Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


KÜFRÜN KƏFFARƏSİ İMAN, GÜNAHIN KƏFFARƏSİ TÖVBƏDİR



Yüklə 1,5 Mb.
səhifə59/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   55   56   57   58   59   60   61   62   ...   91
Mead

KÜFRÜN KƏFFARƏSİ İMAN, GÜNAHIN KƏFFARƏSİ TÖVBƏDİR


Kəffarə günahın tə᾽irini məhv etmək, örtmək mə᾽nasındadır. İmanı qəbul etməklə əvvəlki küfrlərin məhv olacağına şəkk yoxdur. Əgər ömrünün əvvəlindən imansız olmuş bir şəxs imana gəlib, dünyadan gedərsə, şəksiz ki, nicat tapanlardandır. Amma baş vermiş günahları qəti silib, örtəcək şey şərtləri ödənmiş tövbədir. Tövbə edənlər barədə Qur᾽an buyurub: “Allah onların günah və pisliklərini savab və yaxşılığa çevirər.”

YAXŞILIQLAR PİSLİKLƏRİ SİLƏR


Görən, həqiqi tövbədən başqa da günahları pak edəcək, siləcək əməl varmı? Belə bir ayə buyurulub: “Gözəl əməllər çirkin əməlləri pak edər.” Məhz hansı əməllərin nəzərdə tutulduğu bə᾽zi rəvayətlərdən aydın olur. Məsələn, “Bihar”ın 15-ci cildində rəvayət olunub ki, bir nəfər Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gəlib ərz etdi ki, mənim günahım böyükdür (o cahiliyyət dövründə qızını diri-diri torpağa basdırmışdı). Mənə bir əməl tanıtdırın ki, Allah ona görə məni bağışlasın. Həzrət buyurdu: Anan varmı? Ərz etdi ki, xeyr. (Mə”lum olur ki, bu sayaq günahların bağışlanması üçün ən böyük əməl anaya yaxşılıqdır.) Həzrət buyurdu: Xalan varmı? Ərz etdi ki, bəli. Buyurdu: Xalana yaxşılıq et (anaya bağlı olduğundan, anaya da yaxşılıq olmuş olar).
Sonra Həzrət buyurdu: Əgər o şəxsin anası qalsaydı, daha yaxşı olardı. Belə günahların yuyulmasında anaya yaxşılığın əhəmiyyəti şəksizdir.

QİYAMƏT SUALLARI


Qur᾽ani Məcidin neçə yerində zikr olunub ki, peyğəmbərlər və ümmətlərdən sual olunar. (7-ci surə, 6-cı ayə) Peyğəmbərlərdən sual olunar: Sizi xalqın (haqqa doğru) də”vəti üçün göndərdik, onlara (də”vəti) çatdırdınızmı? Deyərlər: Pərvərdigara, Özün şahidsən, biz süstlük etmədik. Nida olar: Şahidiniz kimdir? Deyərlər: Şahidimiz Xatəmül-ənbiyadır (son peyğəmbər Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)). Eləcə də Məryəm oğlu İsadan soruşarlar: Sən dedinmi, mənə və anama pərəstiş edin? Həzrət İsa, Allahın əzəməti qarşısında lərzəyə gəlib ərz edər: Pərvərdigara, əgər mən belə bir söz desəydim, Sən bilərdin. Mən dedim ki, Allahın bəndəsiyəm, mənim və özünüzün Allahına pərəstiş edin (“Maidə” surəsinin axırı).
Ümmətlərdən sual olunar: Peyğəmbərləriniz sizə bu günkü olacaqlardan xəbər vermədimi? Hamı deyər: Bəli.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə