§ 88
Bilavasitə özünə bərabər olan heçlik də varlıq kimidir. Varlığın və yoxluğun həqiqəti onların ikisinin vəhdətindədir, bu
vəhdət yaranıĢdır (təĢəkkül tapmadır).
Qeyd. 1) "Varlıq və yoxluq eyni bir Ģeydir" müddəası təsəvvür və ya düĢüncəyə o qədər paradoksal görünür ki, onlar
bunu ciddi qəbul etmirlər. Gerçəkdən bu deyimdə təfəkkür öz üzərinə ən çətin iĢ götürür, çünki varlıq və yoxluq bir-
birinin əksidir və bu əkslik bilavasitə, xalis əkslikdir, yəni burada biz elə əksliklərlə qarĢılaĢırıq ki, bu əksliklərin heç
birində onların münasibətini bildirən tərif hələ yoxdur. Lakin öncəki paraqrafda göstərdiyimiz kimi, onlarda bu tərif
vardır və bu tərif onların hər ikisində eynidir. Varlıq və yoxluğun vəhdətinin deduksiyasi analitik olduğundan həm də
ümumiyyətlə fəlsəfənin bütün hərəkəti metodik, yəni zəruri hərəkət kimi artıq anlayıĢda olanın fərz edilməsidir. Ancaq
varlıq və yoxluğun eyni olması nə qədər doğrudursa, onların fərqli olması, birinin o biri demək olmaması da bir o qədər
doğrudur. Lakin buradakı fərq hələ müəyyənləĢmədiyindən, varlıq və yoxluq bilavasitəliklər olduğundan onların fərqi,
burada dillə ifadə edilməzdir, yalnız bir rəydir.
2) Varlığın və yoxluğun eyni olduğu fikrini gülməli etmək yaxud cürbəcür cəfəng fikirlər gətirib onları bu müddəadan
irəli gələn nəticələr kimi qələmə vermək elə böyük ağıl tələb etmir. Demək olar ki, məsələn, bu müddəaya görə mənim
evim, əmlakım, tənəffüs üçün hava, bu Ģəhər, günəĢ, hüquq, ruh, allah vardır və yoxdur, bunun heç bir fərqi yoxdur. Bu
cür misallarda bir tərəfdən, özəl məqsədlər, Ģeylərin mənim üçün faydalılığı gizlədilir və sual edilir ki, bu faydalı Ģeyin
varlığının və ya yoxluğunun mənə dəxli yoxdurmu. Doğrudan da fəlsəfə insanı sonsuz sayda sonlu məqsəd və
istəklərdən qurtarıb onlara biganə edən elə bir təlim olmalıdır ki, insan o cür Ģeylərin varlığına və ya yoxluğuna önəm
verməsin. Lakin ümumi bir məzmundan söz getdikdə – onun anlam daĢıdığı və öncədən ehtimal edildiyi baĢqa
varlıqlarla, məqsədlərlə və s. bağlantısı müəyyənləĢdirilir. Müəyyən bir məzmunun varlığının yaxud yoxluğunun eyni
bir Ģey olub olmaması məsələsi o cür ilkin Ģərtlərdən yaxud müqəddimələrdən asılı olaraq qoyulur. Varlıq və yoxluq
arasında boĢ, məzmunsuz fərq yerinə, beləliklə, məzmunlu bir fərq soxuĢdurulur. Digər tərəfdən də özlərinə mühüm
məqsədlər, mütləq varlıqlar və ideyalar götürüb onları varlığın yaxud qeyri-varlığın tərifinə daxil edirlər. Ancaq belə
konkret predmetlər, həm də mühüm və qeyri-mühüm olandan tamamilə fərqli bir Ģeylərdir; varlıq və yoxluq kimi kasıb
abstraksiyalar (onlar yalnız baĢlanğıcın tərifləri olduqları üçün daha yoxsul təriflərdir) o predmetlərin təbiətinə qətiyyən
adekvat deyillər; həqiqi məzmun həm bu abstraksiyaların, həm də onların(varlığın və yoxluğun)əksliyi çərçivəsindən
çoxdan çıxmıĢdır. Ümumiyyətlə nə vaxt ki, varlıq və yoxluq abstraksiyaları yerinə gizlicə hansısa bir konkret qoyulur,
onun üçün adi olan bir tale ilə qarĢılaĢır: onun aldığı təsəvvür və söylədiyi fikir sözü gedən predmetə aid olmur; burada
isə yalnız abstrakt varlıqdan və abstrakt yoxluqdan söz gedir.
3) Deyə bilərlər ki, varlığın və yoxluğun vəhdətini anlayıĢda dərk etmək olmaz. Ancaq biz bu vəhdəti öncəki
paraqrafda göstərmiĢik və bu vəhdət orada göstəriləndən baĢqa bir Ģey deyil; onun baĢa düĢülməsi də orada söylənilənin
mənimsənilməsindən ibarətdir. Ancaq baĢa düĢməyi, adətən həqiqi anlayıĢdan artıq bir Ģey hesab edirlər: elə dəyiĢik,
zəngin Ģüur, təsəvvür tələb edirlər ki, orada anlayıĢ daha konkret bir halında, təfəkkürün öz adəti praktikasında daha çox
tanıĢ olduğu halında verilmiĢ olsun. Madam ki, baĢa düĢməyin mümkünsüzlüyü bu halda yalnız abstrakt fikirləri heç bir
hissi qatıĢıq olmadan cəmləmək və spekulyativ fikri tutmaq vərdiĢinin olmamasıdırsa, onda bizə fəlsəfi bilik öz
xarakterinə görə adi həyatda vərdiĢ etdiyimiz və eləcə də baĢqa elmlərdə hökmran olan biliklərdən, Ģübhəsiz, fərqlənir
deməkdən baĢqa bir Ģey qalmır. Ancaq anlamamaq varlığın və yoxluğun vəhdətini təsəvvür etməyin mümkünsüzlüyünü
təsdiqdən ibarətdirsə, onda doğrudan da bu çox mənasızdır və hər bir kəsdə bu vəhdət barəsində sonsuz sayda təsəvvür
vardır; belə təsəvvürlərə malik olmayan bir kimsənin olduğunu təsdiq etmək yalnız o demək olardı ki, o insan bu
təsəvvürlərin hər hansı birində vəhdət anlayıĢını dərk edə bilmir və orada bu anlayıĢın nümunəsini görmür. Belə
nümunəyə misal əsasən yaranıĢ, qərarlaĢmadır. Hər bir adamda yaranıĢ haqqında təsəvvür var və bunu bir təsəvvür
sayır; sonra, hər kəs qəbul edir ki, əgər bu təsəvvürü analiz etsək, əmin olarıq ki, onda varlığın tərifi, eləcə də ona tam
əks olan yoxluğun tərifi vardır; sonra, bu iki tərif (varlıq və yoxluq – A. T.) eyni bir təsəvvürdə ayrılmazdır, belə ki
yaranıĢ, qərarlaĢma varlığın və yoxluğun vəhdətidir. BaĢqa bir misal baĢlanğıc ola bilər. ġey baĢlananda yaxud
baĢlanğıcda hələ mövcud deyil, ancaq bu baĢlanğıcda onun həm yoxluğu, həm də varlığı mövcuddur. BaĢlanğıc artıq
yaranıĢdır. Lakin baĢlanğıc deyəndə biz, yaranıĢdan baĢqa sonrakı hərəkəti nəzərdə tuturuq. Əgər elmin adi gediĢi ilə
uyğunlaĢmaq istəsək, məntiqi xalis fikri baĢlanğıc haqqında təsəvvürdən, deməli, baĢlanğıc kimi baĢlanğıc haqqında
təsəvvürdən baĢlamaq və bu təsəvvürü təhlil etmək olardı; bu təhlilin nəticəsi varlıq və yoxluğu onların qırılmaz
vəhdətində aĢkar etməkdən ibarət olardı.
4) Ancaq hələ o da qeyd edilməlidir ki, "varlıq və yoxluq eyni bir Ģeydir" ifadəsi yaxud "varlıq və yoxluğun vəhdəti"
də bu qəbildən olan digər vəhdətlər (subyektin və obyektin vəhdəti və i. a.) kimi haqlı etirazlar doğurur, ona görə ki,
burada vəhdət düzgün olmayaraq ön plana çəkilir, fərq isə nəzərdə tutulsa da (məsələn, bu ifadədə iki fərqli Ģeyin –
varlığın və yoxluğun vəhdəti nəzərdə tutulur) açıq-aydın deyilmir; belə görüntü yaradılır ki, bu ifadələrdə fərqdən
qanunsuz sərfnəzər edilir ki, o nəzərə alınmır. Doğrudan da spekulyativ tərif bu cür fikir biçimində düzgün ifadə oluna
bilməz; vəhdət mövcud və nəzərdə tutulan fərqdə eyni vaxtda dərk edilməlidir. YaranıĢ – varlığın və yoxluğun
yaranıĢının həqiqi ifadəsi bax budur, belə ki, yaranıĢ onların vəhdətidir; yaranıĢ təkcə varlığın və yoxluğun vəhdətindən
ibarət olmayıb, həm də özündə rahatsız bir vəhdətdir, özü ilə münasibət kimi yalnız hərəkətsiz olmayıb, bu vəhdətin
özündəki varlığın və yoxluğun fərqliliyi sayəsində özündə özünə qarĢı olan vəhdətdir. Mövcud varlıq isə əksinə, bu
vəhdətdən yaxud bu vəhdət biçimində yaranıĢdan ibarətdir; odur ki, mövcud varlıq birtərəfli və sonludur. Əkslik burada
sanki yox olmuĢdur, o bu vəhdətdə yalnız özündə mövcuddur, ancaq müəyyənləĢməmiĢdir.
5) Varlıq yoxluğa çevrilməkdən, yoxluq isə varlığa çevrilməkdən ibarətdir müddəasına, yaranıĢ haqqındakı müddəaya
qarĢı "Heç nədən heç nə yaranmır" yaxud "Nə isə bir Ģey hansısa baĢqa bir Ģeydən yaranır" müddəası – materiyanın
əbədiliyi haqqında müddəa, panteist müddəa irəli sürülür. Antik filosoflar "Nə isə bir Ģey hansısa baĢqa bir Ģeydən
yaranır" yaxud "Heç nədən heç nə yaranmır" müddəasının əslində yaranıĢı aradan qaldırdığını aydın görmüĢlər, çünki
yaranan və onu yaradan eynidir; burada yalnız eyniyyətin abstrakt əqli deyimi vardır. Amma "Heç nədən heç nə
yaranmır" və ya "Nə isə bir Ģey hansısa baĢqa bir Ģeydən yaranır" müddəalarının bizim zamanımızda da heç bir Ģərh
verilmədən iĢlədilməsi qəribə görünməlidir, həm də çoxları baĢa düĢmürlər ki, həmin müddəalar panteizmin özülündə
durur və bilmirlər ki, antik müdriklər o müddəalardan ətraflı nəticə çıxarmıĢlar.
Əlavə. YaranıĢ, qərarlaĢma birinci konkret fikirdir və deməli, birinci anlayıĢdır, varlıq və yoxluq isə əksinə, boĢ
abstraksiyalardır. Əgər biz varlıq anlayıĢı haqqında danıĢırıqsa, onda bu yalnız yaranıĢdan ibarət ola bilər, çünki yaranıĢ
varlıq kimi boĢ yoxluqdan, boĢ yoxluq kimi isə boĢ varlıqdan ibarətdir. Deməli, varlıqda biz yoxluğa, yoxluqda isə
varlığa malik oluruq. Lakin yoxluqda özündə olan bu varlıq yaranıĢdır. YaranıĢın bu vəhdətində biz fərqlilikləri gözdən
qaçırmamalıyıq, çünki fərqliliklərsiz biz yenə də abstrakt varlığa qayıtmıĢ olarıq. YaranıĢ yalnız varlığın öz həqiqətinə
uyğunluğudur.
Təfəkkürün varlığa əks olması fikri tez-tez səsləndirilir. Lakin ilk öncə soruĢulmalıdır ki, varlıq dedikdə burada nəyi
nəzərdə tuturlar. Əgər biz varlığı refleksiyanın müəyyən etdiyi kimi götürürüksə, onda onun haqqında yalnız deyə
bilərik ki, o, bütünlüklə özü ilə eyniyyətdən və təsdiqdən ibarətdir. Əgər sonra təfəkkürü gözdən keçirsək, onda onun
bütövlükdə özü ilə eyniyyətdən ibarət olduğu gözümüzdən qaça bilməz. Eyni bir tərif onların ikisinə də – varlığa və
təfəkkürə məxsusdur. Ancaq varlığın və təfəkkürün bu eyniyyətini konkret götürə bilmərik, deməli biz deməməliyik ki,
bir varlıq kimi daĢ düĢünən insanın eynidir. Konkret Ģey abstrakt tərifdən tamam baĢqadır. Varlıqda isə hər hansı
konkretliyin olmasından söz gedə bilməz, çünki varlıq tamamilə abstraktdır. Bu baxımdan özü özündə sonsuz konkret
olan allahın varlığı haqqında məsələ də maraqsızdır.
Birinci konkret tərif kimi yaranıĢ eyni zamanda fikrin birinci həqiqi tərifidir. Fəlsəfə tarixində məntiqi ideyanın bu
pilləsinə Heraklit sistemi uyğun gəlir. Hər Ģey axır deyərkən Heraklit bununla yaranıĢı bütün varlığın əsas tərifi elan
edir, eleatlar isə əksinə, yuxarıda qeyd etdiyimiz kimi, tək varlığı, hərəkətsiz, dəyiĢməz varlığı həqiqət kimi qəbul
etmiĢlər. Eleatların prinsipini nəzərdə tutaraq Heraklit davam edir: "Varlıq yoxluqdan baĢqa bir Ģey deyil". Bununla da
o, abstrakt varlığın mənfiliyini və onun yaranıĢdakı öncədən müəyyənləĢmiĢ eyniyyətinin abstrakt yoxluq qədər əsassız
olduğunu söyləyir. Bununla yanaĢı biz burada bir fəlsəfi sistemin baĢqa sistemlə təkzib olunmasının əsl nümunəsini
görürük; bu təkzib təkzib olunan fəlsəfi prinsipin dialektikasının və onun ideyanın daha yüksək konkret formasının ideal
momenti səviyyəsinə endirilməsini göstərir. Ancaq özündə və özü üçün götürülən yaranıĢ da hələ yenə də son dərəcə
yoxsul bir tərifdir və o özündə dərinləĢməli və məzmunla dolmalıdır. YaranıĢın özündə belə dərinləĢməsi məsələn
həyatdır. Həyat yaranıĢ, qərarlaĢmadır, ancaq onun anlayıĢı bununla tükənmir. YaranıĢ özünün daha yüksək formasında
qarĢımızda ruh qismində çıxıĢ edir. Ruh da yaranıĢdır, ancaq boĢ məntiqi yaranıĢdan daha intensiv, daha zəngin
Dostları ilə paylaş: |