Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


KAŞ ƏMƏL NAMƏMİ VERMƏYƏYDİLƏR



Yüklə 1,5 Mb.
səhifə54/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   50   51   52   53   54   55   56   57   ...   91
Mead

KAŞ ƏMƏL NAMƏMİ VERMƏYƏYDİLƏR


Deyərlər: Kaş, əməl naməmi əlimə verməyəydilər, hesabımın necəliyini bilməyəydim... (Bu sözlərin səbəbi namədəki rüsvayçı əməllərin görünməsidir.) Kaş bu işlərdən məni saxlayacaq ölüm gələydi. Kaş, dünyadakı ölümdən sonra həyatım olmayaydı. Kaş, ölməklə rahatlanaydım.
Həsrətlə deyər: Sərvətimdən mənə haray olmadı, mülküm, qüvvəm əldən çıxdı...

ƏMƏL NAMƏSİ NƏ ÜÇÜN ARXADAN VERİLİR?


Elə adamlar da vardır ki, əməl namələri arxadan verilir. Nə üçün? Burada iki ehtimal vardır: Əvvəla, əlləri arxadan bağlanmış adamın naməsini arxadan əlinə verər və başını çevirərlər. İkinci ehtimal budur ki, sol əlini sinəsinə batırmaqla, arxadan çıxarar, naməsini əlinə verib, başını çevirərlər, “naməni oxu” deyərlər. Vay olsun, qeybətlərini, böhtanlarını, yalanlarını, abırsızlıqlarını, günahlarını özü oxumalıdır. Sonra əza və üzvlərlə edilən günahlar uca səslə nalə çəkər: Vay olsun halımıza, ən kiçik və böyük əməllər bu kitabda yazılmışdır. Bütün etdiyi əməlləri qarşısında hazır görəcək. “Kəhf” surəsi, ayə 49: “Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada yazılmış öz əməllərindən qorxduqlarını görəcəksən.”

ƏMƏL NAMƏSİNİ GÖRƏN ZAMANDAKI ŞİDDƏTLİ NARAHATLIQ


Bə᾽ziləri öz əməl namələrini gördükdə bədəninin bəndləri (oynaqları) bir-birindən qopar, gözlərindən çirk və qan tökülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətinə görə, nida yetişər ki, məgər namənizdə, etmədiyiniz əməlləri görürsünüz? Ərz edərlər: “Pərvərdigara, yox, hamısı doğrudur.” Sonra başlarını aşağı salarlar.

DƏRHAL VƏ YA MİN İL GÖZLƏMƏ


Qiyamətdə insan bir andaca bütün dünya əməllərini xatırlayar, görər. Qəribə aləmdir, hər kəsin əməllərinin hesabı özünə aydındır. Bə᾽zilərinin hesabı bir göz qırpımı çəkir. Bunlar salehlərdir. Bə᾽zilərinin də hesab verməsi min il uzanır. Əlbəttə, Allah üçün hesablamaq vaxt aparmaz. Məqsəd həmin adamların sərgərdançılıq və əziyyətdə qalmasıdır. Bə᾽ziləri üçün bu məəttəlçilik (gözləmə) bir qoyunun sağılması qədər, bə᾽ziləri üçün zöhrdən əsrədək bir müddət, bə᾽ziləri üçün 40 il, min il və ya 50 min il!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə