Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

223 
Şorakət  torpaqların  kolloid-kimyəvi  xassələrinin  öyrənilməsi 
nəticəsində  belə  qənaətə  gəlinmişdir  ki,  torpaqda  şorakət  qatın 
əmələ gəlməsinə yeganə səbəb udulmuş natriumun təsiridir.  
 Qeyd  etmək  lazımdır ki,   meliorasiya elminin inkişafı, şo-
rakət    torpaqların  əmələ  gəlməsi  prosesinə  və  onların  yaxşılaş-
dırılmasına  münasibətin  dəyişməsi  şorakət  qatın  əmələ  gəl-
məsində  udulmuş  natriumun  yeganə  amil  olması  məsələsinə 
yenidən  baxılması  tələbatını  doğurmuşdur.  Bu  baxımdan,  şorakət 
torpaqların  öyrənilməsinin  indiki  mərhələsində  onların  aşağıda 
göstərilən qruplara bölünməsi təklif olunmuşdur: 
-udulmuş  natriumun  təsiri  ilə  əmələ  gəlmiş  şorakət  tor-
paqlar; 
-tərkibində udulmuş natrium az olan, lakin fiziki şorakətliyi 
(qalıq şorakətliyi) yaxşı ifadə olunan torpaqlar; 
-tərkibində  artıq  miqdarda  Mg  kationu  olan  şorakətlər 
(maqnezium şorakətliyi). 
Şorakət torpaqların kənd təsərrufatı bitkilərinin inkişafına və 
məhsuldarlığına  mənfi  təsiri  torpaq  məhlulunda  olan  sodanın  və 
uducu  kompleksdəki  natrium  və  maqnezium  kationlarının  olması 
ilə əlaqədardır. Qələvi torpaq mühitində torpaqda olan üzvi mad-
dələr suda asan həll ola bilən formalara çevrilərək suyun təsiri ilə 
üst qatlardan alt qatlara yuyulur.  Bu  zaman əkinaltı qatda bərki-
mə  əmələ  gəlir,  torpağın  su  və  hava  rejimi  pisləşir  və  belə  tor-
paqların  strukturu  tədricən  pozulur.  Bu  cür  torpaqlar  nəm  halda 
yapışqan  kimi olub, çox gec quruyur, quru halda isə çox bərk olur 
və  qaysaq  əmələ  gətirir,  səthi  çat-çat  olur,  onu  yumşaltmaq    və 
becərmək üçün böyük  zəhmət tələb olunur. Belə torpaqlar adətən 
quru və isti iqlim şəraitinə malik olan bozqır, yarımsəhra və səhra 
torpaqları arasında ayrı-ayrı  «ləkələr» şəklində yayılmışdır. 
Azərbaycan  şəraitində  şorakət  torpaqlar  əsasən  aran  rayon-
larında  Kür-Araz  ovalığının  Muğan  və  Salyan  düzənliklərində, 
Şirvan  düzənliyinin  Kür  sahili  zonasında,  Cənub-Şərqi  Şirvan 
düzənliyində,  Qarabaq  düzənliyinin  şimal-qərb  hissəsində,  Mil 
düzənliyinin cənub və şimal hissələrində istifadə olunan torpaqlar 


224 
 
arasında  muxtəlif  ölçülü  ləkələr  şəklində  yayılmışdır.  Bundan 
əlavə,  şorakət  torpaqlara  şimal-qərbi  Xəzər  sahili  düzənliyində, 
Qobustanın cənub-şərq hissəsində tez-tez təsadüf olunur. 
Ərazinin fiziki-coqrafi müxtəlifliyindən asılı olaraq şorakət-
ləşmə prosesi də muxtəlif yollarla gedir. Qarabağ-, Şirvan- və Mil 
düzənliklərinin  ağır  mexaniki  tərkibli  boz  torpaqları  arasında 
şorakətlik daha  çox ifadə olunur. Bu torpaqların udma tutumunun 
30-40  mq-ekv.  arasında  dəyişdiyi  bir  vəziyyətdə  torpaqda  udul-
muş  natriumun  miqdarı  15  mq-ekv.  və  daha  çox  olur  (100  q 
torpağa  görə  natriumun  nisbi  miqdarı  udulmuş  əsasların  cəminin 
20 %-dən çoxunu təşkil edir). Umumiyyətlə, respublika ərazisində 
təsadüf  olunan  şorakətli  torpaqlarda  əksər  hallarda  udulmuş 
natriumun  miqdarı  2-4  mq.ekv-ə  bərabər  olur  ki,  bu  da  onların 
zəif-  və  orta  şorakətli  olmasını  göstərir.  Həmin  torpaqlarda 
müəyyən  aqromeliorativ  tədbirlər  tətbiq  etməklə  onlardan  kənd 
təsərrüfatı bitkiləri altında istifadə olunmasına imkan  yaranır. 
Qeyd  etmək  lazımdır  ki,  respublika  ərazisində  təsadüf  olu-
nan  şorlaşmış  şorakət  torpaqlar  öz  növbəsində  neytral  və  qələvi 
(sodalı) olaraq iki qrupa ayrılır.  Aparılmış tədqiqatların nəticələri 
göstərir  ki,  bütün  sodalı  şorlaşmış  torpaqlar  bu  və  ya  digər  də-
rəcədə  şorakətli  olur.  Sodalı  şorlaşmış  torpaqlar  əsasən  Qarabağ 
düzənliyində yayılmışdır. Belə torpaqlara Mil və Muğan düzənlik-
lərində də ləkələr şəklində rast gəlinir. 
Ayrı-ayrı  dövrlərdə  müxtəlif  tədqiqatçılar  tərəfindən  aparı-
lan  tədqiqatların  nəticələrindən  məlum  olmuşdur  ki,  respublika 
ərazisində  natrium  şorakətlərindən  əlavə,  maqnezium  şorakətlə-
rinə  də  təsadüf  olunur.  Müəyyən  edilmişdir  ki,  torpağın  uducu 
kompleksində  udulmuş  maqnezium  kationunun  miqdarı  udma 
tutumunun  30-40  %-dən  artıq  olduqda  onun  torpağın  aqrofiziki 
xassələrinə  və  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığına  mənfi 
təsiri güclənir (cəd. 43). 
Maqnezium şorakətliyi daha çox aran rayonlarının, daha az 
isə  dağ  rayonları  torpaqlarında  yayılmışdır.  Udulmuş  maqnezium 
kationunun  maksimum  miqdarı  Xudat-Xaçmaz  massivi  torpaq-


225 
 
larında  -  çəmən  bataqlıq  torpaqlarda  >30  mq-ekv.,  boz-çəmən 
torpaqlarda 15 mq-ekv., Naxçıvan MR-nın torpaqlarında - 24 mq-
ekv., Araz çayı boyu zolaqda - 22 mq-ekv., Qarabaq düzənliyi tor-
paqlarında  -  14  mq-ekv-ə  bərabərdir.  Udulmuş  maqneziiumun 
minimal  miqdarı  isə  Muğan  düzənliyi  torpaqlarında  4  mq-ekv., 
Alazan-Əyriçay  zonası  torpaqlarında  -  5  mq-ekv.  və  Abşeronun 
boz  torpaqlarında  4  mq-ekv.  təsaduf  olunur.  Respublika  torpaq-
larının  umumi  sahəsinin  -  18,6  %-də  torpaqların  uducu  komp-
leksində  udulmuş  maqnezium  20  %-dən  az  olduğundan  onları 
şorakətsiz  hesab  etmək  mümkündür.  Qeyd    etmək  lazımdır  ki, 
əksər  torpaqlarda  udulmuş  maqnezium  kationu  udulmuş  natrium 
kationu ilə birlikdə olur. 
Cədvəl 43 
Torpağın xassələrinin və kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığının uducu kompleksdəki maqnezium kationundan 
asılılığı (Tahirov Ş.Q., Sultanov Y.Q.) 
 
 
Maqnezium 
udulmuş  
əsasların  
cəmindən  
faizlə 
Şorakətlik 
dərəcəsi 
Dispers- 
lik dərə- 
cəsi 
Şişmə, 

1 saat 
ərzində 
torpağa 
hopan su-
yun miq-
darı, mm 
Torpağın 
sıxlıqı, 
q/sm
3
 
Buğdanın 
məhsul- 
darlığı, 
s/ha 
<20 
20-30 
 
30-40 
40-50 
50 
Şorakətsiz 
Şorakətsiz- 
zəif şorakətli 
Zəif şorakətli 
Orta şorakətli 
Yüksək  
şorakətli 
<20 
20-30 
 
30-40 
40-50 
>50 
5-10 
5-10 
 
10-15 
10-20 
>20 
200-500 
100-500 
 
30-100 
20-60 
<30 
<1 
1-1,2 
 
1,2-1,3 
1,2-1,4 
>1,4 
>30 
20-30 
 
10-20 
5-10 
<5 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə