Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə72/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

251 
axını  boyunca  bir  sahildən    qrunt    sularını    qidalandırır,    digər  
sahildən isə yeraltı sular hesabına qidalanır  ki,  bu  da  illik  kə-
silişdə  qrunt  sularının rejiminə öz təsirini  göstərir.  Ona  görə  də  
səth  suları  hesabına yeraltı suların  qidalanması  bilavasitə  həm  
onların  ehtiyatını  artırır,  həm  də  qrunt  sularında  yerli  təzyiqin 
mənbəyi  kimi  özünü  göstərir. 
Ərazinin təbii drenləşmə dərəcəsi  geoloji  quruluşdan,  geo-
morfoloji    şəraitdən  və  relyefin    xüsusiyyətlərindən    asılı  olaraq 
torpağın  meliorativ  şəraitinə  təsir  göstərən  əsas    amillərdəndir. 
Onun  əsas  göstəricisi    qrunt    sularının   il    ərzində    ərazidən    po-
tensial  kənarlaşdırılan  həcmidir. Belə  ki,  Şirvan  düzənliyi tor-
paqların  təbii  drenləşmə  dərəcəsinə    görə    beş  zonaya    ayrılır: 
intensiv    drenləşmiş,  orta  drenləşmiş,  zəif  drenləşmiş,  xüsusilə  
zəif  drenləşmiş  və  praktiki  olaraq  axınsız. 
Torpaqların hidrogeoloji-meliorativ vəziyyətindən asılı  ola-
raq, suyun  süzülmə  sürətinin yaxşı  hesab  olunduğu  torpaqlarda  
onun  qiyməti 0,01-0,02,  kafi - 0,02-0,06, qeyri-kafi - 0,06-0,005  
m/sut  təşkil  edir. 
Şirvan  suvarma  massivinin    suvarma    əkinçiliyində    daha  
geniş  istifadə  olunan  düzənlik  hissəsi  süxurların kiçik süzülmə  
əmsalı  ilə  xarakterizə  olunan  zəif  drenləşmiş  sahə  olduğun-
dan,  kanal  ətrafında  və  relyefin  çökək  hissələrində  subasma-
nın    müşahidə    olunduğu,    torpağın    şorlaşması    və    təkrar    şor-
laşması  porosesinin  inkişaf  etdiyi  ərazidir. Lakin  bu  da faktdır 
ki,  drenajsız    suvarma    şəraitində  və  ya  onun  zəif    istismarı    ilə 
torpaqların    meliorativ    vəziyyətində    müsbət    dəyişiklik    təmin  
oluna  bilməz. 
Meliorativ    şəraitin    formalaşmasında  əsas  amillərdən    biri  
də qrunt suları  ilə  alt  qatdakı  təzyiqli  sulu  horizontların  hid-
ravlik əlaqəsinin  olduğu   hidrogeoloji  şəraitdir. 
Şirvan    düzənliyinin    bütün    ərazisində    qrunt    sularının  
delüvial-prolüvial və allüvial çöküntü qatlarında, bir neçə  on  m-
dən  bir  metrə  qədər və  daha  az  dərinlikdə  formalaşdığı  mə-
lumdur. 


252 
Çaylar və magistral  kanallar dağətəyi  düzənliklərdə  yeraltı  
suların  əsas qidalanma mənbələridir. Çaylarda  gursululuqla, ka-
nallarda suvarma  mövsümü  ilə əlaqədar  olaraq,  məcraaltı  sahə-
ləri    su    basır,  qrunt  sularının    səviyyəsi  qalxaraq  bataqlıq  əmələ 
gətirir. Qamış  və  digər  su  bitkiləri  ərazini  tutaraq  torpaqlarda 
ekoloji-meliorativ  şəraiti  yararsız  vəziyyətə  gətirir.  Yenidən  çay-
larda  azsululuq və kanallarda  su    səviyyəsinin  minimal olduğu 
dövrlərdə    çaylar  yeraltı    suları    özündə    drenləşdirərək,    ondan  
qidalanırlar. 
Qrunt sularının yatım dərinliyi  və  minerallaşması  təbii  şə-
raitdən  asılı  olaraq  mövsümü,  illik  və  çoxillik dəyişikliyə  mə-
ruz    qalır.    Suvarılan    torpaqlarda    qrunt   sularnın    səviyyəsi    və  
minerallaşması    yalnız    qeyd    olunan  amillərdən  asılı  deyildir,  
həm  də  suvarma  sisteminin  faydalı  iş  əmsalından,  suvarmanın 
növü  və  rejimindən,  suvarma  texnikasından,  kənd  təsərrüfatı 
bitkilərinin  növündən,  torpaqdan  istifadə  əmsalından,  drenajın  
qurulması və    sugötürmə    intensivliyindən, qrunt sularının balans  
elementlərindən  asılıdır. 
Qrunt  sularının    minerallaşması  böyük  amplitudda  –  şirin-
dən  duzluya qədər  dəyişir. Şirin  və  minerallaşmış  qrunt  sula-
rının    yatım  dərinliyi    4-5  m-dən  (gilli  qumlarda)  az  olan  sular  
bitkilər tərəfindən  fəal transpirasiya olunduğundan  suvarma  nor-
masının  azaldılması  mümkündür. 
Quru  və  isti  iqlim  şəraitində    torpaqların    mexaniki    tərki-
bindən  asılı  olaraq, qrunt sularının   yatım  dərinliyi  1-3 m  ol-
duqda onların buxarlanmaya  sərfi  intensivləşir,  torpaqlarda şor-
laşma  prosesi  inkişaf  edir.  Əksər  hallarda  ərazinin  suvarılan  
sahələrində şorlaşma həddi normadan  yüksəkdir,  qrunt  sularının  
yatım  dərinliyi 1,5 m,  minerallaşması  isə  10  q/l-dən  çoxdur.  
Hazırda  qrunt  sularının  119 min ha  suvarılan  və   drenləşmiş  
sahədə    yatım  dərinliyi    2  m  –dən    aşağı,    53    min    ha    sahədə  
suvarılan,  lakin  drenləşməmiş  ərazidə  1-2 m  arasındadır. 
Meliorativ şəraitin formalaşmasında  bütün  kompleks  amil-
lərin  zaman  üzrə  dinamik,  suvarılan  torpaqların  əsas  meliora-


253 
 
tiv  göstəriciləri  sırasında  daha  güclü  təsir  etməklə  bitkilərin  
məhsuldarlığının  formalaşmasına  və  onun  vəziyyətinə  dolayısı  
ilə  təsir  göstərən  amillər  aşağıdakılardır: 
-yazda  çöl  işlərinin  başlanması  dövründə  qrunt  sularının  
yatım dərinliyi və  bütövlükdə  il  ərzində  mövsümü  dinamikası; 
-torpaqların  0-1 m-lik  qatda  zərərli  duzlarla  şorlaşma  də-
rəcəsi,  bu  duzların aerasiya  zonasında  ümumi  ehtiyatı – torpaq  
profilində  duzların  paylanma  xarakteri; 
-torpağın  şorakətliyi; 
-suvarma və  qrunt sularının  meliorativ  keyfiyyəti  (ümumi  
minerallaşması  və  kimyəvi  tərkibi). 
Suvarılan 
torpaqların  hidrogeoloji-meliorativ  şəraiti  
(2012).  
Şirvan  düzənliyinin 231,2 min ha  (2009-cu  ilin  məluma-
tına  əsasən) ümumi  suvarılan  sahəsinin  147 min ha –ı  kollek-
tor-drenaj  şəbəkəsi  ilə  əhatə  olunmuşdur. 
Massiv üzrə suvarılan  torpaqların meliorativ şəraitinin  mü-
qayisəli  təhlili  göstərir  ki,  1982-ci  ildə  ümumi  suvarılan  sahə  
198,5  min  ha  olmuş,  onun  19,5 min ha 9,8%  -i  (19,5 min ha) 
melioratitv  cəhətdən  yaxşı,  46,2%-i  (91,7 min ha) –kafi,   44%-i 
(87,3 min ha)  qeyri-kafi  olmuşdursa,  2012-ci  ildə  ümumi suva-
rılan sahə 231,2  min  ha-a qədər  artmış,  onun 14,6%  -i  (33,7 
min  ha)  melioratitv    cəhətdən    yaxşı,    52,0%-i    (120,2  min  ha)  –
kafi, 33,4%-i (77,3 min ha) qeyri-kafi meliorativ  vəziyətlə  xarak-
terizə  olunmuşdur.  
Göründüyü kimi, bütün 30  il  ərzində yaxşı  meliorativ  və-
ziyyətə    malik    torpaq    sahələrinin    6,1%    (14,2  min  ha),  kafi  – 
12,3% (28,5 min ha) artırılmasına,  qeyri-kafi  torpaq sahələrinin  
4,3%  (10 min ha)  azaldılmasına  nail  olunmuşdur. 
1982-2012-ci    illər    ərzində    suvarılan    torpaq    sahələrinin  
genişləndirilməsində orta illik  artım tempi  1,42  min ha/il  olmuş,  
qeyri-kafi  torpaqların  meliorativ  şəraitinin  yaxşılaşdırılması  və 
ya    kafi    vəziyyətə    gətirilməsinin    inkişaf    tempi    isə    0,43  min 
ha/il    olmuşdur.  Buradan    belə    nəticəyə    gəlmək    olar    ki,  kənd  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə