Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

92 
yerləşir. Qrunt sularının minerallaşma dərəcəsi 410,3 min ha-da 3 
q/l-dən artıq, 536,1 min  ha-da 1-3 q/l, 498,5 min  ha-da isə 1 q/l-
dən aşağıdır. 
Suvarılan  sahələrin  266,5  min  ha-ı  meliorativ  cəhətdən 
qeyri-qənaətbəxş  vəziyyətdədir.  74,9  min  ha  sahədə  torpaqların 
şorlaşması,  95,6  min  ha-da  qrunt  sularının  yer    səthinə  yaxın  
yatımı,  96  min  ha-da  isə  torpağın  şorlaşması  ilə  qrunt  sularının 
yer  səthinə yaxın  yatımı müşahidə olunur. Suvarılan torpaqların 
meliorativ  vəziyyətinin  yaxşılaşdırılması  bir  tərəfdən  mövcud 
meliorasiya  və  su  təsərrüfatı  fondlarının  bərpasını  və  təzələnmə-
sini,  digər  tərəfdən  yeni  meliorativ  obyektlərin  tikilməsini  tələb 
edir.  
Hazırda 35,2 min ha suvarılan torpaq sahələrində kompleks 
şəkildə tikinti və yenidənqurma işlərinin aparılması, 187,6 min ha 
sahədə  mövcud  drenajın,  194,3  min  ha  sahədə  isə  suvarma 
şəbəkələrinin  yenidən  qurulması,  meliorativ  cəhətdən  qeyri-qə-
naətbəxş  olan  266,7  min  ha  sahənin  219,1  min  ha-da  yeni  kol-
lektor-drenaj  şəbəkələrinin  tikilməsi,  207  min  ha  suvarılan  tor-
paqların  su  təminatının  yaxşılaşdırılması  tələb  olunur.  Bundan 
əlavə,  310,4  min  ha  sahədə  açıq  drenaj  şəbəkəsinin  tikilməsinə 
ehtiyac vardır.  
Son    zamanlar  bölgədə  drenaj  sularının  sahədən  kənara 
çıxarılmasında böyük çətinliklər müşahidə  olunur. Bərdə, Tərtər, 
Şəmkir,  Qazax,  Ağstafa  və  s.  rayonların  ərazilərində  yeraltı 
suların  səviyyəsinin  intensiv  qalxması  müşahidə  edilir,  sahələrin 
təkrar  şorlaşması  prosesi  intensivləşməyə  başlamışdır.  Bəzi 
yerlərdə  suvarılan  torpaqlar  əkin  dövriyyəsindən  çıxmış  və  kənd 
təsərrüfatı  bitkilərinin  məhsuldarlığı  xeyli  aşağı  düşmüşdür. 
Yaranmış  ağır  meliorativ  vəziyyətin  səbəbi,  Muğan-Salyan  və 
Mil-Qarabağ  kollektorlarının  tikintisindən  sonra  (1950-1953-cü 
illər)  onların  əhatə  etdiyi  bölgələrdə  suvarılan  torpaqların  sahə-
sinin  1,5  dəfə  artması,  sahələrdən  artıq  suların  kənar  edilməsi 
üçün isə meliorativ tədbirlərin  görülməməsidir. 


93 
Şəmkir  su  anbarının  tikintisi  ilə  əlaqədar,  Gəncə-Qazax 
bölgəsində 50 min ha yeni sahənin suvarılması və drenaj sularının 
Mil-Qarabağ  kollektoruna  axıdılması  nəticəsində  meliorativ    və-
ziyyətin daha da ağırlaşması gözlənilirdi. 
Ötən  müddət  ərzində  kollektorun  sərfinin  2  dəfədən  çox 
artması  və  Kür  çayı  altında  tikilmiş,  suburaxma  qabiliyyəti  25 
m
3
/san olan dükerin drenaj sularını Baş-Şirvan kollektoruna ötürə 
bilməməsi  səbəbindən  bu  suların  bəzi  yerlərdə  Kür  çayına  axı-
dılması hallarına yol verilmişdir.    
Vəziyyətdən  çıxış  yolu  kimi,  aparılan  layihə  axtarış  işləri, 
araşdırmalar və hesablamalar nəticəsində, alternativ variantlardan 
ən sərfəlisi  Mil-Qarabağ kollektorunun suyunun Araz çayı altın-
dan dükerlə keçirərək, Muğan bölgəsinə ötürülməsilə və oradan da 
Muğan-Salyan kollektoru ilə birləşdirib, Xəzər dənizinə axıdılma-
sı  variantı  seçildi  və  birləşmiş  kollektorun  -  Baş  Mil-Muğan 
kollektorunun tikilməsi qərara alındı. 
Hesablamalar    göstərir    ki,  Baş  Mil-Muğan  kollektorunun 
tikintisi  onun  əhatə  etdiyi  ərazidə  kənd  təsərrüfatı  məhsullarının 
istehsalının 30-40% artırılmasına imkan yaradacaq və 500 min ha-
dan artıq torpaqların şorlaşmasının qarşısını alacaqdır. 
Torpaqların meliorativ vəziyyətini idarə edən qrunt sularının 
rejimi  təzyiqli  suların  rejimi  ilə  sıx  əlaqədardır.  Təzyiqli  suların 
rejimi il ərzində aşağıdakı  qanunauyğunluqla dəyişir: 
1)İlin  soyuq  ayları  ərzində  (20.XI-dən  15.II-dək)  çoxlu
yağıntılar  və  az  miqdarda  ümumi  buxarlanma  zamanı  daha  çox 
təzyiqli  sular  kollektorun  məcrasına  daxil  olur,  qrunt  sularının 
səviyyəsini  qaldırır  və  eyni  zamanda  qrunt  suları  da  aerasiya 
zonasına daxil olur; 
2)Yaz  aylarında  (15.II-1.IV)  buxarlanma  yerüstü  suların
hesabına  formalaşır.  Bu  zaman  yerüstü  suların  hesabına  for-
malaşan  infiltrasiya  suları  ilə  təzyiqli  sular  qarışaraq  kollektorun 
məcrasına  tökülür.  Buna  əksər    hallarda    qarışıq  qidalanma  da 
deyilir; 


94 
3)Yay  qabağı  (1.VI-15.VI)  daha  az  təzyiqli  sular
kollektorun məcrasına daxil olur; 
4)Yay  vaxtı  (15.VI-15.IX)  qidalanmanın  miqdarı  buxar-
lanmanın  miqdarından  asılıdır.  Buxarlanma  çox  olduqca  təzyiqli 
suların kollektorun məcrasına daxil olması miqdarı da çoxalır; 
5)Payız  mövsümündə  (15.IX-15.XI)  təzyiqli  sular  hesabına
qrunt sularının və aerasiya zonası  süxurlarının qidalanma prosesi 
intensivləşir; 
6)Qış  qabağı  dövrdə  (15.XI-30.XII)  təzyiqli  suların    və
atmosfer   çöküntülərinin  miqdarından  asılı  olaraq  qrunt  sularının 
qidalanma prosesi olduqca zəifləyir. 


95 
II.MELİORASİYA OLUNMUŞ ƏRAZİDƏ  YERALTI 
SULARIN REJİMİ VƏ BALANSI 
2.1.Yeraltı suların rejim və balansının  öyrənilməsinin 
məqsəd və məsələləri 
Yeraltı suların ehtiyatının, keyfiyyətinin və tərkibinin zaman 
və  məkan  etibarilə  dəyişməsi  rejim  anlayışı  ilə  ifadə  olunur. 
Rejimin əsas göstəriciləri aşağıdakılardır: 1) hidrodinamik (yeraltı 
suların  səviyyəsi,  sərfi,  axım  sürəti);  2) hidrokimyəvi  (yeraltı 
suların minerallaşması, makro – və mikrokomponentlər, təbii qaz-
lar,  üzvi  maddələr  və  s.);  3) geotermik  (yeraltı  suların  tempe-
raturu). 
Yeraltı  suların  rejimi  üzərində  müşahidələrin  məqsədi  – 
onun  (rejimin)  formalaşması  qanunauyğunluqlarının  öyrənilməsi 
və  müxtəlif  hidrogeoloji  proqnozların  əsaslandırılması  üçün 
istifadə edilməsidir. 
Yeraltı suların rejimi, ona təsir edən amillərin xarakterindən 
asılı olaraq: təbii (kompleks təbii amillərin –geoloji, hidrogeoloji, 
iqlim,  bioloji-torpaq,  kosmogen  və  s.  –  təsiri  altında  formalaşır), 
pozulmuş  (əsas  etibarilə,  insanların  mühəndisi-təsərrüfat  fəaliy-
yətinin  (suvarma,  qurutma,  hidrotexniki  tikinti,  sugötürücü  və 
drenaj  qurğuları    və  s.)  təsiri  altında  formalaşır)  və  qarışıq  (təbii 
və süni amillərin kompleks təsiri altında formalaşır) tiplərə ayrılır.  
Yeraltı  suların  rejiminin  formalaşmasının  regional  qanu-
nauyğunluqlarını ifadə edən rejim - regional (əsas etibarilə, təbii 
rejim əmələgətirən amillərin təsiri altında), yerli amillərin (süxur-
ların  litoloji  xüsusiyyətləri,  çayların  və  yerüstü  su  hövzələrinin 
hidroloji rejimi, ərazinin drenləşməsi və insanın mühəndisi fəaliy-
yəti) təsiri altında formalaşması xüsusiyyətlərini ifadə edən rejim 
lokal (xüsusi) adlanır. 
Yeraltı  suların  rejiminin  öyrənilməsi  aşağıdakıları  təyin 
etməyə imkan verir: 1) yeraltı suların təbii və pozulmuş rejiminin 
proqnozu  üçün  rejim  elementlərinin  təbii  və  süni  amillərlə  əla-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə