Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə36/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

135 
1. Qrunt  suyu  rejiminin  tənzimlənməsi  layihələri  proqnoz-
laşdırılan su-duz balansı məlumatları baxımından əsaslandırılmalı-
dır; 
2. Qrunt  sularının  optimal  rejiminin  əldə  edilməsi  üsulları
nəinki  müxtəlif  rejim  tiplərinə,  həmçinin  ümumi  hidrogeoloji 
şəraitə uyğun olaraq müəyyən olunmalıdır; 
3. Qrunt  sularının  optimal  rejiminin  yaradılması  su-duz
balansının  səmərəli  strukturunun  əldə  olunmasına  doğru  yö-
nəldilmiş  meliorativ  tədbirlərin  ümumi  kompleksinin  elementi 
hesab olunur; 
4. Zəruri  yerlərdə  süni  drenaj  müxtəlif  variantların  texniki-
iqtisadi müqayisəsi əsasında layihələndirilməlidir; 
5. Suvarma  üçün  yeraltı-  və  yerüstü  suların  kompleks
istifadəsi  azsulu  suvarma  sistemlərinin  su  ilə  təminatının  artırıl-
masına imkan verir; 
6. Qrunt  suyu  rejiminin  tənzimlənməsi  üzrə  tədbirlər  hidro-
geoloji  şəraitin  tipləri  və  layihələndirilən  meliorativ  sistemlərin 
xarakteri  tam  nəzərə  alınmaqla,  verilən  rejim  proqnozları  baxı-
mından əsaslandırılmalıdır; 
7. Meliorativ  sistemlərin  istismarı  zamanı  qrunt  sularının
rejimi  və  balansı,  torpaqların  duz  rejimi,  suvarma  və  drenajın  işi 
üzərində daimi nəzarət olmalıdır. 
Qeyd    edildiyi    kimi,  suvarılan    torpaqlarda    əlverişli    su-,  
duz-    və    hava    rejimini    saxlamaq    üçün    qrunt    suyu    rejimini  
tənzimləmək, yəni  qrunt  sularının  əlverişli   yatım  dərinliyi  və  
minerallaşma  dərəcəsini  əldə  etmək  üçün  tədbirlər  görmək  la-
zımdır.  Qrunt  sularının  qənaətbəxş  rejimi,  əsasən  onların  irri-
qasiya  qidalanmasını və  ərazidən  axım   şəraitini  tənzimləmək-
lə  təmin  olunur. 
2.7.Yeraltı su rejiminin proqnozu  və onun növləri 
Təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq,  hidrogeoloqların 
qarşısında  yeraltı  suların  keyfiyyəti  və  miqdarının  regional 


136 
dəyişmə  xarakterindən  əlavə,  onların  illik  və  çoxillik  kəsilişdə 
dəyişməsinin  proqnozlaşdırılması    məsələsi  durur.  Xüsusilə,  yer-
altı  suların  əvvəlcədən  hesablanmış  proqnozu  onların  səmərəli 
istismarı,  su  axımı  və  subasmaya  qarşı  mübarizə  tədbirləri,  kənd 
təsərrüfatı  torpaq  sahələrinin  istifadəsi,  sürüşməyə  qarşı  və 
meliorasiya  tədbirlərinin  həyata  keçirilməsini  planlaşdırmağa 
imkan verir. 
Yeraltı  sularda  baş  verən  dəyişikliklərin  xarakterinə  və 
səbəblərinə əsasən proqnozun üç növünü  ayırmaq olar: 
1) təsərrüfat  fəaliyyətindən  asılı  olaraq,  yeraltı  suların
pozulmuş rejiminin proqnozu. Bu zaman süni amillərin təsiri təbii 
amillərin təsirindən çox olur; 
2) yeraltı  suların  təbii  rejiminin  proqnozu.  Bu  zaman  süni
amillərin  təsiri  ya  tamamilə  yoxdur,  ya  da    təbii  amilə    nisbətən 
çox azdır; 
3) yeraltı suların qarışıq rejiminin proqnozu. Həm təsərrüfat,
həm də təbii fəaliyyətdən asılıdır. 
Yeraltı  suların  rejim  proqnozunun  növlərini  bir  neçə  əsas 
amilə:  əvvəlcədən  görülən  işlər,  onların  səhihliyi,  proqnozlaş-
dırılacaq elementlərin tərkibinə görə ayırmaq olar. 
Yeraltı  su  rejiminin  proqnoz  növlərinin  təsnifatı  21-ci 
cədvəldə göstərilmişdir. 
Cədvəl 21 
Yeraltı su rejiminin proqnoz növlərinin təsnifatı 
Proqnozun 
növü 
Proqnozun məqsədi 
Əvvəlcədən 
proqnozlaş-
dırma 
müddəti 
Proqnozun 
səhihliyi,

Fövqəladə 
Təhlükəli  hadisələrin:  sürüş-
mə, zirzəmiləri subasması və 
s. hadisələrin xəbərdarlığı
1-15 sutka 
95-97% 
Qısa müddətli 
Uzun  müddətli  fəsil  proq-
nozunun dəqiqləşdirilməsi 
0,5-1,5  ay 
85-96% 


137 
Uzun müddətli  Səpin,  yeraltı  suların  istis-
marı,  onların  dağ  qazmala-
rına axımı  və s. 
1,5-2  ay 
70-85% 
Uzun  müddətli 
çoxillik 
Səpin,  yeraltı  suların  istis-
marı,  onların  dağ  qazmala-
rına axımı  və s. 
2 ay-1 il 
60-85% 
Olduqca  uzun 
müddətli 
və 
ultra çoxillik 
Maksimal və minimal səviy-
yələrin  əmələgəlmə    şəraiti-
nin  proqnozlaşdırılması 
1 ildən çox 
55-66% 
2.8.Yeraltı su rejiminin  proqnozunun üsulları 
Yeraltı  suların  istismarı,  hidrotexniki  tikinti,  torpaqların  
suvarılması və qurudulması,  faydalı  qazıntı  yataqlarının   işlənil-
məsi   və  s.  ilə  bağlı  işlər  yeraltı  suların  rejiminin  proqnozu-
nu tələb edir. Yeraltı suların  rejiminin  proqnozu  üçün  müxtəlif  
rejim    müşahidə    məlumatlarının    toplanması    və    sistemləşdiril-
məsi  tələb  olunur.  Proqnoz    üçün    istifadə    edilən    üsullar    aşa-
ğıdakılardır: 
1) Analitik    üsullar    differensial    tənliklərin    analitik    həlli
ilə qərarlaşmış  və qərarlaşmamış  hərəkətin  məsələlərini  həll  et-
məyə   imkan  verir.  Bu  üsulla  suvarma  massivinin   istənilən  
nöqtəsi  üçün  axının  əsas  xarakteristikalarını  təyin  etmək  olar.  
Adətən    bu    üsullar    sadə    hidrogeoloji    sxemlər    üçün    istifadə  
edilir  və    yeraltı  suların  rejimi  yalnız  bir  və  ya  iki  amilin  təsiri 
nəticəsində  dəyişdikdə  tətbiq  olunur.  Bu  üsullar  çayətrafı  zonada 
rejimin proqnozlaşdırılmasında əlverişli sayılır. 
Bulaqların  minimal  sərfini  proqnozlaşdırmaq  üçün  hesab-
lama  düsturu    Maye,  Forxheymer-Bussineski    tərəfindən  təklif 
olunmuşdur. Onların təklif etdiyi üsullar iki şərti gözləməlidir: 
1) əgər sulu horizontun qalınlığı səviyyəinin dəyişmə inter-
valından  çox  böyükdürsə,  onda  səviyyəinin  azalmasını  nəzərə 
almamaq olar; 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə