Tədqiqat işlərinin fəlsəfəsi
28
dahi kəşflərinə imkan açmışdır. Mendeleyevə görə hipotez elmi–tədqiqatın
ə
sas elementi sayılır. O, faktların yığılması, təsviri, sistemləşdirilməsi və
öyrənilməsini; hadisənin baş verməsi üçün hipotezin yürüdülməsini; hipo-
tezdən doğan məntiqi nəticənin sınaqlarla yoxlanılmasını; hipotezin əsaslı
qanuna çevrilməsi və ya ondan imtinanı tələb edirdi [7, 8].
Qeyd edildiyi kimi hipotezin əsas sütunu ehtimaldır. Məhz onun
ə
trafında digər elementlər birləşərək biliklər sistemini yaradırlar. Elmi
problem nə qədər çətin həll olunandırsa, hipotezlərdə elmin sistem-
ləşdirilməsi səviyyəsi də bir o qədər yüksək olur. Bu sistemdə hipotez nə
qədər müsbət nəticə əldə edərsə, o, bir o qədər predmet ilə real hadisə ara-
sında əlaqəni dəqiq qiymətləndirməyə imkan verər. Hipotezin yürüdülməsi
və təsdiqi vahid proses daxilində bir–birindən asılı olmayan iki sərbəst
mərhələ sayılır. Müxtəlif hipotez və mərhələlərdə əqli işin bu və ya digər
forması başqa elementlərlə münasibətdə dominantlıq edə bilər. Hipotezin
yoxlanması yalnız ona daxil olan anlayışların hamısının empirik inter-
pretasiyası mövcud olduqda mümkündür.
Hipotezləri təsviredici, izahedici və proqnozedici olaraq üç növə
bölürlər. Təsviredici hipotez obyektin mövcud xarakteri, onunla ayrı–ayrı
elementlər arasında əlaqənin xarakteri haqqında ehtimaldır. İzahedici
hipotez səbəb–nəticə arasındakı asılılıq haqqında ehtimaldır. Proqnozedici
hipotez isə tədqiqat obyektinin inkişafındakı tendensiya və qanunauyğun-
luqlar haqqında ehtimaldır.
Hipotezlərin roluna Evklid həndəsəsinin yaranması misalında baxaq.
XIX əsrin ortalarında bir çox riyaziyyatçı alimlər Evklid həndəsəsinin
(Müstəvi həndəsəsi) əsasında duran aksiomları araşdırarkən Evklidin 5-ci
postulatının dəyişilməsinin mümkünsüzlüyünü göstərmişdilər [12]. Yəni
düz xətdən kənarda yerləşən nöqtədən ona yalnız paralel bir düz xətt
keçirmək olar. Bu hipotezin geniş araşdırılması sayəsində müsbət və mənfi
ə
yriliyə malik bir çox qeyri-standart həndəsələr yaranmışdır (Lobaçevski və
Riman həndəsləri). Bu yeni həndəsi elmlər fəza strukturlarının tədqiqində
tətbiq tapmış və hal–hazırda kosmologiya və fizikada geniş istifadə olunur.
Buradan görünür ki, Evklid hipotezi rədd edilə bilmədi, ancaq onun
ə
vəzində daha dəyərli elmi nəticələr əldə edildi. Sosial sahələrdə
hipotezlərin rolu böyükdü. Belə ki, ingilis iqtisadçı alimi Con Meynard
Tədqiqat işlərinin fəlsəfəsi
29
Keynsin (1883‒1946) araşdırmaları iqtisadiyyatdakı periodik neqativ
dəyişilmələri proqnoz etməyə imkan vermişdi. Nəticədə onun cəmiyyətə
təsirinin qarşısını almaq üçün preventiv tədbirlər görməyə imkanlar
yaranmışdır. Fransız alimi Leverye (1811‒1877) Merkuri planetinin trayek-
toriyasında olan anomaliyanı əsas götürərək onunla günəş arasında daha bir
planetin olması hipotezini irəli sürür. Uzun illər bu planetin axtarışı ilə
məşğul olan astronomlar hipotezin yanlış olması qərarına gəlirlər. Amma
axtarışların nəticəsində Neptun planeti kəşf edilir [13].
Nəzəriyyənin elmi–tədqiqatdakı rolu
Elmi nəzəriyyə kifayət qədər inkişaf etmiş biliklər sistemi olub, bu
sahədə vahid əsasda mövcud olan qanunların kəşfinə və irəli sürülən
hipotezlərin əsaslandırılmasına imkan verən hadisələr toplumunu təsvir və
izah edir. Elmi nəzəriyyə bu yolla yoxlanılmış biliklərin vahid sistemi
sayılır. Nəzəriyyəyə daxil olan müddəalar və nəticələr əsaslandırılır və
sübut edilir.
Elmi nəzəriyyənin əsas məqsədi əsaslı (ideal) obyektlərin, onların
xassələri və münasibətləri (qanunlar, prinsiplər) haqqında sübutların yara-
dılmasından ibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq
çoxlu sayda nəticə əldə etmək (quraşdırmaq, proqnoz etmək) mümkündür.
Ə
sas şərt ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıq-
ların köməyi ilə interpretasiya edildikdə o, real obyektin (təbii hadisələr,
praktiki və psixoloji proseslər və s.) xassələrini maksimal əks etdirsin.
Ayrıca hallarda nəticə nəzəriyyəni yoxlamayıb, onu dəqiqləşdirir və ya
genişləndirir.
Elmi nəzəriyyənin elementləri anlayış, kateqoriya, termin, mühakimə,
elmi müddəa, ideya, konsepsiya, qanun, qanunauyğunluq, elmi fənlər və
sairəni əhatə edir [14]. Əsas elementləri yaxından nəzərdən keçirək [15]:
Anlayış – predmetləri onların məlum əlamətləri şəklində dərk edilməsi
formasıdır.
Kateqoriya – predmet və hadisələrin daha çox ümumi xassələrini və
münasibətlərini ifadə edən ümumi, fundamental termindir.
Elmi termin – elmi anlayışın adıdır.
Mühakimə – nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir.
Tədqiqat işlərinin fəlsəfəsi
30
Müddəa – formulə olunmuş fikrin elmi sübutudur.
İ
deya – nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir.
Konsepsiya – elmi ideyaların birləşməsindən yaranan nəzəri baxışlar
sistemidir. Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi nəzər-
dən sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə
bağlıdır. Onlar problemin mənasının başa düşülməsinə yönəlir. Burada ob-
yektiv dərketməyə baxılmır.
Qanun – proseslər arasında obyektiv, daxili, vacib və davamlı əlaqəni
təsvir edir. Qanunlar elmi–tədqiqat işlərində açar rolunu oynayır və ilkin
olaraq təkliflər, hipotezlər şəklində irəli sürülür. Əldə olunan faktların,
sınaq materialların köməyi ilə qoyulan iddia „təmizlənir“, təkmilləşdirilir
və sonda qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv,
faktiki, təkrar olunan və dayanıqlı əlaqələri əks etdirir.
Qanun anlayışı fəlsəfi kateqoriya kimi digərlərindən gec qəbul
edilmişdir. Bu onunla izah olunur ki, qanun faktların atributu kimi, insan
fəaliyyətində hadisələri əks etdirən kateqoriyalardan sonra meydana
gəlmişdir.
Qanunauyğunluq – müəyyən məkan və zamanla bağlı olan hadisə və
proseslər arasında obyektiv və daimi mövcud olan, ancaq qanuna nisbətən
az stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər
sərt kəmiyyət göstəricilərinin köməyi ilə təsvir etmək mümkündür.
Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan
sistemlərə aid edilirlər.
Elmi prinsip – elmi nəzəriyyənin əsas elementlərindən biri olub, elmin
müəyyən sahəsində həqiqi faktlar massivinə aid olan birləşdirici, sintez-
edici və təşkiledici funksiya rolunu oynayır. Nəzəriyyənin obyektləri
arasında daimi mövcud olan əlaqələr haqqında bilik verən elmi qanunlardan
fərqli olaraq, elmi prinsip özlüyündə elmi nəzəriyyənin elementlərinə
qoyulan tələbatları müəyyənləşdirir (Qalileyin nisbilik prinsipi, Borun
natamamlıq prinsipi, Dalamber prinsipi, sadəlik prinsipi və s.).
Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur [15]:
1. Elmi nəzəriyyə təsvir olunan obyektə adekvat olmalıdır. Bu müəyyən
sərhədlərdə eksperimental tədqiqatın nəzəri biliklərlə əvəz olunmasına
imkan yaradır.
Dostları ilə paylaş: |