişar  tapmışdı.  Bununla  əlaqədar  olaraq, bu  ərazilərin  torpaq-
larınn    duz    tərkibi    çox    müxtəlif    idi.    Cənubi    Muğanda    -  
sulfatlı,  Şimali  Muğanda - xloridli, Salyan düzənliyində  isə  xlo-
ridli - sulfatlı  tip  şorlaşma  inkişaf  etmişdi. 



 
Əlverişsiz  hidrogeoloji  şərait, yüksək  minerallaşma  dərə-
cəsinə  malik  qrunt  sularının  yer  səthinə  yaxın  yatımı,  bu  su-
ların  yanlara  yeraltı  axınının  praktiki  olaraq  olmaması,  tor-
paqların  yüksək  kapillyarlıq  xüsusiyyətləri,  intensiv  buxarlan-
ma  və  yüksək  temperaturun  hökm  sürməsi  bu  bölgələrdə  su-
varma    nəticəsində   torpaqların  şorlaşması    prosesinin     daha    da  
intensivləşməsinə  təkan  verirdi. 
Qeyd  edildiyi  kimi,  həmin  illərdə  xam  torpaqların  su-
varma    nəticəsində    ikinci    dəfə    güclü  şorlaşmaya    məruz    qal-
ması səbəbindən  kəndlilər  yaşayış  yerlərini  tərk  edərək  başqa  
yerlərə  köçməyə  məcbur  olurdular. Bununla   əlaqədar  olaraq,  
tikilən  suvarma  kanallarının  xüsusi  uzunluğunun  çox  olması,  
infiltrasiyanın  artması qrunt  suyu  səviyyəsinin  qalxmasına  və  
torpaqların  şorlaşması  prosesinin  sürətlənməsinə  səbəb  olurdu, 
bu isə  öz  növbəsində  torpaqdan  istifadə  əmsalının  azalmasına  
gətirib  çıxarırdı. 
Beləliklə,  insanlar    belə    kortəbii    istismardan    sonra    tor-
paqların meliorativ  vəziyyətinin  yaxşılaşdırılması  sahəsində  heç  
bir  bilgiyə  malik  olmadıqdarı  üçün  bu  məsələ  uzun  müddət  
diqqətdən  kənarda  qalmışdı.  
Nəhayət XIX əsrin  ikinci  yarısında  Azərbaycanda  mühən-
disi tip meliorasiya  və  suvarma  sistemlərinin   tikintisinə  başla-
nıldı.  
1860 - cı  illərdə  Muğan  düzənliyində  220  min  ha-a  ya-
xın    torpaqların    suvarılması    layihəsi    hazırlandı,    lakin    həyata  
keçirilmədi.  Daha  sonralar    bu  regionda  müəyyən  hidrogeoloji-
meliorativ  tədqiqatlar  aparıldı  və  əsasən  pambıqçılıq  rayonla-
rında   bir  sıra suvarma sistemləri  tikilib  istifadəyə  verildi. 
Lakin bu  dövrdə tikilən  irriqasiya  sistemlərində  bir  sıra  
çatışmazlıqlar   mövcud    idi.  Onların   inşası    zamanı   torpaqların  
şorlaşması təhlükəsi (ərazinin  təbii  drenləşmə  dərəcəsinin ptak-
tiki  olaraq, sıfra bərabər  olması  səbəbindən) nəzərə  alınmamış, 
kollektor-drenaj  şəbəkəsi  (KDŞ)  tikilməmişdi.  Suvarmanın  düz-
gün  aparılmaması,  irriqasiya    sistemlərinin    tikintisindəki    nöq-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə