sürərək o fikri təsdiq edir. Əgər təfəkkür yalnız abstrakt eyniyyətdən ibarət olsaydı, onda ən gərəksiz və darıxdırıcı bir
Ģey sayılardı. Əlbəttə, anlayıĢ və sonra da ideya özü özü ilə eyniyyətdir; lakin onlar yalnız ona görə özü ilə eyniyyətdir
ki, onlarda həm də fərq vardır.
beta) Fərq
§ 116
Mahiyyət yalnız özündə özünə xalis eyniyyət və görüntüdür, çünki o özü ilə münasibətdə olan inkarlıqdır yaxud
özünün özünə inkar münasibətidir və deməli, özünü özündən özü ilə itələmədir; deməli, o özündə zəruri olaraq fərqi də
saxlayır.
Qeyd. Özgəvarlıq artıq burada keyfiyyət özgə varlığı, müəyyənliyi, sərhəddi olmayıb mahiyyətdəki özü özünə aid olan
inkardır, habelə münasibətdir, fərqdir, öncədən müəyyən olunmuĢ özgəvarlıqdır, vasitələnmədir.
Əlavə. Necə olur ki, eyniyyət fərqə gəlib çıxır sualı verilirsə, onda bu sualın əsasında bu fikir durur ki, eyniyyət
məzmunsuz eyniyyət kimi, abstrakt eyniyyət kimi müstəqil, heç nədən asılı olmayan bir Ģey olduğu kimi fərq də bir
baĢqa Ģeydir, eyniyyət kimi o da müstəqildir, asılı deyil. Lakin bu fikir qoyulmuĢ suala cavabı mümkünsüz edir, çünki
əgər eyniyyətə fərqdən ayrı bir Ģey kimi baxılırsa, onda təkcə yalnız fərq qalır. Bu səbəbdən də fərqə keçidi sübut etmək
olmur, belə ki, bu keçidin necə baĢ verdiyini soruĢanlar üçün bu keçidin çıxıĢ nöqtəsi yoxdur. Deməli, sual mənasızlaĢır
və sual verən öncə baĢqa sual, yəni o, eyniyyət dedikdə nəyi baĢa düĢür sualını qoymalı idi – onda görünərdi ki, o,
eyniyətlə heç bir fikri əlaqələndirmir və eyniyyət onun üçün ancaq boĢ sözdür. Sonra, gördüyümüz kimi, eyniyyət,
Ģübhəsiz, abstrakt, məzmunsuz bir Ģey olmayıb bir inkarlıqdır, varlığın və onun təriflərinin inkarıdır. Bu tərifində isə
eyniyyət həm də münasibətdir, yəni özü ilə inkarı münasibətdir yaxud özünü özündən fərqləndirmədir.
§ 117
Fərq 1) bilavaistə fərqdir, müxtəliflikdir və bu müxtəliflikdə fərqlənənlərdən hər biri nədirsə odur və onlardan biri
özünə münasibətdə dıĢarı olan digərinə biganədir. Fərqlənənlərin öz fərqliliyinə biganəliyi sayəsində bu fərqlilik
onlardan kənarda üçüncü bir müqayisə edəndə öncədən olur. Bu dıĢarı fərq – bağlantıda olanların eyniyyəti kimi –
onların oxĢarlığı, onların eyniyyətsizliyi kimi isə – oxĢar olmasıdır.
Qeyd. DüĢüncə bu təriflərin ayrılığını o dərəcəyə çatdırır ki, oxĢarlıq və oxĢarsızlığın substratı müqayisə üçün eyni olsa
da yenə də müqayisə onlarda bu substratın fərqli tərəflərini və bu substratın özünə fərqli baxıĢları görür; lakin özü üçün
götürülən oxĢarlıq yalnız əvvəlki tərif – eyniyyət, özü üçün götürülən oxĢarsızlıq isə fərqdir.
Müxtəlifliyi, təfavütü də qanuna çeviriblər. Bu qanun belə səslənir: "Hər Ģey fərqlidir" və ya: "Bir-birinin tam eyni
olan iki Ģey yoxdur". Burada "hər Ģeyə" birinci müddəada aid edilən eyniyyətin əksinə olaraq fərq predikatı aid edilir;
deməli, burada eyniyyət qanununa zidd olan qanun irəli sürülür. Bu ziddiyyəti aĢağıdakı deyimlə aradan qaldırmağa can
atmaq olar: fərq, müxtəliflik yalnız zahiri müqayisədən irəli gəldiyindən hər bir Ģey ancaq özünə bərabərdir və beləliklə
eyniyyət qanunu ikinci qanuna zidd deyil. Amma bu halda müxtəliflik də nə isə bir Ģeyə və ya hər Ģeyə məxsus deyil, bu
subyektin mühüm tərifini təĢkil etmir; beləliklə bu ikinci müddəa hətta deyilə bilməz. Digər tərəfdən, əgər nə isə bir Ģey
müddəaya görə fərqlidirsə, onda bu onun öz müəyyənliyi sayəsində belədir; amma bu halda burada artıq fərq yox,
müəyyən fərq nəzərdə tutulur. Leybnisin yuxarıda gətirilmiĢ müddəası məhz bu cürdür.
Əlavə. Bir haldakı empirik-əqli idrak eyniyyəti gözdən keçirməyə baĢlayır, əslində o artıq öz hüdudundan kənara çıxır
və qarĢısında eyniyyəti deyil,boĢ fərqlilik formasında fərqi görür. Biz təfəkkürün qanunu deyilən eyniyyət qanununa
uyğun olaraq dəniz dənizdir, hava havadır, ay aydır və i. a. deyərkən bu predmetləri bir-birinə biganə predmetlər sayırıq
və deməli, qarĢımızda eyniyyət deyil, fərq görürük. Ancaq biz Ģeyləri onların yalnız fərqlərində gözdən keçirməkdə
dayanmırıq, onları bir-birilə müqayisə edirik və bunun sayəsində oxĢarlıq və oxĢarsızlıq təriflərini alırıq. Sonlu elmlərin
iĢi önəmli dərəcədə bu təriflərin iĢlədilməsindən asılıdır və bizim zamanda elmi araĢdırmadan danıĢanda bunu əsasən
araĢdırılan predmetlərin müqayisəsi metodu kimi baĢa düĢürlər. Etiraf etməmək olmaz ki, bu yolla çox önəmli sonuclar
alınmıĢdır və bu baxımdan müqayisəli anatomiya və müqayisəli dilçilik sahələrində ən yeni dövrun böyük uğurları yada
salınmalıdır. Amma bu zaman biz müqayisəli metodun eyni uğurla idrakın bütün sahələrində tətbiq edilə bilməsini
düĢünməklə alimlərin çox uzağa getdiyini nəinki qeyd etməliyik, həm də özəlliklə qeyd etməliyik ki, təkcə müqayisə
elmi tələbatı tam ödəyə bilməz və bu metodla əldə edilmiĢ sonuclara əsl anlayıĢlı idrakın yalnız hazırlıq və zəruri
materialı kimi baxılmalıdır. Lakin bir halda ki, müqayisə zamanı iĢ üzdə olan fərqləri eyniyyətə çevirməkdən ibarətdir,
onda riyaziyyata bu məqsədin daha dolğun həyata keçirildiyi elm kimi baxılmalıdır (doğrudur, riyaziyyat buna məhz
ona görə nail olmuĢdur ki, kəmiyyət fərqləri tamamilə dıĢarı fərqlərdir). Belə ki, məsələn, həndəsə üçbucaqlını və
dördbucaqlını, keyfiyyətcə fərqlənən bu həndəsi fiqurları gözdən keçirərkən onların bu keyfiyyət fərqlərindən sərfnəzər
edir və onları kəmiyyətcə bir-birinə bərabər sayır. Nə empirik elmlərin, nə də fəlsəfənin riyaziyyatın bu üstünlüyünə
həsəd aparmamaları barəsində biz yuxarıda (
§ 99, əlavə) söz açmıĢıq və bu həm də boĢ idraki eyniyyət haqqında yuxarıda etdiyimiz qeydlə bağlıdır.
Deyirlər ki, Leybnis bir dəfə sarayda fərqlilik qanunundan danıĢarkən bağda gəziĢən saray zabitləri və qadınları iki
eyni, bir-birinə oxĢayan yarpaq axtarırlarmıĢ ki, filosofun söylədiyi təfəkkür qanununu təkzib etsinlər. Sözsüzdür ki, bu
hətta bizim zamanımızda da metafiziklərin sevimli məĢğuliyyət üsuludur. Lakin Leybnisin irəli sürdüyü qanunla bağlı
qeyd ediməlidir ki, fərq yalnız dıĢarı və biganə müxtəliflik kimi baĢa düĢülməməlidir, deməli, Ģeylərə özlüyündə fərqli
olmaq xasdır.69
§ 118
OxĢarlıq (die Gleichheit) yalnız bir-birinin eyni olmayan Ģeylərin eyniyyəti, oxĢarsızlıq isə oxĢar olmayan Ģeylərin
oxĢarsızlığıdır. Deməli, bu iki tərif bir-birinə biganə olan ayrı-ayrı tərəflərə və ya baxıĢlara bölünməyib biri o birində
parlayır. Odur ki, fərq refleksiyanın fərqidir və ya özündə fərqdir, müəyyən fərqdir.
Əlavə. BoĢ, məzmunsuz fərqliliklər bir-birinə biganə qaldığı halda, oxĢarlıq və oxĢarsızlıq, əksinə, daim bir-biri ilə
bağlı olan və biri o birisiz düĢünülə bilməyən qoĢa təriflərdir. BoĢ fərqlilikdən əksliklərə bu irəliləmə hərəkətilə biz artıq
adi Ģüurda qarĢılaĢırıq, çünki biz razılaĢırıq ki, müqayisə yalnız fərqlərin mövcudluğu ehtimal edildikdə önəmli olur və
əksinə, fərqləndirmə oxĢarlığın varlığı ehtimal edildikdə əhəmiyyət daĢıyır. Odur ki, hansısa bir fərqin göstərilməsi
vəzifəsi qarĢıya qoyulduqda biz bir-birindən bilavasitə və aydın görünən fərqləri olan predmetləri (məsələn, qələm və
dəvə) fərqləndirməyi böyük məharət saymırıq; digər tərəfdən, deyə bilərlər ki, yalnız yaxın predmetləri (məsələn, fıstığı
palıdla yaxud baĢ kilsəni kilsə ilə) bir-biri ilə müqayisə etməyi bacaran Ģəxs müqayisə apararkən böyük istedad
göstərmir. Deməli, biz eyniyyətdə fərqliliyi və fərqlilikdə eyniyyəti tələb edirik. Lakin empirik elmlər sahəsində tez-tez
elə olur ki, bu təriflərdən birinin hesabına o biri unudulur və ya bir tərəfli olaraq elmin vəzifəsini mövcud fərqlərin
eyniyyətə çevrilməsində ya da bu vəzifəni yenə də birtərəfli olaraq yeni fərqlərin tapılmasında görürlər. Buna baĢlıca
olaraq təbiətĢünaslıqda rast gəlirik. TəbiətĢünaslıqda yeni-yeni maddələrin, güclərin, cinslərin, növlərin və i. a.
tapılmasını və ya baĢqa istiqamətdə gedərək indiyədək sadə sayılan predmetin əslində qəliz olduğunun sübutunu baĢlıca
vəzifə sayırlar; yeni dövrün fizik və kimyaçıları yalnız dörd ünsürlə, o da ki, sadə olmayan ünsürlərlə kifayətlənən əski
insanlar haqqında riĢxəndlə danıĢırlar. Özləri isə yalnız eyniyyəti görürlər; buna uyğun olaraq da nəinki elektrik olayını
və kimyəvi xassəni zəruri eyniyyət kimi gözdən keçirirlər, hətta həzm və assimlyasiya kimi üzvi prosesləri yalnız
kimyəvi proseslər kimi götürürlər. Artıq öncə (
§ 103, əlavə) biz qeyd etmiĢik ki, ən yeni fəlsəfəni tez-tez (ələ salaraq) eyniyyət fəlsəfəsi adlandırırdılar, halbuki fəlsəfə
(və baĢlıca olaraq spekulyativ məntiq) fərqdən sərfnəzər edilən (abstraktlaĢdırılan) xalis fikri eyniyyətin
əhəmiyyətsizliyini göstərmiĢdir; doğrudur, spekulyativ məntiq bizdən qəti tələb edir ki, yalnız boĢ fərqlə
kifayətlənməyib bütün varlığın iç vəhdətini dərk edək.
Dostları ilə paylaş: |