9
Fərman Kərimzadə ölməz əsərləriylə, böyük vətəndaşlıq
qüruruyla özünə əbədi heykəl qoyub getdi.
Sərvaz Hüseynoğlu,
Yazıçı, şair
Qırmızı ilğımın puç və əfsanə olduğunu yazıçı fəhmi ilə
çoxlarından əvvəl Fərman Kərimzadə duymuşdu. Yazıçı
“Qarlı aşırım” romanı ilə aldanmış insan selini dayandırıb
bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o üzündəki
həqiqəti göstərirdi…
Təranə Vahid,
Yazıçı
Roman və hekayə ustası kimi tanınan Fərman Kərimzadənin
bir neçə kitabı işıq üzü görmüşdür. Həmin kitabların icmalının
keçirilməsi də
oxucularda maraq doğurar. İcmalın
keçirilməsinə kitabxanaçı əvvəlcədən yaxşı hazırlaşmalıdır. Bu
məqsədlə kitabxanada Fərman Kərimzadənin kitablarının
sərgisi təşkil olunur. Kitabxanaçı oxuculara kitab icmalının nə
vaxt keçiriləcəyi haqda məlumat verir. Təyin olunmuş gündə
yazıçının qələmə aldığı kitabların icmalı keçirilir. Əvvəlcə
Fərman Kərimzadənin həyat və yaradıcılığı haqqında oxuculara
məlumat verilir.
Kitabxanaçı: - Ədəbiyyatımızda tarixi roman janrının ən
qüdrətli yaradıcılarından biri, hekayə ustası, dramaturq,
publisist və yüksək ziyalı anlayışını ömrü boyu şərəflə daşıyan
Fərman Kərimzadə zəngin və mürəkkəb bir həyat yolu keçmiş,
gördüklərini, yaşadıqlarını, düşündüklərini parlaq bədii
boyalarla əks etdirmiş və mədəniyyətimiz tarixində qiymətli irs
qoyub getmişdir.
10
Fərman Kərimzadənin 1958-ci ildə qələmə aldığı "41
nömrəli ayaqqabı" hekayəsi ilk təcrübə olsa da, müharibənin
fəlakət dolu nəticələrini təsirli bir dillə oxucuya çatdırır. "Son
eksponat", "Toy toğlusu" hekayələri də müharibənin ağrı-
acılarından bəhs edir. "Son eksponat"da ana qəhrəmanlıqla
həlak olmuş oğlunun muzeydəki köynəyini - öz əli ilə
toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-
deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə
düşməsi ilə əlaqələndirir. F.Kərimzadə hadisələrin məntiqini
tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə
əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə
mövzusunda yazdığı hekayələrlə yanaşı, "Ölülər yalan
danışmır", "Mis qazan", "Talada", "Ümid", "Xınalıq" və
başqa hekayələrində, "Xallı maral", "Toy dəvətnaməsi"
povestlərində də güclü və qabarıqdır. Povestlər işıqlı idealları
təbliğ edir, xalq malını dağıdanları, israfçıları, əliəyriləri,
tüfeyli və kübar yaşayış tərzini ifşa edir.
"Xallı maral" povestinin qəhrəmanı Zəkəriyyə harın
zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir
kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, "təbiət
bu maralları o cür canavarlardan daha yaxşı qoruyar",-deyə
onları təbiətin qoynuna qovur.
"Toy dəvətnaməsi" povesti də ibrətamiz sonluqla bitir:
zavoddan oğurladığı bir maşın spirti sata bilməyib qamışlı
gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin
qurbanı olur.
Ümumiyyətlə, yazıçının hekayə və povestləri maraqlı,
yaddaqalandır. Lakin Fərman Kərimzadə imzası daha çox tarixi
romanlar müəllifi kimi məşhurdur. 1967-ci ildə çap olunmuş
"Qarlı aşırım" onun bir nasir kimi yetişdiyini sübut etdi.
F.Kərimzadə "Qarlı aşırım"da 30-cu illərin ziddiyyətlərini,
11
kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki nəsr
ustalarını təkrar etmədən, tamamilə yeni ruhda əks etdirdi. 30-
cu illərə 60-cı illərin və altmışıncıların gözü ilə baxış,
hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara
sevdirdi. F.Kərimzadə “Qarlı aşırım”la Azərbaycan tarixi
romanında yeni bir səhifə açdı, çox tezliklə yetmişinci illərin
sayılan yazıçılarından birinə çevrildi və həmin roman əsasında
film də çəkildi. O,“Qarlı aşırım”la, İsmayıl Şıxlının “Dəli Kür”
romanı kimi, Azərbaycan ədəbiyyatında yeni bir hadisənin
əsasını qoydu. Hər iki yazıçımız qəhrəmanlarını təkcə sinfi-
siyasi ədəbi platformadan deyil, həm də bir insan kimi, yaxşı
və naqis cəhətləri ilə vəhdətdə təsvir etdilər. Bəli, onlar bu
yolu, həyatı və insanları sinfi mənsubiyyətindən asılı
olmayaraq, həm də bütün insani keyfiyyətlərilə təsvir etdilər.
“
Qarlı aşırım” romanında da hadisələr keçən əsrin
iyirminci-otuzuncu illərində cərəyan edir. Burada da sinfi
mübarizədən söhbət gedir. Amma müəllif sinfi toqquşmaların
təsvirindən daha çox, bu konfliktdə, bu toqquşmada iştirak
edənlərin daxili dünyasına enir.
Əsərdə Kərbəlayı İsmayıl quruluşla barışmır və onun
məntiqi də tutarlıdır: ”Mənə dəyən kimə dəysəydi, indiyə qədər
on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını
da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün
nədir? Kişiliyə sözün nədir? Axı birdən-birə hər şeyi adamın
əlindən almazlar”.
Onun dostu, bolşevik mövqeyini qəbul edən Abbasqulu bəy
də öz inadında haqlıdır. Çünki o, nahaq qan tökməyin, qırğının
əleyhinədir. Beləliklə, iki dünyagörüşü üz-üzə gəlir.
“Qarlı aşırım” xarakterlər romanıdır. Fərman Kərimzadə
obrazların adi hərəkətlərini ustalıqla təsvir etməklə yanaşı,
onların daxili aləmi də əks etdirir. Romanda təsirli səhnələr
çoxdur. Kərbəlayı İsmayılla Abbasqulu bəyin görüşü, yaxud
Qəmlonun qəddarlığını üzə çıxaran səhnələr romanı oxuyan