48
deyildir. Onlar müxtəlif istiqamətlər üzrə emal edilən bacarıqlardır. Və
biz məhz zehnimizlə bu və ya digər istiqaməti tutub gedirik.
Elə isə alimlərin islamlaşdırılması prosesindən qabaq və bu
proses zamanı eyni məqsədlə ortaya atılmış metodologiyaya əsaslanmaq
məntiqidir. Bu metodologiya vasitəsilə alimləri elm və bilik istehsalı üzrə
təlimləndirmək olar. Bu zaman bilik elə bir çərçivədə hasil edilməlidir ki,
həmin çərçivə müxtəlif metodlar baxımından islamın prinsip və
məqsədləri ilə səsləşsin. Müxtəlif metodlar dedikdə burada söhbət
təsdiq, professional rasional yanaşma, bilikləri ifadəetmə, onları nisbi və
mütləq və ya varlıq aləmi və vəhy meyarları əsasında formalaşdırma,
bəşəriyyətin xidmətinə vermə metodları nəzərdə tutulur.
İkinci münasibət formasına gəlincə, bu, professor Məhəmməd
Səid Ramazan əl‐Butinin mövqeyidir
1
. Alim metodologiyanın zəruriliyi
və metodoloji təfəkkürün mühümlüyü fikri ilə razılaşır və bildirir ki,
bilik yolu ilə addımlama və insan təfəkkürünü qidalandırma
mərhələlərinin müəyyən tərtibata ehtiyacı vardır. Bu da öz növbəsində
“bilik metodu” adlandırılan müəyyən nizamlılığa riayətkarlığı zəruri
edir. Ramazan əl‐Buti hesab edir ki, metodologiya problemi müasir
islam düşüncəsinin problemi deyildir. Çünki mütəfəkkirə görə, metod
sabit mahiyyət olub yaradıcı fəaliyyət hesab olunmur. Biliyə və kəşfə
tabe olan sabit xarici aləmə malik həqiqət onun mütləq ölçüsü sayıla
bilməz. O da özlüyündə mövcud olan digər sabit maddi mahiyyətlər
kimidir. Metod hər hansı bir fikri tərəqqiyə və ya yaradıcı cəhdə tabe
olmur. Əgər metoda ehtiyac yaranarsa, bu da öz növbəsində onu ölçəcək
digər metod və tərəzi tələb edər. Beləliklə, biz metodlardan ibarət sonsuz
silsilə bataqlığına düşərik ki, bu da düşüncəni azdıracaq qüsurdur.
Ancaq buna baxmayaraq, Ramazan əl‐Buti bildirir ki, müsəlman
alimlərinin Aristotel məntiqinə hədsiz ehtiyacı olmuşdur. “Yəqinliklə
məlumdur ki, dövründən asılı olmayaraq biliyə dair hərtərəfli bir
metodu öyrənməyə səy göstərmək yunan məntiqindən uzaq qalmaqla və
onu dərindən öyrənmədən mümkün deyildir”.
Maraqlıdır ki, Buti həmin sabit metodun ortaya çıxarılmasında
müasir islam düşüncəsinin heç bir rol oynamayacağını irəli sürür. O
1
Səid Ramazan əl-Buti. Əzmə əl-mə`rifə və ilacuhə fi həyatina əl-fikriyyə əl-müasirə (Müasir ideoloji
həyatımızdakı bilik böhranı və onun aradan qaldırılması). “əl-Mənhəciyyə əl-islamiyyə vəl-ülum ən-
nəfsiyyə vət-tərbəviyyə” (İslam metodologiyası və psixoloji-pedaqoji elmlər) kitabından. ət-Təyyib
Zeynəlabidinin redaktəsi ilə. Herinden, “Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. Cild I. 1987,
səh. 55-85.
49
bildirir ki, metod mövcuddur və islamın “Qızıl əsri” müsəlmanların
sayəsində onun özülünün bütövlüyünün şahidi olmuşdur. Müsəlmanlar
Hicazdakı “Hədis” məktəbini İraqdakı “Rəy” məktəbi ilə uyğun hala
gətirməyə çalışmışlar. Belə ki, onlar dini hökmlərə bələd olmaq üçün
dini mətnlərin izah edilməsi (təfsir) metodlarını və ictihadın ana
qaydalarını təsis etmişlər. Eləcə də onlar yalnız rasional təfəkkür
əsasında əldə edilən həqiqətləri sırf rəvayət‐nəql yolu ilə hasil olan
həqiqətlərdən fərqləndirməyə zamin duran qaydalar tərtib etmişlər.
Dövrümüzdə metodla əlaqədar olaraq ümmətin alimlərindən
tələb olunan şeyə gəlincə, bu, müasir ehtiyaclarımıza uyğun gələn
şəkildə onun müxtəlif qolları və detallarını yenidən sahmana salmaqdır.
Daha sonra isə metodun ümumi tərəflərini bir araya gətirmək, onun
dövrün tələblərinə uyğunlaşdırmaq, mümkün qədər sadələşdirmək və
nəhayət islama dəvət meydanına tətbiq etmək lazımdır ki, islam dialoqu
onun prizmasında davam edib dəqiq xarakter alsın
1
.
Azad düşüncəyə lazım tutarlı metodu əldə etmək üçün isə
düşüncəni nəfsin şərindən və şıltaq istəklərindən təmizləmək lazımdır.
Qərbin iddia etdiyi həqiqi azadlıq yalnız o zaman gerçəkləşə bilər ki,
insan nəfsin istəklərinə, şıltaqlıqlarına son qoymağa və ağlın pak səsinə
qulaq asmağa imkan verən şəxsi bacarıqlarından kifayət qədər istifadə
etsin. Təbii ki, bunun üçün tərbiyəyə qatlaşmaq, vicdanı şərdən azad
etmək tələb olunur. Allah peyğəmbərləri və nəbiləri yalnız ona görə
göndərmişdir ki, onlar düşüncəyə bilik və elmin yolunu göstərsinlər.
“Və həqiqətən, nəfsin saflaşdırılması (təzkiyə) biliyə aparan metod
darvazasıdır”
2
.
Beləliklə, aydın olur ki, Şeyx Buti məfkurənin (eləcə də biliyin)
islamlaşdırılması əvəzinə nəfsin islamlaşdırılmasını təklif edir ki, nəticə
də bilik islami xarakter alsın. Şeyx Buti öz ölkəsində və müsəlman
ümmətinin əksər hissəsi arasında yüksək məqama və hörmətə sahib
tanınmış fiqh alimidir. Alimin fikri, xüsusən də fiqhi görüşləri keçən
əsrin ortalarından etibarən onun zəngin yaradıcılığından xəbər verir.
Ancaq onun yuxarıdakı görüşündə bəzi boşluqlar vardır. Alimin söz
açdığı və barəsində misal gətirdiyi metod, əslində Quranın mətnlərinin
başa düşülməsi (təfsir metodu) və onun dəlillərinə əsasən hökmlərin
çıxarılmasında ictihad (fiqhin ana məsələləri metodu) metodudur.
1
Yenə orada, səh. 58-60.
2
Yenə orada, səh. 69.