Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə20/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

74 
Şaquli  tip  dairəvi  (və  ya  halqavarı)  drenaj  qrunt  suyu  
səviyyəsinin  daha  çox  aşağı  salınması  üçün  tətbiq  edilir. 
Sulu  komplekslərin  ikihorizontlu  quruluşa  malik  olduğu  
və  altda yatan  horizontların  sukeçiricilyinin  böyük  olduğu  hal-
larda  kombinə  olunmuş  dairəvi  (və   ya  halqavarı)    drenajdan  
istifadə  edilr. 
Qeyd etmək lazımdır  ki,  effektiv  drenaj  sisteminin  qurul-
ması  üçün    aşağıdakı  materiallar  lazımdır: 
-
 
drenaj  boruları; 
-
 
çaqıl; 
-
 
geotekstil; 
-
 
çınqıl. 
Drenaj    borusunun    uzunmüddətli    istismar    edilməsi    və  
mümkün  qədər  böyük  sahədən  suyu yığması  üçün  onu  geo-
tekstilə  büküb,  xüsusi  hazırlanmış  drenə yerləşdirmək  lazımdır. 
Drenin  daha  effektiv qazılma  dərinliyi  1,2-1,5 m  hesab  
olunur.    Bundan    əlavə,    drenin    dibinin    mailliyi    təmin    olun-
malidir  ki,  su borularda yığılıb qalmasın, öz axarı  ilə  axa  bilsin. 
Drenin  dibini  dənələrinin  ölçüsü  1,5-10,0 мм  olan  iridə-
nəli  qum  və  ya  20-40 мм və  daha  böyük  olan  çaqıl  tökmək-
lə,  kipləşdirmək  və  düzləndirmək  lazımdır.  Sonra  onun  üzəri-
nə  geotekstil – susüzdürmə xassəsinə  malik  materialı  elə  ört-
mək  lazımdır  ki,  onun  qıraq  hissələri kənara  çıxsın (23e saylı 
şəklə  bax). Daha  sonra  drenin  içərisinə 15-20 sm qalınlıqda  də-
nələrinin  ölçüsü  16  mm-dən  çox  olmayan  çınqıl  tökülməlidir. 
Çınqıl  qatının  üzərinə  drenaj  borusunu  yerləşdirib,  üzə-
rinə yenidən çınqıl  tökülməlidir. Sonra  geotekstilin  kənara  çıxa-
rılan hissəsi qatlanıb,  alınmış  “piroq”un (şək.23e)  üzərinə  örtül-
məlidir. Onun  üzərinə isə  torpaq  və  ya  iridənəli  qum  tökmək  
lazımdır. 
Geotekstil  qruntdan  qida    maddələrinin    yuyulmasının  və  
drenin  lillənməsinin  qarşısını  almaq  üçün  tətbiq  olunur  ki,  bu  
da  borunun istismar  müddətinin  minimum  5-7 ilə  qədər  uza-


75 
dılmasına  xidmət  edir.  Geotekstildən  istifadə  edilmədiyi  halda  
isə  bu  müddət  2-3  ilə   qədər  azalmış  olur.  
Şəkil  22.   Şaquli  tip  dairəvi (və  halqavarı) drenajın  sxemi:  1 – 
şaquli  quyular;  2 -  drenlər;  3  - qrunt  sularının  statik  səviyyəsi; 4 – qrunt  
sularının dinamik  səviyyəsi;  5 -  sukeçirməyən  horizont. 
a
  – evin  ətrafında    qurulmuş    dairəvi  (və    ya   halqavarı)    drenajın 
görünüşü  (sxematik). 


76 

– evin ətrafında  qurulmuş  dairəvi (və  ya  halqavarı)  drenajın 
görünüşü  (sxematik). 

 -  açıq  tip dairəvi  (və  ya  halqavarı)  drenaj. 


77 
d  –  hələ  basdırılmamış  qapalı    tip  dairəvi    (və    ya    halqavarı) 
drenaj:     1 – drenaj  borusu;  2 – drenaj  borusunun  altında   təbii  süzgəc;  3 
-  geotekstil. 
   
e
 – drenaj  “piroq”unun sxemi  (profil).  
Şəkil 23. Dairəvi  (və  ya  halqavarı)  drenaj (a, b, c, d, e). 


78 
1.14.Torpaqların qurudulması üsülları və 
qaydaları. Qurutma sisteminin elementləri. 
Qurutma-nəmləşdirmə sistemləri 
Bataqlıq,  torpağın  səthində  və  daxilində  bitkilərin  normal 
inkişafı  üçün  lazımı  miqdardan  artıq  suyun  mövcud  olduğu 
sahələrdə  qurutma  sistemləri  tətbiq  edilir.  Qurutma  üsulunun 
seçilməsi torpağın  su ilə qidalanma mənbəyinin tipindən asılıdır. 
Torpağın  atmosfer  çöküntüləri  ilə  qidalanma  tipində  tətbiq 
olunan  qurutma  üsulu  yerüstü  axının  açıq  və  qapalı  kanallarla, 
süni  yaradılmış dayaz dərələrlə, dərin şumlarla və s. ilə sürətlən-
dirilməsindən ibarətdir. 
Torpağın  qrunt  suları  ilə  qidalanma  tipində  qurutma  üsulu 
qrunt  suyu    səviyyəsinin  açıq  və  qapalı  tipli  horizontal  drenlərlə 
aşağı salınması hesab olunur. 
Torpağın  təzyiqli  sularla  qidalanma  tipində  təzyiqli  suların 
pyezometrik  səviyyəsinin  aşağı  salınması  şaquli  drenajla    həyata 
keçirilir. 
Torpağın  qidalanma  mənbəyinin  yamac  tipində  xaricdən 
daxil  olan  axının  qarşısını  kanallar,  eroziya  proseslərinə  qarşı 
tədbirlər və s. ilə almaq tələb olunur. 
Torpağın  su  ilə  qidalanmasının  „yuma”  tipində  bənd  vasi-
təsilə  sel  rejiminin  tənzimlənməsi,  su  anbarlarının  tikilməsi,  çay 
dərələrinin düzləndirilməsi və s. tətbiq olunur. 
Torpağın  əlverişli  su  rejimini  əldə  etmək  üçün  qurutma 
meliorasiyası    qrunt  suyu  səviyyəsinin  təsərrüfat  üçün  optimal 
olan rejimini təmin etməlidir. Qrunt suyu səviyyəsinin belə rejimi 
qurutma norması adlanır. Qurutma normasının qiyməti  1,20-1,30  
m -i  aşmır. 
Torpaqların  dövrü  şəkildə  əlavə  nəmlənməyə  ehtiyacı  olan 
qurudulan  rayonlarda  qurutma-nəmləndirmə  sistemləri  tikilir. 
Bunlar kənd təsərrüfatı bitkilərini suvarmaq (nəmləndirmək) üçün 
qurğular əlavə edilmiş qurutma sistemləridir. Nəmləndirmə çiləmə 
və  digər  üsullarla  aparılır.  Beləliklə,  qurutma-nəmləndirmə    sis-


79 
temləri ilin  nəm  dövrlərində  torpaqların  qurudulması,  quraqlıq  
dövrlərində  torpaqların  nəmləndirilməsi  üçün nəzərdə  tutulur. 
Torpaqların qurudulması üçün tətbiq olunan hidrotexniki və 
əlavə qurğular sistemi  qurutma sistemi adlanır (şək. 24). Qurutma  
sistemləri  artıq dərəcədə nəmlənmiş  kənd  təsərrüfatı  sahələrinin  
qurudulması  üçün  nəzərdə  tutulur. 
Şəkil 24.  Qurutma  sisteminin  sxemi: 1- suqəbuledici;  2 – suaparıcı  
quruducu  kanal;  3 – quruducu  kanal;  4 – drenaj  kollektoru;  5 – qapalı  dren; 
6 – baxış  quyusu;  7 – sututucu  kanal. 
Qurutma  sisteminin  əsas  elementi  qurudulan  torpaqlarda 
nəmliyi tənzimləyən  dren və kanallardan ibarət tənzimləyici  qu-
rutma  şəbəkəsidir  ki,  onun  da  açıq  və  qapalı  tipləri  mövcuddur. 
Sistemin  quruducu  hissəsinin  tərkibinə  qurudulan  torpağa  xa-
ricdən  daxil  olan  suyu  tutmaq  üçün  kanal  və  drenlərdən  ibarət 
əhatəedici şəbəkə  daxildir. Yığılan su suqəbulediciyə aparılır. Su-
qəbulediciyə  qrunt  sularını  yığan    quruducular  –  kanallar  (dren-
lər)  və  o  cümlədən,  yerüstü  suları  yığıb  aparan  sutoplayıcılar  da  
daxildir.  Su,  tənzimləyici  və  əhatəedici    şəbəkədən  suqəbuledi-
ciyə aparan açıq magistral kanala daxil olur. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə