Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 
61 
Təbiət geyindi sarı xəzanı,  
Buldlar səmadan qarlar ələdi.  
Yarpaqlar gözünün rəngini aldı.  
Bircə sən gəlmədin, bahar da gəldi.  
 
Bulaq şırıltısı soyuq günlərdən,  
Buz tutdu, günəşdən o da əridi..  
Hər şey qaydasında, təkcə biri yox,  
Bircə sən gəlmədin, bahar da gəldi.  
 
Gündüzlər işıqdı, sən gecədən qorx.  
Səni unudacam nə az nə də çox.  
Bəlkə də nə vaxtsa, amma, bu gün yox.  
Bahar da gələcək, sən də gələssən.  
 
 
Bizim  bu  şairdə  nələr  varmış,  mən  bil-
mirmişəm. Bu nə  vaxt eşqə  düşüb xəbərimiz 
olmuyub.  Yox  yadıma  düşdü.  Şəhərin  icra 
hakiminin qızını sevmişdi. Hə, qız da onu se-
virdi,  amma,  verdilər  başqasına.  Adı  nə  idi.. 
Hmm.. Məhsəti? Yox-yox. Hər nəysə.  
 
Nihad elə vərəqi mündəricata çevirmiş-
di  ki,  telefona  zəng  gəldi  və  dərhal  kəsildi. 


 
62 
Əlinə  aldı  telefonu  baxdı  ki,  bilinməyən 
nömrədi. Hərdən  olur belə zənglər deyib qa-
yıdırdı ki, təzədən zəng gəldi.  Xəttin  o birisi 
tərəfində:  
 
-Alo, salam.  
 
-Eşidirəm, salam.  
 
-Səadətdi?  
 
-Hə, Səadətdi.  
 
-Gülür.  Necə  zarafatkeşsiz.  Bəs  mənə 
dedilər bu Səadətin nömrəsidi.  
 
-Hə,  Səadət  evdə  yoxdu,  bacısı  Nərgiz-
di.  
 
-Yenə  gülür.  Səsinizdən  xoşum  gəldi. 
Neyləyək? Necə olsun?  
 
-Prodüsserim  olsan,  arxa-kömək  olsan, 
səhnəyə çıxaram.  
 
-Eee,  yaxşı  tanış  olmaq  üçün  zəng  elə-
mişəm. Olar?  
 
-Yox.  
 
-Niyə? Tanışın var?  
 
-Yox, evliyəm iki uşaqım var.  
 
-Başdan  de  da  səfeh,  konturum  qurtar-
dı. dut-dut-dut.  


 
63 
 
Nihad  başını  sağa-sola  yelləyib  yerinə 
tərəf  getdi.  Dünya  əhalisinin  50  %-i  heç 
telefonla 
danışmadığı  halda  bu  azəri 
qadınlarına 
həsəd 
aparıram. 
Statistik 
məlumatlara  görə  orta  hesabla  insanlar 
ömrünün iki ilini telefonla danışığa sərf  edir. 
Nihad  bunları  yada  saldıqdan  sonra,  yataq 
otağındakı  saata baxdı hələ saat 21: 00-dı. Bu 
dəfə  də  qapı  döyüldü.  Nihad  cəld  qapıya 
tərəf  qaçıb,  qapını  elə  tez  açdı  ki,  Nəriman 
müəllim qorxusundan geriyə dönüb qaçmaq 
istədi.  
 
-Bismillah, nə olub bala? Haran ağrıyır? 
Xəstəsən?  
 
-Nəriman  müəllim  siziydiniz,  bağışlayın 
məndə... Nə isə boş verin, buyurun keçin evə.  
 
-Yox  ay  bala,  gedirəm,  gəldim  kiranın 
pulunu alım.  
 
-Bu  dəqiqə  Nəriman  müəllim.  Qapıda 
durmayın  keçin  içəri,  öz  eviniz  kimi  (gülə-
rək).  Aha,  bu  da  sizə  aylıq  borcum.  Sayın, 
yoxlayın, düzdü?  
 
-Düz olar oğul. Gecən xeyrə. Sağol.  


 
64 
 
-Siz sağolun Nəriman müəllim. Gecəniz 
xeyrə.  
 
Nihad  evə  keçdi  camın  qarşısında  du-
rub Bakı gecəsini seyr etməyə başladı. Öz öz-
lüyündə Naxçıvanla müqayisə etməyə başla-
dı.  Bakı  gecələrində  ulduz  olmur.  Naxçıvan-
da  olur.  Bakıda  şəhərə  gecələr  çıxmağa  üs-
tünlük  verilir,  Naxçıvanda  gecələr  küçədə 
heç  kim  olmur.  Bir  az  müqayisə  apardıqdan 
sonra siqaret yandırıb damağına qoydu. Qısa 
bir  öksürəkdən  sonra  siqareti  çəkməyə  da-
vam  etdi. Və yenə ağlına Dənizi gətirdi. Bakı 
niyə  forslanırsan  sənin  Xəzərin  var,  mənim 
Dənizim.  İkisi  də  danışa  bilmir,  hələ  sənin 
Xəzərin bir az çirklidi, qaralıb. Mənim Dəni-
zim dumdurudu göz yaşı qədər. Daha gözəl-
di. Nihad siqareti kül qabına basıb yataq ota-
ğına  keçdi.  Yatağın  üstündəki  dəftəri  əlinə 
aldı. İçindəki  sözləri bir az oxuduqdan sonra 
bəlkə  də  mən  keçmişimi  tanımasam  yaxşı-
dır-dedi. Yerinə girdi və ardınca kəlmeyi -şə-
hadəti dedi, dualarını oxudu, yatdı.  
 
Səhər  qaranlıqla  savaşa-savaşa,  günəş 


 
65 
adlı  silahını  səmaya  ucaltdı.  Nihad  səhər  sa-
kitcə  oyandı,  pərdəni  bir  tərəfə  çəkdi,  divar-
dakı  saata  baxdı.  7:  10.  Siqaretini  mətbəxdə 
unutmuşdu. Onu aldı  və qayıdıb camın qar-
şısına  keçdi.  Abbas  qonşudan  bir  səs  yoxdu. 
Heç  Mahirə  qonşudanda.  Qəribədi.  Davasız 
bir  gün.  Özünə  bir  çimdik  götürdü  ki,  bəlkə 
yuxudadı.  Amma,  həqiqətən  elə  sakitçilikdi 
ki, evdə vızıladayan milçəyin də səsi  eşidilir-
di. Saat əqrəblərinin tıqqıltısı, blokdakı ayaq-
qabı səsləri. Nihad bir az başını qaşıyıb dedi:  
 
-Yəqin  bu  gün  evlilik  il  dönümləridir. 
Sonra öz dediyinə gülüb düşündü ki, indi çox 
az  ailə  evlilik  il  dönümünü  əzbər  bilir  və  ya 
qeyd edir. Heç doğum günlərini qeyd etmirlər. 
Əlavə  xərcdi.  “Onsuzda  insanın  özü  həyata 
əlavədi”. Allah
  sonunu xeyir  etsin deyib geyin-
di, çayını içdi və çıxdı. Pilləkənlərlə enməli idi, 
çünki,  işıqlar  sönmüşdü.  Qonşunun  qapısının 
yanından  keçəndə:  “Allah-  Allah”  deyib  endi. 
Bu  nə  səssizlikdi?  Fırtınadan  əvvəl  və  sonra 
səssizlik  olur  adətən.  Beynində  cavab  versiya-
larını fikirləşməyə başladı. Deməli, mən yatan-


 
66 
dan sonra bərk savaşıblar səhər Mahirə qonşu 
durub hersindən yemək hazırlamıyıb Abbasda 
onu  söyüb  çıxıb.  Ağlına  başqa  pis  şeylər  də 
gətirdi,  amma,  Allah  eləməsin  deyib  keçdi. 
Kəsdirmələrlə işə yolannan Nihad 20 dəqiqəyə 
yaxın  bir  vaxtda  dəqiq  desək  17  dəqiqəyə  işə 
çatdı.  Qapıda  növbətçi  duran  Talehlə  salam-
laşıb idarəyə keçdi. Bu yeni gələn oğlanı da heç 
gözü  tutmamışdı.  Çox  qorxulu  sifət  mimikası 
vardı. El diliylə desək: Üz-gözündən zəhrimar 
yağırdı.  Cavan  oğlan  olmasına  baxmayaraq, 
bu  yaşda  saçına  ağ  düşmüşdü.  Nihad  kostyu-
munu  çıxarıb  yeni  ütülədiyi  köynəklə  güzgü-
nün  önündə  durdu.  Saçlarını  daradı,  qaşlarını 
düzəltdi.  Naharın  gəlməsini  iplə  çəkirdi.  Çox 
tələsirdi.  İşləri  də  bir  kənara  atmış  və  ancaq 
Dəniz  haqda  düşünürdü.  Kompyuteri  açdı, 
ağlına yaxşı bir şey gəldi. Yazı yazmağa başla-
dı. Beş dəqiqəlik yazını printerdən çıxardıqdan 
sonra  onu  qatlayıb  kostyumunun  cibinə  qoy-
du. Bir az işlərlə məşğul oldu, qalxıb özünə bir 
çay süzdü. Çayı xoruldada-xoruldada elə içirdi 
ki, elə bil birinci dəfəydi çay içirdi. Sevincindən 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə