Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

14 
 
kəsişməsində dükerin tikintisinə 1998–ci ildə başlanıldı və 2000–
2002–ci illərdə başa çatdırıldı. 
Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layi-
həsinə daxil olan Xanarx kanalının, Samur çayı üzərində baş suö-
türücü qurğunun və Samur–Abşeron kanalının Vəlvələçaya qədər 
olan  50  km–lik  hissəsinin  tikintisinə  2001–ci  ildə,  Naxçıvan 
Muxtar  Respublikasının  Vayxır  su  anbarının  tikintisinin  davam 
etdirilməsinə  isə 2002–ci ildə başlanılmışdır. 
67,2  km  uzunluğunda  Xanarx  kanalının  tikintisi  2006–cı 
ildə,  Samur–Abşeron  suvarma  sistemində  kanalın  qurğularla 
birlikdə  ilk  50  km-lik  hissəsinin  və  185,7  km-lik  uzunluğunda 
təsərrüfatlararası  kanalların  yenidən  qurulması  2007–ci  ildə, 
Vayxır su anbarının, Yuxarı Mil kanalının 4,26 km–lik hissəsinin, 
Ağcabədi  rayonu  ərazisində  yerləşən  Laçın  qış  otlaqlarında məs-
kunlaşmış  məcburi  köçkünlərin  su  təchizatının  yaxşılaşdırılması 
üçün Qarqar çayında suqəbuledici qurğunun və kanalın, Göyçayda 
suqəbuledici  qurğunun,  respublika  çaylarında  56  daş-beton  bənd-
lərin  və  s.  obyektlərin  tikintisi  müxtəlif  illərdə  başa  çatdırılmış-
dır.   
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layi-
həsinə  daxil  olan,  Taxtakörpü  su  anbarının,  Vəlvələçay-Taxta-
körpü, Taxtakörpü-Ceyranbatan kanallarının, uzun illər vəsait ça-
tışmazlığı  səbəbindən  tikintisi  yarımçıq  qalmış  Tovuzçay  su  an-
barının,  Şəmkir  maşın  kanalının  birinci  hissəsinin,  Qazax, 
Ağstafa,  Şəki,  Salyan,  Ucar,  Neftçala,  Kürdəmir,  Saatlı,  Hacıqa-
bul  və  digər  rayonlarda  çoxlu  sayda  meliorasiya  obyektlərinin 
tikintisinə başlanılmış və istismara verilmişdir. 
Cəlilabad rayonunda Göytəpə su anbarının, Şəki rayonunun 
Cəyirli,  Şəkikənd  və  Aran,  Qax  rayonunda  Güllük,  Qazax  rayo-
nunda  Xanlıqlar,  Kəmərli,  Aslanbəyli,  Qaymaqlı  və  İkinci  Şıxlı 
kəndlərinin,  Füzuli  rayonunda  məskunlaşmış  məcburi  köçkün 
ailələrinə  ayrılmış  1100  ha  əkin  sahələrinin,  Ağdam  rayonunda 
Ergi massivinin və Yevlax rayonunda 1000 ha torpaq sahəsinin su 


15 
 
təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisi 
başa çatdırılmışdır. 
Sabirabad,  Saatlı,  İmişli,  Beyləqan,  Ağcabədi,  Zərdab,  Go-
ranboy,  Xaçmaz,  Quba,  Naxçıvan  MR–in  Babək  və  Şərur  ra-
yonları  ərazisində  52  min  hektar  sahədə suvarma–drenaj  şəbəkə-
lərinin bərpası və Bəhrəmtəpə hidroqovşağının yenidən qurulması 
üzrə  işlər  2010–cu  ildə  başa  çatdırılmış,  “Sudan  İstifadəedənlər 
Birliklərinin  İnkişafına  Dəstək”  layihəsinin  icrasına  başlanıl-
mışdır.  
2014-cü il noyabrın 15-də Şəmkirçay su anbarı   (şək.1) və su 
elektrik stansiyası istismara  verilmişdir.  
 
 
Şəkil  1.  Şəmkirçay su anbarı. 
 
Ümumi   tutumu  164,5  mln  m
3
  olan  Şəmkirçay  su  anbarının 
faydalı  həcmi  isə  156,3  mln  m
3
  -  dir.  Anbarın  bəndinin  nüvə 
hissəsindən hündürlüyü 196 m-dir. Orta illik su ehtiyatı 265,2 mln 
m
3
  olan  Şəmkirçay  çayının  sularını  bu  anbarda  nizamlamaqla  il 
ərzində  207,9 mln m
3
 sudan istifadə olunacaqdır. 


16 
 
Layihəyə  uyğun  olaraq,  su  anbarında  nəqledici,  qəza  su-tul-
layıcı  və  təzyiqli  enerji  tunelləri  tikilmiş,  suyun  əkin  sahələrinə 
nəqli  məqsədilə  dəmir-beton  üzlüklü  kanallar  inşa  olunmuşdur. 
Bu mənbə hesabına Şəmkir, Göygöl, Samux və Goranboy ra-yon-
larında 54 min ha torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min ha 
torpaq isə yenidən suvarılacaqdır. Şəmkirçay su anbarından Gəncə 
və  Şəmkir  şəhərlərinə,  Samux  rayonunun  Nəbiağalı  qəsə-bəsinə 
1,6 m
3
/san su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırıla-
caqdır. 
25 meqavat gücü olan stansiyada ildə 56 mln kilovat elektrik 
enerjisinin istehsalı nəzərdə tutulur. 
Samur-Abşeron  suvarma  sisteminin  yenidən  qurulması  la-
yihəsi  çərçivəsində  Şabran  rayonu  ərazisində  inşa  edilən  Taxta-
körpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası 
və Taxtakörpü-Ceyranbatan su kanalı 2013-cü il iyulun 19-da  is-
tifadəyə  verilmişdir. 
Respublikada  2007-ci  ildə  Taxtakörpü  su  anbarı,  Taxta-
körpü  Su  Elektrik  Stansiyası,  Vəlvələçay-Taxtakörpü  və  Taxta-
körpü-Ceyranbatan kanallarının inşasına başlanmışdır. 
Cəmi  bir  neçə  il  ərzində  Vəlvələçaydan  Ceyranbatan  gö-
lünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük 
həcmdə  işlər  görülmüşdür.  İlk  növbədə  Vəlvələçay-Taxtakörpü 
kanalının təxminən 11 km-lik hissəsi istismara hazır olmuş, 2011-
ci  il  avqustun  15-də  rəsmi  açılış  mərasimi  keçirilmişdir.  Ən 
müasir  inşaat  işlərində  olduğu  kimi,  burada  da  kanalın  beton 
üzlüyü xüsusi betondöşəyən maşınlar vasitəsilə qoyulmuşdur. 
2013-cü  il  iyulun  19-da  isə  34  km  uzunluğunda  Vəlvələ-
çay-Taxtakörpü  kanalının  ikinci  hissəsinin  istismara  buraxılma-
sı və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması müna-
sibətilə  növbəti  rəsmi  mərasim  keçirilmişdir.  Olduqca  çətin  və 
mürəkkəb  relyefli  ərazilərdən  keçən  bu  kanal  üzərində  57  mü-
kəmməl  hidrotexniki  qurğu  quraşdırılmışdır.  Samur  çayından 
götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxta-
körpü su anbarına ötürülür. 


17 
 
Taxtakörpü  su  anbarının  sahəsi  8,71  km
2
  -dir.  Bu  qurğu-
nun ümumi su tutumu isə 270 mln m
3
-dir. Gölün faydalı su həcmi 
238,4  mln  m
3
-dir.  Gil  nüvəli  torpaq  bənd  olan  bu  hidrotexniki 
qurğunun dibdən eni 754 m, hündürlüyü  142,5 m-dir. Bu, nəinki 
regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən bi-
ridir. Buradakı qəza sutullayıcının uzunluğu 891 m, suqəbuledici 
qurğunun uzunluğu 43,6 m, enerji tunelinin uzunluğu isə 543 m-
dir. Qapı şaxtası 56 m dərinlikdədir.  
Təkcə  Taxtakörpü  su  anbarının  bəndinin  gövdəsində  23 
mln m
3
-dən çox torpaq işi görülmüşdür. Ümumilikdə, Taxtakörpü 
su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan ka-
nallarının  inşasında  86  mln  m
3
-dən    çox  torpaq,  817  min  m
3
 
dəmir-beton,  eləcə  də  62,7  min  t  metal  və  armatur  işləri  yerinə 
yetirilmişdir.  
Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər 
tədbirlərin  də  reallaşdırılması  nəticəsində  şimal  bölgəsi  rayon-
larında  150  min  ha-a  qədər  torpaq  sahəsinin  su  təminatı  yaxşı-
laşdırılacaq  və  31    min  ha  sahədə  yeni suvarılan  torpaqlar  istis-
mara  veriləcəkdir.  Bu  layihə  respublikanın  şimal  zonasında  eko-
loji  tarazlığın  təmin  edilməsinə  də  böyük  töhfədir.  Bütövlükdə 
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 
il ərzində dörd mərhələdə reallaşdırılacaqdır. 
Taxtakörpü  Su  Elektrik  Stansiyası  şimal  bölgəsi  rayon-
larının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaqdır. 
Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alın-
ması  ilə  yanaşı,  içməli,  texniki  və  suvarma  suyu kimi  də  istifadə 
olunur.  Taxtakörpü  Su  Elektrik  Stansiyasından  su  Taxtakörpü-
Ceyranbatan  kanalı  ilə  Ceyranbatan  gölünə  verilir.  Taxtakörpü-
Ceyranbatan  kanalının  1,3  km-lik  hissəsindən  sonra  su  5,1  km 
məsafədə  təzyiqli  boru  vasitəsilə  ötürülür.  Taxtakörpü-Ceyran-
batan kanalının uzunluğu 110 km, dərinliyi 4 m, dibdən eni 2,1 m-
dir. 
Taxtakörpü-Ceyranbatan kanalı da Vəlvələçay-Taxtakörpü 
(şək.2) kanalı kimi olduqca çətin relyefə məxsus ərazidən keçir.  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə