49
olduğunu anlaya bilərik. Başqa sözlə, təbiətin qanunları necə ki, biz azərbaycanlılar,
avropalılar üçün, eləcə də hindular üçün keçərlidir. Burada bir fakt diqqətəlayiqdir ki,
azərbaycanlılar üçün yağış çağırma mərasimi sadəcə antropoloqların verdiyi Amerika
xalqlarının mədəniyyəti haqqında məlumat deyil. Azərbaycanda keçən yüzilliyin
əvvəllərinə qədər yazın əvvəli keçirilən yağış çağırma praktikası mövcud olmuş və
hal- hazırda “Xıdır İlyas” mərasimi şəklində saxlanılmışdır.
Ənənənin mistik məzmunu itirilib və indiki zamanda ciddi qəbul edilmir, lakin
rəqs qorunub saxlanılıb. Bu qəbildən şeylər rumınlarda, beloruslarda, ukraynalılarda
və s. var. Bu məhz belə bir dəlilin təsdiqi deyilmi ki, bu və ya digər mədəniyyətin bu
cür “unikallıq” nümunələri tarixdən gəlir və müstəsna olaraq bu və ya digər etnosun
təbiətini əks etdirmir? Düşünürəm ki, bu belədir. Bundan əlavə, bu, həm də bəzi
relyativistlərin, bir mədəniyyətin normalarının digərinə şamil edilə bilməyəcəyini
iddia edən “genetik yanılma” haqqındakı dəlillərinin təkzib edilməsi üçün də uyğundur
(mədəniyyət norması kimi nəzərdən keçirilərək, məsələn, elmi biliklər də buraya aid
edilə bilər). Əgər müəyyən bir mədəniyyətin normaları tarixi amillərlə şərtlənibsə, o
zaman onlar bu mədəniyyət daşıyıcılarının “genetik təbiətinə” əsasən deyil, bu normaları
şərtləndirmiş obyektiv reallığın aktuallığına əsasən zəruri olacaqlar
3
. Obyektiv reallığın
interpretasiyasındakı yanılmalar yanılma olaraq qalmayacaqlar, hətta ona bu və ya digər
mədəniyyətin “unikallıq” statusu verildikdə belə.
Bundan başqa, universallıq prinsiplərinə qarşı gələrək, mədəniyyət və həyat
tərzinin müxtəlif formalarını bərabər səviyyədə nəzərdən keçirərək, relyativistlər
özləri bütün mədəniyyətlərin “fövqündə” dayanan universalist prinsip bərqərar edirlər.
Yəni, müxtəlif mədəniyyətlərin bütün etik dəyərlərinə şəksiz hörmət və onların sözsüz
şəkildə eyni dərəcədə dəyərə malik olmasının qəbul edilməsi mütləq və universal
prinsipə çevrilir.
Bu halda özlüyündə digər dəyərləri təkzib edən mədəni dəyərlərin necə
qiymətləndirilməsi müəmmalı olaraq qalır. Axı mədəni fərqlər və xüsusiyyətlər
yalnız yağış rəqslərində və ya sakuranın çiçək açmasının bayram edilməsində deyil.
Məsələn, Tanzaniyada zənci-albinosların ətinin müalicəvi olduğuna dair inanc geniş
yayılıb və “albinos ovu”nun 500 ildən çox tarixi var. Əgər biz əvvəlcədən bütün
50
№1 Fevral 2014
mədəni xüsusiyyətləri bərabər dəyərli hesab ediriksə, bu cür halları hansı meyarların
köməyi ilə nəzərdən keçirməliyik? Tanzaniyada cadugər-adamyeyənlərin “öz həqiqət
rejiminin” olduğu qəbul edilməlidir? Tanzaniyadan şimalda Sudan yerləşir ki, burada
qadınlara olan münasibət tanzaniyalı cadugərlərin albinoslara göstərdiyi münasibətdən
az fərqlənir
4
. Bu qəbildən hallara qarşı münasibət necə olmalıdır?
Görmək çətin deyil ki, mədəni fərqlərin qəbul edilmə və edilməzliyinin istənilən
meyarlarını yox edən mədəni relyativizmin bu forması şübhəli dəyərlərə, həmçinin
ən absurd və qeyri-insani dəyərlərə birbaşa və dolayı şəkildə haqq qazandırılmasına
xidmət edəcək. Bu cür dəyərlərin isə bu insanların “təbiətinin” nəticəsi olaraq qəbul
edilməsi irqçi meyllərə öncülük edir.
“Daşqalaq etməklə öldürmə cəzası zamanı daşlar ilk zərbələrdən öldürməsin deyə çox böyük olmamalı,
həmçinin o qədər kiçik olmamalıdır ki, onlara daş demək mümkün olmasın.” (İran islam cinayət məcəlləsi
Səh.119)
51
Aydındır ki, universal kateqoriya kimi, məhz insan haqları bir tərəfdən mədəni
fərqlərin qorunması və hörmət edilməsini təmin edən meyar olmalı (insan haqları
və azadlıqları konsepsiyasından avtomatik olaraq mədəni orijinallıq, vicdan və fikir
azadlığı və s. doğur), digər tərəfdən isə bu fərqlərin absurd dərəcəyə çatdırılmasına və
insanın bir dəyər olaraq gözardı edilməsinə imkan verməməlidir.
***
İnsan haqlarının birmənalı universal dəyər kimi qəbul edilməsinə qarşı
çıxaraq, relyativistlər öz mövqeləri lehinə belə arqumentlər gətirirlər ki, insan haqları
konsepsiyası dünyanın avrosentrist dünya görüşünü əks etdirir. Bu cür arqument
yalnız İsaak Nyuton tərəfindən kəşf edilmiş cazibə qanununun Avropa mədəniyyətinin
təzahürü olduğu iddiası qədər ədalətli ola bilər. Mövcud konsepsiyanın dəyəri qeyri-
avropa sivilizasiyasının mədəni xüsusiyyətlərinin inkar edilməsi deyil, məsələn,
insan iradəsinin azadlığının vurğulanmasıdır. Beləliklə, əgər mədəni xüsusiyyətlər bu
mədəniyyət çərçivəsində yaşayanların iradəsinin nəticəsidirsə, o zaman “avrosentrist”
insan haqları öz mədəni normalarına, adət və ənənələrinə riayət etmək üçün maneə
deyil. Başqa sözlə, o, fərdlərdən ənənəvi mədəni təcrübədən imtina etməyi tələb etmir.
Onlara sadəcə olaraq seçim imkanı verir: bu təcrübəyə tam şəkildə və ya qismən riayət
etməyə davam etmək, ya da ümumiyyətlə onlardan imtina etmək. Təbii ki, seçim doğma
mədəniyyət adətlərinin lehinə də ola bilər. Təcrübədə isə, universal insan haqları xeyrinə
çıxış edən bir sıra ölkələrdə problem insan haqlarının “qərb mənşəyi” deyil, siyasi
sistemi təhdid edən iradə azadlığıdır. İran və ya Çin kapitalist sistemi (baxmayaraq ki,
bəzən rəsmən bunu inkar edirlər), qərb texnologiyalarını və s. çox gözəl qəbul etdilər,
lakin şəxsi azadlıq təsəvvürlərinə əsaslanan insan haqları çox pis qarşılanır, guya onların
“öz həqiqət rejimləri” mövcuddur. Məsələn, iradə azadlığının (müasir mənasında) bu
cür inkar edilməsi Avropada “qaranlıq Orta əsrlər” ərzində də mövcud idi. Beləliklə,
müasir insan haqları və azadlıqları konsepsiyasının birbaşa xristian “sivilizasiya
matrisi”ndən qaynaqlandığını demək (bəzi müsəlman hüquqşünaslarının dediyi kimi)
düzgün deyil. Müasir zamandakı azadlıqlar yalnız 1789-cu il Böyük Fransız inqilabı
daxil olmaqla, bir sıra inqilablar nəticəsində dağıdılmış “Köhnə Nizamın” dağıntıları
üzərində mümkün oldu.