Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə19/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

69 
arasında  dəyişir  (kiçik  qiymətlər  aprel-may,  böyük   qiymətlər  
isə  oktyabr-noyabr  aylarında  müşahidə  olunur). 
Qrunt  sularının  minerallaşma dərəcəsinin  də  5-ci  məntə-
qədən  9-cu  məntəqəyə  qədər  5,75 -  10,27  q/l-dən  6,97-13,45 
q/l   arasında  tərəddüd  etdiyi  müəyyənləşdirilmişdir.  Bütün  hal-
larda  kollektordan  uzaqlaşdıqca,  qrunt   sularının  minerallaşma 
dərəcəsi  2,46-3,36  q/l – dək  artır.  Kollektorun  suyunun  mine-
rallaşma  dərəcəsi  qrunt  sularına  nisbətən  2,2 – 2,28  dəfə  azal-
mışdır  ki,  bunun  da  yerüstü  şirin  suların  kollektor  sularına  
qarışması  ilə  əlaqədar  olduğu  müəyyənləşdirilmişdir. 
1.13.Drenaj  sistemləri 
Drenaj    sistemləri  qurudulacaq    sahəyə    nəzərən    drenlərin  
və   qrunt  sularının  qidalanma  mənbələrinin  yerləşmə  şəraitin-
dən  asılı  olaraq    dörd  tipə  bölünür: 
- sistematik  drenaj; 
- baş  drenaj  (suyu  tam  tutan);  
- sahil  drenajı; 
- dairəvi  və  ya  halqavarı  drenaj. 
Sistematik    drenaj    bütün    ərazini    eyni    dərəcədə    qurut-
maq  üçün  tətbiq   olunur  və  iki  hissədən  ibarətdir:  qurutma  və  
kollektor  drenləri  (şək.17).  
Sistematik  drenaj   böyük  ərazidə  bərabər  yerləşdirilmiş  
şəbəkə kimi özünü  büruzə  verir. Bu  drenajın  tətbiqi yeraltı  su-
ların  səviyyəsinin  yüksək  olduğu  böyük  sahəyə  malik   düzən  
ərazilərdə məqsədəuyğundur. Drenaj sistemi drenlər arasında  yer-
altı    suların    səviyyəsini    aşağı    salan  ayrı-ayrı    dren-quruducu-
lardan  və  həmin  drenlərdən  suyu  qəbul  edən baş  kollektordan  
ibarətdir. Sistematik  drenaj   torpaq  layının  çox  da  dərin  olma-
yan  qurudulması  üçün  tətbiq  olunur.  Dren-quruducular  arasın-
dakı  məsafə  100-150 m  olduqda  orta  qurutma  norması  2-2,5 


70 
m qəbul edilir. Belə ərazilər  parkların  salınması  və  s. üçün  isti-
fadə  edilə  bilər. 
Şəkil    17.    Sistematik    drenajın    sxemi:    1- qrunt  sularının  statik 
səviyyəsi;  2 - qrunt  sularının  dinamik  səviyyəsi;  3 - dren-quruducular;  4 – 
sukeçirməyən  horizont;  5  –  kollektor;  6  – baxış  quyuları;  7  – axının   isti-
qaməti.  
Sistematik  horizontal  drenaj  sulu  horizontun  qalınlığının  
az  olduğu,  qrunt   sularının   yer  səthinə   yaxın   yerləşdiyi,   yer  
səthindən  aerasiya  və  doyma  zonalarına  infiltrasiya  sularının  
daxil  olduğu  şəraitlərdə  tətbiq  olunur  (şək.18). 
Şəkil  18. Horizontial  tip  sistematik  drenaj:  a – plan;  b – kəsiliş. 
1-qrunt    sularının    statik    səviyyəsi;    2  -  qrunt    sularının    dinamik  
səviyyəsi;   3  – qurutma    drenləri;  4  -   sukeçirməyən   horizont;  5  – kollektor  
dreni;  6 -  baxış  quyusu. 


71 
Sistematik  şaquli  drenaj    qrunt  sularının dərində  yatdığı, 
onların altda  yatan  təzyiqli  sularla  qidalandığı  və  sulu  hori-
zontun    qalınlığının    böyük    olduğu  şəraitlərdə    tətbiq    olunur  
(şək.19). 
 Kombinə olunmuş  sistematik   drenaj  iki  horizontdan  iba-
rət    sulu    kompleksdə  yerləşən    qrunt    sularının    eyni    zamanda  
həm  təzyiqli,  həm  də  infiltrasiya  suları  ilə  qidalandığı  şərait-
lərdə  tətbiq  olunur.  Bu  drenajı  şaquli  drenaj  əvəzinə  də  isti-
fadə  etmək  olar. 
Şəkil   19. Şaquli   tip  sistematik  drenaj:   a – kəsiliş;  b– plan;  1 - 
qrunt  sularının  statik  səviyyəsi;  2 – qrunt  sularının dinamik  səviyyəsi;  3 – 
sukeçirməyən  horizont;  4 –kollektor;  5 – drenlər;  6 – drenləşən  ərazi. 
Baş  drenaj  (suyu  tam    tutan)  sistemi    (şək.20)  dağlıq  
zonadan  qurutma  aparılacaq  zonaya doğru  hərəkət  edən  qrunt  
sularının  səviyyəsinin  aşağı  salınması  üçün  tətbiq  edilir.  Adə-
tən    bu    sistem    drenlənəcək    sahənin    yuxarı    sərhədi    boyunca  
yerləşən  horizontal  drenlərdən  ibarət  olur. 


72 
Sukeçirməyən    horizontun  tavanı  üzərində    yerləşən  dren  
(tam dren) bütöv qrunt suyu  axınını  tuta  bilir.   Bu  hal   sukeçir-
məyən  horizontun dayaz  yatımında (4-5 m)  mümkündür.  Əgər  
sukeçirməyən horizont yer  səthindən  dərin  yatırsa və  sulu  hori-
zontların  sukeçiriciyliyi  zəifdirsə,  onda  ərazinin  yuxarı  sərhədi  
boyunca  şaquli  və  ya  kombinə  olunmuş  drenaj    tikmək  lazım  
gəlir.   
Şəkil  20.  Baş  drenaj  sistemi:  a – plan;  kəsilişlər: b – şaquli  drenaj; 
c  –  horizontal      drenaj;    d  –  kombinə    olunmuş    drenaj;    1  –  baş    dren;  2- 
qurutma drenləri;  3 – baxış  quyusu;  4 – qrunt  sularının  statik səviyyəsi;  5 – 
qrunt  sularının  dinamik  səviyyəsi;  6 – sukeçirməyən  horizont. 
Sahil  drenaj  sistemləri (şək.21) çayların  üzərində  bənd-
lərin  tikilməsi ilə  su  anbarının  yaradılması zamanı  tətbiq  olu-
nur.    Bu    drenaj    sistemlərinin    əsas  funksiyası    sahil    boyunca  
yerləşən  sahələri  su  anbarından  süzülən  sulardan  qorumaqdır.  


73 
Bundan  əlavə,   sahil  drenajları  dağətəyi  zonalardan  gələn  yer-
altı  suları  da  qəbul  etməklə  baş  drenaj  kimi  işləyir.  
Şəkil  21. Horizontal  tip  sahil  drenajları:  a – plan;  b– kəsiliş;  1 – 
sahil  drenajlarının  istiqaməti;  2 – nasos  stansiyası;  3 – qrunt  sularının  statik  
səviyyəsi;    4  –  qrunt    sularının  dinamik    səviyyəsi;    5  –  sahil    drenajı;    6  – 
sukeçirməyən   horizont;  SYS  – suyun  yüksək  səviyyəsi;   SOS  –  suyun orta 
səviyyəsi. 
Dairəvi    (və    ya    halqavarı)    drenaj    (şək.22,23)  evlərin  
zirzəmilərini və  bəzi  kiçik  sahələri  subasmadan  qorumaq  üçün  
tətbiq  edilir.  Əksər  hallarda  bu  drenajlar  horizontal,  bəzən  isə  
şaquli  tipdə  tikilir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə