Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

50 
 
sularını aparmağa xidmət edir. Onun layihə dərinliyi adətən 3-4 m 
olur. 
Həql edilən suyun sərfindən  asılı  olaraq,  I , II,  III  dərəcəli 
(sıralama  suyun    sərfinin    artması    istiqamətindədir)  kollektorlar  
ayrılır.  Həmçinin    kollektorların:    təsərrüfatdaxili,    təsərrüfatlar-
arası  və  magistral növlərindən  ibarət  təsnifatı   da  mövcuddur.  
İri  kollektorlar  açıq tipdə  qurulur.  Drenlərin  və  I  dərəcəli  kol-
lektorların suyunun töküldüyü  kollektorlar  həm  açıq,  həm  də  
qapalı    tipdə    qurula    bilər.    Müxtəlif    dərəcəli    kollektorlar    bir  
sistemdə  birləşərək,  kollektor  şəbəkəsini  əmələ  gətirir. Kollek-
tor    şəbəkəsinin    funksiyası    drenaj    axınını    suvarılan    ərazidən  
kənarlaşdırmaqdır. Açıq  tipli  kollektorlar tullantı  və  yerüstü  su-
ların,  iri  kanallardan  qəza  tullantı  sularının  nəqli  üçün  istifadə  
olunur. Bununla  bərabər, kollektor şəbəkəsi  həm  də  kifayət  qə-
dər  drenləyici  fəaliyyət  də  göstərir. Suvarılan  ərazilərdə  dren  
və  kollektorlar  sistemi kollektor-drenaj  şəbəkəsini  (KDŞ)  for-
malaşdırır. 
KDŞ  aşağıdakı  elementlərdən  ibarətdir: 
-ilkin (çöl)  drenlər; 
-dren-sutoplayıcılar; 
-I, II, III  dərəcəli  kollektorlar
-suqəbuledicilər. 
İlkin drenlər  və  dren-sutoplayıcılar,  həmçinin  I  dərəcəli  
kollektorlar  açıq  və  qapalı  tipli  ola  bilər.  II, III  dərəcəli  kol-
lektorlar  adətən  açıq  tipli  qurulur. 
Suqəbuledicilər  kollektorlarla  nəql  olunan  drenaj  və  yer-
üstü  axının  qəbulunu  təmin  edir. Drenaj  sistemləri  üçün  suqə-
buledicilər yeraltı,  sulanmamış,  yaxşı  sukeçirən  qruntların  lay-
ları,  təbii  çökəkliklər,  suvarma  kanalları,  çaylar,  göllər,  liman-
lar,  dənizlər,  okeanlar  ola   bilər.  
Tullantı  və  drenaj  suları  çaylara,  dənizə  və  müxtəlif  höv-
zələrə  axıdılır.  Belə  hövzələr  seçilərkən  ətraf  mühitin  mühafizəsi 
mütləq nəzərə alınmalıdır. 


51 
 
Suvarılan  və  şoran  ərazilərdə  kənd  təsərrüfatı  bitkilərin-
dən    yüksək  məhsuldarlığın    əldə    edilməsində    kollektor-drenaj  
şəbəkəsinin  (KDŞ)  rolu  böyükdür.  KDŞ – nin  köməyi  ilə  şo-
ran  torpaqlar  zərərli  duzlardan  yuyularaq  yararlı  hala  salınır,  
kənd  təsərrüfatı  bitkilərinin  normal  inkişafı  üçün  torpaqda əl-
verişli  su-, duz-  və  hava  rejimi  yaradılır. 
Zəif təbii drenləşməyə malik rayonlarda bataqlıqlaşmanın və 
torpağın  təkrar  şoranlaşmasının  qarşısının  alınması  üçün  süni 
drenajın  tətbiqi  vacibdir.  Konstruktiv    xüsusiyyətlərindən    asılı  
olaraq,  süni  drenajın  aşağıdakı  tipləri  mövcuddur:  horizontal, 
şaquli və kombinə olunmuş. 
Horizontal    drenaj  -  boru    və    kanal,   şaquli    drenaj  -  quyu 
formasında,  kombinə  olunmuş  drenaj isə  horizontal  drenaj  və  
onun  oxu  boyunca  yerləşən  şaquli  quyuların  kombinasiyasın-
dan  ibarətdir. 
Meliorasiya işləri aparılan  ərazilərdə  drenajın  növü  sahə-
nin  geoloji, hidrogeoloji  və  təsərrüfat  şəraitini  əsas  götürmək-
lə, süxurların fiziki-mexaniki xassələrini  nəzərə  almaqla  seçilir. 
Sukeçirməyən horizont yer səthinə yaxın (5 m-ə qədər) yat-
dıqda, onun  qidalanması  üstdən  infiltrasiya suları hesabına  ol-
duqda horizontal drenaj tətbiq olunur. 
Horizontal drenajın açıq və qapalı növləri ayrılır. 
Qapalı  drenajın  tikilməsi  açıq  drenaja  nisbətən  baha  başa 
gəlir, lakin istismar xərci az olur  və  onun  aşağıdakı  üstünlükləri  
vardır:  
-yeraltıdır  -  torpaq  sahəsinin  itkisi  olmur,  istismar  müd-
dətində  dərinliyi  sabit  qalır,  kanal  və  yollarla  kəsişdiyi  yerlər-
də   əlavə  hidrotexniki  qurğuların  tikintisinə  ehtiyac  yaranmır,  
kənd  təsərrüfatı  maşın  və  mexanizmlərindən  istifadə  imkanları  
yüksəkdir  və  aqrotexniki  tədbirlərin  normal  həyata  keçirilməsi  
üçün  əlverişli  şərait  yaranır;  
-effektivdir – cüzi  istismar  xərci  ilə  zaman  üzrə  yüksək  
və  dayanıqlı    meliorasiya    effekti  yaradır,  sukeçirən    süxurların 
çox  da  böyük  olmayan  (8-10 m)  qalınlıqlı  üst qatı  hüdudla-


52 
 
rında fəal  təsir  gösrərir  və  dərində  yatan  horizontları  şoranlaş-
maya  cəlb  etmir;  
-avtomatikdir,  özüaxardır  və  enerjiyə  qənaətedicidir.  Ək-
sər  hallarda  drenaj  axını  özüaxar  olaraq,  elektrik  enerjisi  sərf  
etmədən  su qəbulediciyə  ötürülür,  düzən  və  az mailliyə  malik  
ərazilərdə,  zərurət  olduğu  hallarda,  drenaj  axınını qəbul etmək  
üçün  böyük sahələrə  xidmət  edən  kollektorlarda  zəif  gücə  ma-
lik  nasos  stansiyalarının  qurulması  tələb  olunur; 
-texnolojidir- drenajın  tikintisi  üçün  drenaj  materiallarının 
və sürətli, yüksək mexanikləşdirilmiş  texnologiyanın  böyük  çe-
şidləri  mövcuddur;  
-uzunömürlüdür  –  keramik  materialdan    hazırlanmış  drenaj 
humid  zonada  150,  arid  zonada  isə  60 il  fəaliyyət  göstərə  bi-
lər. 
Drenlərin  qoyulma  dərinliyi adətən   2-5 m  qəbul  edilir. 
Az  mailliyə  malik  sahələrdə  mailliyin  təmin  olunması  üçün  
mənsəb    hissədə    onun    dərinliyi    bir    qədər    böyük    götürülür. 
Drenlər   sutoplayıcılara    və    kollektorlara    birləşdirilir   ki,   onlar  
40-100  ha    və    daha    böyük    sahəli    kiçik    sistemli    bir    qrupda  
(10-40 dren)  birləşir. 
Drenlərarası  məsafə  ərazinin  geoloji,  hidrogeoloji  və  s.  
xüsusiyyətlərindən  asılı  olaraq  təyin  edilir.    Torpaq  –  qruntların  
mexaniki tərkibindən və süzülmə  əmsalından  asılı  olaraq,  res-
publikada  drenlərarası  məsafə  200 – 400 m  qəbul  edilir. 
Drenlərin    uzunluğu    relyefdən,    drenlərin    dərinliyindən,  
yer  səthinin  mailliyindən,  drenin  diametrindən  və  s.  asılı  ola-
raq,  400 – 1200 m  (əsasən  600 – 1000 m)  intervalında  dəyişir. 
Qapalı drenaj  borulardan və  onun  səthi  üzərinə  tökülmüş 
təbii  süzgəcdən  ibarət  konstruksiyaya  malikdir.  Borular  saxsı,  
azbest-sement,  keramik,  nplastmass,  beton,  polietilen,  polivin-
xlorid  və  s.  materiallardan  hazırlanır  və  yeraltı  suları  səthində  
olan dəliklərdən və ya  boruların  baş-başa  birləşmə  yerində  sax-
lanılan  açıq hissələrdən  (1-5 sm)  qəbul  edir.  Suqəbuledici  də-
liklərin sahəsi boru  səthi   sahəsinin  0,3 - 0,5 % - ni  təşkil  edir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə