Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

52

 №1 Fevral 2014

Burada kapitalizm sisteminin Qərb tarixindəki əsas insan haqları və azadlıqlarının 

gerçəkləşdirilməsindəki rolu və əhəmiyyətini ayrıca göstərmək lazımdır. 

Buxar maşınının ixtira edilməsi Avropada 18-ci əsrdə

5

 qlobal dünya sisteminə 



çevrilmiş  ictimai-iqtisadi  formasiyanın  bərqərar  olduğu  planetin  bu  hissəsində  necə 

mümkün  oldusa,  burjuaziyanın  feodalizmlə  bir  tərəfdən,  yüksəlməkdə  olan  işçi 

hərəkatları ilə digər tərəfdən mübarizəsinin nəticəsi olmuş insan haqları və azadlıqları 

da  məhz  Qərbdə  bərqərar  olmuş  kapitalist  münasibətlər  çərçivəsində  mümkün  ola 

bilərdi (Orta əsrlərin Qərbi “avrosentrist” insan haqları konsepsiyasına indiki Yaponiya, 

Arqentina və Türkiyədən daha yad idi).

Burada həlledici məqam odur ki, bir çox haqlar və azadlıqlar azad əmtəə sahibi 

olmadan inkişaf edə bilməyən – istər işçi qüvvəsi, istərsə də istehsal vasitələri sahibi 

olsun – kapitalist cəmiyyətinin tələblərinə adekvat olduqları qədərilə reallaşa bildilər. 

Bu zaman təbii hüquq haqqındakı təsəvvürlər kapitalizmin yaranmasından uzun zaman 

əvvəl  müzakirə  edilir  və  hazırlanırdı.  Bu  təsəvvürlər  Platon,  Aristotel,  stoiklərin 

əsərlərində  öz  əksini  tapırdı.  Hələ  III  əsrdə  romalı  hüquqşünas  Ulpian  qeyd  edirdi: 

“Mülki hüquq nöqteyi-nəzərindən qullar heç kimdirlər. Lakin təbii hüquqa əsasən bu 

belə deyil, çünki təbii hüquq nöqteyi-nəzərindən bütün insanlar bərabərdirlər”

6

.  


Ulpianın  sözlərindən  göründüyü  kimi,  bütün  insanların  təbiətcə  bərabər 

olmasının dərk edilməsi kapitalizmin ixtirası deyil, lakin haqlardakı abstrakt bərabərliyi 

reallaşdırmaq yalnız kapitalizm çərçivəsində mümkün oldu ki (söhbət hər kəsin qanun 

qarşısında bərabərliyindən gedir), bu da öz əksini 1787-ci il ABŞ Konstitusiyasında və 

Fransada 1789-cu il insan və vətəndaş haqları Deklarasiyasında tapdı. 

***


Ayrıca nəzərdən keçirilməyə layiq olan daha bir universal insan haqları əleyhinə 

deyilmiş  arqument  adətən  Çində  səsləndirilir.  Onun  məzmunu  belədir  ki,  Asiya 

ölkələrində  iqtisadi  inkişafın  və  sosial  sabitliyin  olmaması  şəraitində  inkişaf  etmiş 

ölkələrdə  olduğu  kimi  vətəndaş  və  siyasi  haqların  vurğulanması  yersizdir

7

.    Bu  o 



deməkdir ki, insanların bəsit ehtiyaclarının ödənmədiyi şəraitdə ilk sırada məhz iqtisadi 

inkişaf və buna bağlı olaraq xalqların kollektiv haqları dayanmalıdır. Şəxsi, siyasi və 

sair haqlar – zəngin ölkələrin təmin edə biləcəyi dəbdəbədir. Çox zaman əlavə olaraq 



53

deyilir  ki, insan haqları ölkənin suverenliyinə təzyiq göstərmək üçün səbəbə çevrilir 

ki, bunun arxasında qərb ölkələrinin iqtisadi maraqları dayanır.

Kapitalist dünya sisteminin mahiyyətini nəzərə alsaq, bu arqument məntiqdən  

məhrum deyil. Lakin insan haqları və azadlıqları və demokratiya konsepsiyası, ondan 

sui-istifadə  edildikdə  belə  mənasını  dəyişmir.  Mütərəqqi  tənqidin  hədəfi  sistem 

tərəfindən diskreditasiya edilən insan haqları və azadlıqları yox, bu diskreditasiyanın 

həqiqi səbəbləri – kapitalizm olmalıdır

8



Digər tərəfdən, humanizm nöqteyi-nəzərindən izah edilmə cəhdində müəyyən 



çətinliklər yaradan nümunələr də var. Məsələn, eskimosların mənəvi normalarını təsvir 

edən C. Reyçels yazırdı: “Bundan əlavə, eskimoslar insan həyatına daha az hörmət 

göstərirlər.  Məsələn,  körpələrin  qətli  –  adi  haldır.  Knud  Rasmussen  –  eskimosların 

ilk tədqiqatçılarından biri – doğulduqdan dərhal sonra öz 12 uşağından 10-nu öldürən 

qadın  haqqında  danışırdı.  Həm  də  məhv  edilməyə  ilk  namizədlər  qızlar  idi.  Bunlar 

valideynlərin şəxsi işləri idi və cəmiyyət tərəfindən müzakirə edilmirdi. Qocalar çox 



"Tanzaniyada hücümlardan qorunmaq üçün xüsusi internatlarda yaşayan albinoslar”


54

 №1 Fevral 2014

zəifləyəndə də həlak olmaları üçün onları qarda tərk edirdilər”

9



Bu  sətirlərin  müəllifi  bu  cür  davranışın  səbəbini  açıqlamır,  o  sadəcə  fərqləri, 



xüsusiyyətləri  göstərir.  Əslində  isə,  bu  cür  davranışın  əsasında,  Qrenladiyadakı 

sərt  iqlimdə məhdud  resurslar  səbəbindən  kollektivin, ondan  asılı  olan  uşaqların  və 

qocaların həyatını təmin etməkdə aciz olması dayanır və s. Bu halın “növbətçi” izahı da 

var ki, guya bu, eskimosların inancları və mənəviyyatı ilə şərtlənib, lakin mənəviyyat 

və batil inanclar bu halda birinci dərəcəli deyil, əksinə, mədəni və mənəvi normalar 

obyektiv  reallığı  əks  etdirərək  formalaşır,  bu  obyektiv  reallığa  münasibətdə  ikinci 

dərəcəlidirlər. 

Sözsüz ki, bu, insan haqları və azadlıqlarının tənqidi araşdırılmasında iqtisadi 

amillərin  nəzərə  alınması  zəruriliyini  vurğulayır,  lakin  öz  “legitimliyini”  hər  hansı 

bir  regionun  “mədəni  xüsusiyyətlərilə”  əlaqələndirməyə  meylli  olan  diktaturalar, 

avtoritar  rejimlər  və  ya  digər  mədəni  diskurslara  qarşı  diskriminasiyanı  təbliğ  edən 

konsepsiyalara haqq qazandıra bilməz, əgər həmin diskurslar anti-humanist fəsadlara 

səbəb olmursa.

***


İnsan  haqları  və  azadlıqlarının  məzmunu  heç  də  tam  və  mütləq  ideal  deyil. 

Dialektika  fərz  edir  ki,  istehsal  sferasındakı,  iqtisadiyyatdakı  mürəkkəbləşmə  və 

keyfiyyət dəyişiklikləri ilə hüquq sahəsində də keyfiyyət sıçrayışları baş verəcək. Bu 

kontekstdə kapitalizmin bir formasiya olaraq əhəmiyyəti odur ki, o, “...-dan azadlığın” 

reallaşması üçün şərait yaratdı, lakin “...üçün azadlığa” maneəyə çevrildi. Bu problemi 

kapitalist sistemi çərçivəsində həll etmək mümkün deyil, belə ki, bu cür problemlərin 

həlli fərqli iqtisadi və siyasi reallığın mövcudluğunu nəzərdə tutur. Lakin indiki zamanda 

hüquq  sahəsində  artıq  mövcud  olan  unversaliyaların  əhəmiyyətini,  onların  inkişaf 

dialektikasını öyrənərək və tənqidlə, həmçinin postmodernistlər, dini fundamentalistlər 

və s. tərəfindən tənqidi müqayisə ilə başa düşmək lazımdır. 

Nəticə etibarilə, biz insan haqları və azadlıqlarına aid bu və digər məsələlərə, 

həmçinin hüququn marksist nöqteyi-nəzərindən izahına qayıdacağıq, belə ki, bu format 



çərçivəsində cari problemin daha təfərrüatlı nəzərdən keçirilməsi mümkün deyil. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə