Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   33   34   35   36   37   38   39   40   41

 
101
Şahab məhəllə məscidi 
 
Şahab sözünün mənşəyi-“leysan yağmurunda göydən düşən adam”la əlaqələndirilir. XVIII əsrdə 
İslam dini bərqərar olduqdan sonra güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin-meteoritin 
(“Süddü nənə” adlanmışdır) tapılması  nəticəsində yaranmışdır (bax: ”Süddü nənə” piri məqaləsinə). 
Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam 
yandırmaq üçün qoyulmuş köşk qalmışdır. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz 
metr şimal-şərqindədir.  
Məhəllənin yaşlı adamlarının dediklərdən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi 
iki hektardan artıq olmuş, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalmışdır. Sonrakı 
illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilmişdir (mərhumə 
Dilarə Bəylər qızının söyləmələrindən).  
Şahab məhəllə  məscidinin  şərq və  qərb tərəfə açılan taxta qapıları olmuşdur. Bina dörd künc 
formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə 
üzləmə aparılmışdır.  
Məsciddə eyni vaxtda 80 nəfər ibadət edə bilərdi. Digər məhəllə məscidləri kimi bunun da tək 
minarəsi olmuşdur.  
Binanın hündürlüyü 6 metrdir. Məscidin mehrabla minbəri cənuba baxan divarda tikilmiş otağın 
(zalın) ortasından qara rəngli pərdə-arakəsmə asılmışdır.  
Şahab məhəllə  məscidi  şəhərdə  Kələntərli məscidi kimi tanınıb. Səbəbi bu idi ki, qonşuluqda 
yaşayan Məmmədkərim Kələntərli adlı xeyriyyəçi tərəfindən məscidə maddi himayədarlıq göstərilirdi.  
Otuzuncu illərdə  həmin məscidin axundu Mirzə Cabbar ağa (ona məşhədi Cabbar deyərdilər) 
olmuşdur. Həmin illərdə Naxçıvan qarnizonunun sərhəd  əsgərləri məscid binasını at tövləsi etmiş
sonradan isə sökərək kərpiclərini, qapı və pəncərələrini aparmışlar.  
Bütün bunları görən məhəllə sakinlərini başına toplayan Məmmədkərim kişi hökümət işlərinə 
qarışmış və NKVD tərəfindən həbs olunub Sibirə sürgün edilmişdir.  
Daha sonra Məmmədkərim Kələntərlinin mülküni müsadirə etməklə evinin əşyalarını talan 
etmişlər. Həmin mülkü Naxçıvan Səhiyyə Komissarlığının öhdəsinə verilmiş, burada uzun illər dəri-
zöhrəvi dispanseri ilə epidiamoloji stansiyası fəaliyyət göstərmişdir.  
Son illərdə Naxçıvan  şəhərindəki  Şəhid  İ. Məmmədov küçəsində abadılıq işləri nəticədə 
Naxçıvan xanının varislərindən olmuş  Məmmədkərim Kələntərlinin (Kəngərlinin) iki mərtəbəli mülki 
ilə bərabər məhəllə məscidinin xərabəlikləri sökülmüşdür.  
Çox yaxşı olardı ki, dövrünün xeyirxah insanı olmuş xeyriyyəçi, mömün-ziyalı M. Kələntərlinin 
yaşadığı evinin yerində gələcək nəsillərə xatirə kimi yazılı lövhə qoyulardı. . .  
“Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata 
qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.  Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan 
qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Quran, “Maidə” (5) s. a. 8.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
102
Əlixan məhəllə məscidi  
 
Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız 
cənub tərəfdəki xərabə divarı qalmışdır.  
Maraqlıdır ki, ”salamat qalan” divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri vardır.  
Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən 
tikilmişdir.  
Şimal tərəfdəki divarda iki tağlı taxta qapı,  şərq divarda iki pəncərə ilə bir tağlı qapı, qərb 
tərəfdəki divarda isə dörd pəncərələri olmuşdur.  
Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülmüş, divarlar saman-gillə 
suvanmışdır. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Binanın (otağın) içərisindən qara pərdə 
arakəsmə asılmışdır.  
“Məscidin həyətində” Bazar çayı axmaqla çeşmə (kəhriz) quyusu olmuşdur. Binanın minarəsi 
olmadığından müəəzzim taxta nərdivanla dama qalxıb əzan verərdi.  
İkinci Dünya savaşı ərəfəsində və əllinci illərədək məsciddə məhəllənin dindarları namaz qılıb, 
mərasimlər (təziyələr) keçirərdilər. Məscidin axundu Hacı (Molla) Talıb olmuşdur.  
Məhəllənin yaşlı nümayəndəsi mərhum Mirzəyev Kamil Bəylər oğlu (1917-2003) dediklərinə 
görə  həmin məscid binasını  məhəllənin xeyirxah insanı  Əlixan Kəngərli tərəfindən tikdirilmişdir. 
Mərhum Kərbəlayi Əlixan Kəngərlinin (1888-1935) iki mərtəbəli iqamətgahı indiki H. Cavid məqbərəsi 
ilə üz-üzə olmuşdur. Otuzuncu illərdə  Kərbəlayi  Əlixan kişi tutulmuş, 1918-20-ci illərdə erməni 
Andranikə qarşı  şəhər (məhəllə) könüllülərini silahlandırdığı üçün güllələnmişdir. Mərhumu Hacı 
Məhəmmədtağı Sidqinin (1854-1903) Naxçıvan qəbrstanlığındakı məzarı yaxınlığında dəfn etmişlər.  
1950-ci ildə ərazidəki “Nuhun qəbri” tarixi abidəsini buldozerlə sökəndə Kəngərli soyundan olan 
məzar yerləri də uçurulmuşdur. 
1918-21-ci illərdə erməni quldurbaşı Andranik Ozanyan silahlı  dəstəsi ilə  şəhəri mühasirədə 
saxlayanda təslim olmaq üçün ultimatum yazıb göndəmişdir.  Əlixan məhəllə  məscidi, həmin illərdə 
naxçıvanlı  vətənpərvərlərin düşmənə qarşı  hərbi qərərgahına çevrilmişdir. Andranikin göndərdiyi 
ultimatum kağızının arxasında Əlixan Kəngərlinin tövsiyəsi ilə Şirəli bəyin (qohumunun) oğlu Bəhruz 
Kəngərli tayqulaq ulaq şəkli çəkərək altında ermənicə Andranikin adını yazıb geri göndərmişlər. . .  
Naxçıvana köməyə  gələn Türk xilaskar ordusunun əsgərləri komandanı Kazım Qarabəkir Paşa 
sonradan həmin  əhvalatı öyrəndiyində gülüb şad olmuşdur. Nehrəmlilərlə  bərabər Naxçıvanın  Əlixan 
məhəlləsinin vətənpərvər döyüşçüləri Qarabəkir Paşa tərəfindən Ulduz və üzərində aypara şəkilli 
ordenlərlə mükafatlandırmışdır.  
Əlixan məhəllə  məscidində türk xilaskarının  şərəfinə qurbanlıq heyvanlar kəsilmiş,  əsgərlərə 
qayğı göstərilmişdir.  
1970-ci ildə məhəllə ərazisində söküntü işləri aparılarkən Əlixan məhəllə məscidi uçurulmuş və 
yerində güləş idman məktəbi binası tikilmişdir. Haliyyədə binada Naxçıvan MR Gənclər və  İdman 
Nazirliyinin inzibati idarəsi yerləşir.  
Çox yaxşı olardı ki, yeniyetmə gənclərimizi vətənpərvər tərbiyəsində böyütmək üçün 1918-21-ci 
illərdə ermənilərə qarşı mübarizəyə qalxmış naxçıvanlı  vətənpərvərlərin igidliyini göstərən  Əlixan 
məhəllə məscidindəki hərbi məsləhət qərərgahının fəaliyyətini əks etdirən yazılı lövhə qoyulardı.  
Bütün bunlar tariximizi bir daha yaşadar, Vətən yolunda şəhid olan vətəndaşlarımızın ruhuna 
ehtiram nümunəsi xatırladardı.  
“And olsun ki, biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq...” 
(Quran, “Qəmər” (54) s. a. 22.)  
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə