MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

yazılmışdır (üçüncü sətirdə yazılmış “mim”lər barmaqla pozulmuşdur). 
b) yalnız mətnin qurtardığını bildirən ümumi məlumat verilir. Məsələn, M-216 nüsxəsindəki
rübaiyyatın sonluğu: 
ﻻﻮﻣ تﺎﯿﻋﺎﺑﺮﻟا ﺖﻤﺗ
                  ﺔﻤﺣﺮﻟا ﮫﯿﻠﻋ ﻰﻟﻮﻀﻓ ﺎﻧ
B-6614 nüsxəsindəki dibaçənin sonluğu: 
                            ﺖﻤﺗ بﺂﻤﻟا ﻊﺟﺮﻣ ﮫﯿﻟا و نﺎﻌﺘﺴﻤﻟا
Həmin nüsxədə başqa bir yerdə (v.24
b
) yalnız
ﺖﻤﺗ
           sonluğundan istifadə olunmuşdur
(müənnəs formasının işlədilməsi sual doğurur).
c)  tarix göstərilmir,  lakin katib,  köçürülmə yeri və s.  haqqında konkret məlumat verilir. 
Məsələn:  
M-216:
                                       ﻢﺳﺎﻗ ﺪﻤﺤﻣ ﺪﺒﻌﻟا ﮫﺒﺘﻛ
B-3675:
ا  ﮫﯿﻠﻋ ناﻮﺗﺎﻧ  ىداﺪﻐﺑ  ﻰﻟﻮﻀﻓ  ﺔﻔﯾﺮﺸﻟا  ﺔﺨﺴﻨﻟا  هﺬھ  ﺖﻤﺗ
ﺪﻗ  ﺔﻤﺣﺮﻟ
 
 ﺮﯿﻘﻔﻟا ﺮﯿﻘﺤﻟا  قاروﻻا  ﺮﯾﺮﺤﺗ  ﻦﻋ  قاﺮﻔﻟا ﻊﻗو
             ﮫﯾﺪﻟاﻮﻟو ﮫﻟ ﷲا ﺮﻔﻏ ﷲا ﺾﯿﻓ ﻼﻣ ﻦﺑ ﷲا ﺢﺘﻓ ﷲا ﺔﻤﺣر ﻰﻟا جﺎﺘﺤﻤﻟا ﺐﻧﺬﻣ
B-163 şifrəli “Hədiqətüs-süəda”nın sonluğu:
ﻊﯿﻔﺸﻟا ﺪﻤﺤﻣ ﻰﻠﻋ تاﻮﻠﺼﻟا و ﻦﯿﻌﻤﻟا ﻚﻠﻤﻟا نﻮﻌﺑ ﺔﻧﻮﻤﯿﻤﻟا ﮫﻛرﺎﺒﻤﻟا ﺔﺨﺴﻨﻟا ﺖﻤﺗ
 
 و ﮫﺒﺗﺎﻛ و ﮫﻔﻟﺆﻤﻟ ﺎﻋد ﻦﻤﻟ ﷲا ﻢﺣر
 ﻦﯿﻤﻟﺎﻌﻟا بر ﺎﯾ ﻦﯿﻣآ ﻦﯿﻠﺳﺮﻤﻟا ﺪﯿﺳ ﺔﻣﺮﺤﺑ و ﻦﯿﺒﻧﺬﻤﻟا ﺮﻓﺎﻏ ﺎﯾ ﻦﯿﻣآ ﮫﺒﺗﺎﻛ ﻰﻟو
4.  Bütün sadalanan variantlarla yanaşı,  katib sonluğunda istər təkrarlanan rekurrent, 
istərsə də konkret katibin fərdi “imzasını” əks etdirən əlavə misra və beytlər də rast gəlir. Bir
qayda olaraq, ərəbcə, farsca və ya türkcə yazılmış belə katib nəzmləri zirvəsi aşağıya çevrilmiş
üçbucaq kolofonun kənarlarında ya diaqonal, ya da üfüqi istiqamətdə yazılırdı:
                                        misra                    misra      
Füzuli nüsxələrində aşağıdakı katib misralarına rast gəlirik: 
S-773  şifrəli divanın,  S-862  və B-547  şifrəli “Leyli və Məcnun”  mətnlərinin sonluğunda
(orfoqrafiya fərqləri nəzərə alınmasa) eyni beyt təkrarlanır: 
                مراﺪﻌﻤﻃ ﺎﻋد ﺪﻧاﻮﺧ ﮫﻛ ﺮھ
 هﺪﻨﺑ ﻦﻣ ﮫﻜﻧاز

             مرﺎﻜﮭﻨ
S-773  nüsxəsində həm də
 
ﻦﯿﻣآ  ﻦﯿﻤﻟﺎﻌﻟا  برو  ﻦﯿﻤﺣاﺮﻟا  ﻢﺣرا  ﺎﯾ  ﻚﺘﻤﺣﺮﺑ
müraciəti,  S-862 
nüsxəsində üçbucaq sonluqdan aşağıda daha dörd misra əlavə edilmişdir.  Başqa
əlyazmalarda rekurrent variantlarına rast gəlmədiyimiz üçün sonuncuları xüsusi əlamət hesab
катиб сонлуьу
катиб сонлуьу


etmək olmaz. 
Həmçinin D-130 şifrəli farsca-türkcə lüğətin katib kolofonunda:
دﺎﯾ مودزﺎﯾ ﻰﻧﻮﺑ
          نﻮﭽﯾا ﻖﻤﻟوا رﺎﮔ
ﻠﻗ ﺎﻋدﺮﺑ ﺮﻠﻧﺎﯿﻗوا
            نﻮﭽﯾا ﻖﻤ
A.M.Əliyev bu iki misranın B-1506  şifrəli “Qəhrəmannamə”  və B-4901  şifrəli
“Bəxtiyarnamə”  yazılı dastan abidələrinin katib kolofonlarında da eynilə təkrar olunduğunu
(“Qəhrəmannamə”də həm də “Təmam oldu əlhəmdü lillah bu dastan /  Sanasan tazə güldür
gülüstan” misralarının əlavə olunduğunu) göstərir [23, s.71]. Maraqlıdır ki, göstərilən iki misra
katiblər tərəfindən bir qəlib kimi seçilmiş,  müxtəlif cür variasiyalarda təqdim olunmuşdur. 
Məsələn, müq. et (B-34 şifrəli məcmuənin katib kolofonunda):
Bu kitabı yazdım yadigar olmaqçün,
Oxuyanlar Molla Qurbana bir dua qılmaqçün.                          
Həmçinin M-28  şifrəli əlyazmadakı İbrahim Həqqi divanının minacatındakı katib
kolofonunda oxuyuruq: 
Hər kim bu minacatı hər gün
oxumağa müvəffəq olur,
Ol kimsə, əlbəttə, kəndi könlündə
mərifətullah dəfinəsin bulur.  
Həmin kitabın 117
a
-119
b
vərəqlərində köçürülmüş “Şükürnamə”nin katib kolofonunda: 
Hər kim bu şükrnaməyi hər gün
oxumağa müvəffəq olur, 
Ol kimsənin dövləti
izdiyad bulub daim qalur [bax: 23, 72-73].
Bütün bu xüsusiyyətlər bu və ya digər dərəcədə elliklə milli əlyazmalarımıza aid
olduğundan Füzuli nüsxələrinin Azərbaycan əlyazma kitabına xas bütün əlamətləri özündə əks
etdirdiyini söyləmək olar.
Beləliklə,  katib sonluqlarının leksik tərkibini və strukturunu ümumiləşdirilmiş şəkildə
aşağıdakı kimi təqdim etmək olar:
S.№
Nümunə
A
Kitabın bitməsi
    بﺎﺘﮑﻟا ﻢﺗ
və ya
     بﺎﺘﮑﻟا ﺖﻤﺗ
B
Kitabın (əsərin) adı
  تﺎﯿﻟﺰﻐﻟا
      
J
Müəllifin adı
ﺪﻟﻮﻀﻓ
ی
        
Ç
Müəllifə rəhmət
ﻤﺣر

 
ﻠﻋ ﷲا
ﯿ
 ﮫ
D
İlahi köməyin vurğulan-
ması
ﮏﻠﻤﻟا ﷲا نﻮﻌﺑ
 
بﺎھﻮﻟا
         
E
Katib öz ənənəvi epitetlə-
ri ilə
ﺪﻤﺤﻣ ﺪﺒﻌﻟا ﺪﯾ ﯽﻠﻋ
 
ﺮﯿﻘﻔﻟا ﺮﯿﻘﺤﻟا
      
Ə
Katibə rəhmət
ﻤﺣﺮﻟا ﮫﯿﻠﻋ
 و ﺔ

ﺪﻟاﻮﻟ و ﮫﻟ ﷲا ﺮﻔ




F
Peyğəmbərə, nəslinə və
əshabələrə rəhmət
ﺪﻤﺤﻣ ﺔﻣا ﻊﯿﻤﺟ ﻰﻠﻋ و
ﮫﻟآ ﻰﻠﻋ و ﮫﯿﻠﻋ ﷲا ﻰﻠﺻ و
ﻢﻠﺳو ﮫﺑﺎﺤﺻا و
G
Yazılma yeri
قاﺰﻗ لﺎﺤﻣ ﻰﻓ
H
Yazılma tarixi
ﺮﮭﺷ ﺚﻟﺎﺜﻟا مﻮﯾ ﻰﻓ
ﺔﻨﺳ ﻰﻓ ماﺮﺤﻟا مﺮﺤﻣ
ﻒﻟا و ﻦﯿﻌﺒﺳ و ﻊﺒﺳ
Bütün əlyazma kitablarının əvvəlində ünvan və bəsmələdən sonra gələn mətn xətti
üslubda,  sətrin üfüqi şəkildə doldurulması yolu ilə yazılır,  mətnin sonluğu isə iki formada
yekunlaşdırılır: 
1. Sonluq həmin cür xətti üslubda, sətrin üfüqi şəkildə doldurulması yolu ilə köçürülür.
2.  Xətti yazı üslubu yarımçıq dayandırılır,  son bütöv sətir bitəndən sonra gələn növbəti
sətirlərin başlanğıcı getdikcə sola keçirilir, hər sətrin sol tərəfi sətirbəsətir kiçildilir (yəni yazının
sonluğu sətrin axırına çatdırılmır, soldakı boşluq getdikcə böyüdülür) və nəticədə zirvə bucağı
aşağıya çevrilmiş üçbucaq şəklində yazı sonluğu verilir.
Birinci vəziyyət əlyazmanın həm müəllif kolofonu, həm də katib kolofonu ilə bitdiyi hallarda
rast gəlir.  Bu zaman katiblərin əlavə olaraq yuxarıdan aşağıya üçbucaq əmələ gətirən
(getdikcə sayı azalan) “mim” hərfini  düzmələri geniş yayılmışdı.
İkinci vəziyyət daha çox katib kolofonunda rast gəlir.  Müəllif kolofonunun sonuncu xətti
sətri bitəndən sonra katib öz kolofonundan həmin cür çevrilmiş üçbucaq möhürü basmaq üçün
istifadə edir. Bundan əlavə, həm də “üçbucağın lap aşağı, uc tərəfi boş qaldıqda çox vaxt ka-
tiblər həmin boşluğu ərəb əlifbasının “mim” hərfini xatırladan forma ilə doldururlar” [23, s.69].
Qeyd edək ki, həmin işarənin məhz “mim”  (
م
)  ərəb hərfi olduğu etiraf edilməlidir:  vaxtilə
görkəmli əlyazmaşünas alimimiz M.S.Sultanov şifahi söhbətlərindən birində burada “mim” 
hərfinin ərəbcə “təmmə” (
ﻢﺗ
) - “bitdi, sona çatdı, tamamlandı” sözünün ixtisarı olduğunu söylə-
mişdir ki, bu da heç bir etiraz doğurmaya bilər.
*
Doktor Ş.A.Jəmşidovun “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin sonluğundakı üç işa-
rəni rəqəm kimi “444” (tarix) şəklində oxuması bəzən mübahisə doğurur və buna etiraz edənlər
həmin işarələrin “mim”  və ya “təmmə”  olduğunu israr edirlər.  Ancaq məsələ burasındadır ki, 
buradakı üç işarənin düzüm forması “mim” kimi üçbucaq yaratmır və bir-birinin altında düzül-
müşdür. Ənənənin bu cür pozulması isə təcrübəli alimin düzgün ehtimal irəli sürməsinə şərait
yaratmışdır.  Müəllif öz mövqeyini əsaslandırarkən ciddi faktlara istinad edir:  “Təmmət” 
sözündən sonra onun altından “əyin”  şəkilli “dörd”  rəqəmi,  onun altında bunun ancaq yuxarı
hissəsi alt-alta iki dəfə təkrar edilmişdir. İlk baxışda belə görünür ki, çərçivənin aşağı uzanan
sivri ucuna doğru üst dişi xeyli açıq şəkilli “əyin”  hərfi kiçilə-kiçilə üç dəfə təkrar edilmişdir. 
Lakin bizim digər əlyazmalarında müşahidə etdiyimiz bu cür sonluq bunun tarix olduğunu ehti-
mal etməyimizə səbəb oldu.  Biz hələlik Azərbaycan [M]EA Əlyazmalar İnstitutu xəzinəsində
                                                          
*  “Текстолоъи  кяшфиййат апараркян  адам, ялбяття, рисг едир, анжаг бу вя йа диэяр  дцзялиши гябул вя йа инкар 
етдикдя нцфузлу мцтяхяссислярин цмуми ряйиня архаланмаг зяруридир” [76, с.29].


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə