MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə91/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   87   88   89   90   91   92   93   94   ...   228

 

170


Nitratların yeraltı sulara daxil olması, ümumiyyətlə yeraltı suların çirklənməsi ciddi problem sayılır, belə ki, ye-

rüstü sulara nisbətən yeraltı suların hərəkəti olduqca zəifdir. Odur ki, hidrogeoloji formasiyaya daxil olan çirkli su 

orada uzun müddət qala bilər. 

Suyun minerallaşması  dedikdə onun tərkibində olan həll olmuş maddələr başa düşülür.  İnsan fəaliyyəti 

gücləndikdə  təbiətdə rast gəlinən ionların miqdarı iqlim şəraitindən asılı olaraq suda artır (xloridlər, sulfatlar, 

hidrokarbonatlar, kalsium, natrium, kalium). Xüsusən arid regionlarında çay hövzələrində suvarmanın inkişafı 

nəticəsində minerallaşmış sular və torpaq horizotlarından yuyulmuş bir çox maddələr yenidən çaya qayıdır, mə-

sələn, Sırdərya, Amurdərya və Kolorada çaylarının minerallaşma dərəcəsi 2-3 dəfə artıb, 2-3 q/l-ə çatmışdır. 

Dünyanın bir çox su obyektlərində ağır metallar və arsen suyun keyfiyyətində ciddi problem yaradır. Yer qabı-

ğında müəyyn edilmiş 100 kimyəvi elementdən nəzərə çarpacaq dərəcədə canlı maddələrin tərkibinə 22 daha 

yüngül element daxil olur. Sənayedə suyun tərkibinə, həmçinin orqanizmə yad olan çox vaxt zəhərli ağır metal-

lar (kadmium, qurğuşun, civə, sink, xrom, mis və s.) daxil olur. Bir çox kommunal təmizləyici qurğular da tərki-

binə ağır metallar olan sənaye çirkabları qəbul edir. 

Dağ – mədən sənayesi və əlvan metallurgiya bu tipdə çirklənmənin digər mənbəyi sayılır (xüsusən inkişaf 

etməkdə olan ölkələrdə).  

Hazırda istehsalatda və istifadə olunan 100000-ə qədər kimyəvi, əksəriyyət halda üzvi maddələr mövcud-

dur. Bu maddələrin kiçik qatılıqda ətraf mühitə düşməməsi praktiki olaraq mümkün deyil. Üzvi mikroçirkləndi-

ricilərlə suyun keyfiyyətinin pisləşməsi sintetik maddələr (əşya) və pestisidlər istehsalı, qara metallurgiya, nefta-

yırma, sellüloz-kağız və toxuculuq sənayesi sektorları, daş kömür çıxarma və b. sahələrlə əlaqədardır. 

Təbii sularda üzvi maddələrin qatılığı adətən 1 litrdə 1000 nanoqramm-dan az,  yəni milliyardın bir hissəsi qədər 

olur. Bu maddələrin suda olduqca kiçik qatılığının ölçülməsi yüksək, çox vaxt mümkün olmayan dəqiqlik tələb edir. 

Bununla belə kəskin zəhərli olan bu polyutantların ölçülməsi vacibdir. 1 qram polixlorlu bifenillər (PXB) (dioksin və 

b.), 1mln. küb m. suyu həyat üçün yararsız hala salır. Hamıya məlum olan DDT (dust) də bu qəbil çirkləndiricilərdən-

dir. PXB və DDT xlorüzvi birləşmələrə aiddir. Onlar ətraf mühitdə uzun müddət qalaraq, qida zəncirləri ilə ötürülür, 

onların bəzi həlqələrində toplanır, xüsusilə orqanizmin immunitet sistemini qırmaq (zəiflətmək) qabiliyyətinə malik-

dir. 

9.11. saylı cədvəldə müxtəlif kimyəvi qarışıqların insanın sağlamlığına təsiri verilir. Bu məlumatlar suya müxtəlif çirk-



ləndiricilərin məhdudluğunun mümkünlüyünü təyin etmək üçün xüsusi tədbirlərin hazırlanmasına əsas verir. Bura su mən-

bələrinin sanitar mühafizəsi də daxildir. 

Suyun keyfiyyət standartı onun istifadə məqsədindən asılı olaraq (içməli su, ev təsərrüfatı üçün işlədilən su, 

balıq təsərrüfatı, rekreasiya, suvarma, sənaye və s.) dəyişir. Təbiidir ki, içməli suya olan tələbat yüksəkdir. Bu 

baxımdan, balıq təsərrüfatına tələbat daha yüksəkdir, belə ki, içməli su mənbədən götürüldükdən sonra da emal 

etmək (təmizləmək) olar. 

İçməli suyun ilk keyfiyyət standartları ABŞ və Rusiyada təsdiq olunmuşdur. Bu standartlarda içməli suların 

keyfiyyət normaları verilir. QOST. 2874-82 «İçməli su» standartında suyun mikrobioloji tərkibinə, fiziki və 

kimyəvi xarakteristikasına olan tələbat müəyyən edilmişdir. Bu QOST-da kimyəvi maddələrin miqdarının müm-

kün həddinin  səviyyələri verilir. Məsələn, hidrogen göstəricisi (PH) – 6-9,0; dəmir (mq/l) – 0,3-ə qədər; ümumi 

codluq (mq. ekv/l) – 7,0-ə kimi; marqans (mq/l) – 0,7-ə qədər; mis (mq/l)-1-ə qədər; xloridlər (mq/l) –350-yə 

qədər; sink (mq/l)- 5,0-ə  qədər; alüminium (mq/l) –0,5-ə  qədər; berillium (mq/l) –0,0002; qurğuşun (mq/l) – 

003. 

İçməli suyun təmizlənməsi. Su kəməri stansiyalarında içməli su almaq üçün bir sıra proseslərdən istifadə 

olunur. Onlar aşağıdakılardan ibarətdir: 



1. Mikroələklərdən istifadə edərək yosunları və digər orqanizmləri kənarlaşdırmaq; 2. Durulducu hovuzlar-

da suyu kobud asılı maddələrdən təmizləmək və durultmaq; 3. Koaqulyasiya – suyun kimyəvi işlənməsi (emalı), 

adətən kükürd oksidi alüminiumla aparılır, onun təsiri nəticəsində asılı hissəciklər bərkiyərək bir-birinə yapışır 

və iri lopa (yumaq) şəklində çökür; 4. Sücgəcdən keçirmək – adətən kvars qumu layından keçirilir, bunun nəti-

cəsində asılı hissəciklər və mikrobların 70-80%- tutulur; 5.  Zərərsizləşdirmə (dezinfikasiya etmək): a) suyun 

xlorlanması – bəzən dixlorlanma da aparılaraq qalıq xloru və onun xoşagəlməz iyi kənarlaşdırıllır; b) ozanlaşdır-

maq;  v) Suyun ultrabənövşəyi  şualarla işlənməsi, 254-257 mmk uzunluqda dalğalı  işıq spektri bakteriyaları 

məhv edir. 

Rio-de-Janeyroda (iyun,1992) BMT-nın konfransında əhalinin keyfiyyətli içməli su ilə təmin olunması problemi 

bəşəriyyətin dayanaqlı inkişaf strategiyasında hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi strategiyasında qeyd edi-

lir ki, planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin suyun keyfiyyətindən asılıdır. 

 



 

171


Cədvəl 9.11   

Su və qeyri-infeksion xəstəliklər 

 

 

Suyun keyfiyyəti Sağlamlığa təsiri 



1.Tərkibində yüksək 

miqdarda xlorid və sulfat-

lar olan su 

Həzm sisteminin funksiyalarına mən-

fi təsir göstərir. Minerallaşma dərəcəsi 3 

q/l-ə  qədər olduqda hamiləliyin keçməsi-

nə, doğuma, dölə, yeni doğulan uşağa 

mənfi təsir göstərir, qinekoloji xəstəlikləri 

artırır.   

2.Kalsiumun yüksək 

miqdarı 


Böyrəklərdə  və sidik kisəsində daşın 

əmələ gəlməsinə səbəb olur. 



3.Zəif minerallaşmış 

sular (duzun miqdarı 50 

mq/l) 

Su-duz mübadiləsini, mədənin funk-



siyasını pisləşdirir.  

4.Bəzi mikroele-

mentlərin çatışmaması 

(ftor, yod) 

Ftorun defisitliyi və  həddindən artıq 

olması dişlərə mənfi təsir göstərir. Yodun 

defisitliyi endemik zob xəstəliyinə  səbəb 

olur.  

5.Suyun codluğu Mübəhisəli məsələ sayılır. Alimlərin çoxuna 

görə içməli su nə qədər yumşaq olarsa ürək-damar 

xəstəliklərinin ehtimalı artır.  

6.Konsentrasiyada 

(məhlulda) metalların yol 

verilən həddən artıq ol-

ması 


Orqanizmdə metalların toplanması 

artdıqca zəhərlilik effekti tədricən inkişaf 

edir. Qurğuşun orqanizmin əsəb və qan 

sisteminin xəstəliklərinə; kadmium, xrom-

böyrək xəstəlikləri; civə-mərkəzi əsəb sis-

temi, ifrazat və qan-damar sistemi; sink-

hərəkət orqanları(əzələ), mədənin fəaliy-

yətinin pozulması; arsen-böyrək, qara-ci-

yər, ağciyər, ürək-damar sistemi xəstəlik-

lərinə səbəb olur. 



7.Nitratların qatılığı-

nın artması 

Xüsusən uşaqlarda qan xəstəliyi 

(uşaq sianozu) əmələ  gətirir. Bu qanda 

oksigen keçirmə qabiliyyəti olmayan he-

moqlobin formasının (siethemoqlobin) 

peyda olması ilə əlaqədardır.  

 

 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə