partiyası‖ ilə ―Türk Ədəm Mərkəziyyət partiyası‖ birləşib, ―Türk Əədm
Mərkəziyyət partiyası ―Müsavat‖ adı altında çıxış etməyə başladı (―Açıq söz‖
qəzeti, № 501, 18 iyun, 1917-ci il). Onun çöbələri nəinki Azərbaycanın bütün
qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın,
Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə,
Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə
və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu
damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil
də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada ali təhsil alıb və bu
gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar (―Açıq söz‖
qəzeti №549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun ―MAR‖,
9
―MAR-zadə‖, ―M.R-zadə‖, ―Haman‖, ―Sosialist‖ və s. kimi gizli imzalarla xeyli
məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.
1917-ci il oktyabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə
Bakıda təntənəli surətdə keçirilən ―Türk Ədəmi Mərkəziyyət partiyası ―Müsavat‖ın
birinci qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri
seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında
―Azərbaycana muxtariyyət‖ şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır.
Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
1917-ci ilin payızında M. Ə. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan
və Türküstandan millət vəkili seçilmişdir.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri
nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil
olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı.
Səs çoxluğu ilə M. Ə. Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci ilin mayın 28-
də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan
olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq
kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə
yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var.
Bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875 - 1920) başçılığı ilə Azərbaycan
Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı
nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq
respublika üsul – idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan Azərbaycan
milli şurasının iclasında M. Ə. Rəsulzadə öz alovlu nitqində deyirdi: ―Dünya
müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk
qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu
yeni türk nuzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə bəsail – həyat
olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki – həyat
edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki,
müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nuzadini tələf etditməmək
kimi müşkül, fəqət müşkulliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib
ediyor‖ (―Azərbaycan‖ qəzeti, № 41, 1918-ci il).
Gördüyünüz kimi, M. Ə. Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci
dünya müharibəsi ərəfəsində ―Dirilik‖ jurnalı səhifələrində qaldırdığı və sonralar
isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında
yenidən ortalığa atılan ―Azərbaycan qayəsi―dən söhbət açır. Onu da qeyd edək ki,
təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi,
yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan
adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də
yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi.
Onlar yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar.
Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən
10
silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət
gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz
müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M. Ə.
Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz
üzərlərinə götürdülər.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.
Ə. Rəsulzadə demişdir: ―Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni –
―Azərbaycan muxtariyyəti‖ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən
amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı
ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah yıxsın
– siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki,
Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq.
―Müsavat‖ partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə
qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir... Bir
dəfə yüksələn bayraq bir daha enməz!‖ (―Azərbaycan‖ (rusca) qəzeti, № 59, 13
dekabr 1918-ci il).
Bakı Dövlət Universitetinin yaranması da M. Ə. Rəsulzadənin adı ilə
bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış
etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş
professor V. İ. Razumovski 1922-ci ildə çap etdirdiyi ―Bakı şəhərində universitetin
əsasının qoyulması‖ adlı xatirə oçerkində yazır: ―M. Ə. Rəsulzadənin sayəsində,
onun gücü, maarifçilik köməyi ilə ―Müsavat‖ partiyasında universitetin açıq və
gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz
tərəfimizdə artıq iki partiyaya malik idik, ―Müsavat‖ və sosialistlər, bu da
parlamentdə çoxluğu təmin edirdi.‖ (Bakı Dövlət Universitetinin xəbərləri, № 2,
1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, ―1920-ci il
üçün Azərbaycan respublikasının təqvim - ünvanı‖nda oxuyuruq ki, M. Ə.
Rəsulzadə ―Tarixi –filologiya fakültəsində ―Osmanlı ədəbiyyatı tarixi‖ndən dərs
demişdir.
Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda
bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış ―İstiqlal‖
jurnalında M. Ə. Rəsulzadənin ―Azərbaycan Respublikası‖ adlı əsəri çap
olunmuşdur.
1920 - ci ildə aprel hadisələrindən sonra M. Ə. Rəsulzadə Lahıcda həbsə
alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki
Orconikidze) şəhərində olan İ. V. Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən
Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V. Pankratova RSFSR –i
Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.
Ə. Rəsulzadəni azad etdi. Bununla, İ. V. Stalin 1905-ci ildə onu ölümdən qurtaran
keçmiş inqilabçı dostu M. Ə. Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu
11
yerinə yetirdi. O, M. Ə. Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR
Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M. Ə.
Rəsulzadə RSFSR Millətlər komissarlığına tabe olan Moskva Şərqşünaslıq
(keçmiş Lazarev) institutunda da fars dilindən dərs demişdir. RSFSR –in Millətlər
komissarlığının orqanı olan ―Novıy Vostok‖ jurnalının 1922-ci il 1-ci nömrəsində
xəbər verilir ki, 2-ci nömrədə M. Ə. Rəsulzadənin ―Qədim İranın kommunistləri‖
adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap
olunmamışdır. Bunu M. Ə. Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar.
M. Ə. Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibətilə ilə
məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab
Yurdsevərin (1898 - 1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: ―Müsavat‖
partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə.
Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra
isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897- 1937) və Bakı
əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898- 1926)
bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda
olmuşlar. M. Ə. Rəsulzadəyə təklif olunmuşdur ki, elmi – tədqiqat adı ilə
Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərullah
Bigiyevin (1875- 1949) müəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən
üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir. (―Azərbaycan‖ jurnalı, Ankara,
№ 3, 1955-ci il). Sonralar SSRİ –də baş vermiş faciəli hadisələr göstərdi ki, bu,
yeganə düzgün yol idi. Heç şübhəsiz, M. Ə. Rəsulzadə 1925-ci ildən sonra sağ
qalmayacaqdı. Beləliklə, M. Ə. Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci
ildə İstambulda M. Ə. Rəsulzadənin ―Azərbaycan respublikasının keçmişi,
təşəkkülü və indiki vəziyyəti‖, ―Əsrimizin Səyavuşu‖, ―İstiqlal məfkurəsi və
gənclik‖ kitabları çap edilir. 1923-cü ildən onu redaktorluğu ilə İstambulda ―Yeni
Qafqasya‖ jurnalı nəşrə başlayır. M. Ə. Rəsulzadə 1928-ci ildə İstambulda
―İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi‖, ―Millət və Bolşevizm‖
və ―Qafqasya türkləri‖ kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun
redaktorluğu ilə ―Azəri türkü (1928- 1931), sonra isə ―Odlu yurd‖ (1929 - 1930)
jurnalları və həftəlik ―Bildiriş‖ (1929 - 1931) respublikasının qəzeti də nəşr
edilməkdə idi. 1930-cu ildə M. Ə. Rəsulzadənin Parisdə fransız dilində
―Azərbaycan və istiqlaliyyəti‖ və rus dilində ―Qafqaz problemi ilə əlaqədar olaraq
panturanizm‖ kitabları çap olundu. 1931-ci ildən M. Ə. Rəsulzadənin mühacirət
dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə
nəşr edilən ―İstiqlal‖ (1932- 1934) qəzeti və ―Qurtuluş‖ (1934- 1938) jurnalı çap
edilirdi. 1933-cü ildə M. Ə. Rəsulzadənin Berlində çap olunan ―Azərbaycan
respublikası haqqında bəzi qeydlər‖ adlı kitabı da böyük maraq doğurur.
M. Ə. Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə
Berlində ―Çağdaş Azərbaycan ədəbiyyatı‖ məqaləsi çap edilmişdir. 1938-ci ildə
Berlində alman dilində ―Azərbaycan problemi‖ və 1939-cu ildə Varşavada polyak
12
dilində çıxmış ―Azərbaycanın huriyyət savaşı‖ kitablarının adlarını çəkməmək
olmaz. O, 1938-ci ildən Polşa hökümətində məsləhətçi işləmiş, sonralar, 1940-cı
ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş ―İslam
– türk ensiklopediyasının‖ 1-ci cildində ―Azərbaycan ləhcəsi‖ adlı məqaləsi yer
almışdır. 1947-ci ildən Ankaraya köçən M. Ə. Rəsulzadənin 1949-cu ildə
―Azərbaycanın kültür kələnkləri‖ adlı kitabı işıq üzü görmüşdür. Onun ―Çağdaş
Azərbaycan tarixi‖ (1951-ci il) kitabları həmin illərdə M. Ə. Rəsulzadənin
məhsuldar işlədiyini göstərir.
O, 1951-ci ildə Ankarada ―Azərbaycan şairi Nizami‖ adlı sanballı
monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər
gətirmişdir. Həmin ildə M. Ə. Rəsulzadənin Nyu – Yorkda ingilis dilində nəşr
olunan ―Ukrayna‖ toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində
―Azərbaycan respublikası‖ məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr
olunan ―Britaniya ensiklopediyası‖nda ―Müsavat‖ partiyasının yaranması tarixi və
Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid‖ məqalə də onun
qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr
edilməkdə olan ―Türk ensiklopediyası‖nda Azərbaycana aid məqalələrin bir çoxu
M. Ə. Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, ―Türk tarix
qurumu‖ və ―Türk dili qurumu‖ ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən
Ankarada nəşr olunan ―Azərbaycan‖ jurnalında xalqımızın tarixi və ədəbiyyatı
haqqında bir sil – silə məqaləsini də bura əlavə etsək, M. Ə. Rəsulzadənin
heyrətamiz yaradacılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya
müharibəsinə qədər Parisdə rusca nəşr olunan ―Qafqaz‖ (1932- 1938) və fransızca
buraxılan ―Prometey‖ (1928 - 1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir.
Onun 1920 –ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan ―Məmməd Əmin
Rəsulzadə‖, ―Yalvac oğlu‖, ―Məmməd Əmin‖, ―M. Əlif Rəsulzadə‖ və .s qeyd
etmək olar.
Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən
yatan Məmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç
dəfə ―Azərbaycan... Azərbaycan... Azərbaycan...‖ deyərək əbədiyyətə qovuşdu.
Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şurasının
sədri M. Ə. Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O, Ankara Əsri
qəbiristanlığında dəfn edilib. Vəfatı münasibəti ilə Türkiyədə, İranda və Qərbi
Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən marzqlısı S. H.
Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə
dünyaya gəlmiş, M. Ə. Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas
rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul – idarəsinin tərəfdarına
çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi,
diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə ―Sühən‖ jurnalında yazırdı:
―Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım,
mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd
13
Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü,
mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar,
mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast
gəlmək mümkün deyildir‖ (―Sühən‖ jurnalı, Tehran, № 4, 1955-ci il).
1978-ci ildə, ölümündən 23 il sonra: - Ankarada M. Ə. Rəsulzadənin
―Milli təsanüd‖ (―Milli həmrəylik‖) adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın
ən qədim universitetlərindən biri olan Oksfordda M. Ə. Rəsulzadənin―Qafqaz
problemi ilə əlaqədar olaraq panturanizm‖ adlı kitabı ingilis dilində öz sözlə, rus
dilində ikinci dəfə çap edilmişdir. M. Ə. Rəsulzadənin 1989-cu ildə ―Əsrimizin
Səyavuşu‖ və 1990-cı ildə isə ―Azərbaycan respublikasının keçmişi, təşəkkülü və
indiki vəziyyəti‖ adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür.
Azərbaycan milli dövlətinin yaradıcısı. Xalqımızın böyük oğlu və
görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi – tarixi irsini geniş oxucu
kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə
xalqımıza təqdim olunan M. Ə. Rəsulzadənin ―Əsrimizin Səyavuşu‖ (―Türk
dilindən tərcümə edən Miyas Əlizadə‖), ―Çağdaş Azərbaycan ədəbiyyatı‖ və
―Çağdaş Azərbaycan tarixi‖ (hər iki əsəri türk dilindən tərcümə eləyən Paşa Əli
oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütkləsi tərəfindən rəğbətlə
qarşılanacaqdır.
Dostları ilə paylaş: |