MƏNSUR ŞEİRLƏR
(Tərc. Mikayıl Rzaquluzadə)
Bağban
BAĞBAN
X i d m ə t k a r . Ey məlikəm, öz xidmətkarına lütf elə!
M ə l i k ə . Yığıncaq qurtarmış, bütün xidmətkarlar dağılıb getmişlər. Sən niyə belə gec
gəlibsən?
X i d m ə t k a r . Elə indi, sən hamını yola saldığın bir vaxtda mən macal tapmışam.
Gəlmişəm ki, axırıncı xidmətkarının payına nə qalmışsa, onu səndən diləyim.
M ə l i k ə . Belə bir vaxtda sən məndən nə uma bilərsən?
X i d m ə t k a r . Məni öz bağına bağban elə!
M ə l i k ə . Nə danışırsan, ey divanə?
X i d m ə t k a r . Mən əvvəlki peşəmdən əl çəkirəm. Qılınc və nizəni atıram, məni uzaq
ölkələrə göndərmə. Yeni qələbələr qazanmağı əmr etmə. Məni öz bağına bağban elə!
M ə l i k ə . Bəs sənin vəzifən nədən ibarət olacaq?
X i d m ə t k a r . Sənin asudə günlərinə xidmət etməkdən.
Sənin səhərlər gəzdiyin cığırın otlarının təravətini qoruyacağam, orda sənin hər addımını
ayaqların altında ölməyə can atan çiçəklərin pərəstişkar nəğmələri qarşılayacaqdır.
Mən səni saptaparna
1
ağaclarının budaqları arasında yelləncəkdə yelləndirəcəyəm; oradakı,
axşamlar doğan ay yarpaqların arasından sənin paltarının ətəklərini öpməyə an atacaqdır.
Mən sənin yatağın yanında yanan çırağı ətirli yağla dolduracağam, ayağının altına qoyduğun
xırdaca kətili sehrkar naxışlarla bəzəyəcəyəm, səndəl və zəfəranla boyayacağam.
M ə l i k ə . Bəs bunların əvəzində sən nə mükafat istəyirsən?
X i d m ə t k a r . İstəyirəm ki, incə lotos qönçələrinə bənzəyən xırdaca əllərinə toxunmağa,
biləklərinə çiçəklərdən bilərziklər taxmağa, ayaqlarının altına aşoka şirəsi yaxmağa
2
və təsadüfən ora
qonan tozları öpüşlərimlə təmizləməyə icazə verəsən.
M ə l i k ə . Arzun yerinə yetdi, ey xidmətkarım, sən mənim bağımın bağbanı olacaqsan.
1
Саптапарна – Щиндистанда битян аьаъ нювляриндян бири
2
Щиндистанда ярли гадынлар айагларынын алтына ашока аьаъынын ширясини вя йа щяна йахырлар.
* * *
«Ah, ey şair, axşam yaxınlaşır; saçların ağarır.
Tənha düşüncələrə dalarkən gələcək həyat elçisinin yaxınlaşdığını duyursanmı?»
«Elədir, artıq axşamdır, – dedi şair, – amma mənim qulağım səsdədir, çünki gec də olsa, məni
kəndə çağıran olar.
Gözləyirəm, birdən iki gənc sərgərdan könül rastlaşar, bəlkə, ehtirasla dolu iki cüt göz məndən
musiqi istər ki, onların sükutunu pozub, onların əvəzinə danışsın.
Mən həyat sahilində oturub ölümü və onu təqib edən şeyləri seyr etməyə dalsam, bəs onlar üçün
ehtiraslı nəğmələri kim qoşar?
İlk axşam ulduzu yox olur.
Dilsiz çayın o tayında dəfn tonqalı yavaş-yavaş sönür.
Ölən ayın işığında tənha qalmış evin həyətində çaqqallar ulaşır.
Mən qapımı bağlayıb, özümü ölüm kəməndindən xilas etməyə çalışsam, – gecə bir qərib bura
gəlib başını aşağı salaraq, gecəni oyaq qalmaq və zülmətin pıçıltısını dinləmək istəsə, – bəs həyat
sirlərini ona kim pıçıldar?
Qoy saçlarım ağarsın, nə olar...
Mən daim bu kəndin ən gəncləri qədər gənc, ən qocaları qədər qocayam.
Kiminin dodaqlarında sadə və mehriban bir təbəssüm, kiminin gözlərində hiylə parıltıları.
Kiminin gözlərindən gündüz işığında yaşlar rəvan, kiminin göz yaşları zülmətdə nahan olur.
Mən onların hamısına gərəyəm, – gələcək həyat barəsində düşünməyə mənim macalım yoxdur.
Mən hamı ilə yaşıdam, – saçlarım ağaranda nə olar?»
* * *
Səhər torumu dənizə atdım.
Dənizin qaranlıq dibindən əcaib şəkillərdə, əcaib gözəllikdə şeylər çıxartdım, – bəziləri təbəssüm
kimi işıq saçır, bəziləri göz yaşları kimi parlayır, bəziləri gəlin yanaqları kimi cilvələnirdi.
Mən evə qayıtdıqda, sevgilim bağçada oturub bikarçılıqdan çiçəyin ləçəklərini yolub tökürdü.
Bir an duruxdum, sonra dənizdən çıxardığım bütün şeyləri onun ayaqları altına səpdim.
O, mənə baxıb dedi:
– Nə qəribə şeylərdir! Bilmirəm bunlar nəyə gərəkdir.
Mən utanıb boynumu bükdüm və düşündüm: «Bunlar üçün mən vuruşmamışam, bunları
bazardan almamışam, deməli, bu hədiyyə ona gərək deyil».
Bütün gecə mən bunları küçəyə tulladım.
Səhər yolçular gəldilər; onları yığıb uzaq-uzaq yerlərə apardılar.
* * *
Əfsus, mənim evimi niyə bazara gedən yolun üstündə tikiblər?
Onlar öz yüklü qayıqlarını ağaclarımın kötüklərinə bağlayırlar.
Onlar gəlib-gedirlər, – özlərini kefləri istədiyi kimi aparırlar.
Mən oturub onlara baxıram; günlər bir-bir ötüb keçir.
Onları qovmağa gücüm çatmır. Günlərim belə ötüb gedir.
Gecəli-gündüzlü qapım ağzından onların ayaq səsləri gəlir.
Nahaq fəryad edirəm ki: «Mən sizi tanımıram!»
Bəziləri əl duyğuma tanışdır, bəziləri qulaq duyğuma; qanım, sanki, onları tanıyır: bəziləri də
röyalarıma tanışdır.
Mən onları qova bilmirəm. Çağırıb deyirəm: «Gəlin mənim evimə, kim istəyir gəlsin. Bəli,
gəlin!»
Səhər ibadətgahın zəngləri çalınır.
Onlar, əllərində səbət gəlirlər.
Ayaqları pəmbə-qırmızı; üzlərində şəfəqin ilk işıqları.
Onları qova bilmirəm mən. Çağırıb deyirəm:
«Gəlin bağçamdan gül dərin. Gəlin mənim yanıma».
Günorta sarayın darvazasında sinc guruldayır.
Bilmirəm onlar niyə öz işlərini atıb, bağçamın çəpəri önündə durublar.
Saçlarındakı çiçəklər saralıb solub; neylərinin səsi həzin...
Onları qova bilmirəm mən. Çağırıb deyirəm: «Ağaclarımın kölgəliyi sərindir: Gəlin, a dostlar!»
Gecə meşədə cırcıramalar cırıldayır.
Mənim qapıma belə ağır-ağır yaxınlaşan və onu yavaşca döyən kimdir?
Üzünü tutqun görürəm, amma heç bir səs eşitmirəm, səmanın sükutu hər yeri bürümüşdür.
Mən bu dinməz qonağımı qova bilmirəm. Toranlığın içindən onun üzünə baxıram, yuxu saatları
keçib gedir.
* * *
Dostları ilə paylaş: |