Mелиораtив щидроэеолоэийанын


 Suvarılan torpaqlarda qrunt suları rejiminin



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə34/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

129 
2.4. Suvarılan torpaqlarda qrunt suları rejiminin 
formalaşması qanunauyğunluqları 
Qrunt  sularının  irriqasiya  qidalanması  mənbələri  aşağıda-
kılar hesab olunur: 
-torpaq yatağa malik suvarma kanallarından süzülmə; 
- suvarma sahələrindən  süzülmə. 
Suvarmanın  təsiri  ilə  aerasiya  zonasının  nəmliyi  artır;  irri-
qasiya suları hesabına qrunt sularının əlavə qidalanması baş verir; 
suvarma suları ilə aerasiya zonasına və qrunt sularına duz kütləsi 
daxil olur; zəif drenləşməyə malik olan rayonlarda qrunt sularının 
aerasiya  zonasına  boşalması  baş  verir  ki,  bu  da  süni  drenajın 
normal  işləmədiyi  halda  həm  torpaqda,  həm  də  qrunt  sularında 
duzun  yığılmasına  gətirib  çıxarır;  drenaj  sisteminin  tikilməsi  ilə 
qrunt sularının sahələrdən aparılması intensivləşir ki, bu da qrunt 
suyu  səviyyəsinin    aşağı  salınmasına  və  həm  torpaqda,  həm  də 
qrunt sularında duzun miqdarının azaldılmasına imkan verir. 
İrriqasiya-təsərrüfat  amillərinin  təsiri  qrunt  sularının  təbii 
rejimini  dəyişir  və  suvarılan  torpaqlarda  qrunt  sularının  müxtəlif 
irriqasiya rejiminin formalaşmasını müəyyən edir. 
Suvarılan torpaqlarda qrunt sularının rejimini genetik qrup-
lara,  yarımqruplara,  siniflərə,  növlərə  və  yarımnövlərə  ayırmaq 
olar (cəd.19,20).  
İrriqasiya  qrupu  daha  geniş  inkişaf  tapmışdır.  Onun  xüsusi 
irriqasiya    və  irriqasiya  yarımqrupları  çöl  və  yarımçöl  zonalarda 
yerləşən  bütün  suvarma  massivləri  üçün  xarakterikdir.  Səhra 
rayonlarında  atmosfer  çöküntülərinin  üstünlüyü  ilə  irriqasiya 
rejimi geniş yayılmışdır. Çay sularından süzülmənin üstünlüyü ilə 
irriqasiya rejimi çayların gətirmə konusları və dağətəyi şleyflərdə 
rast gəlir. Yanlardan yeraltı axımın üstünlüyü ilə irriqasiya rejimi 
çayların  gətirmə  konuslarında,  yeraltı  su    axınının  pazlaşması 
zonasında,  bəzi  dağarası çökəkliklərin  mərkəz  hissələrində əmələ 
gəlir. Qrunt sularının qarışıq rejim qrupu az inkişaf etmişdir. 


130 
Cədvəl 19 
Qrunt sularının irriqasiya rejiminin təsnifatı  
Rejimin bölgüləri 
Göstəricilər 
Qrup və yarımqruplar 
Qrunt sularının qidalanma mənbələrinin 
münasibəti 
Tiplər 
Torpaqların təbii drenləşməsi 
Siniflər 
Qrunt  sularının  süni  drenaj  axımı  ilə  in-
filtrasiya qidalanması arasındakı münasibət 
Növlər 
Yerli irriqasiya-təsərrüfat amilləri 
Yarımnövlər 
Kənd təsərrüfatı əkinlərinin növləri 
Qrunt suları və aerasiya   zonası  süxurlarının duz rejiminin 
qarşılıqlı əlaqəsinin formalaşmasında üç mərhələ ayrılır. 
Birinci  mərhələ:  qrunt  suyu  səviyyəsinin  qalxması  – 
aerasiya  zonası  süxurlarında  duzların  fəal  təsiri  üçün  xarakterik-
dir,  həllolma  və  mübadilə  reaksiyaları  qrunt  sularının minerallaş-
masının onların səviyyəsinin qalxması zonasında və dərində yatan 
sulu  horizontların    yerləşməsi  zonasında  artmasına  səbəb  olur. 
Aerasiya zonasında süxurların duz rejimi qrunt sularının kimyəvi 
tərkibindən  asılı  deyildir,  o,  suyun  süzülmə  sürəti  və  buxarlanma 
ilə  müəyyən olunur. 
Qrunt  sularının  dərin  yatımında  (yəni  onlar  torpaq  əmələ-
gətirən  proseslərdə  iştirak  etmədikdə)  torpağın  ikinci  dərəcəli 
şoranlaşması  baş  vermir.  Qrunt    sularının    yer  səthinə  yaxın 
yatımında suvarma dövrünün sonunda torpaq qatında (1,0-1,5 m) 
duz toplanır. 
İkinci  mərhələdə  (qrunt  suyu  səviyyəsi  qalxdıqdan  və  nis-
bətən  stabil  səviyyə  əmələ  gəldikdən  sonra)  qrunt  sularının  kim-
yəvi  tərkibi  aerasiya  zonası  süxurlarının  duz  rejiminə  fəal  təsir 
edir, onlarda duz rejimi torpaqda şoranlaşmanın ilkin  tipindən  və 
dərəcəsindən  deyil,  qrunt  sularının  süzülmə  sürətinin  buxarlanma 
ilə  əlaqəsindən  asılıdır.  Əgər  intensiv  buxarlanma  baş  verirsə, 
ikinci dərəcəli şoranlaşma inkişaf edir. 


131 
Cədvəl 20 
Suvarılan torpaqlarda qrunt suyu rejiminin genetik tipləri 
Rejimin qrup və 
yarımqrupları 
Qrunt suları balansının gəlir elementlərinin xüsusi 
çəkisi, %-lə 
İrriqa-
siya 
suları 
Atmosfer 
çöküntü-
ləri 
Çaylardan 
süzülmə 
Yanlardan 
yeraltı axım 
İrriqasiya qrupu 
Xüsusi irriqasiya 
>75 
<10 
<10 
<10 
İrriqasiya 
50-75 
<25 
<25 
<25 
Atmosfer  çöküntüləri-
nin  üstünlüyü  ilə    irri-
qasiya 
50-75 
25-50 
<10 
<10 
Çay  sularından  süzül-
mənin  üstünlüyü  ilə  ir-
riqasiya  
50-75 
<10 
25-50 
<10 
Yanlardan  yeraltı  axı-
nın  üstünlüyü  ilə  irri-
qasiya 
50-75 
<10 
<10 
25-50 
Qarışıq qrup 
İrriqasiya-iqlim 
25-50 
25-50 
<10 
<10 
İrriqasiya-hidroloji 
25-50 
<10 
25-50 
<10 
İrriqasiya-yeraltı axın 
25-50 
<10 
<10 
25-50 
Kompleks 
25 
25 
25 
25 
Suvarılan  rayonlarda  yüksək    minerallaşmaya    malik  qrunt 
sularının 1-2 m dərinlikdə yatımında aerasiya zonası süxurlarında 
Cl-SO

və SO
4
 tipli və Mg və Na kation tərkibinin duzları toplanır. 
Üzvi  maddələrin  üstünlük  təşkil  etdiyi  torpaqlarda  şirin 
suvarma  sularından  infiltrasiyanın  təsiri  nəticəsində  sodalı  məh-
lulun formalaşması (sulfatsızlaşma – desulfatizasiya) baş verir. 
Aerasiya  zonasının  yüksək  şoranlaşma  ilə  xarakterizə  olu-
nan „zəif drenləşmiş” və „praktiki olaraq axımsız” zonalarında su-
varmanın birinci ilində qrunt suyu  səviyyəsinin  qalxması  ilə  ey-
ni   zamanda onların  minerallaşması  da artır. Birinci mərhələdə 
qrunt  sularının  minerallaşmasının  artması  duzların  həllolma  və 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə