MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

          
                      مرﺎﻜﻤﻟا ﺐھاﻮﻟ ﺪﻤﺤﻟا
ﺎﺼﻟ ﺮﻜﺸﻟاو
                  ﻢﺣاﺮﻤﻟا ﺐﺣ
Füzuli kəlamı,  xəttatın fikrincə,  bütün ənənəvi müqəddiməni əvəz etmişdir.  Bu orta əsr
katiblərinin Füzuli kəlamına necə yüksək qiymət verdiyini əks etdirsə də,  digər tərəfdən,  hər
hansı bir əlyazmada katib başlanğıc və sonluğunun,  eləcə də bəsmələ formasının ixtisarının
paleoqrafik tədqiqatlara mənfi təsir etdiyi də qeyd olunmalıdır.  Belə ki,  müasir araşdırmalar
üçün katibin əlyazma nüsxəsinin əvvəlində və sonunda istifadə etdiyi mətndənkənar formal
əlavələr,  o cümlədən bəsmələ variantları çox oricinal və təkzibedilməz faktlar verir ki,  belə
faktların ümumiləşdirilməsi yolu ilə də azərbaycanlı xəttatların və nəssaxların yaradıcılıq üslub-
larını müəyyənləşdirmək mümkündür və bu da öz növbəsində Azərbaycan paleoqrafiyasının
istər nəzəri,  istərsə də təcrübi məsələlərinin,  Azərbaycan əlyazma kitabının spesifik
xüsusiyyətlərinin üzə çıxarılması,  haqqında heç bir məlumat verilməyən nüsxələrin
lokallaşdırılması və tarixinin müəyyənləşdirilməsi baxımından aktuallıq kəsb edir. Məsələn, Fü-
zuli nüsxələrindəki bəsmələlərin formal tərkibini aşağıdakı kimi qruplaşdırmaq olar.       
M-19 şifrəli divan
B-3675 - divan                           
B-6614  - divan                               “Adi” bəsmələ ilə
S-773    - divan
 
                    ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ
B-6178 - divan
B-3111 - divan
S-257 şifrəli “Leyli və Məcnun”
A-373 
- “Leyli və Məcnun”
B-2958 - divan
B-1819 - “Leyli və Məcnun”
S-862 
- “Leyli və Məcnun”              
ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ
 
  
B-547
- “Leyli və Məcnun”             
                                      ﻦﯿﻌﺘﺴﻧ ﮫﺑو ﻢﯿﺣﺮﻟا
    
     
formalı bəsmələ ilə
M-216
- divan
B-163 şifrəli “Hədiqətis-süəda”             bəsmələsizdir.           
Ayrı-ayrı nüsxələrdə bəsmələlər ənənəvi olmayan formada rast gəlir, məsələn: 
M-236 şifrəli divanda: 
 نﺎﺤﺒﺳ ﻢﺴﺑ
A-611 şifrəli divanda: 
ﷲاو
 ﻦﯿﻐﻟا 
Deməli,  Füzuli nüsxələrində,  faktlar göstərir ki,  əsərin dilindən asılı olmayaraq, 
ümumiyyətlə bütün Azərbaycan əlyazmalarında bəsmələnin ümumislam abidələrində geniş


yayılmış əsasən iki formasından istifadə edilmiş,  ara-sıra bəzi katiblər öz fərdi variantlarını
təqdim etmişlər.    
Qeyd edək ki,  istər ünvanlardakı əsər adlarında,  ayrı-ayrı başlıqlarda,  istərsə də katib
kolofonlarında ərəb dili ifadələrindən istifadə olunduğu təqdirdə bu dilə məxsus qrammatik
uzlaşma və birləşmə qaydaları bəzən katiblər tərəfindən pozulmuşdur.  Məsələn,  M-236, B-
6614,                B-6178,  B-2953  şifrəli divan nüsxələrinin katib sonluğunda mübtəda-xəbər
uzlaşması pozulmuş, B-1819, M-216,  B-163 nüsxələrində isə izlənilmişdir; M-216 şifrəli divan-
da və S-257  şifrəli “Leyli və Məcnun”  nüsxəsində uzlaşmaya riayət olunsa da,  ifadələri bir-
birinə bağlayan önqoşma ixtisara salınmışdır.       
Füzuli əlyazmalarındakı kolofonların da qruplaşdırılması paleoqrafik baxımdan maraq
doğurur. Burada dörd əsas vəziyyətin şahidi oluruq: 
1. Sadəcə olaraq yalnız tarix göstərilir və bu əslində nüsxənin diaxronik yazılma tarixi deyil, 
sinxronik yazılıb-bitmə,  tamamlanma tarixi deməkdir.  Diaxronikanın tədqiqi bir o qədər vacib
olmasa da,  bunu paleoqrafik araşdırmalarla aşkara çıxarmaq mümkündür.  Məsələn,  M-19 
şifrəli Füzuli divanının sonluğunda tarix günə qədər dəqiqliklə göstərilmişdir:     
 ﻰﻓ ًاﺮﯾﺮﺤﺗ
١۵
 
 ﺔﻨﺳ ﺐﺟﺮﻤﻟا ﺐﺟر ﺮﮭﺷ
١٢٤٣
         
Təbiidir ki, 216 vərəqlik nəfis əlyazma mətni h.1243 (m.1827)-ci il rəcəb ayının 15-də (bir
gün ərzində) yazıla bilməzdi. Yaxud M-236 nüsxəsində    
                
ﺎﺒﯾد  ﺪﺷ  مﺎﻤﺗ

  ﮫﻨﺳ  ﻰﻓ  ماﺮﺤﻟا  مﺮﺤﻣ  ﺮﮭﺷ  ﺚﻟﺎﺜﻟا  مﻮﯾ  ﻰﻓ  ﻰﻟﻮﻀﻓ  ناﻮﯾد  ﮫ
٩٧٧
                                          
                
tarixi göstərilmişdir ki,  bu nüsxənin də həmin gündə yazıldığını söyləmək düzgün olmazdı: 
cəmi beşcə vərəği əhatə etməsinə baxmayaraq, bu dibaçə mətninin yazılma müddətini dəqiq-
ləşdirmək üçün tekstoloci, daha çox isə paleoqrafik təhlil tələb olunur: məlum olduğu kimi, bir
mətni bir katib də,  ayrı-ayrılıqda bir neçə katib də yaza bilərdi;  mətn həcmindən asılı
olmayaraq,  bir neçə günə, bir aya,  bir neçə aya, bir neçə ilə,  hətta müəyyən fasilələrlə daha
uzun müddət ərzində yazıla bilərdi.  Deməli,  paleoqrafik araşdırma mətnin yazıya alınma
diaxronikasını müəyyən etməklə mətnşünaslıq üçün vacib olan mətn tarixini öyrənmək proble-
minin bir qismini həll etmiş olur.         
2.  Yazının bitmə tarixi ilə yanaşı,  başqa məlumatlar da verilir və bu variantın formal
xüsusiyyətləri katibin dəst-xətti,  əlyazmanın regional mənsubiyyəti və s.  haqqında
ümumiləşdirilmiş nəticələr əldə etmək üçün əhəmiyyətlidir. 
M-236 divanının sonluğu:
ﻟا ﻚﻠﻤﻟا ﺖﯾﺎﻨﻌﻟا نﻮﻌﺑ بﺎﺘﻜﻟا اﺬھ ﺖﻤﺗ
 ﮫﻟ ﷲا ﺮﻔﻏ ﺪﯿﻌﺴﻟﺎﺑ ﺮﯿﮭﺸﻟا ىو ﮫﯿﻧﻮﻟﻻا دواد ﻦﺑ دﻮﻤﺤﻣ ﺪﯾ ﻰﻠﻋ بﺎھﻮ
               ﺔﯾﺎﻤﻌﺴﺗ و ﻦﯿﻧﺎﻤﺛ ﺔﻨﺳ ﺐﺟﺮﻤﻟا ﺐﺟر ﺮﺧاوا ﻰﻓ ﮫﯿﻟاو ﺎﻤﮭﯿﻟا ﻦﺴﺣاو ﮫﯾﺪﻟاﻮﻟو
B-1819 şifrəli “Leyli və Məcnun”un sonluğu: 
   
 ﺪﻤﺤﻣ دﺎﺒﻌﻟا ﻒﻌﺿا ﺪﯾ ﻰﻠﻋ بﺎھﻮﻟا ﻚﻠﻤﻟا ﷲا نﻮﻌﺑ بﺎﺘﻤﻟا ﻢﺗ
 لﺎﺤﻣ ﻰﻓ ﻰﻠﻏا لﺎﻨﯾز ﻦﺑ ﻰﻠﻋ و ﻰﻠﻏا ﻰﻠﻋ ﻦﺑ
 ﻰﻓ ﻢﻠﺳو ﮫﺒﺤﺻ و ﮫﻟآ ﻰﻠﻋ و ﮫﯿﻠﻋ ﷲا ﻰﻠﺻ ﺪﻤﺤﻣ ﺔﻣا ﻊﯿﻤﺟ ﻰﻠﻋ و ﺎﻤﮭﯿﻠﻋ ﻰﻟﺎﻌﺗ ﷲا ﺔﻤﺣر ىﻮﺠﻨﯾا ﺔﻔﺋﺎﻃ ﻰﻓ قاﺰﻗ
 هدﺰﻜﺳ ﻰﻠﻟا زﻮﯾ ﻰﻜﯾا ﻚﯿﻣ ﺦﯾرﺎﺗ


B-6614 şifrəli divanın sonluğu: 
ﺆﻤﻟا ﻰﻟا ﺮﻔﻏا ﻢﮭﻠﻟا بﺎھﻮﻟا ﻚﻠﻤﻟا نﻮﻌﺑ بﺎﺘﻜﻟا ﺖﻤﺗ
 ﺔﻨﺳ تﺎﻨﻣﺆﻤﻟا و ﻦﯿﻨﻣ
١٢١٨
 
 ﺮﻈﻨﻣ شﻮﺧ بﺎﺘﻛ ﻦﯾا ﻢﻗار
                                                         ﺮﻈﻧ ىاﺪﺧ ﻦﺑ ﻰﺟﺎﺗ ﻼﻣ
S-862 “Leyli və Məcnun” nüsxəsinin sonluğu: 
ﻟا  ﻦﻄﺑ  ﺪﻌﺑ  ًﺎﻨﻄﺑ  ﮫﻟﺎﻤﻌﺘﺳا  ﻰﻠﻋ  ﻦﯾردﺎﻘﻟا  ىدﻻوا  ﻰﻠﻋ  بﺎﺘﻜﻟا  اﺬھ  ﺖﻔﻗو  و  ﺖﺒﺘﻛ  بﺎﺘﻜﻟا  ﺖﻤﺗ
 ﻢﺛ  ﷲﺎﺑ  ذﺎﯿﻌ
ﻧ ﻦﻤﺣﺮﻟا ﺪﺒﻋ ﻰﺟﺎﺣ ﻦﺑا ﺪﻤﺤﻣ ﺎﻧاو ءﺎﻤﻠﻋ ﻦﻣ ﻦﯾردﺎﻘﻟا ﻢﺛ ﷲا ذﺎﯿﻌﻟا ﮫﻟﺎﻤﻌﺘﺳا ﻰﻠﻋ ﻦﯾردﺎﻘﻟا تﺎﺒﺼﻌﻟا

 ىدﺎﺑآ ﺖﻤ
د ﻰﻓ ىﻮﺨﻧ قﻼﺸﻗ ﻰﻓ ﻦﻛﺎﺴﻟا هاﻮﺜﻣ ﺔﻨﺠﻟا ﻞﻌﺟو هاﺮﺛ ﷲا بﺎﻃ
و
 ﻮﻠﯾﻮﺧ نﺎﺧ ﻰﻠﻗ ﺮﻔﻌﺟ ﺪﻟو نﺎﺧ ﻞﯿﻋﺎﻤﺳا ر
١٢٣٣
 
                                       
                     
B-6178 divanının sonluğu:  
  ﻰﻟﻮﻀﻓ  بﺎﺘﻛ  بﺎھﻮﻟا  ﻚﻠﻤﻟا  ﷲا  نﻮﻌﺑ  بﺎﺘﻜﻟا  ﺖﻤﺗ

  ﮫﻨﺳ  ﺦﯾرﺎﺗ  ﻰﻔﻄﺼﻣ  ﻰﺟﺎﺣ  ﺪﻟو  ﷲا  ﺪﺒﻋ  ﻼﻣ  ﻞﺟ
١٢٠٠
         
                 
B-2953 divanının sonluğu:  
ﻟا  ﺮﻘﺣاو  دﺎﺒﻌﻟا  ﻒﻌﺿا  ﺪﯾ  ﻰﻠﻋ  بﺎھﻮﻟا  ﻚﻠﻤﻟا  نﻮﻌﺑ  بﺎﺘﻜﻟا  ﺖﻤﺗ
ﺮﻗ  ﺪﻤﺤﻣ  ﺪﻟو  ﺮﺒﻨﻗ  بﻼﻄ

 دﻮﺟﻮﻣ  ﮫﻛ  رﺎﮭ
لﺎﺤﻣ
                                  ...
  ﻮﻨﺳ  اﻮﺘﺳا  ﺖﻗﻮﺑ  ﮫﺒﻨﺷ  ﮫﺳ  مﻮﯾ  رد  ﺐﺟﺮﻤﻟا  ﺐﺟر  ﺮﮭﺷ  ﻰﻓ  ناور
١٠١١
                       
                                      
3. Sonluqda tarix göstərilmir, başqa məlumatlar Verilir: 
a) yalnız mətnin qurtardığını bildirən ümumi məlumat verilir və bu zaman əlavə olaraq, çox
vaxt bir,  üç,  beş,  yeddi və ya bir,  iki,  dörd və altı “mim”  hərfi düzülür.  Məsələn,  S-257 
nüsxəsində “Leyli və Məcnun”un sonluğu:
   
 نﻮﻨﺠﻣ ﻰﻠﯿﻟ بﺎﺘﻛ ﺖﻤﺗ
 نﻮﻌﺑ
بﺎھﻮﻟا ﻚﻠﻤﻟا ﷲا
                     
Sonra sonluğun altında:  
                              م   م
                        
                                م
B-547 şifrəli poema mətninin sonluğu: 
                          بﺎھﻮﻟا ﻚﻠﻤﻟا ﷲا نﻮﻌﺑ بﺎﺘﻜﻟا ﺖﻤﺗ
Sonra yeddi “mim”: 
                             م   م   م
                              م  م  م
                                 م
M-207  şifrəli Nizami “Xəmsə”sinin katib sonluğundan sonra 10-dan artıq “mim”  hərfinin
düzüldüyü aşkara çıxarılmışdır:  birinci sətirdə 5,  ikinci sətirdə 4,  dördüncü sətirdə 1  “mim” 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə