Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə25/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
77 
 
Məsnəvilər  baĢlıqlara  ayrılmıĢ,  ardıcıl  sıralanmıĢ  hissələri 
isə hər beĢ beytdən bir nömrələnmiĢdir: 5, 10, 15, 20 və qəzəllər, 
qəsidələr  də  hər  biri  beləcə  nömrələnmiĢdir.  Müxəmməs,  tərkib-
bənd, tərcibbəndlərin quruluĢu bəndlərlə bir növ bölgülü olduğun-
dan, yalnız bəndləri nömrələnmiĢdir. Hər qəzəl ayrıca səhifədə ya-
zılmıĢdır.  Tüyuq,  qitə  və  lüğəzlər  isə  özləri  ardıcıl  nömrələn-
miĢdir.    
Əlican  Qövsi  Təbrizi  görkəmli  Azərbaycan  Ģairi,  Səfəvilər 
dövründə inkiĢaf etmiĢ anadilli Ģeirimizin ən tanınmıĢ nümayəndə-
lərindən  biri  olmuĢdur.  Əlican  Qövsi  Təbrizinin  lirikası  həm  öz 
dövründə, həm də ölümündən keçən yüzilliklərdə ədəbiyyatĢünas-
lar  tərəfindən  yüksək  qiymətləndirilmiĢdir.  ġairin  “Divan”ını 
müxtəlif xəttatlar dəfələrlə köçürülmüĢdür.  
Qövsi “Divan”ının elmi-tənqidi mətni f.e.n. P.Kərimov tərə-
findən  nəĢrə  hazırlanmıĢ  və  2005-ci  ildə  iki  cilddə  çap  olunmuĢ-
dur. Kitabın birinci cildində Qövsi Təbrizinin həyatı,  yaradıcılığı, 
“Divan”ınin elmi-tənqidi mətninin hazırlanma xüsusiyyətləri haq-
qında məlumat verilmiĢdir. Daha sonra Qövsinin qəzəlləri təqdim 
olunmuĢdur. Ġkinci cild isə Qövsi “Divan”ının elmi-tənqidi mətni-
ni əhatə edir.  
Qövsi  “Divan”ının  elmi-tənqidi  mətni  tərtib  edilərkən  onun 
dörd əlyazma nüsxəsindən – Bakı, Tiflis, London, Ġstanbul nüsxə-
lərindən, həmçinin ayrı-ayrı mənbələrdəki Ģeirlərdən istifadə olun-
muĢdur. “Divan”ın Bakı nüsxəsi 918, Tiflis nüsxəsi 4200, London 
nüsxəsi  3382,  Ġstanbul  nüsxəsi  2767  beytdən  ibarətdir.  Bunların 
içində  daha  mükəmməl  hesab  edilən  və  tərtib  edilən  Qövsi 
“Divan”ının  əsasında  duran  Tiflis  nüsxəsində  448  qəzəl,  1  mü-
rəbbe, 1 müxəmməs, 1 müsəddəs, 3 tərcibənd, 2 tərkibbənd vardır.  
ġairin “Divan”ının elmi-tənqidi mətni tərtib edilərkən mətn-
Ģünaslıqda hakim olan belə bir fikir əsas götürülmüĢdür ki, yalnız 
tənqidi  nəĢr  klassik  Ģairin  yaradıcılıq  irsinin  öyrənilməsi  və  elmi 
təhlili üçün zəmin ola bilər və tənqidi mətn olmadan heç bir digər 
iĢ həyata keçirilə bilməz.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
78 
 
Qövsi  “Divan”ının  elmi-tənqidi  mətnini  əhatə  edən  ikinci 
cilddə  4146  beytdən  ibarət  orijinal  yazıda  (ərəb  əlifbası  ilə)  nəs-
təliq xətti ilə köçürülərək təqdim olunmuĢdur. Bunlar 513 qəzəl, 3 
tərcibənd, 1 tərkibbənd, 2  müxəmməs, 1 müsəddəs, 1 mürəbbeni 
əhatə edir.  
Beləliklə,  Qövsi  Təbrizinin  “Divan”ı  ilk  dəfə  olaraq  müm-
kün qədər tam Ģəkildə oxuculara təqdim olunmuĢdur. Qövsi əsər-
lərinin gələcəkdə əldə edilə biləcək yeni nüsxələri Ģeirin həyat və 
yaradıcılığı  barədə  daha  geniĢ  təsəvvür  əldə  etməyə  kömək  edə-
cəkdir.     
Xətai  Təbrizi  Azərbaycan  Ģeirinin  XV  əsrdəki  davamçıla-
rından biridir. O, Sultan Yaqubun adına “Yusif və Züleyxa” əsəri-
ni  qələmə  almıĢdır.  Bu  əsərin  neçənci  ildə  və  harada  yazılması 
məlum  deyildir.  “Yusif  və  Züleyxa”  məsnəvisinin  elmi-tənqidi  
f.e.n. Təyyar Əkbərov tərəfindən hazırlanmıĢ və 2004-cü ildə iĢıq 
üzü görmüĢdür. 
“Yusif  və  Züleyxa”nın  elmi-tənqidi  mətninin  hazırlanması 
zamanı  yeddi  nüsxədən  (hamısı  Bakı  nüsxələridir)  istifadə  olun-
muĢdur. Əlyazmaların demək olar ki, hamısı Azərbaycanın müxtə-
lif  bölgələrində  XVIII  və  XIX  əsrlərdə  köçürülmüĢdür.  Belə  əl-
yazmalar bilavasitə Azərbaycanla bağlı olduğundan, dilimizin  fo-
netik,  leksik  və  qrammatik  quruluĢunu  öyrənmək,  lüğət  fondu  ilə 
tanıĢ olmaq, bu gün üçün arxaikləĢmiĢ sözləri müəyyənləĢdirmək, 
xüsusilə  Azərbaycan  dilinin  əsrlər  boyu  inkiĢaf  tarixini  izləmək 
üçün son dərəcə böyük əhəmiyyətə malikdir.  
Elmi-tənqidi  mətnin  tərtibi  zamanı  aĢağıdakı  prinsiplərə 
əməl olunmuĢdur: 
1.
 
Ġstifadə  edilən  əlyazmalar  ərəb  əlifbasının  əbcəd  sırası  ilə 
iĢarələnmiĢdir; 
2.
 
Tərtib edilmiĢ mətndəki beytlər rəqəmlə nömrələnmiĢdir; 
3.
 
Sərlövhə  fərqi  meydana  çıxdıqda,  ulduz  və  rəqəmdən 
istifadə edilmiĢdir;    
4.
 
Söz, misra və beyt fərqi rəqəmlə göstərilmiĢdir. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
79 
 
XI əsr Ģairi Ġsanın “Mehri və Vəfa” adlı əsəri ana dilimizin 
inkiĢaf mərhələlərini öyrənmək baxımından böyük maraq doğurur. 
Əsərin  elmi-tənqidi  mətni  Aysel  ġərifova  tərəfindən  hazırlanaraq 
2005-ci ildə çap olunmuĢdur. “Mehri və Vəfa” məsnəvisinin elmi-
tənqidi  mətninin  tərtibində  istifadə  olunmuĢ  əlyazma  nüsxələri 
Ģərti olaraq aĢağıdakı ixtisarlarla iĢarələnmiĢdir: 

 
AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  Ġnstitutunda 
mühafizə  olunan  məsnəvinin    B  –  7768  Ģifrəli  əlyazması. 
ġərti olaraq “A” nüsxəsi; 

 
Əlyazmalar Ġnstitutunda mühafizə olunan məsnəvinin  B – 
5666  Ģifrəli  ikinci  əlyazma  nüsxəsi.  ġərti  olaraq  “B” 
nüsxəsi. 
Elmi-tənqidi  mətnin  çıxarıĢlarında  fərqləri  göstərmək  üçün 
aĢağıdakı iĢarələrdən istifadə edilmiĢdir: 
1.
 
Söz  və  ifadə  fərqləri  ardıcıl  olaraq  rəqəmlərlə  iĢarələn-
miĢdir; məs.: 1, 2, 3. 
2.
 
Əlyazma  nüsxələrində  müxtəlif  variantlarda  olan  misra, 
beyt, qitələr “ * ” iĢarəsi ilə göstərilərək, rum rəqəmləri ilə 
sıralanmıĢdır. Məsələn: I
*
 , II
*
, III

 və s.  
3.
 
Hər hansı bir əlyazmada olmayan misra, beyt və qitələr “ – 
“ iĢarəsi ilə göstərilərək, rum rəqəmləri ilə sıralanmıĢdır.  
Ġsanın  “Mehri  və  Vəfa”  məsnəvisinin  elmi-tənqidi  mətni 
ərəb əlifbası əsasında klassik üslubda tərtib edilmiĢdir. Məsəvinin 
tənqidi mətni tərtib edilərkən AMEA Məhəmməd Füzuli adına Əl-
yazmalar  Ġnstitutundakı  B  –  7768  Ģifrəli  əlyazma  əsas  götürül-
müĢdür. 
XIV əsrin tanınmıĢ  Ģair  və ədəbiyyatĢünaslarından olan  ġə-
rəfəddin  Həsən ibn  Məhəmməd  Rami Təbrizinin poetika sənəti-
nin  bədii  təsvir  və  ifadə  vasitələri  haqqındakı  3  nəzəriyyəsindən 
(vəzn, qafiyə və bədii fiqurlar) birinə həsr olunmuĢ “Həqayiq ül-
hədayiq”  (“Bağçalar  həqiqətləri”)  əsərinin  elmi-tənqidi  mətni 
2007-ci ildə Nizami Məhərrəmov tərəfindən çap olunmuĢdur.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə