MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Azərbaycan yazı mədəniyyəti abidələri erməni nümunələri kimi təqdim edilmişdir [bax:  114, 
s.74-102].  Əgər “ümumiyyətlə Azərbaycanda şəhərlərin təşəkkülü eramızdan əvvəl ikinci
minilliyin ortalarına təsadüf edir”,  - deyiriksə,  əgər “e.ə.  VIII  əsrdə Manna dövləti ərazisində
Təbriz bir şəhər idi”sə [62, s.35], onda bütün bunları sübut edən mədəniyyət abidələrimizə də
yiyə durmağı bacarmalı, bunu bacarmağı öyrənməliyik. 
Albanlar tarix səhnəsinə e.ə.  IV  əsrdən çıxmışlar.  Maraqlıdır ki,  Azərbaycan xalqının bu
əcdadlarının mədəniyyət tarixi də həmin tale ilə qarşılaşmışdır. 
Strabonun məlumatına görə,  Qafqaz Albaniyası bir dövlət kimi 26  qəbilənin
konqlomeratından ibarət olmuşdur.  Eranın əvvəllərində bütün qəbilələr bir çara tabe idilər. 
Bununla belə, hər bir qəbilə qapalı şəraitdə yaşayır və öz dininə qulluq edirdi. Alban qəbiləsi
“allahlardan”  Heliosa, Zevsə,  Selenaya sitayiş edirdi [102, s.16]. Alban və sakasen ən böyük
tayfalar idi [65,  s.10].  Maraqlıdır ki,  İ.M.Dyakonov sonuncuların IV əsrdə Midiya satraplığına
daxil olduğunu, şimaldan uti və albanlarla, şərqdən Kirkanlarla qonşu olduğunu və xəzərətrafı
torpaqlarda məskunlaşdığını göstərir [115,  s.447].  Məlum olur ki,  sakasenlərin bir qismi
Albaniyada, bir qismi isə Midiyada yaşamışdır. 
Diqqətimizi cəmləyək:  İ.M.Dyakonov Midiya satraplığında yaşayan sakasenlərin şimaldan
uti və albanlarla qonşu olduğunu yazır.  Bu fikir albanşünaslıqda müasir udinlərin (utilərin) 
albanların xələfi olduğu haqqında fikri təkzib edir və belə çıxır ki, utilər Albaniya ərazisində “al-
ban” adlı başqa bir qəbilə ilə yanaşı yaşamışlar: utilər və albanlar ayrı-ayrı qəbilələr olmuşlar.   
K.M.Baypakov belə bir maraqlı məsələyə diqqəti cəlb edir ki, karluk cabqularının paytaxtı
Kayalık şəhəri idi,  mənbələrdə Kayalıkla yanaşı,  İki-Oğuz və Laban (Alban)  şəhərlərinin də
adları çəkilir [88, s.9]. Sonuncu toponimin türk onomastikasında özünə yer alması (həmçinin bu
istiqamətdə külli miqdarda digər faktlar)  onun türk mənşəli olduğu fikrini irəli sürməyə və
deməli, Qafqaz (Azərbaycan)  Albaniyasının ibtidadan türk elementi ilə bilavasitə əlaqədar ol-
duğunu iddia etməyə imkan verir (Əlbəttə, bu hələ heç də bütün Albaniya ərazisinin yalnız türk
etnosuna məxsus olduğunu sübut etmir, burada yaşayan çoxsaylı qəbilələr arasında həm də
türklərin olduğunu,  onların ölkədə aparıcı qüvvələrdən olduğunu göstərir ki,  belə şəraitdə
ölkənin ümumi adının türk mənşəli ola bilməsi heç də təəccüb doğurmamalıdır).  
Həm Albaniyada,  həm də Midiyada müxtəlifdilli qəbilələrin yaşaması onların mədəni
tədbirlərdə, ümumi şuralarda birgə iştirakına linqvistik əngəllər yaradırdı. Din fərqi isə ölkənin
ideoloci vəhdətə gəlməsinə əsas maneə idi. Albaniyanın mərkəzləşdirilməsi üçün təkallahlığın
təbliğinə böyük ehtiyac var idi [102,  s.31].  II əsrdə Yegişenin (Yengi Şe?  Müq.  et:  Yenisey) 
dövründə Albaniyada xristianlıq yayılmağa başlayır, ancaq bu tədbir uğur qazanmır, hətta ayrı-
ayrı çar sülalələri də xaçpərəstliyə qarşı çıxırlar. Nəticədə IV əsrin birinci yarısında hələ Alba-
niya əhalisinin xristianlığı tam qəbul etmədiyi məlum olur.  Doktor R.B.Göyüşov haqlı olaraq
göstərir ki,  bunun əsas səbəbi yazının və məktəblərin olmaması ilə bağlı idi ki,  bu da
müqəddəs kitabların canlı sözlərinin geniş kütlələr arasında yayılmasını çətinləşdirirdi.  Alban
yazısı yalnız            V əsrdə yaradılmış və müəlliflərindən biri Beniamin adlı bir şəxs olmuşdur
[102, s.33]. 
V.V.Bartold göstərirdi ki, albanların öz yazı mədəniyyəti var idi və müqəddəs bibliya alban
dilinə tərcümə edilmişdi. Alban əlifbası erməni əlifbasına yaxın olsa da, bunlar eyni əlifba deyil-
di [90,  s.14].  Akademik Z.M.Bünyadov V əsrdən sonra Arranda (Albaniyada)  yazının geniş
yayıldığını göstərir və qeyd edirdi ki,  artıq bu dövrdə “Arranda məktəblər var idi və burada
uşaqlar oxuyurdular… Bu məktəblərdə rahiblər “maaşla” dərs verirdilər, yəni ruhanilər maarifçi
rolunu oynayırdılar” [10, s.57]. Alimin fikrincə, Arranın öz yerli yazısı, “ölkədə ərəb hökmranlığı
qurulmazdan əvvəl mövcud olmuşdur. Belə güman etmək olar ki, Arranda yazılı mənbələr və


ədəbiyyat xəlifə Əbdülmalikin (685-705)  hökmranlığı dövründən başlayaraq,  məhv edilmiş və
ya sıxışdırılıb aradan çıxarılmışdır. Divanxanalar ərəb dilinə keçdi, alban yazısı, habelə fars və
xarəzm yazıları əhali içərisində savadlı təbəqələrin azlığı və qriqorian kilsəsinin təzyiqi üzün-
dən sıxışdırılıb unuduldu və təbii olaraq məhv oldu” [10, s.58]. 
Ancaq bununla yanaşı, zənn etmək olar ki, bu yazı da, xristianlıq dini kimi, Albaniyanın heç
də bütün qəbilələri tərəfindən hamılıqla qəbul edilməmiş,  yalnız məhdud dairədə,  ola bilsin, 
alban,  sakasen və uti qəbilələri arasında,  həm də əsasən kilsə mühitində işlənmişdir.  Əks
təqdirdə, alban yazı mətnləri müasir Azərbaycan ərazisində daha çox tapılardı. Halbuki bunun
əksi müşahidə olunur. Ümumiyyətlə müasir dövrdə alban yazısına aid nümunələr çox gec və
məhdud kəmiyyətdə aşkar edilmişdir. 
1937-ci ildə Eçmiyədzin muzeyindəki dərslik səciyyəli məcmuələrdən birində əlifbalar
külliyyatı tapılmış, onun içərisindən isə alban əlifbası kəşf edilmişdir. 
1948-52-ci illərdə Mingəçevirdə tapılmış alban yazısı dörd sətirdə yerləşdirilmiş 21 
işarədən ibarətdir: birinci sətirdə dörd işarə, ikinci sətirdə beş, üçüncü və dördüncü sətirlərdən
hər birində 6  işarə yerləşir [bax:  103, s.234-236].  Ancaq həmin yazılarda tez-tez işlənən 18 
hərf 1937-ci ildə aşkar edilmiş alban əlifbası nüsxələrində yoxdur. 
Albanların özlərinin vətənində yazdıqları abidələr qalmamışdır və bu fakt belə abidələrin
əslində cahiliyyə dövründə kəmiyyətcə az olması faktını sübut edir. Əgər müasir Azərbaycan
ərazisində yaşayan albanların yazısı kifayət qədər geniş yayılsa idi, Azərbaycanın islamlaşma
dövründə nə qədər məhv edilmiş olsa idi belə, yenə də onlardan kifayət qədər nümunələr, heç
olmasa,  azsaylı da olsa,  bütöv mətnlər qalardı.  Fakt budur ki,  hazırda dövrümüzə Alban əlif-
bası haqqında məlumat gəlib çıxdığı halda, Azərbaycan ərazisində həmin əlifbada yazılmış bü-
töv mətn tapmaq mümkün olmamışdır.
*
Əvəzində albanlar müqəddəs bildikləri Yerusəlim
torpağını ziyarət etməyə,  əhatəsində olduqları “kafir”  qəbilələr mühitindən uzaq xristian
torpağında alban-xristian məbədləri yaratmağa üstünlük vermiş, ağvanlı Panon Panda monas-
tırını tikmiş və ağvanlı ruhani orada əyləşmiş, başqa bir alban David qülləsində Partava (Bər-
də)  monastırı salmış,  Şamkorlu Mariya adlı birisi orada rahibəlik etməyə başlamış, 
Kalankaytuk, Ərsağ, Lion Amaras, Monmruvo monastırları inşa edilmişdi [102, s.128]. Görünür, 
öz vətənində xristianlığı yaymaq missiyasını sonadək yerinə yetirə bilməyən xristian albanlar
bunun heç vaxt baş tutmayacağına əmin olandan sonra “günahlarını yumaq” üçün “Müqədəs
Torpağa” yola düşüb öz abidələrinin bir hissəsini də orada yaratmışlar.        
Alban dövrünün yazı mədəniyəti olmuşdur.  Ancaq bu mədəniyyət öz qarşısında duran
mədəni birləşdiricilik funksiyasını yerinə yetirə bilməmiş,  geniş yayılmağa tarixi imkan
tapmamışdır.  Alban və Aturpatakan tayfalarının birləşdirilməsi və vahid Azərbaycan xalqının
təşəkkülü tarixi islam mədəniyyəti ilə bağlıdır. 
“İslam din,  əxlaq və hüquq normaları məcmusu,  həyat tərzi kimi Azərbaycanın ayrı-ayrı
bölgələrini vahid Azərbaycan müsəlman cəmiyyətində birləşdirmək üçün güclü bir vasitə oldu. 
Azərbaycan öz tarixində ilk dəfə olaraq bütün bölgələri (Azərbaycan,  Arran,  Muğan,  Şirvan) 
üçün vahid din,  ümumi hüquq,  eyni yazı sistemi,  hamı üçün məqbul həyat tərzi kəsb etdi… 
Yeni Azərbaycan mədəniyyəti yaranırdı.  Bu mədəniyyətdə    ərəb-müsəlman    ünsürləri ilə
yanaşı, ənənəvi milli ünsürlər də mühüm yer tuturdu” [28, s.72-73]. 
Albaniyanın zimmi xristianları xilafət ordusuna qulluq etdikləri üçün ağır vergilərdən azad
edilmişdilər. Ölkənin qeyri-xristian əhalisi isə islam təkallahlığını məmnuniyyətlə qəbul etmiş və
bu bayraq altında vəhdətləşməyə,  vahid mədəniyyət məkanı yaratmağa girişmişdilər.  Belə
                                                          
* Шякинин Киш  кяндиндя ЫВ ясрдя инша  едилмиш мяшщур албан килсясиндяки  цзяриндя албан йазысы (мятн)  олан 
дашын совет дюврцндя ермяниляр тяряфиндян апарылдыьы щаггында данышылыр.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə