Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

41 
 
Bağ sahələrinin suvarılması üçün  avtomatik  suvarma  üsul-
larından  istifadə  etmək  əlverişlidir. Bu  üsulun  tətbiqinin  bir  
sıra  üstünlükləri  vardır:  su sahəyə bərabər  miqdarda  verilir, qa-
zon, ağac, kol, gül və  s. bitkilərin  suvarma  norması  dəqiq  tət-
biq olunur, suyun  verilmə  vaxtı  (səhər  və  ya  axşam) avtomatik  
olaraq  dəqiq    təyin    olunur,    su    resurslarına    və    vaxta    qənaət  
olunur, suvarmada  insan əməyi  istisnalıq  təşkil  edir.  
9  a,b,c,d,e,f  saylı    şəkillərdə  avtomatik  suvarma  sistem-
lərinin  müxtəlif  yerləşmə  variantları, o  cümlədən  müxtəlif  su-
varma üsulları  (damcı, şırnaq,  mikrodamcı və  s.)  göstərilmişdir. 
 
 
a
 
 
 


42 
 
b
 
 
 
 
 
 
c
 
 
 
 
 


43 
 
d
 
 
 
 
e
 
 


44 
 
 
f
 
 
 
Şəkil 9. Avtomatik  suvarma  sistemlərinin  müxtəlif  yerləşmə  vari-
antları,  o  cümlədən  müxtəlif  suvarma  üsulları  (damcı, şırnaq,  mikro-
damcı  və  s.)  (a,b,c,d,e,f). 
 
 
Azərbaycanda  suvarmanın  tətbiq  edilən  üsulları  aşağıda-
kılardır:  şırımlarla  (660,6  min  ha),  zolaqlarla  (653,5  min  ha), 
çiləmə üsulu ilə (47,5 min ha), damcı və digər üsullarla (0,1 min 
ha-Alazan-Əyriçay zonası). 
 
 
1.7.Suvarma  sahələrində  baş  verən  infiltrasiya  prosesi 
 
Qeyd    etmək   lazımdır  ki,  suvarma   üçün    nəzərdə   tutulan  
suyun  bir  hissəsinin itkiyə  sərf  olunması  yerüstü (səth)  üsulla  
suvarma  aparlıması  zamanı  baş  verir.  Ə.K.Əlimovun    hesabla-
malarına görə,  suvarma  sahələrində  suvarma  sularının,  orta  he-
sabla,  56% - i  infiltrasiyaya  sərf  olunur. Eyni  şəraitdə  aparıl-
mış  tədqiqat işlərinin nəticələri  göstərir ki, qrunt  sularının  yatım  


45 
 
dərinliyinin müxtəlif qiymətlərində suvarılan sahələrdə  baş  verən  
infiltrasiyanın  qiyməti  də  müxtəlif  olur.  
Qrunt    suları  yer  səthinə    daha    yaxın    (0,5  m  –  ə    qədər)  
yerləşdikdə    onların  suvarma    suları   ilə   qidalanması  da  çoxalır.  
Bu zaman baş  verən  infiltrasiyanın  həcmi pambıq  əkilən  sahə-
lərdə  suvarma  sularının   47% - i  qədər  olur.  Bu  göstərici  mü-
vafiq    olaraq,    yonca    əkilən    sahələrdə    54%,    yazlıq    qarğıdalı  
əkilən  sahələrdə  57%  təşkil  edir.  Qrunt  suları  3  m  dərinlikdə  
yerləşdikdə   isə  infiltrasiya olunan  suyun  həcmi  1-7%  arasında  
dəyişir.  Beləliklə,  qrunt  sularının  yatım  dərinliyi  artdıqca on-
ların suvarma sularının infiltrasiyası  hesabına  qidalanması  aza-
lır. 
Həmçinin müəyyən  edilmişdir  ki, qrunt  sularının  eyni  ya-
tım  dərinliyində,  torpaq  səthində  bitki  örtüyü  olmadıqda  baş  
verən infiltrasiya kənd  təsərrüfatı  bitkiləri  əkilən  sahələrdən  su-
varma zamanı  baş  verən  infiltrasiyadan  1,5 – 1,8  dəfə  çoxdur.  
Ə.K.Əlimova görə,  aerasiya  zonasının  qalınlığının  6  dəfə  
artması  zamanı  bitki  örtüyü  olmayan  sahələrdən  infiltrasiya  7 
–  16,    pambıq    sahələrindən    3  –  16,    təbii    sahələrdən    3  –  13,   
yonca  sahələrindən  isə  3 – 12  dəfə  az  baş  verir. 
Suvarılan  sahələrdə  infiltrasiya  həcminin  formalaşmasın-
da  həlledici  rol  oynayan  amillərdən  biri  də  torpaq-qrunt  qatı-
nın süzülmə əmsalı  olduğundan,  onun  qiymətinin  yüksək  oldu-
ğu   torpaqlarda  suvarma  üsulu  düzgün  seçilməlidir. 
 
 
1.8.Suvarmanın növləri 
 
Suvarmanın aşağıdakı əsas növləri tətbiq olunur: 
-vegetasiya  -  kənd  təsərrüfatı  bitkilərinin  vegetasiyası  döv-
ründə aparılır; 
-nəmləşdirmə (ehtiyat) – qeyri-vegetasiya dövründə torpaq-
da su ehtiyatı yaratmaq üçün aparılır; 


46 
 
-səpinqabağı – kənd təsərrüfatı bitkilərinin səpinindən əvvəl 
aparılır; 
-səpindən sonra – bilavasitə səpindən sonra aparılır; 
-sərinləşdirmə – torpağın və havanın yer səthindəki layını və 
bitkilərin  yer  səthində  olan  hissəsini  sərinləşdirmək  məqsədilə 
aparılır; 
-yuma  –  torpaqdan  artıq  duzların  kənar  edilməsi  məqsədilə 
tətbiq edilir. Eyni zamanda,  gübrəli (su ilə birlikdə gübrə də veri-
lir) və donmaya qarşı suvarma da tətbiq olunur. 
Suvarma  növləri  kənd  təsərrüfatı  bitkilərinin  növündən, 
meteoroloji  şəraitdən,  torpağın  şoranlaşma  dərəcəsindən  və  nəm-
liyindən, qrunt sularının yatım dərinliyindən asılı olaraq seçilir.  
 
 
1.9.Kənd  təsərrüfatı əkinlərinin  suvarma rejimi.   
Suvarma normaları 
 
Suvarma  hər  bir  kənd  təsərrüfatı  bitkisi  üçün  vaxt-,  norma- 
və  saydan  ibarət  rejim  üzrə  həyata  keçirilir  ki,  bu  da  suvarma 
rejimi adlanır. 
Suvarma norması dedikdə, kənd təsərrüfatı bitkiləri əkilmiş 
1  ha    sahəyə  bir  suvarma  zamanı  verilən  suyun  miqdarı  nəzərdə 
tutulur  və m
3
/ha ilə ölçülür. 1 ha sahəyə bütün suvarma müddəti 
verilən suyun ümumi həcmi ümumi suvarma norması adlanır. 
Ümumi  suvarma  normasını  „netto”  (suvarma  mənbəyindən 
götürülən  suyun  miqdarı)    və  „brutto”  (bilavasitə  sahəyə  verilən 
suyun miqdarı)  kimi iki hissəyə ayırırlar:   brutto : netto  =  FİƏ. 
Ümumi suvarma norması qarayonca üçün pambığa nisbətən 
yüksəkdir  ki,  bu  da  həmin  bitkinin  suya  olan  yüksək  təlabatı  ilə 
izah  olunur.  Məlumdur  ki,  çəltik    də  su  sevən  bitkidir.  Bu  bitki 
üçün ümumi suvarma norması Uzaq Şərqdə 8-10 min m
3
/ha, Orta 
Asiyanın səhra zonasında 20-30 min m
3
/ha  qəbul edilir. 
Səhra  zonalarda  kənd  təsərrüfatı  bitkilərinin  suvarma  reji-
minin tətbiqi zamanı torpaq-hidrogeoloji və digər amillərdən əla-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə