Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


RAHATLIQ İMANLI İNSANLARA MƏXSUSDUR



Yüklə 1,5 Mb.
səhifə57/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   53   54   55   56   57   58   59   60   ...   91
Mead

RAHATLIQ İMANLI İNSANLARA MƏXSUSDUR


Halal yolla qazanıb, haramdan çəkinən kəs Allahın onun ruzisinə zamin olduğunu bilir, müamiləsində saxtakarlıq etmir, müştərini aldatmır. Amma haqq mizanına bağlı olmayan bədbəxt mədhiyyə deyir, rəqasslıq edir, min kələk gəlir ki, qarşısındakını aldatsın. Ətrafımızı öyrənib, maddi dünyada haqq mizanından uzaq olanları nəzərdən keçirsək, görərik ki, onların başqalarından heç bir üstünlükləri yoxdur. Rahatlıqdan danışsaq, o da imanlı insanlar üçündür.

DÜNYAPƏRƏSTLƏRİN QAZANCI, FAYDASI ŞÜBHƏLƏRİ


Dediyimiz kimi, haqq mizanı düşünənlər axirətdə xoşbəxt olmaları ilə yanaşı, dünyada da zərər etmirlər. Əgər dünyada bir fayda varsa, o da imanlılarındır. Əksinə, haqq mizanından sapanların axirət zərəri aşkardır. Onların dünyadakı qazancları da şübhəlidir (bəlkə də zərərdən başqa xeyirləri yoxdur). On manat hiyləylə qazanıb, bu on manatın da üstünə neçə qat qoyub həkimə, dərmana verir.
Ey rahatlıq istəyənlər, haqq mizanından sapmayın! Axı doğruluqdan, dügünlükdən kim ziyan görüb?! Al-verdə yalan danışmayan zərər edirmi?! Əgər belə deyilsə, nə üçün düzlükdən uzaq olaq?! Gəlin, heç zaman haqq mizanından əyilməyək. Haqq mizanı isə Əmirəl-mö᾽minindir. (Bir iş görəndə düşünək ki, Həzrəti Əli (əleyhissalam) bu işi görərdimi?)

HESABA GÖRƏ ADAMLAR DÖRD YERƏ AYRILIR


Qiyamət günündə hesab verənlər dörd dəstədirlər: bir dəstə Behiştə hesabsız daxil olar-onlar Əhli-beyt (əleyhimussalam) dostlarıdır ki, günah etməmiş və ya dünyadan tövbəsiz getməmişlər; ikinci dəstə Cəhənnəmə hesabsız daxil olar-onlar dünyadan e”tiqadsız, imansız gedənlərdir. (İmansız olduqlarından, əməlləri də faydasızdır.)

BİR GÜNAH ÜÇÜN YÜZ İL ƏZAB


Əməllərinin hesabı olan, Qiyamət dayanacağında gözləyən adamlar üçüncü dəstədir. Bu adamların xeyir əməlləri daha çox olduğundan, nicat tapmışlar. Onların dayanacaqda məəttəlçiliyi, gözləmələri günahları qədərdir. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ibni Məs”uda buyurdu: “İnsan bir günah üçün yüz il məəttəl olar.” Rəvayətdə söhbətin hansı günahlardan getdiyi deyilməyib. Mö᾽minlər hesab gözləməsindən qorxub, bütün günahlardan çəkinməlidir.
Dördüncü tayfa pis işləri yaxşı işlərindən çox olanlardır. Əgər Allah onları bağışlayarsa, nicat taparlar və Behiştə gedərlər. Əgər bağışlanmasalar, yerləri əzab və oddur. Yalnız günahlardan paklandıqdan sonra Behiştə daxil olarlar. Zərrəcə imanı olanlar Cəhənnəmdə, odda qalmayacaqlar (əbədi od kafir və zalımlarındır). Əməllər nə qədər gözəl və çox olsa da, e”tiqadsız insan Behiştə aparılmayacaq. Çünki Behiştə daxil olmağın şərti Allah və Onun ayələrinə imandır. Axı Allaha inanmayan kəs, Behiştə necə gedə bilər?!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə