Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə26/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

99 
2) ixtisaslaşdırılmış    (xüsusi)    şəbəkə    kəşfiyyat    işlərinin
aparılması  zamanı  müvəqqəti  olaraq  yaradılır  və  işin  sonunda  
ya  ləğv  edilir,  ya  da  müvafiq  təşkilatın  tabeçiliyinə  verilir; 
3) dayaq hakim  (əsas) şəbəkə   ayrı – ayrı  tipik  və  mühüm
xalq    təsərrüfatı    əhəmiyyətli    su    təsərrüfatı    obyektlərində    nə-
zarət  –  mühafizə    və    tədqiqat  məqsədləri    üçün    yaradılır    və  
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  hidrorejim  partiya-
larının  tabeçiliyində  olur;  
4) dayaq regional  şəbəkə  -  istismarın  yeraltı  suların  reji-
minə  təsirinin  öyrənilməsi  və  iri  regionlarda  yeraltı  su  resurs-
larının    optimal    və    səmərəli    istifadəsi    formalarının    əsaslan-
dırılması    üzrə    informasiyaların    alınması    üçün    yaradılır    və  
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin   tabeçiliyində   olur. 
Suvarılan  və  qurudulan  sahələrdə  rejim – müşahidə  şəb-
kəsi  üç  növə  ayrılır:  regional,  xüsusi  hidromeliorativ  və  xüsu-
si  hidrogeoloji.   
Regional  şəbəkə  meliorasiya    olunmuş    kifayət    qədər    bö-
yük  sahələrdə yeraltı  suların  təbii  rejimini  öyrənir. Şə
əbəkə  me-
liorasiya  məqsədilə    kompleks  planalmanın  aparılması  zamanı  
avadanlıqlaşdırılır. 
Xüsusi   hidromeliorativ  şəbəkə   yeraltı  suların  pozulmuş  
rejimini  tədqiq  edir.  Bu  şəbəkə  üzrə  müşahidələr  suvarma  və  
qurutma    tədbirlərinin,    o    cümlədən    qurudulan    massivlərin  
istismarı  müddətində  həyata  keçirilir. 
Xüsusi   hidrogeoloji  şəbəkə  rejim  müşahidələrinin  nəticə-
lərinə  görə,  hidrogeoloji  parametrlərin  təyini  üçün  avadanlıq-
laşdırılır.  Bu  şəbəkə  regional  və  xüsusi  hidromeliorativ  şəbə-
kəyə   əlavə  olaraq  yaradılır  və  adətən  müvəqqəti  hesab  olu-
nur. 
Rejim  müşahidələri  gursulu- ,  azsulu-  və  orta  sulu  illər  
daxil  olan  dövrü  əhatə  edir. Hər  hansı  bir  massivin  qurudul-
masından sonra qrunt  sularının  rejimi  üzərində  müşahidələr  on-
ların  səviyyəsinin  stabilləşməsi  dövrü  ərzində həyata  keçirilir.  
Müşahidələrin  minimal  davametmə  müddəti  rejimin  regional  


100 
öyrənilməsində  -  3  il,  qonşu  ərazilərdə  qurutmanın  təsirinin  
öyrənilməsində   -  daima,  digər  məsələlərin  həllində  (məsələn,  
hidrogeoloji  parametrlərin  təyini) 3 – 5 il  təşkil  edir. 
İri  qurutma  massivlərində   2 –3 – dən  az  olmayan  rejim  
xətləri    avadanlıqlaşdırılır.    Hər    xətt    üzrə    quyuların    minimal  
sayı  3 – 5  təşkil  edir.  Xətlər  tənzimləyici  şəbəkəyə  (drenlər və  
s.)    perpendikulyar,  quyular  -    drenlərdən    (kanaldan)    müəyyən  
məsafələrdə    yerləşdirilir:    5    quyunun  olduğu    zaman    -    0,05L;  
0,20L  ;  0,50L  ;    0,80L;    0,95  L  ;      3  quyunun  olduğu    zaman    -  
0,1L;    0,5L  ;    0,9L    (L  -    tənzimləyici    şəbəkə    ilə    arasındakı  
məsafə).  Çayların  və  kanalların  üzərində  suölçən  məntəqələr  
qurulur. 
Bütün    müşahidə    məntəqələri    aşağıdakı    tələblərə    cavab  
verməlidir:   
1) səmərəli    və   iqtisadi   cəhətdən    sərfəli    konstruksiyaya
malik  olmalı; 
2) zərərli    amillərin    təsirindən    izole    olunmalı    və    sulu
horizontun  çirklənməsi  halı  istisna  olmalıdır; 
3) müşahidələrin  tez  və  keyfiyyətlə  yerinə  yetirilməsinə
imkan  verməlidir. 
Müşahidə    şəbəkəsinin    yerləşməsi    rayonun    hitdrogeoloji  
və    digər    şəraitlərindən,    sulu    horizontun    xüsusiyyətlərindən,   
məqsəddən  və  s. – dən  asılıdır.  Bir  qayda  olaraq,  quyular  sulu  
horizontun  əsas  xüsusiyyətlərinin  dəyişməsi  istiqamətində xət-
lər    üzrə    yerləşdirilir.    Hər    bir    sulu    horizonta    minimum    bir  
quyu  qazılmalıdır.  Artezian  hövzələrində  quyular  hər  birində  
3 – 6  ədəd  olmaqla  iki  çarpaz   kəsişən  xətlər  üzrə  yerləşdiri-
lir.  Bu  zaman  hər  geomorfoloji  elementdə   bir  quyunun  ol-
ması  vacibdir.  İki-üç  horizontdan  ibarət  komplekslərdə  hori-
zontların hər  birinə  pilləli  yerləşdirilmiş  quyular  qrupu  qazılır.  
Pozulmuş  və  pozulmamış  rejim  şəraitində   yeraltı  suların  
rejimi  üzərində  müşahidələrin  davametmə  müddəti  tədqiqatın  
mərhələsindən,  məqsədindən,  geoloji–hidrogeoloji  şəraitin    mü-
rəkkəbliyindən  və  s.  xüsusiyyətlərdən  asılıdır.  Yeraltı  suların  


101 
axtarışı,  ilkin- və dəqiq kəşfiyyatı  mərhələlərində  rejim  müşahi-
dələrinin  davametmə  müddəti  bir  neçə  aydan   2 – 3  ilə  qədər  
ola  bilər.  Yeraltı  suların  istismarı,  faydalı  qazıntı  yataqlarının  
işlənilməsi,  meliorativ  və  digər  tədbirlərin  həyata  keçirilməsi  
zamanı  müşahidələr  bütün  tədbir  müddətində  aparılır.  
Yeraltı suların  rejimi  üzərində  müşahidələr  onların  səviy-
yəsi,  temperaturu,  sərfinin  ölçülməsi,  müxtəlif  analizlər  (kim-
yəvi,  bakterioloji,  xüsusi)  üçün  su  nümunələrinin  götürülməsi  
ilə  xarakterizə  olunur.  Qrunt  suları  üçün  səviyyə  və  tempera-
tur  ayda  on  dəfə,  yağıntılar,  suvarma,  daşqın  zamanı  isə   2 - 
3  dəfə  çox    ölçülür.  Təzyiqli   sular  üçün  isə  bu   say  qrunt   
suları  ilə   müqayisədə   2-3  dəfə  azdır.  Analiz  üçün   su  nü-
munələri ayda  2-3  dəfədən  ildə  3 – 6  dəfəyədək  götürülür. Ya-
xınlıqda  olan  çayın (əgər   vardırsa) da   rejimi  öyrənilir.  Həm-
çinin quyuların texniki vəziyyyəti üzərində   müşahidələr  aparılır. 
Rejim  –  müşahidə    məlumatlarının    nəticələrinə    görə,    ilk  
növbədə,    müxtəlif    qrafiklər    (sərfin,    səviyyyənin,    bu    və    ya  
digər    komponentin    konsentrasiyasının    zaman    üzrə    dəyişməsi 
və    s.)    qurulur,    hidrogeoloji    parametrlər    (suvericilik-,    təzyiq-  
və  səviyyəkeçiricilik  əmsalları  və  s.)   təyin  olunur,  hidroizo-
gips,  pyezoizogips  və  s.  xəritələr  tərtib  olunur.  Bütün  rejim – 
müşahidə  materialları  əsasında  yeraltı  suların  rejimi,  balansı  
və  istismarı   proqnozlaşdırılır. 
Hazırda  yeraltı    suların    rejim    göstəricilərinin    təyin    edil-
məsi üçün  bir çox  müasir  cihaz  və  qurğulardan  istifadə  olunur  
(şək. 26  a, b, c, d, e, f, g, h).  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə