Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə18/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

66 
QEYD:  B
1
  ,    B
2
 ,   B
3
    -    kollektorun    yer    səthində-,   su   səthində-    və 
dibində    eni,  m    ;      h  -    kollektorda    su    layının    qalınlığı,  m  ;      H    -    yer  
səthindən  kollektorda  suyun  səviyyəsinə  qədər  olan  məsafə, m. 
I   və   II  məntəqələr  arasında  kollektorda  suyun  sürətini  
azaltmaq  üçün  betondan  səviyyəendirən  qurğu  tikilmişdir.  Bu  
qurğunun  gələcəkdə   kollektorun  morfometrik  ölçülərinin  təyi-
ni    üçün    hidrometrik    məntəqə    kimi    də    istifadəsi    məqsədə-
uyğundur. 
III  məntəqə   Salyan  rayonunun  Qızılağac  kəndinin   əra-
zisində, Bakı – Astara  dəmir yolunun  yanında  yerləşir.  Məntəqə  
dənizdən  30,4    və  Araz  çayından  81,3  km  məsafədədir.  II  -  
III  məntəqələr  arasındakı  məsafə  22,2  km – dir.  Bu  məsafədə  
BMMK – nun  məcrasına  Muğan – Salyan  sutullayıcı  sistemin-
dən   52,33 m
3
/san  (minerallaşma  dərəcəsi  2,67  q/l ,  kimyəvi  
tərkibi  sulfatlı – xlorlu – maqneziumlu – natriumlu)   və  Şimali  
Akuşa    kollektorundan      2,82  m
3
/san    (minerallaşma    dərəcəsi  
3,91    q/l,    kimyəvi    tərkibi    sulfatlı  –  xlorlu  –  maqneziumlu  – 
natriumlu)  su  daxil  olur.   
III    məntəqədə    BMMK    -    nun    sərfi    65,36  m
3
/san,    bila-
vasitə  kollektorun  özünün  sərfi  10,21 m
3
/san  - dir.  Suyun  mi-
nerallaşma  dərəcəsi   3,77 – 3,81  q/l  ,  kimyəvi  tərkibi  sulfatlı – 
xlorlu – maqneziumlu – natriumludur. Burada  kollektorun  vahid  
uzunluğuna  0,46 m
3
/san  su   sərfi uyğun  gəlir. 
IV  məntəqə  Neftçala  rayonunun  Sarıqamış  kəndinin  əra-
zisində  yerləşir,  dənizdən  5,3  km,  Araz  çayından  106, 4  km 
məsafədədir.  III – IV məntəqələr  arasındakı  məsafə  25,2  km – 
dir.  Bu  məsafədə  BMMK – nun  məcrasına  Salyan  rayonunun  
ərazisindən  Kürətrafı   və  Cənub – Şərqi  kollektorların   suları  
daxil  olur  (sərfi  1,94 m
3
/san,  minerallaşma  dərəcəsi  3,57-4,32  
q/l  olmaqla  sulfatlı – xlorlu – maqneziumlu – natriumlu  tərkib-
lidir). Kollektorun  bu məntəqədə sərfi 73,83 m
3
/san - dir.  Bunun-
la  belə,  bilavasitə  məntəqədə kollektorun sərfi  6,53 m
3
/san,  mi-
nerallaşma  dərəcəsi  3,48    q/l,  suyun    kimyəvi    tərkibi    sulfatlı  – 
xlorlu – maqneziumlu – natriumludur. 


67 
Bu  məsafədə  kollektorun  hər km  uzunluğuna  0,26 m
3
/san  
su sərfi uyğundur.  Deməli,  kollektorun  hər  km  uzunluğuna   I  
məntəqədə  0,78  ,  II  məntəqədə   0,32  ,  III  məntəqədə   0,46 
m
3
/san  sərf  düşür  və  IV  məntəqəyə  kimi  bu  rəqəm  3  dəfə 
azalır. 
IV    məntəqə    suvarılmayan,    demək    olar    ki,    drenajın   ən  
zəif  inkişaf  etdiyi  zonada  yerləşir.  Burada,  digər  məntəqələrdə  
oduğu    kimi,    hidrometrik    məntəqənin    hidroloji    ölçülərinin  
təyin  edilməsi buradan  keçən  drenaj  sularının   miqdarını  çox  
çətinliklə  təyin  etməyə  imkan  verir.  Məntəqədə  drenaj  sula-
rının  sürəti  0,32  m /san, canlı  en  kəsik  sahəsi  231  m
2
   ol-
maqla, sərfi  78,83 m
3
/san - dir.  Kollektorun  sağ  sahilində  suva-
rılan,  sol  sahilində  isə  şoran  torpaqlar  yerləşir.  Hər  iki  halda  
torpaqların  meliorativ  vəziyyətini  öyrənmək  məqsədilə   əl  ilə  
quyular  qazılmış,  laborator analizlər  üçün  su  və  süxur  nümu-
nələri  götürülmüşdür. 
Qeyd  edildiyi  kimi,   BMMK – nun  tam  istismara  veril-
məsindən    sonra    ərazinin    hidrogeoloji    -  meliorativ    şəraitində   
əsaslı  dəyişikliklər müşahidə olunacaqdır. Bu dəyişikliklərin  isti-
qamətini  müəyyən  etmək  üçün  BMMK – nun  ətrafında  rejim–
müşahidə  quyularının  qazılması  və  hidrometrik  məntəqələrin  
qurulması  zəruridir. 
Aparılan  tədqiqatlar  zamanı  kollektor  boyunca  hidrogeo-
loji – meliorativ  vəziyyət  nəzərə  alınmaqla  4  zona  ayrılmış  və  
hər  zonada  bir  köndələn (eninə) xətt (rusпоперечник)  qurul-
muşdur. 
Texniki    imkanların   olmadığını    nəzərə   alaraq,    hər    kön-
dələn (eninə) xətdə  əl  ilə  4  müşahidə  quyusu  qazılmış,  təzyiq-
li    suların    rejıminin    öyrəinlməsi    üçün    isə    arxiv    materialla-
rından  istifadə  edilmişdir.   
Məntəqə  5.  Mingəçevir  su  anbarı  ilə  kollektorun  İncə-
çayla  kəsişdiyi  yerdədir,  uzunluğu  20  km,  sahəsi  21  min  ha -
dır (sərhədləri - sağdan  Yuxarı  Qarabağ  kanalı,  soldan  Kür  ça-


68 
yı).  Yevlax  rayonunun  İsmailabad  kəndinin  sahəsindədir,  ətra-
fı  suvarılan  torpaqlardır. 
Məntəqə    6.    Kollektorun    Tərtərçayla    kəsişdiyi    yerdədir,  
uzunluğu  18  km, sahəsi  28  min  hektardır.  Bərdə  rayonunun  
Körpü  kəndinin  sahəsində  yerləşir,  ətrafı  suvarılır. 
Məntəqə    7.    Kollektorun    Xaçınçayla    kəsişdiyi    yerdədir,  
uzunluğu  37  km, sahəsi  38  min  hektardır. Bərdə  rayonunun  
Körpü  kəndinin  sahəsində  yerləşir,  ətrafı  suvarılır. 
Məntəqə  8.  Kollektorun  Qarqarçayla  kəsişdiyi  yerdədir,  
uzunluğu  27  km, sahəsi  38  min  hektardır. Ağcabədi rayonunun  
Səplik  kəndinin  sahəsində  yerləşir,  ətrafı  suvarılır. 
Məntəqə    9.  Kollektorun  Araz  çayı  ilə  kəsişdiyi  hissə-
dədir,  uzunluğu  80  km, sahəsi  55  min  hektardır. Saatlı  rayo-
nunun  Hacı  Qasımlı  kəndinin  sahəsində   yerləşir,  ətrafı  xam  
torpaqlardır. 
Kollektorun    Mil-Qarabağ    düzənliyi    üzrə    uzunluğu    182  
km,  əhatə  etdiyi  sahə  isə  175  min  ha – dır. 
Bütün  məntəqələrdə  kollektorun  və  qrunt  sularının  reji-
mini  öyrənmək  məqsədilə  kollektordan  50, 250,  750  və  1750  
m  məsafədə dörd  müşahidə  quyusu  qazılmışdır. 
5,6,7 saylı  məntəqələr -  suvarılan,  8, 9  saylı  məntəqələr 
isə  suvarılmayan,  xam  torpaqlarda  yerləşir.  Müşahidə  məntə-
qələrində  aparılmış  stasionar  müşahidələr  nəticəsində  müəyyən  
edilmişdir  ki,  kollektorda  su  səviyyəsinin  orta  qiyməti  il  ər-
zində    3,03-4,42  m    (məntəqə    5-9)  arasında    dəyişmişdir.  Bütün  
məntəqələrdə  qrunt  suyu  səviyyəsinin  yatım  dərinliyi  kollek-
tordan  uzaqlaşdıqca  azalır.  Eyni  zamanda  hidravlik  mailliyin  
qiymətinin  də  0,006 – 0,008  arasında  dəyişdiyi  müəyyən  edil-
mişdir.  Suyun yatım  dərinliyinin  təhlili  təsdiq  etmişdir  ki,  kol-
lektora  qrunt  suları  əsasən  300-500    m    məsafədən      daxil    olur.  
Qrunt  sularının yatım dərinliyi  isə  5-ci məntəqədə  1,65-3,39 m;  
6-cı məntəqədə  1,73-3,72 m;  7-ci məntəqədə  2,27 – 4,04 m;  8-
ci məntəqədə  2,29 – 4,65 m; 9-cu məntəqədə  isə  2,27- 4,81 m  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə