SİYAVUŞUN QISACA ƏHVALI
1 — Siyavuşun doğulması, 2 — Siyavuşun tərbiyə və düşüncəsi, 3 —
Siyavuş Turanda, Əfrasiyabın röyası və Siyavuşu yaxşı qarşılaması. 4 — «Siyavuş
Kərd» — Siyavuş şəhəri. 5 — Siyavuşun bəxtsizliyi. Gərsivəzin hekayəsi.
Siyavuşun öldürülməsi. Siyavuşun son sözü.
Xalq arasıda məşhur olanı belədir ki:,
Kəyanilərdən Keykavusun oğlu Siyavuş ögey anası Südabənin eşqi və
atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçdı. Turan xaqanı Əfrasiyab
tərəfindən səmimi qəbul gördü. Xaqanın qızı Firəngizlə evləndi. Nəhayət,
Əfrasiyabın qəzəbinə gəlib başı kəsildi. Haqsız tökülən bu qan üçün İranla Turan
bir-birinə qarışdı və əsrlər uzunu qan axdı.
Fəqət İran «İliada»sının bu həzin dastanını mifologiyadakı rümuzu
sezərək oxuyanda görünür ki, Siyavuş həqiqətdən çox şerə qarışmış bir rəmz
tarixidir. Bu bir simvoldur.
Mifologiya, tarixin Huşəngdən əvvəlki qədim əsrlərinin vəziyyətini
xəyanət ilə qarışdırılmış bir şəkildə nəql edər. Bu kimi nağıllar «Əz zəmanə
2
Bundan ölmərəm, çünki mən diriyəm
19
Cəblul—tarix» deyilən əski zamanın bir təqvimidir.
Bir-birləri ilə münasibətləri əskidə qurulmuş, hələ İran ilə Turan kimi bir-
biri ilə əsrlərcə çəkilmiş, bu səbəblərin mifoloji fonu və əfsanələri çox qarışmışdır.
Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador
sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlarada bənzərliyi və ya ortaqlığı olur.
«Siyavuş» hekayəsinin ifadəsindən görünür ki, o, həm batır, həm də
bahadır olub İranla Turan arasında ortaq bir qəhrəmandır.
Əlbəttə, Siyavuş məşhur olduğu kimi bir iranlı, daha doğrusu, xalis bir
iranlı deyil. Onun nə dərəcədə doğruluğunu Firdovsi belə nağıl edir.
İran bahadırlarından iki sərkərdə — Tusla Kiv Turan hüdudunda ova
çıxmışdılar. Ov əsnasında, orman içində evdən qaçmış bir qıza rast gəldilər. Qızın
gözəlliyi hər iki pəhləvanın ürəyini bir anda oxladı. İkisi dağ keçisi ovunda
ikən, bu orman pərisinin kirpiklərinin oxuna hədəf oldular. Saçları ağarmış qoca
pəhləvanlar «ceviz bulmuş cocuqlar»
3
kimi bu tapılmış pəri üçün münaqişə
etdilər. Biri qızı daha əvvəl gördüyünü, digəri isə daha əvvəl tutduğunu deyərək,
haqq üstünlüyü arayır, heç biri güzəştə getmək istəmirdi. Nəhayət, iki dostu bir-
birinə düşürən bu gözəli Keykavusun yanına gətirib davanın həllini onun
öhdəsinə buraxdılar. O da eynən cocuqlar üçün ceviz bölən qoca kimi, qızı özünə
götürməklə məsələni həll etdi.
Firdovsinin anlatdığına görə, pəhləvanlara bəla olan bu qızın əsli Turanlı
olub, nəsli Əfrasiyabın qardaşı Gərsivəzə qədər varıb gedirmiş.
Bu minvalla Əfrasiyab sülaləsindən olan bir Turan gözəli İran şahı ilə
qovuşdu və nəticədə :
«Cüda müd əz u küdəki çün pəri
Be çöhrə besən but Azəri»
4
Bu Azəri heykələ Siyavuş adı verdilər.
Siyavuşun tərbiyəsini Rüstəm pəhləvana tapşırmışdılar.Rüstəm onu özü
kimi bir igid eləmişdi. O, zəmanəyə uyğun hərb üsullarına tamamilə aşina, silah
3
Lafonten üslubunda hekayələr yazan rus şairi Krılov bir ceviz tapan iki
cocuğun mübahisəsinn hekayə kimi təsvir edir ki, biri cevizi əvvəl gördüyündən, digəri isə
daha əvvəl əlinə aldığından bəhsiylə az qala qovğa qaldırırlar, Nəhayət, yoldan keçən bir
qocanı özlərinə hakim tuturlar. Qoca, cevizi qıraraq qabığını ikiyə bölüb — «biri sənin,
dikəri də o birinin, içi də mənim» — deyə davanı həll etmişdir.
4
O, pəri, kimi bir oğul doğdu ki, çöhrəsi Azəri heykəlinə bənzəyirdi.
20
oynatmağı, qurşamağı çox yaxşı bilən bir pəhləvan kimi yetişmişdi. Buna
baxmayaraq, o, savaşdan çox barışığa tərəfdar idi.
Firdovsi gözəlliyi qüvvətdən ayırmır. Siyavuş, qadınları çıldıracaq bir
gözəlliyə sahib idi. Fəqət vücudu kimi onun ruhu da gözəl idi: müqəddəs bir
təmizliyə sahib idi.
Bu mərd xasiyyəti ilə o, yaşadığı namərd mühit içində pək çox müşkülata,
təhlükəli macəralara uğradı. Özünə ilk macəranı açan ögey anası Südabə olmuşdu.
Südabə, gözəlliyi ilə məşhur, müstəsna və ehtiraslı bir qadın idi. Gənc Siyavuşa
ögey oğlu olmasına rəğmən eşq, təklif etdi, rədd cavabı aldıqda ondan Keykavusa
şikayət etdi. Cırmanmış bir üzlə hüzuruna çıxıb: «oğlun mənə təcavüz etmək istədi,
baş və üzümü cırdı» — deyə iftira etdi. Siyavuş sorğu suala tutularkən Südabənin
ona fəna bir təklif etdiyini söylədi. Xanımı ilə oğlu arasında qalan padşah,
hakimlərin tövsiyəsi ilə günahkarla məsumu ayırd etmək üçün, özlərinin müqəddəs
oddan keçmələrini
5
əmr etdi. Siyavuş oddan keçərək, günahsız olduğunu isbat etdi.
İkinsi macəra nəticə etibarilə daha mühüm idi. Turan xaqanı İran
torpağının əsas qismini hakimiyyəti altına almışdı. Keykavus Turana qarşı hərb
elan edərək, komandanlığa oğlu Siyavuşu təyin etdi. Rüstəm də Siyavuşun əmrinə
verildi. Siyavuş müharibəni bacarıqla idarə etdi. Turanlılar İran torpağını tərk
etdilər. İndi müharibə müdafiə xarakterindən çıxaraq, hücum forması alırdı. İran
ordusu Turan torpağına keçəcəkdi. Bu əsnada Əfrasiyabdan elçilər gəldi. Əfrasiyab
barışıq təklif edirdi. Siyavuş barışıq təklifini qəbul etdi, hərbi bitirmək üçün atasına
xəbər yolladı. Keykavus, Siyavuşdan gələn bu təklifə qızdı —onu sərkərdəlikdən
çıxardı, yerinə digər birisini təyin edib müharibənin davamını hökm etdi. Siyavuş
isə barışıq təklifini atasının inadından üstün tutduğundan İranı tərk edib bir neçə
seçməd süvarisiylə Turanda sığınaсaq tapdı.
Bu sığınaсaqla Siyavuş böyük məqsədinə yetmək fürsətini gözləyirdi.
Məqsədi isə özündə qarışmış olan iki irqin qanını artıq boş yerə axıtmamaq idi.
Bunun üçün İranla Turanı barışdırmaq lazım idi. Belə bir barışıq təklifini qəbul
etmədiyi üçün atasına qarşı çıxmış və yenə belə bir barışıq təklifində olduğu üçün
Əfrasiyaba sığınmışdı. Turana ke-çərkən atasına yazdığı məktubda bu məqsədini
belə anladır, deyir ki:
«Mən gənc olmağımla yanaşı, ağıl və mühakiməmi idarə etdim. Öz
nəfsimə sahib oldum. Şahın hərəmi mənim ilk dərdim oldu. Oddan keçmək
qarşısında qaldım. Bu haldan bezərək hərbə atıldım, müzəffər oldum. Nəhayət,
sülh bağladım. Elə bir sülh ki, iki aləm buna məmnun oldu, yalnız şahın qəlbi daş
oldu, polada döndü.
5
Odun müqəddəsliyinə inanılan əski İranda əfsanələrin rəvayətinə görə, suçluları müqəddəs
oddan keçirmək adəti varmış. Təqsirli sayılan, günahsızsa, od onu yaxmazmış.
21
Nəyamət zimən hiç kari nəsənə
Koşadən həman o həman niz bənd
Çu çeşmeş zi didari mən kəşti sir.
Bər sir kəştə nəbaşəm dəmir
6
.
Əfrasiyab Siyavuşu yuxusunda görmüşdü. Yozucular ona demişdilər ki,
«Bu cavan ilə hərb etsə və ya bu gənc onun əlində ölsə, taxt və tacı devrilərək
Turan xaraba qalacaq, dünyada qan qurşağa çıxacaq». Bunun üçün də o, Siyavuşun
könlünü hər vasitə ilə ələ almağa çalışırdı.
Siyavuş da Əfrasiyabı sevirdi. Bunun üçün də o, sərkərdə Piranın
7
ata
kimi tövsiyəsi ilə Əfrasiyabın qızı Firəngizlə evləndi.
Əfrasiyab, damadının həyat və rifahını təmin etmək üçün ona Turanın ən
gözəl bir bölgəsini ayırdı. Siyavuş barışıqsevər olduğu üçün burada gözəl və
nümunəvi bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq
bütün mədəniyyəti əks etdirən şəkildə idi. «Siyavuş gərd» (Siyavuş sarayı) adını
daşıyan bu tikilini «Şahnamə» belə tərif edir:
...Nə kərmaşi kərm və nə sərmaş sərd
Həmə sayi - şadi və aramu hard
Nə bini dər an şəhr — i billar kəs,
Yəki bostan əz behiştəst və bər
Həmə abha ruşən və huşguvar
Həmişə bərri yomu o çün bəhar»
8
Əfrasiyabın əmri ilə dünyadan xərac almağa çıxmış, Piran geri dönəndə
padşahın söylədiyi xəbərlər əsnasında ən əvvəl «Siyavuş gərd» dən bəhs ilə deyir
ki:
Siyavuş yegi cayuki şəht nəğz
Pəsəndideyi mərdum paki məğz
Yeki şəhr didəm ke əndər zəmip
Nə binəd çinan kəs be Turan zəmin.
9
6
Heç bir iş bəyəndirə bilmədim. Açıldığımla yumulduğum bir oldu. Gözü məni görməkdən
bezdi. Bezgin bir hüzurda isə cəsur ola bilmərəm.
7
Əfrasiyabın vəziri.
8
Nə soyuq, nə isti - hər tərəf fərəh, rahat. Cənnətdən bir bostan taparkən, orada xəstə
görünməz. suları saf və dadlı, çölləri daima bahar.
22
Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı
qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur.
Dünya ta ilk yaradılışından bəri iki üz-üzə qüvvənin, iki qarşı nöqtənin
çarpışmalarına savaş meydanı olmuş, insanlıq tarixi adətən bu çarpışmaların,
macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur.
Təbiətin hər şeyində dualizm olduğu kimi, gəlib keçici tarix də bu
ikilikdən yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə
özünü göstərir. Hər Hürmüzdə qarşı bir Əhrimən
10
vardır. Bunlar daima vuruşur,
qələbə gah onun, gah o birinin olub çarpışma dünyalar durduqca davam edir.
Firdovsinin fəlsəfə olayları, başdan ayağa Hürmüzd ilə Əhrimən
ikiliyindən ibarətdir. Onun Rüstəm pəhləvanın diliylə söylətdiyi:
Çinin əst rəm səray dürüşt
Gahi püşt zin və gahi zinbe pürüşt —
11
Hikmətli «Şahnamə»nin hər səhifəsində hər hansı bir pəhləvanın vəziyyəti
«səadət rütbəsindən zəmiliyə» düşüncə, həmən bu sözü təkrar edib durur. «Çinin
əst» fələyin gərdişidir— deyə yazılır.
Bu fəlsəfə yalnız qatı bir iranlı olan Firdovsinin Rüstəmi ilə «Ağ dev»ində
deyil, Qərb ədəbiyyatı ustadlarından olan alman şairi «Hötenin Faustu ilə
Mefistofelində də görünür.
Siyavuş, rəhmli fikirlərlə dolu dünyanı cənnətə döndərmək istəyən
padşah sifətli bir Faust ikən, Gərsivəz özünə müqabil şeytani bir qərəzlə
Mefistofel rolunu oynayır. O, «mühasir bir İran şahzadəsinin» Turan xaqanlarına
uyğunlaşmasını götürə bilmir. Siyavuş Əfrasiyaba şikayət edərək deyir ki,
Fürüstadə aməd zi Kavus şah
Cehani bənəzdiki o çənəkah
Zirum vəz çin nizəş aməd niyam
Həmi yadi Kavus girəd becan
12
9
Siyavuş «zövq ərbabının xoşuna gələcək bir diyar salmışdır ki, belə bir şəhəri kimsə bütün
Turan ölkəsində tapa bilməz.
10
Zərdüşt dininə inananların pislik tanrısı, şeytan.
11
«Bu qoca və sərt dünyanın adəti belədir ki, gah insana yəhərin» belində, gah da yəhəri
insanın belində gəzdirir» — mənasında olan bu beyt Rüstəmin sözüdür. Ova çıxan Rüstəm
atı Rəxşi otlamağa buraxmış, yəhərini çıxarıb başı altına qoymuş, uyumuşdu. Oyananda
Rəxşin qaçırıldığını anlamış, yəhərini belinə alaraq atını aramağa getdiyi zaman Firdovsi
ona bu beyti söylədir.
23
Xain — qorxaqdır — deyərlər. Bunu tərsinə söyləsək, «qorxaq xain olur».
Əfrasiyabın Siyavuşa olan hörməti qorxusundan idi. «Qorxan gözə çöp düşər»
zərbi — məsəli məşhurdur. Gərsivəz, Şekspir qəhrəmanlarından Yaqo kimi Otello
yaradılışlı Əfrasiyaba vasvası təlqinlər verməyə başladı. Gərsivəz bu təlqinlərlə
Əfrasiyabı yoldan çıxarmağa müvəffəq oldu. Halbuki, bir az əvvəl ən yaxın, ən
mötəbər adamı qoca dindardan Siyavuş haqqında
Be din zib in ki, damadı —tüst
Be hubi bekan dil şadi tüst.
13
tə'rifini eşidən Əfrasiyabın ürəyi nə qədər şən və nə dərəcədə rahat olmuşdu.
«Yaqo»nun dəsmal intriqasını bilirsinizsə, Əfrasiyabla Siyavuş da
Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar.
Əfrasiyab qəfil əsgər yığıb «Siyavuş gərd» şəhərini alır. Siyavuşla dostları
mühasirə olunur.
Siyavuş, bəxtinin döndüyünü və başına gələcək fəlakəti hiss etmiş və hiss
etdiklərini Pirana demişdi:
«Çu harəm fəvəd cayi —arəstə
Pədid ayəd əz hər sui hastə
Nəbayəd mera şad bu den bəsi
Nəşinəd bərin gah digər kəsi»
14
Belə bir hissi həyatda görməkdən öncə duyan Siyavuş, Əfrasiyabın hərb
etmək üçün gəldiyi xəbərini alınca, qaçmağa qərar verdi. Hər tərəf mühasirə
edilmişdi. Özünü belə bir vəziyyətdə görüncə, alın yazısına təslim oldu. Dost
vəfasını yada salıb son anda olsa da qarşı-qarşıya gəlmək istədilər. Fəqət:
«Çi qoft an hirədmənd bareyu huş,
Ke ba əhtəri — bes be mərdi — məkuş»
15
12
Gizli şəkildə neçə dəfə Kavus şahdan özünə elçi gəlmişdir. Rum ilə Çindən də yenə
adamlar gəlmiş, həm də Kavusun adına içki içilir.
13
Kürəkəniniz öz gözəl əxlaqı və ədəbi ilə mal və mülkünüzə layiqdir.
14
Bir yer abad və gözəl olsa, hər tərəfdən alıcıları zühur edər. Buna artıq məmnun olunmaz.
Bu taxta başqa birisi oturar.
15
O qamət və ağıl sahibi dedi ki, nəhs talehlə mərdlik etmə.
24
Siyavuş Əfrasiyabla üz-üzə gəldi:
«Çera cəng çü amədi ba spah
Çera qüst xaki — mera bi günah
16
deyə sordu. Əfrasiyabı xəbərdar etmək istədi, fəqət məlun Gərsivəz fürsət
verməyib elə bil arxadan dəsmal götürürmüş kimi Siyavuşa:
«Gər idər çənin bi günah amədi
Çe ra ba zireh nəzd şah amədi.
Pe zirə şudən zin pişan rah nist
Kaman və zireh hədiye şah nist»
17
deyə iblisanə bir əda ilə xitab etdi. Artıq hər şey bitmiş, Əfrasiyabın ürəyi
dostluqdan dönmüş, Gərsivəzin hiyləsi ağlını çalmış hakim bilicilərin özünə:
Əgər ba Siyavuş günədşah cəng
Çu dibə şəvəd ruyi kiti be rəng
Və gər u şəvəd bər dəsti—şah
Be Turan namənd səru taxt və gah
Sərazir aşub gərdəd zəmin
Zibehr Siyavuş be cənk, o be gin»
18
dediklərini tamamilə unutmuşdu. Artıq hiddət və qəzəb gözlərini bürümüş, heç bir
şey görmür, Siyavuşun «Azəri heykəlinə bənzər başını» kəsmək üçün cəllada əmr
verirdi.
Bu qurcunc anda Əfrasiyabın qızı Firəngiz gəldi. Siyavuşun günahsız
olduğunu yana-yaxıla söylədi, atasına rica etdi. Onun əfv edilməsini istədi. Fəqət
bu ricalarla o, heç bir şeyə müvəffəq ola bilmədi, əksinə az qaldı özünü öldür-
sünlər. Yalnız bəzi nəsihətçilərin yol göstərməsi ilə ölüm təhlükəsindən sovuşub
edamı həbslə əvəz etdilər. Cəlladlıq vəzifəsini Gərv adlı bir sərkərdə yerinə
16
Nə üçün əsgərlərinlə savaşcı kimi gəldin, günahsız ikən nədən məni öldürmək
istədin?
17
Əgər sən belə günahsız idin, nə üçün şahın yanına zirehli çıxdın? Hüzura
çıxmaq belə olmaz. Yayla zireh şaha təqdim ediləcək hədiyyə deyil.
18
Şah Siyavuşla vuruşarsa, dünya üzü ipəkli qumaş kimi simsiyah olar və əgər o, şahın
əlində ölərsə, Turanın taxt və tacı bərbad olar, aləm çarpışar. Siyavuşdan ötrü dünya
müharibə və kinlə dolar.
25
yetirirdi. Bu adam vaxtiylə müsabiqələrin birində Siyavuşdan acı bir məğlubiyyət
dadmışdı. İndi əlinə keçən fürsətdən istifadə edərək Siyavuşu öldürməkdən xüsusi
bir zövq alırdı. Gərvin intiqamı, xəncərlə Siyavuşun məsum boğazında acı bir
kinlə işlərkən, İran Turan barışığının o məzmun böyüyü (təşəbbüsçüsü — M. Ə.)
son olaraq dedi ki:
Əz İrai və Turan bər ayəd xuruş
Cihani—zahiri men ayəd be quş.
19
Siyavuşla bağlı nöqtələr.
1 — Siyavuş bir simvoldur. 2 — Federasyon nəzəriyyəsi. 3. Siyavuş
sülhsevər federalistdir. 4. — Firdovsidə qan hikməti.
Firdovsinin düşüncəsinə görə, qanı iki millətdən qarışmış olan
qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət
bəslərlər.
Biz bu hikməti Siyavuş hekayəsinin hər beytində görürük. Siyavuş, yarısı
Turanlı, yarısı iranlı olduğundan bu iki aləmi məsud görmək, onları birləşdirmək
istəyir.
Söhrab da belədir: o da bir turanlı xanımdan doğulduğu üçün İran şahını
öldürmək, Turan xalqını ucaltmaq atası Rüstəmi birləşmiş İran-Turan taxtına
oturtmaq, anası Təhminəni də «Banu cihan» elan etmək xəyalı ilə dolaşır.
Makedoniyalı böyük İskəndər belədir. O, Rum sarayı Filokusun Darab
20
şaha getmiş qızından doğulduğu üçün deyir ki, Rum ilə İrana sahib olub böyük bir
imperatorluq vücuda gətirə bildi.
Başqa bu kimi misal və mühakimələri Firdovsidə bulmaq daima
mümkündür.
Yalnız Siyavuşun digər «Birlikçi»lərdən fərqi budur ki, o, birliyi
düşmənlik və zorlamayla deyil, barış və ittifaqla meydana gətirmək istəyirdi.
Dönən dövran hər zaman iki mühüm axının ahəngi ilə tənzim edilir,
ixtilafı ilə pozulur. Bir qüvvə, bütün səbirsizliklə ağrı — acıları mərkəzə doğru
çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər. Mərkəzlə
dairə arasında müvazinət olmuşsa, «çərxi-fələk« aləmin arzusunca dönmüş, tərsi
olmuşsa, dünya və aləmə fəsad və ixtilafların çıxmasıyla həyatın nizamı
pozulmuşdur.
19
İran və Turan bir hərəkət başlar ki, dünya mənim qanımdan coşar.
20
Kiyaniyan deyilən əski fars hökmdarlarından doqquzuncusu Keyqubad (Aras oğlu).
26
Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də
azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir.
«La cəbra və la təfvizə, bel ətrun beynəl ətrin»
«Nə cəbr, nə də səlahiyyət - ancaq bu iki imkandan birinə tərcihlədir».
Dönən dövran və ya çərxi-fələk təbiri fələyə aid sözlərdən olsa da, bu
yoldakı təbii qanunlar sosiologiyada da qəbul edilən bir ölçüdür.
Bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi
səmiyyətə, məhkum edən bir şəkildə istibdad, mərkəziyyət, digər şəkildə—
səmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir. Şəxsiyyəti hər
şeyin üstündə görərək, fərdi səmiyyətin əsarətindən qurtarıcı bir şəkildə
özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət (avtonomiya) adını alır.
Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə
sırf səmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur.
Nə mərkəziyyət, nə də özünüidarə, nə səmiyyətlik, nə fərdiyyətçilik —
bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq.
Bu surətlə gül ilə göz muncuğu kimi səmiyyətlə fərdin çeşidli şəxsinin,
hökumətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə
bir-birlərini tamamlayıcıdır.
Öylə bir nəzəriyyə gözəl şəkildə hazırlandıqdan sonra Siyavuş əsrindəki
İran-Turan vəziyyətini seyr edək.
Əfrasiyab Turanı, Keykavus isə İranı mərkəzi birlikdən qaçıran bir
qüvvədir. Söhrab ilə Keyxosrov
21
bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir.
Siyavuş isə İranınkını İrana, Turanınkını Turana vermək şərtiylə orta yol tutmuş
Federasyonçu, federalist bir birlikçidir.
Bu xarakteriylə Siyavuş, mifoloji və xəyalçı tip olsa da, İran-Turan
federasiyonunun klassik bir işarətidir.
Siyavuşun siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam
uyğundur: Turan işğalındakı İran torpaqlarını xilas edib İrana verincəyə qədər, o,
düşmən və hərbçidir.
Əfrasiyab İranın haqqını təslim və barışmaq təklif edəndə, görürük ki, o,
dost və barışdırıcıdır. Barışmaq təklifini, o, cani-dildən qəbul edirdi: çünki belə bir
sülhlə iki aləmi şad etmək onun idealı idi.
Bu idealın xətrinə idi ki, o, yurdunu da atdı, atasını da tərk etdi.
Firdovsi zehniyyətində qan hikmətinin hakim olduğunu söyləmişdik. Bu
hikmətə görə qəribə işarələr zühur edir.
21
Söhrab, Rüstəm pəhləvanın Turan şahzadəsindən doğulmuş oğludur ki, atası tərəfindən
öldürülmüşdür. Keyxosrov yenə Siyavuşun bir Turan şahzadəsindən doğulmuş yekanə
oğludur ki, atasının intiqamını Əfrasiyabdan almışdır.
27
Xalis Turan qanlı Əfrasiyab
Xalis İran qanlı Keykavus
İki qan qarışanda Siyavuş hasil olur. Yenə bu hikmətin səbəbindədir ki,
vətən padşahı üçün zərurət gələndə gözünü yumaraq qan tökən pəhləvanlardan
İranda Rüstəm, Turanda Piran var ki, qarşı tərəfin haqqını tanıdığı halda yenə qan
tökür, padşahlarına müxalif ola bilmirlər. Halbuki Siyavuş elə deyildir. O, iki
tərəfin üstün cəhətlərini özündə topladığı üçün, yaxşı bir niyyətin (yəni ittifaqın),
daşıyıcısı, hərbin deyil, barışığın geri dönməz bir qəhrəmanıdır.
Siyavuşun ölümü ilə barışıq nöqtəsi yox olduğundan İran ilə Turan bir-
birinə qarışdı. İntiqam haqdır və tarixin ən mühüm əməllərindən biridir. Siyavuşun
intiqamı Əfrasiyabdan alındı.
Firdovsinin İran mənbələrindən aldığı mifologiyaya görə, hər nə qədər
«Turan günahsız bir şahzadənin qanı bahasına xaraba qaldı»: — deyə göstərilirsə
də, bu kitabı anlaya bilən zövq sahibi bu talesizliyin Turana deyil, Siyavuşluğu
qövrə yamayan Əfrasiyablıqla Keykavusluğa aid olduğunu dərhal dərk edər.
Dostları ilə paylaş: |