Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   33   34   35   36   37   38   39   40   41

 
99
“Ağatlı oğlan” piri 
 
Sədərək rayonu ərazisindəki Ucubiz dağının yamacında “Ağatlı oğlan” (Ağ oğlan) piri vardır. Pir 
yeri yaxın illərdə  sədərəkli xeyriyyəçi Yusif Qafar oğlu tərəfindən təmir-bərpa etdirilmişdir. Pirdəki 
tikilidə məzar üstü sərdabəni xatırladan bina vardır.  
“Ağatlı  oğlan” piri 1514-cü ilin 23 avqust tarixində tarixi Çaldıran düzündəki Səfəvi-Osmanlı 
türkləri arasında gedən müharibədən sonra yaranmışdır.  
Pirdəki məzar müharibə zamanı  şəhid olmuş  Səfəvi  şahı I İsmayılın oxşarı  Xızr Məhəmməd 
oğlununkudur.  
Çaldıran savaşlarında siyasət işlədən türk sultanı I Səlim Yavuz (1435-1520) əsir düşmüş Xızrı, 
səfəvi döyüşçülərini ruhdan salmaq niyyəti ilə onlara göstərmişdir. (Həmin döyüşlərdə  əsr düşənlər 
arasında kişi paltarı geymiş şah I İsmayılın arvadı da olmuşdur).  
Dünya savaş tarixində bir çox hökmüdarlar döyüşlərdə  qəfil ölümdən yaxa qurtarmaq üçün 
oxşarlarından istifadə etmişlər.  
Sultan I Səlim Yavuz döyüşlərdə qələbə çaldıqdan sonra şah I İsmayılın qılıncı bağlanmış yaqut 
daşla bəzədilmiş  kəmərini  şahın oxşarına verərək onunla son dəfə döyüşməsinə izin vermişdir. Ağ 
paltarda, ağ atda qılıncı  əlinə alan əsir son dəfə  əlindəki siyirilmiş  qılınca baxaraq demişdir;-“Qılınc 
həmən qılıncdır,  Şah  İsmayılındır, lakin onu tutan bilək isə  Xızrındır”. Bundan sonra qılıncı ürəyinə 
soxmaqla özünü şəhid etmişdir.  
Sədərək camaatı  Xızrı  əfsanəvi “ağ  oğlan” adlandıraraq  şiə müsəlmanlarının on ikinci imamı 
“müqəddəs Ruh” bilmişlər.  
Şəhid Xızrın cənazəsini yerli adamlar tərəfindən gətirilərək Ucubiz dağının yamacında dəfn 
etmişlər. Həmin dövrlərdən məzar yeri ziyarətgaha çevrilir. Ziyarətçilər tərəfindən Allaha qurbanlar 
kəsdirib ehsanlar verilir.  
Maraqlıdır ki, pirdəki məzar sahibinə hələ çox-çox əvvəllər yaşamış sədərəkli üləmalardan Hacı 
Mirzə Ələkbər, Hacı Mirzə Hüseyn, Şeyx Rza, Qaragöz Axund və başqaları möcüzəvi ziyarətgah kimi 
baxmışlar. 
“And olsun dan yerinə. And olsun on gecəyə. And olsun cütə və təkə. And olsun keçib getməkdə 
olan gecəyə. Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!” (Quran, “Fəcr” (89) s. a. 1-5.) 
“(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri 
ilə qoruyarlar. Hər hansı bir tayfa öz tövrünü (əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir 
pislik yetirmək istəsə, onun qisası heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də 
olmaz.” (Quran, “Rəd” (13) s. a. 11.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
100
ƏLAVƏLƏR 
 
H. Əliyevin Naxçıvandakı tunc büstü 
 
3500 illik tarixi olan Naxçıvan həmişə 
böyük şəxsiyyətlərlə fərqlənmişdir. 
H. Ə. Əliyev. 
 
 
XX  əsrin  əvvəllərində  çəkilmiş  rəsmlə foto şəkillərdən məlum olur ki, Naxçıvan  şəhərində iki 
böyük monumental tarixi abidə-Cümə məscidi və çatma-tağlı iki minarəli darvaza tikililəri olmuşdur ( Ə. 
Ə. Salamzadə “Arazboyu abidələr”. Bakı-1979, səh. 10)
XX  əsrin birinci yarsında Naxçıvana gəlmiş  şərqşünas N. M. Xanıkovun məlumatına  əsasən 
şəhər darvazasının üstündə divarda ərəbcə “memar Əcəmi Əbubəkr oğlu-1187” (miladi tarixi ilə) sözləri 
olmuşdur.  
1926-30-cu illərdə  şəhərdəki bir sıra “köhnə tikililər” həmçinin həmin darvaza rus əsgərləri 
tərəfindən sökülərək kərpicləri aparılmışdır.  
Naxçıvandakı Cümə  məscidi XII-XIII əsrlərdə Mömünə Xatun məqbərəsindən 80-100 metr 
(sajen) aralıda şimal-şərq tərəfdə tikilmişdir.  
Məscidin geniş həyətində “qırx pillə” deyilən kəhriz quyusu olmuşdur.  
Cümə  məscidi yararsız olduğundan rus əsgərləri tərəfindən sökülərək kərpicləri aparılmış  və 
Kəngərli məhəlləsində yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi kimi paylanmışdır. 1940-cı ildə 
həmin  ərazidə (məscid yerində) M. Ə. Sabirin kiçik büstü qoyulmuş,  ətrafında isə müəllimlərə 
(ziyalılara) istirahət parkı salınmışdır.  
1970-ci illərdə park sahəsi sökülərək yerində böyük sərgi binası (pavilyonu) ətrafında isə su 
hovuzları tikilmiş, “Əcəmi seyrangahı” adlı istirahət parkı olmuşdur.  
80-ci illərdə böyük memar Əcəmi  Əbubəkr oğlunun yubleyi ilə  əlaqədar burada dörd künc 
formalı darvaza (portal) tikilmişdir. Darvazanın yuxarısında tünd göy rəngli çaşılarla “Əcəmi 
seyrangahı” sözləri yazılmışdır.  
1986-cı ildə  həmin parkda yenidənqurma işləri aparılarkən sərgi pavilyonu ilə  ətrafındakı su 
hovuzları sökülmüş, yerində güllük salınmışdır. Keçmiş Cümə məscidi yerində iki dəfə Sosialist əməyi 
Qəhrəmanı adını almış, Azərbaycan KPMK-in birinci katibi H. Ə.  Əliyevin (1923-2003) vətənində 
(SSRİ Ali Sovetinin qərarı ilə) tunc büstü qoyulmuşdur (Abidənin müəllifi heykəltaraş Ö. Eldarovdur).  
2001-ci il tarixində  “Əcəmi seyrangahı” parkında  əsaslı yenidən qurma təmir-tikinti işləri 
aparılıb oradakı darvaza tikilisi sökülərək götürülmüşdür.  
Böyük  şarimiz Məmməd Araz demişkən - Əsl insan sağlığında Vətənin  əskəri, vətəndaşı olur, 
öləndən sonra isə daşlaşaraq qaya olub, onun keşikçisinə çevrilir. 
...Nər igidlər düşmən üstə gedən zaman, 
Babalar da daş qaldırıb, yer altından 
Qaya kimi dayaq olub, yumruq olub, ox olublar 
Qaya döşlü pəhləvanlar qayalıqda yox olublar 
Bu torpağın taleyində o da ele bir gün idi 
İgidlərin yaşaması daş olmaqla mümkün idi (İ. Hacıyev “Naxçıvan və Naxçıvanlılar” Bakı-2001, 
səh. 7). 
Haliyyədə Azərbaycan Respublikasının Ümummilli Lideri mərhum H. Ə. Əliyevin büstünü xalq 
nümayəndələri və qonaqlar bu müqəddəs yerə gəlib oranı ziyarət edir, büstün önünə gül-çiçək dəstələri 
qoyarlar. 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə