maddələr deyilən maddələr (oksigen, karbon və s.) mövcud keyfiyyətlər kimi gözdən keçirilməlidir. Ruh səltənətində isə
əksinə, keyfiyyət yalnız nəyəsə tabe halda qarĢıya çıxır və ruhun müəyyən bir obrazı onunla tükənmir. Məsələn,
psixologiyanın predmeti olan subyektiv ruhu gözdən keçirərkən, doğrudur, biz deyə bilərik ki, xarakter deyilən özəllik
özünün məntiqi anlamına görə keyfiyyətdir, lakin bunu belə anlamaq lazım deyil ki, xarakter ruha tam nüfuz edərək
təbiətin bəsit maddələrində olduğu kimi onunla bilavasitə eyniyyətdə olan bilavasitə müəyyənlikdir, baĢqa sözlə,
xarakter subyektiv ruhun bilavasitə müəyyənliyi deyildir. Ruh qeyri-sərbəst, xəstə durumda olduqda keyfiyyət bir qədər
daha aĢkar özünü göstərir. Bu, ehtiras halında, özəlliklə də bu hal dəlilik səviyyəsinə çatdıqda baĢ verir. ġüur qısqanclıq,
qorxu və s. ilə tam dolduqda dəlilik barəsində demək olar ki, bu Ģüuru keyfiyyət kimi müəyyən etmək olar.
§ 91
Həqqiqi müəyyənlik kimi keyfiyyət onda olan və ondan fərqlənən inkarla müqayisədə reallıqdır. Ġnkar artıq abstrakt
yoxluq, heçlik olmayıb nə isə bir mövcud varlıq olub bu varlıqda yalnız formadır, özgəvarlıqdır. Bu özgəvarlıq
keyfiyyətin özəl tərifi olub ondan əsasən fərqlənsə də keyfiyyət baĢqası-üçün-varlıqdır; mövcud varlığın geniĢliyi, bir nə
isədir. Keyfiyyətin varlığı baĢqa keyfiyyətlə bu münasibətə əks olaraq özündə-varlıqdır.
Əlavə.
Hər bir müəyyənliyin özülü, Spinoza demiĢkən, inkardır. Fikirdən məhrum olan rəy müəyyən Ģeylərə yalnız
müsbət Ģeylər kimi baxır və onları varlıq forması halında qeyd edir. Lakin boĢ varlıqla iĢ bitmir, çünki o, artıq əmin
olduğumuz kimi, tamamilə boĢ və davamsızdır. Mövcud varlığın müəyyən varlıq kimi abstrakt varlıqla burada
göstərilən qarıĢığında nə isə bir həqiqət vardır, çünki mövcud varlıqda inkar momenti gerçəkdən yalnız gizlindir və bu
inkar momenti yalnız özü-üçün-varlıqda sərbəst olur və öz haqqını əldə edir. Sonra, əgər biz mövcud varlığı həqiqi
müəyyənlik kimi gözdən keçiririksə, onda biz bu mövcud varlıqda reallıq sözunun ifadə etdiyi Ģeyi tapırıq. Belə ki,
məsələn, müəyyən bir planın yaxud niyyətin reallığından danıĢırlar və bu söz altında o planın və ya niyyətin artıq yalnız
iç bir Ģey, subyektivlik olmyıb mövcud varlıq olduğu baĢa düĢülür. Bu anlamda, həmçinin, ruhu bədənin reallığı,
hüququ – azadlığın reallığı və ya ümumiyyətlə bütün Kainatı allah anlayıĢının reallığı adlandırmaq olar. Lakin reallıq
haqqında tez-tez baĢqa anlamda da danıĢırlar, yəni reallıq dedikdə bir Ģeyin özünü özünün mühüm tərifinə yaxud öz
anlayıĢına uyğun aparması baĢa düĢülür. Məsələn, deyirlər: bu – real məĢğulluqdur, yaxud bu –real insandır. Burada
bilavasitə dıĢarı mövcud varlıqdan deyil, mövcud olan nə isə bir Ģeyin öz anlayıĢına uyğunluğundan söz gedir. Ancaq bu
cür baĢa düĢülən reallıq artıq əsasən özü-üçün-varlıq kimi tanıĢ olacağımız ideallıqdan fərqlənmir.
§ 92
b) Müəyyənlikdən fərqli kimi, özündə-varlıq kimi qeyd olunan varlıq yalnız boĢ varlıq abstraksiyası olardı. Mövcud
varlıqda müəyyənlik və varlıq eynidir və bununla birlikdə inkar kimi müəyyənləĢmiĢ müəyyənlik sərhəddir, hüduddur.
Odur ki, özgəvarlıq mövcud varlıqdan kənarda əhəmiyyətsiz bir Ģey olmayıb onun özünün bir momentidir. Müəyyən bir
Ģey öz keyfiyyəti sayəsində birincisi, sonludur, ikincisi, dəyiĢkəndir, belə ki, sonluluq və dəyiĢkənlik onun varlığına
məxsusdur.
Əlavə. Ġnkar mövcud varlıqda onun varlığı ilə hələ bilavasitə eynidir və bu inkarı biz sərhəd adlandırırıq. Hər hansı bir
Ģey öz sərhəddində və onun sayəsində nədirsə odur. Deməli, sərhədə, hüduda mövcud varlığa yalnız dıĢarı bir Ģey kimi
baxmaq olmaz; əksinə, sərhəd mövcud varlığı bütövlüklə əhatə edir. Sərhədin mövcud varlığın yalnız bir tərifi kimi
anlaĢılması keyfiyyət hüdudu ilə kəmiyyət hüdudunun qarıĢdırılmasından irəli gəlir. Burada hələ yalnız keyfiyyət
hüdudundan söz gedir. Əgər biz, məsələn, üç morgen (9000 m2) torpaq sahəsini gözdən keçiririksə, bu onun kəmiyyət
hüdududur. Ancaq bu torpaq sahəsi həm də meĢə və ya göl deyil, çəmənlik ola bilər və bu torpaq sahəsinin keyfiyyət
hüdududur. Əgər insan həqiqi insan kimi mövcud olmaq istəyirsə, onda o özünü məhdudlaĢdırmalıdır. Sonludan
həddindən artıq iyrənən kəs heç bir gerçəklik əldə edə bilməyib abstrakt aləmdə qalar və izsiz-tozsuz özünü çürüdər.
Hüduda yaxından baxaraq biz onda ziddiyyət tapırıq, deməli, o, dialektikdir, yəni: hüdud, sərhəd bir tərəfdən mövcud
varlığın reallığıdır, digər tərəfdən də onun inkarıdır. Ancaq sərhəd müəyyən bir Ģeyin inkarı kimi ümumiyyətlə abstrakt