Mелиораtив щидроэеолоэийанын


Mil  düzənliyinin  yeraltı  sularının  rejimi  və  ona  təsir  edən



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

126 
Mil  düzənliyinin  yeraltı  sularının  rejimi  və  ona  təsir  edən 
amillər.  Mil  düzənliyində  yeraltı  suların  rejimi  təbii  və  süni 
amillərin təsiri altında formalaşır. Təbii amillərə – iqlim, hidroloji 
şərait,  təzyiqli  sularla  qidalanma  və  s.,  süni  amillərə  isə    əsasən  
kollektor - drenaj şəbəkəsi, suvarma və s. aid edilir. 
Mil  düzənliyində  kənd  təsərrüfatının  inkişafı  ilə  əlaqədar 
olaraq,  hidrogeoloji  şərait  dəyişikliyə  məruz  qalmışdır.  Bu  də-
yişikliyin baş verməsinə  magistral kanallar və kollektor sistemləri  
təsir  edir.  Beləliklə,  düzənliyin  əksər  hissəsində  qrunt  sularının 
rejiminin formalaşmasında süni amillər böyük rol oynayır. 
Qrunt  sularının  əsas  qidalanma  mənbələri  -  kanallardan, 
suvarma sistemlərindən və atmosfer çküntülərindən infiltrasiyadan  
ibarətdir. 
Qrunt  sularının  boşalması  isə  buxarlanma  hesabına  baş 
verir. 
Ərazidə  təbii  amillərdən  olan  atmosfer  çöküntüləri  yaz  ay-
larında  daha  çox  düşür.  Maksimal  yağıntı  aprel  ayında    qeydə 
alınır,  mayın  sonunda  yağıntının  miqdarı  azalır    və  bu  vəziyət  
sentyabr  ayına  qədər  davam  edir.  Minimal  atmosfer  çöküntüləri  
isə    avqust  ayında  müşahidə  edilir.  Oktyabr  –  noyabr  aylarında   
yenidən  yağıntının artması müşahidə olunur. 
Aparılan  hidrogeoloji  tədqiqatlar  nəticəsində  belə  bir 
nəticəyə  gəlmək  olar  ki,    iqlim  şəraitindən  aslı  olaraq,  qrunt 
sularının səviyyə  rejimi qış-yaz  müddətində düşən atmosfer çö-
küntülərinin miqdarı ilə müəyyən olunur. 
Yay müddətində isə  bu rejim intensiv buxarlanma ilə qeydə 
alınır. 
1,5 m dərinlikdə  yatan qrunt sularına  infiltrasiya  illik ya-
ğıntının miqdarının 15,7% - ni təşkil edir. 
0,5  m  dərinlikdə  yatan  qrunt  sularının  buxarlanması  yay 
mövsümündə  ümumi buxarlanmanın 77,7% - ni təşkil edir. 2,5 m  
dərinlikdə yatan qrunt suları üçün  isə  30 %  təşkil edir. 
Müşahidələr zamanı aydın olmuşdur ki, payız mövsümündə 
qrunt  sularının  buxarlanması  yayda  quraqlıqlaşan  aerasiya  zo-


127 
nasının nəmlənməsinə  sərf olunur. Buna görə də  qrunt sularının 
səviyyəsininm minimal vəziyyəti  payız müddətinə təsadüf  edir. 
Qrunt suyu səviyyəsinin  illik dəyişməsi  1,43 m  təşkil edir. 
Qrunt  sularının  minerallaşma  dərəcəsi  də    onun    səviy-
yəsindən asılı olaraq dəyişikliyə məruz qalır. Belə ki,  qrunt suyu 
səthinin    qalxması  zamanı   aerasiya  zonasının  duzları  həll  olaraq 
minerallaşmanı artırır (quru qalıq 32,1 q/l  təşkil edir).  Kimyəvi 
tərkibinə görə sular  sulfatlı-xlorlu, natriumlu tipə aid edilir. 
Qrunt  suyu  səthinin  enməsi  ilə  əlaqədar  olaraq,  mineral-
laşma azalır  və  28,2  q/l – ə çatır. Bu zaman kimyəvi tərkib dəyi-
şərək, xlorlu-sulfatlı-kalsiumlu-natriumlu  tipə keçir. 
Mil  düzənliyində  əkin  sahələri  daha  çox    yaz  –  payız  ay-
larında suvarılır ki, həmin suvarma sularının çox hissəsi  də qrunt 
sularına    infiltrasiya  olunur.  Payız  –  qış  mövsümündə    suvarma 
nisbətən  azaldığından,  qrunt  sularının  səviyyəsi  aşağı  düşür.  Be-
ləliklə,  maksimal  səviyyə  may  ayında,  minimal  səviyyə  isə  
noyabr ayında qeydə alınır. 
Qrunt suyu səviyyəsinin illik amplitudu 1,92 m  təşkil edir. 
Suvarma  zamanı  qrunt  sularının  səviyyəsi  infiltrasiya  he-
sabına qalxdığı zaman onların tərkibində şirinləşmə baş  verir  ki, 
bu  halda  da  quru  qalıq    2,3  q/l,    səviyyənin  aşağı  düşməsi    ilə 
əlaqədar  isə  4,3 q/l –ə  qədər dəyişir. 
Bu  dəyişiklik  qanunauyğun    olaraq,  kimyəvi  tərkibin  də  
sulfatlı  –  xlorlu  –  natriumlu    tipdən    xlorlu  –  hidrokarbonatlı  – 
sulfatlı – kalsiumlu – natriumlu tipədək  dəyişməsinə səbəb olur. 
Ərazinin  suvarılan  sahələrində    təzyiqli  sularla    qrunt  sula-
rının qarşılıqlı əlaqəsini öyrənmək üçün  bir sıra quyular üzərində 
aparılan  rejim  –  müşahidə  işləri  dəqiqləşdirilmişdir.  Məlum  ol-
muşdur  ki,  onların  rejiminin  formalaşmasında    təbii  və  süni  
amillər mühüm əhəmiyyət kəsb edir. 
Belə  ki,  ilin  əvvəlindən  may  ayına  qədərki  müddətdə    həm 
qrunt,  həm  də  təzyiqli  suların  səviyyəsi  qalxır    və  mayda  mak-
simuma çatır. Bu müddət ərzində   atmosfer çöküntüləri və suvar-
ma  suları  əsas  rol  oynayır.    Sonra  atmosfer  çöküntülərinin  azal-


128 
ması, havanın temperaturunun artması ilə əlaqədar olaraq, onların 
səviyyəsi  enir    və  sentyabr  ayında  minimuma  çatır.  Nəhayət  ilin 
sonunadək  yenidən su səviyyəsinin  qalxması müşahidə olunur. 
Təzyiqli  suların  pyezometrik  səviyyəsi  yay  mövsümündə 
0,25 – 0,50 m,  payızda isə  0,15 m olur. İlin digər mövsümlərində 
onların  səviyyəsi    qrunt  sularının  səviyyəsindən    0,10  –  0,25    m 
yuxarıda  qərarlaşır.  Qrunt  suyu  səthinin  üst  hissələrində    mine-
rallaşma dərəcəsinin az, alt hissələrdə isə  5,4 q/l – ə qədər olduğu 
müəyyənləşdirilmişdir. 
Təzyiqli suların  minerallaşma dərəcəsi  1,0 – 2,6  q/l  qeyd 
olunur. 
Ümumiyyətlə,  qrunt  sularının  kimyəvi  tərkibi    sulfatlı  – 
hidrokarbonatlı – kalsiumlu – natriumludan  xlorlu – kalsiumlu – 
natriumlu    tipədək,  təzyiqli  suların    kimyəvi  tərkibi  isə  sulfatlı  – 
xlorlu – maqneziumlu – kalsiumlu – natriumludan sulfatlı – xlorlu 
- hidrokarbonatlı – maqneziumlu – kalsiumlu tipədək dəyişir. 
Qrunt  sularının  ehtiyatının  formalaşmasına  təsir  edən  əsas 
amillər aşağıda qeyd olunur. 
Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  qrunt 
sularının  ehtiyatının  formalaşmasına  təsir    edən  əsas  amil  su-
varmadır. Ümumiyyətlə, Mil düzənliyinin suvarılan  torpaqlarına  
üç əsas suvarma kanalı vasitəsilə ildə 1280 mln m
3
  suvarma suları  
verilir. 
Suvarma sularının qrunt sularına infiltrasiyası əsasən  payız, 
qış  və  yaz  aylarında    baş  verir.  Yay  mövsümündə  temperaturun 
yüksək olması ilə əlaqədar olaraq, buxarlanmanın miqldarı artır. 
Bitkilərin vegetasiya dövründə  suvermə arata nisbətən azlıq 
təşkil  edir.  Bu  müddətdə    transpirasiya  və  buxarlanma    nisbətən 
çox olduğundan  qidalanma azalır. 
Suvarma  sularının  qrunt  sularının  rejiminə  təsiri  bütün 
suvarılan sahələrdə  müşahidə edilir.  
Qrunt  suyu  səviyyəsinin  qalxmasınin    çoxillik  müşahidələr 
əsasında  suvarma ilə əlaqədar olduğu müəyyənləşdirilmişdir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə