mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına aid olan
müĢtərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd etdiyim
bolĢevik-menĢevik görüĢü üzərinə cərəyan edirdi. BolĢevik görüĢünü Koba, yəni
Stalin, menĢevik görüĢünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan
Andrey VıĢinski müdafiə edirdi.
O zaman azərbaycanca intiĢar edən çarlıq əleyhdarı milli müxalifət orqanı
“Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus
olmayan bir çoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və
qramer xətası da yapmamıĢ deyildim. Müzakirədə iĢtirak ilə təmsil etdiyim milli
müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran
bolĢevik görüĢünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı
menĢevik VıĢinski yapdığım yanlıĢlıqlara eyhamla:
-
YoldaĢ, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataĢdı). Koba isə dərhal:
-
Haydı, yoldaĢ VıĢinski, bir çıxıb türkcə, azərbaycanca danıĢ, baxaq kim
daha ədəbi danıĢır?.. - deyə ona qarĢı çıxdı.
Türkiyədə Gənc Türklər inqilabı
1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baĢ vermiĢdi. Hürriyyətsevən
dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və siyasi hərəkat
mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə Kobaya rast
gəldim.
- Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi.
“Bizim dərgi”dən məqsədi yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye
ĠĢçiləri Sindikasının orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazdım. “Qudok”
redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü
vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almıĢ imtiyaz sahibi və məsul
müdiri iĢçilərdən SaĢa Samartsev adında birisi idi. Bunun arxasında dərginin bir də
gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir
münəvvər daxildi. Heyət bir çəkməçi dükanının pərdə ilə ayrılan arxa tərəfində
toplanırdı. Türkiyədəki məĢrutiyyət inqilabı haqqında yazdığım məqaləni burada,
bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev
onu Ģiddətlə tənqid etdi:
- Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin
məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoĢ görmədiyimiz
bir Ģeyi nə deyə Türkiyədə xoĢ görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini
istədi.
Koba müdaxilə etdi:
- YoldaĢ yanılır, məsələni çox bəsitləĢdirirsən, - dedi. - Rusiya Ģəraiti ilə
Türkiyə Ģəraiti bir-birindən ayrıdır; bizdə bir reaksiyon deyə hesab olunan hadisə
Türkiyədə bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsi çox yerindədir, orada
yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır. Nəhayət, məqalə basıldı.
Bizim 200 rublə
Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və Qafqaziyanın hər
tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər fəaliyyət
halında idilər. Ümumi xeyir iĢləri və maarif yapan cəmiyyətlərlə bərabər gizli
fəaliyyətlərdə bulunan siyasi-ideoloji təĢkilatlardan baĢqa hökumət idarəsindəki
zəiflikdən istifadə edən bir çox soyğunçu dəstələri də fəaliyyətdə idilər. Müxtəlif
ideyalar namına möhtəkirlik yapan bu quldur dəstələri zənginləri təhdid edərək
para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə
böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xərraca bağlayırdılar.
Bakının məĢhur milyonerlərindən Musa Nağı bir aralıq tutulmuĢ, verdiyi böyük
miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuĢmuĢdu. Hali-fəaliyyətdə
bulunan bu quldur dəstələri arasında bolĢevik partiyası hesabına çalıĢan bir
dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin baĢında isə Erivan
meydanının qəhrəmanı (bu hadisə məĢhurdur) Ģəxsən Kobanın bulunduğu sonradan
öyrənilmiĢdi.
Sonraları, Ġstanbulda eĢitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili
olduğundan burada zikr edim:
Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini
verdikləri dolğunca maaĢ müqabilində Bakının “qoçu” deyə məĢhur olan
qoçaqlarına əmanət etmiĢdilər. O cümlədən məĢhur petrol Ģirkəti Nobel bu
məqsədlə H.M.-yev deyilən birisilə bağlaĢmıĢdı. Bu zat 1927-28-ci illərdə
emiqrant ikən Ġstanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında Ģayani-diqqət
bir hekayə danıĢmıĢdı:
BolĢevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan Ģöbəsinə
bir məktub gəlir. Məktub 50 000 rublənin müəyyən gün və saatda gələcək
yoldaĢlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i
çağırır və ondan təyin olunan saatda terroristlərlə qarĢılanmasını tələb edir. H.M.
bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaĢı ilə Koba (yəni
Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxıĢla H.M.-i süzən Koba ona ismi
ilə xitab edərək qandırıcı bir ifadə ilə:
- H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarĢı vuruĢan bir
iĢçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz iĢçilər bu zülmün altındayıqsa,
siz müsəlmanlar iki zülmün altındasınız. BaĢqasının xüsusi mənfəətini qorumaq
üçün bizə qarĢı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim
aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də
bunun içindədir.