Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
28
hansıların satıĢda mövcudluğu, hansıların nəĢrə hazırlandığı mə-
lum olmalıdır .
Mövzunun iĢlənməsi analiz edilərkən elmi əsərin spesifikası
nəzərə alınaraq, redaktənin nəzəriyyə və təcrübəsində tətbiq edilən
ümumi kriteriyalardan istifadə edilməlidir. Redaktor nəĢr üzərində
iĢləmək üçün materialının elmiliyini, həqiqiliyini, etibarlılığını,
inandırıcılığını, dolğunluğunu, əsərin strukturunu, onun quruluĢu-
nun məntiqini, dil-stilistik keyfiyyətlərini qiymətləndirməlidir.
Konkret elmi əsərin redaktə metoduna onun janr xüsusiyyətləri,
müasir elmin müxtəlif sahələrə ayrılması və s. təsir göstərir. Spe-
sifik xüsusiyyətləri baxımından əsərin müxtəlif elm sahələrinə gö-
rə redaktəsi fərqləndirilir: təbiət, ictimai, texniki.
Elmi əsərin məzmununun əsasını
faktlar təĢkil edir. Fakt sö-
zü latınca “edilmiĢ”, “baĢ vermiĢ” mənasını ifadə edir. Fakt mate-
rialına xüsusi adlar, tarixlər,
coğrafi adlar,
rəqəmlər, faktlar (görül-
müĢ iĢlər, baĢ vermiĢ hadisələr və s. haqqında məlumat), sitatlar
daxildir
32
. Elmi fakt obyektiv faktın insan beynindəki inikasıdır.
Elmi faktlar nəzəri mühakimələrin əsasını təĢkil edir. Faktlar təd-
qiqatın nəticələrini əsaslandırır, alınmıĢ nəticələrin elmi əhəmiy-
yətini və onun yeniliyini Ģərtləndirir. Faktlar analiz edilərkən nə-
zərə alınmalıdır ki, həqiqi elm gerçək, dəqiq faktların əsasında
mövcuddur və inkiĢaf edir. Redaktor nəticə və konsepsiyalar üçün
əsas götürülən faktların bunlara verilən metodoloj tələblərə nə də-
rəcədə uyğun olduğunu və müəllifin istifadə etdiyi hər cür faktla-
rın dəqiqliyini və dürüstlüyünü yoxlamalıdır
33
.
Redaktə zamanı elmi əsərin məzmun və forma vahidliyinin
həmahəngliyini təmin etmək üçün onun struktur analizi böyük
əhəmiyyət kəsb edir. Əsərin strukturu üzərində iĢ, onun mükəm-
məlləĢdirilməsi redaktə prosesində kifayət qədər vacib və məsuliy-
yətli iĢdir. Bu proses əsəri dərindən dərk etməyi tələb edir. Əsərin
32
Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. Bakı, 1981, s. 71.
33
Мильчин А. Методика редактирования текста. Москва, 1980, s. 169.