Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

117 
Qrunt  sularının  minerallaşma  dərəcəsi 2,0 q/l  azalmışdır  
(C = (G – Ç10hn q/l, burada:  h=1–qatın  qalınlığı, m;  n=0,40–
torpaqların  məsaməliliyi; G-Ç=26-2=24 t/ha). 
Aerasiya zonası süxurlarının şoranlaşma  dərəcəsi  üçmetr-
lik  qatda  0,3%  azalmışdır  (
h
C
C
S

100



 ,  burada: 

=  1,35 
q/sm
3
-torpağın  həcm  çəkisi, h=3 m – aerasiya  zonasının  qalın-
lığı, m).  
Beləliklə, son  illərin  rejim  müşahidə  işlərinin  nəticələri  
Muğan  düzənliyinin  75-85%-dən  artıq  sahəsində qrunt  suları-
nın  səviyyəsinin  il  ərzində  1,2-1,5 m-dən  aşağı  düşmədiyini, 
vegetasiya  dövründə  isə  hətta  0,5-1,0 m  səviyyədə  qərarlaş-
dığını  göstərirdi. Hazırda  isə  qrunt  suları  Muğan  düzənliyində  
153,4  min ha  sahədə  1-3 m, 282,5 ha  sahədə  3-5 m  dərinlikdə  
yerləşir. 29,6 min ha-da  qrunt  sularının  minerallaşma  dərəcəsi  
1,0 q/l-dən  az,  435,8 min ha  sahədə  1,0-3,0 q/l,  12,4  min  ha  
sahədə  isə  3,0 q/l-dən  böyük  hüdudlarda  dəyişir (cəd. 14,  15). 
Cədvəl 14 
Suvarılan  sahələrin  qrunt  sularının  yatım  dərinliklərinə  
görə bölünməsi (ümumi  sahədən  %-lə) 
 
 
 
Qrunt sularının 
minerallaşma dərəcəsi,  q/l 
Əhatə etdiyi sahə 
(ümumi sahədən %-lə) 
May, 2000 
May, 2014 

 1,0 
1,7 
8,8
 
1,0-3,0 
4,4 
32,1
 

 3,0 
93,9 
59,1 
Qrunt  sularının  
minerallaşma dərəcəsinin 
orta  çəki  qiyməti,  q/l 
12,7 
10,7 


118 
Cədvəl 15 
Suvarılan  sahələrin  qrunt  sularının  minerallaşma  dərəcəsinə  
görə bölünməsi  (ümumi  sahədən  %-lə) 
Təzyiqli  suların  rejiminin  xarakteristikası. Təzyiqli  sular  
rayonda  ayrı–ayrı  horizontlarla  xarakterizə  olunur. 
Dördüncü  dövr  çöküntülərinin  sulu  horizontları  30–350 
m  qatda  3 təzyiqli  sulu  horizont (Xvalın, Xəzər  və  Bakı  çö-
küntüləri) mərtəbələr üzrə qrunt suyu səviyyəsindən  aşağıda  yer-
ləşir. 
I  təzyiqli   horizontun  yer  səthindən  olan  yatım  dərin-
liyi  30–90 m, II – 40–280 m, III – 140–340 m,  qalınlığı  2–70 m, 
II – 2–30 m, III – 4–10 m,   suyunun minerallaşma  dərəcəsi  5–80 
q/l,  II – 10–60 q/l, III – 10–50 q/l  qeyd  olunur. Müxtəlif  hori-
zontlarda    suların    müxtəlif    minerallaşmaya    malik    olması    hər  
horizontda yeraltı  suların  müxtəlif  axım  sürətinə  malik  olması  
ilə əlaqədardır. Eyni  zamanda  Arazın  gətirmə  konusunun  zirvə-
sindən  uzaqlaşdıqca suların ümumi  minerallaşmasının qanunauy-
ğun şəkildə  artması  təsdiq  edir  ki,  altdakı  sulu  horizontların  
minerallaşmasının azalma səbəbi müəyyən  dərəcədə  Arazın  gə-
tirmə  konusu  sularının  infiltrasiyası ilə  bağlıdır. 
Muğan  düzənliyində  8 q/l  minerallaşmaya  malik  xlorid-
li–sulfatlı–natriumlu sular  Araz  çayının  gətirmə  konusunun  zir-
Yeraltı suların yatım dərinliyi, 
m     
Əhatə etdiyi sahə 
(ümumi sahədən %-lə) 
May, 2000 
May, 2014 

 1,0 
7,9 
6,2
 
1,0-2,0 
67,7 
60,5
 
2,0-3,0 
24,0 
30,7
 

 3,0 
0,4 
2,6
 
Qrunt  sularının  yatım    dərin-
liyinin  orta  çəki  qiyməti, m 
1,66 
2,31 


119 
və  hissəsində; 8–25 q/l  minerallaşmaya  malik  xloridli–natrium-
lu sular ərazinin cənub–qərbində Arazın gətirmə  konusunun  mər-
kəz    hissəsində,  25  q/l-dən    böyük    minerallaşmaya    malik    xlo-
ridli–maqneziumlu–natriumlu    sular    Muğan  düzənliyinin    mər-
kəz, şimal  və  cənub–şərq  hissəsində  yayılmışdır. 
Genetik  qrafikdə  bütün  nöqtələr  dəniz  və  dərinlik  mən-
şəli    zonada  toplanmışdır.  Bu    onu    göstərir    ki,  təzyiqli    suların 
kimyəvi    tərkiblərinin    formalaşması    dərin    horizontlarda    gedir  
və   yerli  təbii  amillərin  təsiri  yox  dərəcəsindədir. Buna   görə 
də  həmişə  eyni  kimyəvi  tiplər  müşahidə  olunur. 
Bütün  təzyiqli  sulu  horizontların  qidalanma  zonası  əra-
zidən  cənuba  və  cənub–qərbə  doğru  dağətəyi  zonada  yerləşir. 
Təzyiqli  suların  boşalması  isə  buxarlanma  yolu  ilə  baş  verir. 
Təzyiqli  su  axını  0,0002  hidravlik  mailliyə  malikdir. 
Muğan  düzənliyinin  təzyiqli  sularının  kimyəvi  tərkibi-
nin  vektor  diaqramı tərtib  edilmişdir (şək.31). 
Şəkil  31.  Muğan    düzənliyinin    təzyiqli    sularının    kimyəvi    tərki-
binin  vektor  diaqramı  (E.A.Məmmədova, 2014): 1 – quyu. 


120 
Gəncəçayın gətirmə  konusu  sahəsinin   yeraltı  sularının  
rejimi və ona  təsir  edən  amillər. Gəncəçay,  Tovuzçay  və  digər  
çayların  gətirmə  konuslarının   yeraltı  sularının  rejiminin  for-
malaşmasında  bir neçə amilin  rolu  mövcuddur. Bunlardan  bəzi-
lərinin    təsiri    nəticəsində    uyğun    olaraq,    rejim    tipləri    əmələ  
gəlir.  
Qrunt  sularının rejimi  üzərində  aparılan  müşahidələr  gös-
tərir  ki,  rejimin  formalaşmasında  əsas  rol  oynayan  iqlim  və  
hidroloji  amillərdir. 
Gəncəçay    gətirmə    konusunun    başlanğıcında    bulaqların  
sərfi, suyun  temperaturu və kimyəvi  tərkibi  üzərində  rejim  mü-
şahidələri  aparılır.  Süxurların  yüksək  çatlılığını  nəzərə  alaraq,  
belə  nəticəyə gəlmək olar  ki,  qrunt  sularının  rejimi  dağlıq   zo-
nada  tamamilə  atmosfer  çöküntülərinin  xarakterindən  asılıdır. 
Ona  görə  də  qrunt  sularının  səviyyəsinin  dəyişməsilə   atmos-
fer    çöküntülərinin  intensivliyi    arasında    sinxronluq  (uyğunluq)  
müşahidə  olunur. Gəncəçayın gətirmə konusunun   kənar  hissələ-
rində    gilli    qumların  iştirakı    qrunt  sularının    hərəkətini    çətin-
ləşdirir.    Bu    da    öz    növbəsində    təzyiqin    yaranmasına    şərait  
yaradır. Bu sahələrdə  yeraltı  suların  səviyyəsinin  dəyişmə  amp-
litudu   ildə  1 – 2  m – ə  çatır. 
Qrunt  sularının  rejimini  formalaşdıran  amillərdən  biri  də  
çay  şəbəkələridir.  Çay  şəbəkələrinin  qrunt  suları  ilə  qarşılıqlı  
əlaqəsi  çox  müxtəlif  və  mürəkkəbdir. Tədqiqat  aparılan  rayon-
da qrunt sularının drenləşməsi  və  qidalanması  müşahidə  olunur.  
Bunun nəticəsində  çaylar  qrunt  sularının  səviyyəsinin  dəyişmə-
sini  və  rejiminin   tipini  müəyyən edir. 
 Qrunt  sularının  təbii   rejiminə  süni  amillər  də  (kəhriz-
lər,  suvarma  sistemləri,  kanallar  və  s.)  təsir  göstərir.  Kanal-
ların    və    arxların    yerləşdiyi  sahələrdə    qrunt    sularının    rejimi  
çay  kənarlarındakı  rejimlə  analojidir. Ümumiyyətlə,  Gəncəça-
yın  gətirmə  konusunda  qrunt  sularının  səviyyəsinin  dəyişmə-
sində   əsasən  bir  minimum  və  bir  maksimum   müşahidə  olu-
nur.  Səviyyənin  maksimum  qalxması  adətən  aprel – may  ayla-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə