Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə70/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

245 
 
üçün əlavə meliorativ tədbir kimi drenaj şəbəkəsinin tikilməsi bu 
şərtlərə görə əsaslandırılmışdır. 
Son  illərin  rejim  müşahidə  işlərinin  nəticələri  Qarabağ 
düzənliyinin  75-85%-dən  artıq  sahəsində  qrunt  sularının  səviy-
yəsinin  il  ərzində  1,2-1,5  m-dən  aşağı  düşmədiyini,  vegetasiya 
dövründə  isə  hətta  0,5-1,0  m  səviyyədə  qərarlaşdığını  göstərir. 
Qarabağ düzənliyində 89,7 min ha sahədə qrunt suları 1-3 m, 34,2 
min ha sahədə 3-5 m və 85,8 min ha sahədə isə 5 m-dən dərində 
təşəkkül  tapmışdır;  105,9  min  ha  sahədə qrunt  sularının  mineral-
laşması 1,0 q/l-dən az, 68,7 min ha sahədə 1,0-3,0 q/l və 35,1 min 
ha  sahədə  isə  3,0  q/l-dən  böyük  hədlərdə  dəyişir.  Qarabağ 
düzənliyində suvarılan sahələrin 41,5 min ha-ı (o cümlədən, 15,2 
min ha-ı qrunt sularının buraxıla  bilən yatım dərinliyinə, 6,6 min 
ha-ı  torpaqların  şorlaşması  və  19,7  min  ha-ı  qrunt  sularının  bu-
raxıla    bilən  yatım  dərinliyinə  və  torpaqların  şorlaşması  amil-lə-
rinin birgə təsirinə görə) qeyri-qənaətbəxş vəziyyətdədir (cəd. 45). 
Qarabağ    düzənliyində    torpaqların  meliorativ  vəziyyətinin 
yaxşılaşdırılması üçün zəruri tədbirlərin əsaslandırılması.  
Azərbaycan Respublikasının ümumi ərazisinin 4,51 mln ha-ı 
kənd  təsərrüfatı  altında  istifadə  oluna  bilər  ki,  onun  da  3,2  mln  
ha-ı  suvarmaya yararlı torpaqlardır. 
Respublikada  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  üçün 
əsas baza sayılan Kür-Araz düzənliyinin tərkib hissələri olan Mil, 
Muğan  və  Qarabağ  düzənliklərinin  yerləşdiyi  coğrafi  şərait  və 
iqlim  xüsusiyyətləri  burada  suvarmanı  şərtləndirən  əsas  amil-
lərdən sayılır. 
Tədqiqat  ərazisində  suvarılan  torpaqların  meliorativ  vəziy-
yətinin  qiymətləndirilməsi  üçün  aparılmış  tədqiqatların  ilkin 
nəticələrindən  məlum  olur  ki,  BMMK-nun  təsir  zonası  boyunca 
ayrı-ayrı suvarma massivləri üzrə mövcud meliorativ vəziyyət bir-
birindən  kifayət    qədər  fərqlənir.  Bu  nöqteyi-nəzərdən  hər  bir 
suvarma  massivinin  konkret  səciyyəvi  torpaq-meliorativ  xüsusiy-
yətləri nəzərə alınmaqla müvafiq tədbirlər sistemi hazırlanmalıdır. 
 


246 
 
Cədvəl  45  
Qarabağ  massivi üzrə torpaqların  
hidrogeoloji- meliorativ vəziyyəti  
Göstəricilər  / Bölgələr 
Yevlax 
Bərdə 
Ağdam 
Tərtər 
Suvarılan sahələrin yeraltı suların yatım dərinliklərinə görə bölünməsi, ha: 

 1,0 m 
4016 
1335 
225 
550 
1,0-1,5 m 
2000 
4800 
405 
1090 
1,5-2,0 m 
8110 
9700 
496 
1005 
2,0-3,0 m 
14070 
29325 
4922 
7760 
3,0-5,0 m 
8708 
9417 
2190 
4655 

 5,0 m 
9210 
2815 
40100 
17760 
Kənd təsərrüfatına yararlı suvarılan torpaqların şorlaşma dərəcəsinə görə 
bölünməsi (0-100 sm-lik torpaq qatında), ha: 
-şorlaşmış 
25475 
51000 
31050 
21110 
-zəif şorlaşmış 
 
1315 
10405 
6085 
-orta şorlaşmış 
9596 
3653 
5293 
4610 
-güclü  və  çox  güclü  şor-
laşmış 
9130 
1913 
1424 
 
1590 
1015 
Kənd təsərrüfatına yararlı suvarılan torpaqların şorakətlik dərəcəsinə görə 
bölünməsi (0-100 sm-lik torpaq qatında), ha: 
-şorakətsiz 
22195 
42510 
40120 
25210 
-zəif şorakətli 
23820 
13292 
7110 
5795 
-orta və şiddətli şorakətli 
99 
1590 
1108 
1815 
Suvarılan sahələrin meliorativ vəziyyətinin yeraltı suların yatım dərinliyinə 
və torpaqların şorlaşma dərəcəsinə görə qiymətləndirilməsi, ha: 
-yaxşı 
2878 
6300 
25355 
12900 
-kafi 
24100 
38085 
21758 
12580 
-qeyri-kafi, o cümlədən: 
19136 
13007 
1225 
7340 
-yeraltı  suların  buraxıla  bi-
lən yatım dərinliyinə görə; 
10410 
 
2205 
 

 
2550 
 
-torpaqların 
şorlaşmasına 
görə; 
2563 
 
1590 
 
620 
 
1000 
 
-  yeraltı  suların  buraxıla  bi-
lən  yatım  dərinliyinə  və 
torpaqların 
şorlaşmasına 
görə 
6163 
9212 
605 
 
 
3790 
Əsalı hamarlama işləri 
6000 
5000 
4800 
2500 


247 
Qarabağ  düzənliyində  kənd  təsərrüfatına  yararlı  suvarılan 
torpaqların  ümumi  sahəsi  209,7  min  ha  təşkil  edir  və  suvarılan 
sahələrin  66,4  min  ha-ı  (o  cümlədən,  58,4  min  ha  qapalı) 
drenləşdirilmişdir.  Düzənlikdə  suvarılan  torpaqların  61,7  min 
hektarı    müxtəlif  dərəcədə  şorlaşmışdır  (o  cümlədən,  31,2  min 
hektarı zəif, 23,9 min hektarı orta, 6,6 min ha-ı güclü və çox güclü 
şorlaşmış). Bu torpaqlarda məhsul itkisi, orta hesabla, 70% təşkil 
edir. Bu isə minlərlə ha sahədən məhsul yığımının  sıfra  bərabər  
olması  anlamına  gəlir.  
Torpaqların  meliorativ  vəziyyətinin  yaxşılaşdırılması  üçün 
Qarabağ massivi digərləri ilə müqayisədə özünəməxsus olub, daha 
çox əlavə meliorativ tədbirlər görülməsini tələb edir. Perspektivdə 
suvarılan  torpaq  sahələrinin  münbitliyini  artırmaq  və  həmin  sa-
hələrdə  əkilən  kənd  təsərrüfatı  bitkilərindən  yüksək  məhsul 
götürülməsini təmin etmək üçün böyük həcmdə meliorativ tədbir-
lərin həyata keçirilməsi tələb olunur. Suvarılan torpaqların melio-
rativ vəziyyətini yaxşılaşdırmaq üçün bir tərəfdən mövcud melio-
rasiya  və  su  təsərrüfatı  fondlarının  bərpası  və  təzələnməsi,  digər 
tərəfdən  isə  yeni  meliorasiya  obyektlərinin  tikilməsi  kimi  işlərin 
həyata  keçirilməsi vacibdir. 
Aparılmış  çoxillik  təcrübi  tədqiqatlar  əsasında  AzETH  və 
Mİ EİB tərəfindən Kür-Araz düzənliyi torpaqlarının meliorasiyası 
ilə  əlaqədar  olaraq,  drenajın  tipi  və  parametrlərinə  görə  ərazinin 
rayonlaşdırılması  işləri  aparılmışdır.  Bunun  əsasında  ərazidə 
torpaq-meliorativ  və  hidrogeoloji  şəraiti, şorlaşmanın  dərəcəsi  və 
tipi  təxminən  eyni  olan  12  kateqoriya  üzrə  torpaq  sahələri 
müəyyənləşdirilmişdir.  Eksperimental  tədqiqatlar    əsasında    əldə  
olunan materiallar əsasında hər bir kateqoriyalı sahə üçün drenaja 
aid  tövsiyələr  işlənib  hazırlanmışdır.  Bütün  torpaq  kateqoriyaları 
üçün  daimi  drenaj  tövsiyə  olunmuşdur.  Drenlərarası  məsafələr 
qrunt  sularının  səviyyəsinin  qalxmasının  qarşısının  alınması  nə-
zərə  alınmaqla,  torpağın  mexaniki  tərkibi  və  süzülmə  əmsalına 
müvafiq  olaraq  təyin  edilmişdir.  Bu  şətlər  daxilində  Baş  Mil-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə