Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   17   18   19   20   21   22   23   24   25

68

 №1 Fevral 2014

yaşına kimi şəxslərə aerozol boyaların satışını qadağa etdi. Yeni qanun həmçinin bu 

cür boyaların satıcılarının balonları mağaza oğruları onları oğurlaya bilməsinlər deyə 

bağlı  yeşiklərdə  saxlamalarını  tələb  edirdi.  Bu  qanunları  pozanlara  hər  bir  konkret 

halda  350  ABŞ  dolları  cərimə  nəzərdə  tutulurdu.  Bu  qanunla  azərbaycanlı  rayter 

SOLO  da qarşılaşmışdı. Nyu-Yorkda yerləşən 5POİNTZ-ə gedib çıxan və orada öz 

parçasını çəkmək istəyən SOLO-ya 18 yaşı tamam olmadığına görə satıcı aerozol boya 

satmaqdan imtina etmişdi. SOLO-nun çoxsaylı cəhdlərinə baxmayaraq satıcı 1995-ci 

ildə qoyulan qanunu aşa bilməmişdi. SOLO əlbəttə ki, 5POİNTZ kimi yerdə çəkmək 

şansını buraxmazdı (bunu istənilən rayter istəməzdi). Həmin mağazadan çıxan və əlində 

aerozol balonu olan birisini görəndə SOLO qərarə gəlir ki, həmin adama xahiş etsin ki, 

Benksi “Graffiti is a crime” (“Qraffiti cinayətdir”) işarəsinin üstünə aerozol balonunu oğurlayan 

ingilis uşaqlarını çəkib



69

girib onun üçün boya alsın. Xahiş nəzərə alınmasa da, əlavə verilən 10 dollar SOLO-

nu  istədiyi  boyalara  qovuşdurur.  5POİNTZ-dəki  rayterlərin  icazəsilə  öz  parçasını 

divara çəkir. Sonradan SOLO xəbər tutur ki, satıcının ona boyaları satmadığını bilən 

5POİNTZ-in rayterləri həmin mağazanın divarlarını “bombardman” ediblər. Qraffiti 

əzəldən qeyri-qanuni olduğu üçün hər zaman qanun tərəfindən qadağa olunacaq, nə 

qədər kapitazlimin kommersiya əli ora daxil olsa da, onu əhliləşdirməyə çalışsa da, hər 

zaman və hər yerdə onun qanuniləşməsi qeyri-mümkündür. Məsələn, bu yaxınlarda 

5POİNTZ dövlət işçiləri tərəfindən bir gecəyə ağardıldı. 5POİNTZ elə bir yerdir ki, 

daha doğrusu idi, orada hər bir divar hətta əlçatmayan belə yerlər qraffiti ilə “bəzədilib”. 

Boş yerinə oranı Qraffiti-Məkkə adlandırmırdılar. Rayterlər üçün simvolik olaraq ora 

müqəddəs yer sayılırdı. Əgər qeyri-qanunilikdən danışırıqsa, o zaman bütün dünyada 

anonim rayter kimi tanınan BANKSY-dən (Benksi) söz açmamaq mümkün deyil.

Azərbaycanlı rayter SOLO Nyu-Yorkda “5POİNTZ”də. Rayterlər (soldan sağa): DANE2, SOLO, 

MERES-ONE, G-WIZ. © UAT



70

 №1 Fevral 2014

İngiltərəli adı naməlum olan küçə rəssamı Benksi siyasi və sosial mövzularla 

bağlı işləri ilə məşhurdur. “Banging Your Head Against A Brick Wall” adlı ilk kitabında 

Benksi  yazır  ki,  onu  məktəbdə  sanki  öz  dostunu  pilləkənlərdən  itələdiyinə  görə 

cəzalandırmışdılar, əslində isə bunu etməmişdi. Bundan sonra o nəticə çıxarır ki, müasir 

cəmiyyətdə bir halda ki, etmədiyin əməl üstündə hər necə olsa cəzalandırıla bilərsən 

qanunlara əməl etmək mənasızdır və elə bu da onu qadağa olunmuş incəsənət ilə məşğul 

olmağa vadar edib. Təqribən 2000-ci ildən etibarən Benksi trafaret vasitəsilə qraffiti 

çəkməyə başladı (Stencil-art): mövcud texnika rəsmləri daha tez bir zamanda çəkməyə 

və eyni zamanda polislərdən yayınmağa imkan verir. Benksi gərgin siyasi və sosial 

mövzulara toxunan yumoristik və provakasiyalı qraffiti üzrə ixtisaslaşmağa başlayır, 

kapitalizmə və ictimai konformizmə qarşı etirazını bildirir. Benksinin üsulu “Trafaret 

qraffitisinin atası” sayılan Blek Le Ratın rəssamlıq tərzinin “davamı” kimi də qəbul 

etmək olar. Əsl adı Xavier Prou olan rəssam öz ləqəbini “Blek le Roc” komiksindən 

götürüb. Sadəcə “Roc” sözünü “art” sözünə anaqram olaraq “Rat” (siçovul) kəlməsi 

ilə əvəz edib (Komiks 1770-ci illərdə Şimali Amerikada İngiltərə müstəmləkələrinin 

azadlıq  mübarizəsi  apararaq  Amerika  Birləşmiş  Ştatlarının  yaratması  mövzusudur. 

 “The mild, mild west” (“Yumşaq, yumşaq qərb”). Benksi “Wild” (“vəhşi”) kəlməsini “mild” 

(“yumşaq”) kəlməsi ilə əvəz edib.



71

Əsas  qəhrəmanlar  Polad  Blek  və  onun  dostları  Rodi  (Rody)  və  Professor  Okkultis 

(Occultis)  qırmızı  urbalılara  (ingilis  əsgərlərinə)  qarşı  dirəniş  nümayiş  etdirirlər). 

Məşhur siçovul rəsmlərini “şəhərdə yeganə azad heyvan” kimi təsvir edərək ilk dəfə 

Blek Le Rat 1981-ci ildə Parisdə çəkib. Eynilə Benksinin də iri həcmdə əlində boya 

fırçası olan siçovul rəsmləri var. Benksi siçovulları çəkməyi barədə deyirdi ki, “Mən 

düz  üç  il  siçovulları  çəkirdim,  sonra  kimsə  mənə  dedi:  “incəsənət”  sözünə  necə  də 

yaradıcı anaqramdır (ingiliscə rat və art). Yalandan özümü elə göstərdim ki, guya ömrüm 

boyu bunu bilirdim”. Onun 2001-ci ilə qədər Londonda və Bristolda yerinə yetirdiyi 

və  yaradıcılığının  təcəssümü  olan  ilk  işləri  Cokondanın  qumbaraatan  ilə  aviasiya 

bombasını  qucaqlayan  qızlar  və  əlindəki  “Molotov  kokteyli”ni  gül  dəstəsi  ilə  əvəz 

etdiyi etiraz edən adam rəsmləri olmuşdur. Həmçinin onun Tyananmen meydanında 

1989-cu  ildəki  hadisələr  zamanı  emal  edilmiş  “naməlum  qiyamçı”  ilə  olan  səhnəni 

təsvir edən “Golf sale” adlı işi də məşhurluq qazandı. Tank dəstəsini saxlayan adamın 

əlinə  reklam  tablosu-işarəsi  yerləşdirir  və  imzalayır:  “Biz  kapitalizm  yıxılmayana 

kimi  dünyamızı dəyişməkdən  ötrü  heç  nə  edə  bilməyəcəyik”.  Benksinin  ən  sevimli 

mövzusu  videoizləmə  sistemləri  (CCTV)  ilə  mübarizə  və  əsasən  qraffiti  vasitəsilə 

özünüifadə  azadlığı  tələbidir.  Böyük  Britaniyada  o,  bəzi  divarları  “Mövcud  divar 

qraffiti üçün nəzərdə tutulub. Böyük Britaniyanın şose agentliyi” trafareti ilə çəkdikdən 

sonra, divarlar dərhal çəkilməyə başlanılır. Bu və digər işləri Benksinin 2001-ci ildə 

özbaşına nəşr etdiyi ilk kitaba “Kərpic divara qarşı başınla vurmaq” (“Banging Your 

Head  Against  A  Brick  Wall”)  daxil  olublar.  2005-ci  ildə  İsrail  və  Fələstin  əraziləri 

arasındakı sərhəddə İsrail tərəfindən tikilən çoxmetrli beton səddə çoxlu sayda qraffiti 

çəkir.  Quantanamadakı  bazada  məhbusların  işgəncələri  ictimaiyyətə  açıqlanandan 

sonra Benksi çoxlu sayda qraffiti hazırlayır, 2007-ci ildə isə bu bazadan olan şişirdilmiş 

məhbus fiqurunu Kaliforniyadakı Disneylenddə quraşdırır.

Qraffitidən  başqa  Benksi  öz  bədii  aksiyaları  ilə  də  tanınır.  2003-cü  ildə  o, 

Londonda  iki  tonluq  başının  yerinə  yol  konusu  olan  heykəli  –  Oqyust  Rodenin 

“Mütəfəkkir”nin nüsxəsini – yerləşdirir. Bir il sonra kraliça II Elizavetın portreti vəfat 

etmiş şəhzadə Diananın portreti ilə əvəz olunmuş saxta 10 funtluq banknotlar partiyası 

hazırlayır. Həmçinin Benksi muzeylərə öz işlərini gətirib xəlvəti divara yapışdırırdı. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə